Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə70/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   66   67   68   69   70   71   72   73   ...   230

 

 

143



dəhlizinin  tətbiqiq  yeni  əməliyyat  strukturunu  nəzərdə  tutmaqla  MB  iqtisa-

diyyatda pulun dəyərinə təsir etmək imkanların genişləndirəcəkdir. 

Mərkəzi Bank pul siyasətini aşağıdakı alətlər vasitəsilə həyata keçirir:  

1.  açıq bazarda əməliyyatların aparılması;  

2.  faiz dərəcələrinin müəyyənləşdirilməsi;  

3.  kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;  

4.  kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;  

5.  depozit əməliyyatlarının aparılması;  

6.  bank əməliyyatlarının məhdudlaşdırılması;  

7.  beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.  

8.  Mərkəzi  Bank  müəyyən  edilmiş  məqsəd  və  funksiyalarına  uyğun 

olaraq bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünə müvafiq alətləri 

tətbiq edir. 

Mərkəzi  Bank  pul  siyasəti  üzrə  hədəflərinə  nail  olmaq  üçün  faiz  dəh-

lizinin  parametrləri,  məcburi  ehtiyat  normaları,  açıq  bazar  əməliyyatları  kimi 

alətlərdən aktiv istifadə etmişdir. Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliy-

yatları  apara  bilər:  dövlətin  buraxdığı  qiymətli  kağızlarla  alqı-satqı  və  digər 

ə

məliyyatlar; özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliy-



yatlar; xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar.  

 Pul siyasətinin həyata keçirilməsi məqsədilə buraxılan Mərkəzi Bankın 

borc  qiymətli  kağızlarının  buraxılışı  və  dövriyyəsi  qaydaları  qanunvericiliklə 

müəyyən edilir.  

Mərkəzi Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini 

müəyyənləşdirir, ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının 

vəziyyətini nəzərə alır. Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul 

bazarının  likvidlik  vəziyyətini  nəzərə  alaraq  özünün  açıq  bazar,  yenidən 

maliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə 

və  ya  hərraclarda  tələb  və  təklif  əsasında  müəyyənləşdirir.  Mərkəzi  Bank 

müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini dərc 

etdirir.  

Mərkəzi  Bank  kredit  təşkilatlarına  məcburi  ehtiyatlar  saxlamaq  barədə 

göstəriş verə bilər. Məcburi ehtiyatlar Mərkəzi Bank tərəfindən pul siyasətinin 

həyata keçirilməsində istifadə olunan əsas alətlərdən biri olaraq pul kütləsini və 

bank  sisteminin  likvidliyini  tənzimləyən  mexanizmdir.  Ehtiyatlar  depozitlərin 

faizi  nisbətində  müəyyən  edilir  və  Mərkəzi  Bankda  saxlanılır.  Tələb  olunan 

ehtiyatların  norması,  hesablanması  və  saxlanması  qaydası  Mərkəzi  Bankın 

darə Heyəti tərəfindən müəyyən edilir.  

 Məcburi ehtiyatlar təmin edilmədikdə, Mərkəzi Bank ehtiyatı təmin et-

məyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublika-

sının  nzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini 

tətbiq edə bilər.  



 

 

144



Məcburi  ehtiyatlar  depozitlərin  valyutasında  (manat  və  xarici  valyuta) 

Mərkəzi Bankda bankın müvafiq müxbir hesablarında saxlanılır. 

Pul  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  Mərkəzi  Bank  tərəfindən 

kredit  təşkilatlarının  yenidən  maliyyələşdirilməsi  həyata  keçirilir.  Bu  zaman 

verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin 

qarantiyaları  və  zaminliyi,  xarici  valyuta,  qızıl,  müxtəlif  formada  qiymətli 

metallar və digər aktivlərlə təmin olunmalıdır.  

Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Mərkəzi Bankın 

darə  Heyəti  müəyyən  edir.  Kreditlər  kredit  təşkilatlarının  baş  idarələrinə 

verilir.  

Depozit əməliyyatları Mərkəzi Bank özünün müəyyən etdiyi şərtlərlə və 

qarşılıqlı  razılaşma  əsasında  kredit  təşkilatlarından  depozitlər  cəlb  edə  və 

onlarda depozitlər yerləşdirə bilər.  

Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hallarda, qanunverici-

liyə müvafiq olaraq, Mərkəzi  Bank kredit təşkilatları  tərəfindən  aparılan ayrı-

ayrı əməliyyatları müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları 

üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər. 

 

3.4. Qlobal böhranların şiddətlənməsi mühitində 

 Azərbaycan Mərkəzi Bankının pul siyasətinin istiqamətləri 

 

Sistemli  bank  böhranının  başlanğıcı  ümumilikdə  bank  sektorunda 

müstəsna  rolu  olan  bir  və  ya  bir  neçə  bankın  ödəmə  qabiliyyətində  ciddi 

problemlərin yaranması ilə bağlı ola bilər. Bu cür bankların dağılması «domino 

effekti»ni təhrik edə və bununla da sistemli böhran yarada bilər. 

Bazar iqtisadiyyatı şəraitində bank böhranları qanunauyğun haldır və ona 

xas  olan  immanent  disproporsiyalar  və  ziddiyyətlərlə  şərtləndirilir.  Bu  çər-

çivədə bank sektorundakı böhranların səbəblərini araşdıran elmi-tədqiqat işləri 

son illər artmaqdadır. 

Məlum  olduğu  kimi,  dünya  maliyyə  böhranı  (2008)  Amerikanın  daşın-

maz  əmlak  bazarında  möhtəkirlikdən  başlanmışdır.  Bundan  başqa,  törəmə 

maliyyə  alətlərinin  yaranma  səbəblərindən  biri  risklərdən  qorunmaq  olsa  da, 

onların  spekulyativ  məqsədlə  istifadəsi  sürətlə  artdı.  poteka  “köpüyü” 

partlayaraq, bütün dünyada bank sektorundakı böhrana təkan vermişdir ki, bu 

da, öz növbəsində, dünyanın bütün dövlətlərinin iqtisadiyyatında real sektorda 

resessiyaya səbəb olmuşdur. Bütün bunlar maliyyə bazarlarında güvən amilinin 

itməsinə  və  çaxnaşmanın  yayılmasına  gətirib  çıxardı.  Amerikanın  bank 

sistemində başlayan böhran sürətlə dünyanın inkişaf etmiş və inkişaf etməkdə 

olan ölkələrinə yayıldı. 

ABŞ-ın iqtisadiyyatda dərinləşən tənəzzül meyilləri qlobal iqtisadi artıma 

mənfi  təsir  edən  mühüm  amillərdən  biridir.  ABŞ  iqtisadiyyatında  tələbin 

zəifləməsi  Avropanın  ixracyönümlü  iqtisadiyyata  malik  ölkələrində  iqtisadi 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə