Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə75/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   71   72   73   74   75   76   77   78   ...   230

 

 

153



6.   Pul  və  məzənnə  siyasətinin  maliyyə  sabitliyinə  təsiri  məsələlərini 

müzakirə edir; 

7.  Maliyyə  sisteminin  sabitliyi,  o  cümlədən  bank  nəzarəti  məsələlərini 

müzakirə edir və aidiyyəti departamentlərə müvafiq göstəriş və tövsiyələr verir; 

8.   Maliyyə sisteminin sabitliyi ilə əlaqəli digər məsələləri müzakirə edir 

və aidiyyəti departamentlərə müvafiq göstəriş və tövsiyələr verir. 



 Mərkəzi  Bankın  bank  sektorunda  maliyyə  sabitliyi  siyasəti  aşağıdakı 

hədəfləri nəzərdə tutur:  

• 

Kapital adekvatlığının qorunması; 



• 

Optimal likvidlik səviyyəsinin saxlanması; 

• 

Restrukturizasiyanın həyata keçirilməsi.  



• 

Tənzimləmə və nəzarət tədbirləri artım və dayanıqlıq arasında optimal 

nisbətin təminatına yönəldiləcəkdir.  

Postböhran  dövründə  bank  sektorunun  daha  stabil  və  dayanıqlı  artım 

mənbələrinə  söykənməsi  vacib  şərtdir.  Bu,  başlıca  olaraq,  maliyyə  vasitəçili-

yinin sağlam və uzunmüddətli iqtisadi artıma yönəlməsi zərurətini şərtləndirir. 

Bunun  üçün  bankların  resurs  bazasında  uzunmüddətli  yığım  mənbələrinin,  o 

cümlədən kapital bazarının rolunun artırılması zəruridir. 

Bank sisteminin stabil və təhlükəsiz inkişafının təmin edilməsi üçün tən-

zimlənmə və prudensial nəzarət çərçivəsinin yeni qlobal çağırışlara adaptasiyası 

davam etdiriləcəkdir. Bu məqsədlə mikro-prudensial (institutlar üzərində fərdi 

nəzarət) nəzarətlə əhatə olunmuş riskləri daha effektiv tənzimləmək üçün bank 

nəzarəti  üzrə  Bazel  Komitəsinin  platformasında  tövsiyə  edilmiş  yeni  alətlərin 

istifadəsi  imkanlarının  qiymətləndirilməsinə  başlanacaqdır.  Bank  tənzimlən-

məsi  və  nəzarətinin  təkmilləşdirilməsi  üçün  makroprudensial  yanaşmanın 

gücləndirilməsi başlıca vəzifə kimi müəyyənləşdirilmişdir.  

Bank aktivləri üzrə ehtiyatlanma siyasətinin yeni kontrtsiklik fəlsəfə əsa-

sında  formalaşması  son  qlobal  böhrandan  sonra  xüsusilə  aktuallaşmışdır. 

Ə

nənəvi  olaraq  banklar  fəaliyyətlərində  “protsiklik”  davranışa  (iqtisadi  artım 



dinamikasının  arxasınca  getmək  meyli)  meyilli  olur  ki,  bu  da  böhran  zamanı 

zəruri  ehtiyat  portfelinin  olmaması  ilə  nəticələnir.  Kontrtsiklik  yanaşmanın 

inkişafı  bankların  iqtisadi  artım  dövründə  ehtiyatlı  davranışını,  böhran  döv-

ründə isə daha dayanıqlı olmalarını şərtləndirəcək. Bunu nəzərə alaraq “kont-

rtsiklik-dinamik ehtiyatlanma” mexanizmləri tətbiq olunacaqdır. 

Mərkəzi  Bank  başlıca  vəzifəsini  makroiqtisadi  və  maliyyə  sabitliyinin 

qorunmasında və bu məqsədlə pul və maliyyə sabitliyi siyasəti strategiyalarının 

təkmilləşməsində görür. Bu, uzunmüddətli dövrdə dayanıqlı və dinamik iqtisadi 

artımın başlıca şərtlərindən biridir. Dayanıqlı iqtisadi artıma nail olunmasında 

ölkənin ixrac potensialının tam reallaşması və diversifikasiya başlıca vasitədir. 

Bunun əsas şərtləri birbaşa xarici investisiyaların həcminin artırılması, kapital 

bazarının dərinləşməsi, institutların və insan kapitalının inkişafıdır. 



