Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə76/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   72   73   74   75   76   77   78   79   ...   230

 

 

155



 Yoxlama qrupunun üzvləri yoxlamanı apararkən aşağıdakı vəzifələri hə-

yata keçirir: qrupun fəaliyyət planında əks olunan vəzifələrə uyğun olaraq yox-

lamalar aparır; yoxlamanın həyata keçirilməsi ilə bağlı bankın rəhbərinə lazımi 

sənədləri təqdim edir;  yoxlama zamanı səlahiyyətlərinin aşmasına  yol vermir; 

yoxlama zamanı öz fəaliyyəti ilə bankın cari fəaliyyətinə maneə yaratmır; bank 

sənədlərinin və bank sirrinin qorunmasını təmin edir; öz sahəsi üzrə nəticələri 

yazılı  formada  rəsmiləşdirir;  vəzifələrinin  keyfiyyətli  və  vaxtında  yerinə 

yetirilməsinə fərdi məsuliyyət daşıyır; bankın əməkdaşlarına öz hərəkətlərinin 

səbəblərini izah etmək üçün imkan yaradır; bank əməkdaşlarının fikirlərinə hör-

mətlə yanaşır və fikir ayrılığı yarandığı halda öz mövqeyini izah edir; yaranan 

hər hansı münaqişəni nəzakətlə və peşəkarcasına həll edir. 

  Fəaliyyətinin yoxlanılması zamanı bank aşağıdakı hüquqlara malikdir: 

1. yoxlama  qrupunun  üzvlərindən  yoxlamanın  həyata  keçirilməsi  üçün 

ə

sas  sayılan  sənədi  tələb  etmək,  onların  şəxsiyyətlərini  təsdiq  edən  sənədlərlə 



tanış olmaq; 

2. yoxlamaya aid olmayan şəxsləri yoxlamaya buraxmamaq; 

3. fəaliyyətinin yoxlanılması barədə məlumatlara malik olmaq; 

4. yoxlamanın  nəticələrini  müzakirə  etmək  və  onlara  dair  münasibət 

bildirmək; 

5. qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  yoxlamaların  nəticələrin-

dən şikayət etmək; 

6. bankın  inzibatçıları  yoxlamanı  həyata  keçirmək  üçün  yoxlama  qru-

punun  üzvlərinə  lazım  olan  material  və  sənədləri  təqdim  edir  və  yoxlama 

prosesinə aşağıdakı köməkliyi göstərir; 

7. yoxlama qrupunun işinin təmin edilməsi üçün bankda ayrıca yer ayırır 

və yoxlama sənədlərini qorumaq üçün təhlükəsizliyi, habelə yoxlamanın aparıl-

ması üçün tələb olunan surətçıxarma və digər texnikadan istifadə imkanının ya-

radılmasını təmin edir; 

8. bankın  inzibatçılarından  birini  yoxlama  qrupu  üzrə  koordinator  təyin 

edir və yoxlama keçirilən zaman yaranan bütün məsələləri operativ şəkildə həll 

edir. 

Yoxlamanın  nəticələrinin  rəsmiləşdirilməsi.  Yoxlama  başa  çatdıqdan 

sonra yoxlama qrupu bankın icra orqanının rəhbəri və yoxlamanın əhatə etdiyi 

sahəyə  cavabdeh  olan  əməkdaşları  ilə  yekun  müzakirələr  keçirir.  Yoxlama 

qrupunun  üzvləri  yoxlamanın  ilkin  nəticələri  və  bankın  yoxlama  ilə  əhatə 

edilmiş  sahələrinin  vəziyyəti  haqqında  ilkin  rəylərini  bildirirlər.  Müzakirələr 

zamanı  yoxlama  qrupunun  rəhbəri  yoxlama  nəticəsində  aşkar  edilmiş  faktları 

onların  mühümlüyünə  görə  bölüşdürür  və  bankın  hansı  fəaliyyət  sahəsinin 

yüksək risk zonasına aid olduğunu göstərir. 

Yekun  müzakirələrdə  yoxlama  zamanı  aşkar  edilmiş  risklərin  minimal-

laşdırılması və səmərəli idarə edilməsi, habelə nöqsan və çatışmazlıqların ara-

dan  qaldırılması  üçün  konkret  tədbirlər,  məsul  şəxslər  və  tədbirlərin  icra 

müddətləri müəyyənləşdirilə bilər.  




 

 

156



Bankda  həyata  keçirilən  hər  bir  yoxlamanın  nəticələri  yazılı  şəkildə  iki 

nüsxədə tərtib olunmuş yoxlama haqqında hesabatda əks olunur. Yoxlama haq-

qında hesabat bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan müddət başa çat-

dıqdan  sonra  30  (otuz)  təqvim  günü  ərzində  yoxlama  qrupunun  rəhbəri  tərə-

findən hazırlanır.  

  Yoxlama haqqında hesabat asan oxunmalı və aydın olmalıdır. Nəticələr 

dəqiq faktlara və rəqəmlərə əsaslanmalıdır.    

Yoxlama haqqında hesabatın əsas məqsədi aşağıdakılardan ibarətdir: 

• bankın  maliyyə  və  əməliyyat  fəaliyyətinin  nəticələri  barədə  rəy 

formalaşdırmaq; 

• yoxlamanın nəticəsini Milli Banka və bankın rəhbərliyinə çatdırmaq; 

• bankın  rəhbərliyinin  xüsusi  diqqətini  tələb  edən  sahələri  müəyyənləş-

dirmək və təkmilləşdirmək üçün təkliflər vermək. 

Yoxlama haqqında hesabata yoxlamanın əhatə etdiyi sahələr, yoxlanılan 

dövr  ərzində  bu  sahələrdə  baş  vermiş  dəyişikliklər,  aşkar  olunmuş  qanun  po-

zuntuları,  nöqsan  və  çatışmazlıqlar  haqqında  müfəssəl  və  icmal  məlumatlar 

daxil edilir. 

Yoxlama haqqında hesabata aşkar olunmuş qanun pozuntuları, nöqsan və 

çatışmazlıqların aradan qaldırılması üçün bank tərəfindən görülməli olan tədbir-

lər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə məlumatlar 

daxil edilə bilər.  

Yoxlama  haqqında  hesabat  yoxlama  qrupunun  bütün  üzvləri  tərəfindən 

imzalanır.  Yoxlama  haqqında  hesabatın  bütün  vərəqləri  nömrələnir  və  onun 

bütün səhifələri yoxlama qrupunun rəhbəri tərəfindən imzalanır.  

Yoxlama haqqında hesabat yoxlama qrupunun rəhbəri tərəfindən bankın 

müvafiq  inzibatçısına  rəsmi  təqdimetmə  yolu  ilə  və  ya  xüsusi  rabitə  xidməti 

vasitəsilə banka çatdırılır.  

Bank 10 (on) təqvim günü ərzində yoxlama haqqında hesabatla tanış olur 

və onu imzalayaraq Mərkəzi Banka təqdim edir. Yoxlama haqqında hesabatın 

nüsxəsi  bu  müddətdə  Mərkəzi  Banka  təqdim  olunmadıqda  Mərkəzi  Bank 

hesabatın özündə olan nüsxəsində bu barədə qeyd aparır.  

Yoxlama haqqında hesabatda əks olunan nəticələrlə razı olmadıqda ban-

kın  inzibatçısı  yoxlama  haqqında  hesabatı  imzalayaraq,  hesabata  ona  dair 

izahatını (etirazını) əks etdirən əlavələr (sənədlər) daxil edir. 

Yoxlama  qrupu  ilə  bank  arasında  yoxlamanın  nəticələri  barədə  fikir 

ayrılığı və bankın  etirazı  olduqda Mərkəzi  Bankda bununla bağlı  müzakirələr 

təşkil oluna bilər. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə