Mö GİRİŞ. Kursun ümumi MƏSƏLƏLƏRİ


MÖVZU 9. AVADANLIQLARIN PLANLAŞDIRILMASI VƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18673
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

MÖVZU 9. AVADANLIQLARIN PLANLAŞDIRILMASI VƏ
SAHƏLƏRİN HESABLANMASI ÜSULLARI
Əksər balıq emalı müəssisələri üçün istehsal sahələri əvvəlcədən iki üsulla
təyin olunur.
1. hesablama (analitik) üsulu ilə; 
2. modellər üsulu ilə.
Birinci – hesablama üsulu ilə  hər bir otaq üçün uyğun tip müəssisələrin
layihələndirilməsi və istismarı zamanı alınmış məlumatlar əsasında avadanlıqlar
yerləşdirilmiş yararlı sahə təyin edilir. İstehsal otaqlarının ümumi sahəsi (piyadalar
və nəqliyyat vasitələri üçün keçidlər, dəhlizlər, pilləkənlər və bu kimi başqa sahələr
də   nəzərə   alınmaqla)   yararlı   sahənin   istehsal   sahəsindən   istifadə   əmsalına   olan
nisbəti ilə təyin olunur: 

yararlı
ümumi
K
F
F

burada:  


K
  əmsalının   qiyməti   istehsalın   xarakterindən   və   otağın
təyinatından asılı olur. İstehsal otaqları üçün 
;
5
,
0
2
,
0



K
 böyük tutumlu anbarlar
üçün  
;
9
,
0
8
,
0



K
    kiçik   tutuma   malik   anbarlar   üçün   isə    
7
,
0
5
,
0



K
  qəbul
edirlər. 
Yeni yaradılan istehsal sahələrini və ya yenidənqurma nəticəsində mövcud
istehsal   sahələrinin   avadanlıqlarla   təchiz   edilməsi   üçün   hesabat   metodundan
istifadə   edərkən   yararlı   sahə,   bütün   maşın,   avadanlıq,   qurğu   və   aparatların
(avadanlıqların   hündürlükdə,   platformalar   üzərində   yerləşməsi   də   nəzərə
alınmaqla) əndazə sahələrini cəmləməklə hesablanır. 
Hesablama (analitik) metodu ilkin və yaxınlaşma metodu sayılır. 
Modelləşdirmə   metodu  balıq   emalı   müəssisələrində   istehsal   sahələrinin
hesablanması  üçün daha dəqiq metod hesab edilir. Bu metodun tətbiq edilməsi
üçün adətən planlaşma miqyasını 1:100 və ya 1:50 qəbul edirlər. Qəbul olunmuş


miqyasda   bərk   kağızdan   və   ya   kartondan   bütün   avadanlıqların   üfüqi
proyeksiyalarının modelini hazırlayırlar. 
Aparatların miqyaslı modelləri hazırlanan zaman, otağın ümumi planında bu
modellərin   müxtəlif   variantlarının   planlaşdırılmasına   başlayırlar.   Modelləşdirmə
məsələsi onunla yekunlaşır ki, hazırlanmış modellərin yerləşdirilməsi zamanı bu və
ya digər məhsul istehsalının texnoloji axın xəttinin tələblərinə cavab verən daha
əlverişli variant tapılsın. 
Qeyd olunan bu məsələni həll edərkən, aşağıda göstərilən şərtləri mütləq
nəzər almaq lazımdır: 
a) ardıcıl texnoloji əməliyyatları yerinə yetirən avadanlıqlar, onları bir –
biri   ilə   (yan   –   yana   və   ya   üst   –üstə)   birləşdirən   transportyorların
uzunluğunu   qısaltmaq   məqsədi   ilə   mümkün   qədər   yaxın   məsafədə
yerləşdirilməlidir; 
b)   maşın,   avadanlıq   və   aparatları   elə   yerləşdirmək   lazımdır   ki,   onları
birləşdirən nəqletdirici elementlər(transportyorlar) mümkün qədər az
istifadə olunsun, bunun üçün mümkün olan yerdə öz axını ilə sərbəst
hərəkətdən istifadə etmək lazımdır; 
v) qurğu, maşın, avadanlıq və aparatların yerləşdirilməsi elə olmalıdır ki,
onlara göstərilən  xidmət asan, təhlükəsiz və həm də əlverişli olsun
q) qurğu, maşın, avadanlıq və aparatlar elə yerləşdirilməlidir ki, onları
asanlıqla təmir etmək və ya ayırmaq mümkün olsun; 
d) qurğu, maşın, avadanlıq və aparatlar arasında vacib qırılmalar təmin
olunsun; 
e) nəqletdirici qurğuları plana daxil edərkən (şneklər, lentlər, elevatorlar)
hər modeldə xammal, yarımfabrikat və hazır məhsulların daxil olma və
çıxma yerlərini, habelə elevatorların qoşulma yerlərini dəqiqləşdirmək
lazımdır; 
j)   keçidlər   (otaqlarda   qapıların   yerləşməsindən   asılı   olaraq)   nəzərdə
tutulsun;   Əgər   otaqlarda   meydançaların   və   pilləkənlərin   olması
vacibdirsə, onların əndazə ölçüləri göstərilsin
2


z) otaqların en və uzunluq ölçülərini qəbul etmək lazım gələn memarlıq –
tikinti normaları nəzərə alınsın. 
Göstərilən   şərtlərə   riayət   edərkən   qurğu,   maşın,   avadanlıq   və   aparatların
sexdə yerləşdirilməsi müxtəliflik təşkil edə bilər, məsələn, enliyi çox da böyük
olmayan binalarda məhsul istehsalı üzrə bir texnoloji axın xəttində aparatlara hər
iki tərəfdən xidmət göstərmək imkanı olur ki, bu da ikitərəfli təbii işıqlandırma
olduğu   halda,   daha   yaxşı   işıqlanmanı   təmin   edir.   Çoxlu   sayda   maşın   və
avadanlıqların   mövcud   olduğu   halda,   onların   bir   xətt   boyunca   yerləşdirilməsi,
binanın ölçüsünün həddən çox uzanmasına səbəb olur. Bu zaman  aparatları iki
paralel xətt boyunca və ya iki qarşılıqlı əks divarlar