 

 


 

 

154



3.6. Azərbaycan Respublikası Mərkəzi Bankın fəaliyyətinin  

yoxlanılması qaydaları 

 

Azərbaycan Respublikası Mərkəzi Bankın “Bank yoxlamalarının həyata 



keçirilməsinin  prosedur  qaydaları”  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı 

tərəfindən banklarda və xarici bankların  yerli filiallarında  yoxlamaların təşkili 

və həyata keçirilməsinin prosedur qaydalarını müəyyən edir. 

Mərkəzi Bank hər bir bankda ildə bir dəfə yoxlama aparır. Mərkəzi Bank 

təqdim edilən prudensial və bank statistikası hesabatlarının təhlili və mənbəyi 

məlum olan digər məlumatlar əsasında bank aktivlərinin itirilməsi təhlükəsinin 

yarandığı, o cümlədən bankın aktivlərinin keyfiyyətini və maliyyə vəziyyətini 

xarakterizə edən göstəricilərin kəskin və ya davamlı olaraq pisləşdiyi, bank öh-

dəliklərinin  və  ya  ödənişlərin  icra  edilməsi  üçün  zəruri  olan  likvid  vəsaitlərin 

ə

həmiyyətli  səviyyədə,  yaxud  davamlı  olaraq  azaldığı,  bankın  idarəetmə 



sistemində onun prudensial idarə edilməsinə təhlükə yarada bilən halların mey-

danna çıxdığı müəyyən edildikdə, habelə qanunvericiliyin pozulması faktlarının 

araşdırılması məqsədilə Milli Bank banklarda əlavə (planlaşdırılmamış) yoxla-

malar  keçirə  bilər.  Milli  Bank,  həmçinin  qarşılıqlı  fəaliyyət  prinsiplərinə 

müvafiq olaraq xarici bank tənzimlənməsi və nəzarəti orqanlarının sorğularına, 

habelə məhkəmənin qüvvəyə minmiş qərarlarına əsasən banklarda əlavə (plan-

laşdırılmamış) yoxlamalar keçirir.  

Bankın  fəaliyyətinin  yoxlanılması  hərtərəfli  (kompleks)  və  ya  məqsədli 

(tematik) ola bilər. Bankda aktivlərin kənarlaşdırılması, bank aktivlərinin key-

fiyyətini  və  maliyyə  vəziyyətini  xarakterizə  edən  göstəricilərin  kəskin 

pisləşməsi, öhdəliklərin və ödənişlərin icra edilməməsi, habelə dövlət təhlükə-

sizliyi  baxımından  çirkli  pulların  yuyulması,  terrorizmin  maliyyələşdirilməsi 

hallarının araşdırılması, seçki hesablarının rejiminə əməl edilməsi məsələləri ilə 

bağlı  yoxlamalar  Mərkəzi  Bank  tərəfindən  banka  əvvəlcədən  xəbərdarlıq 

edilmədən həyata keçirilə bilər.  

Yoxlama  qrupunun  üzvləri  aşağıdakı  hüquqlara  malikdir:  banka,  onun 

filial,  şöbə  və  nümayəndəliklərinə,  habelə  onun  törəmə  cəmiyyətlərinə  daxil 

olmaq və onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini, o cümlədən 

reqlamentini (əsasnamə, qaydalar və prosedurlar) və digər uçot yazılarını əldə 

etmək,  yoxlamaq və onlara dair bankın və törəmə cəmiyyətinin inzibatçısı və 

ə

məkdaşlarından izahat tələb etmək; bankın, onun filial, şöbə və nümayəndəlik-



lərinin bankda mühüm iştirak payına malik olan şəxslərin, banka aidiyyatı olan 

şə

xslərin  və  aidiyyatı  şəxs  adından  hərəkət  edən  şəxslərin  inzibatçılarından, 



ə

məkdaşlarından  və  agentlərindən  həmin  qurumların  idarə  edilməsinə  və  cari 

fəaliyyətinə,  o  cümlədən  müştərilərin  əməliyyatlarına  aid  istənilən  məsələ 

barəsində bütün lazımi informasiyanın verilməsini və onlara dair izahatı tələb 

etmək; bankdan avtomatlaşdırılmış əməliyyat və idarəedici informasiya sistem-

lərinə  çıxış  əldə  etmək;  bankın  inzibatçıları  və  əməkdaşları  ilə  yoxlanılan 

məsələlər barədə müzakirələr aparmaq.

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə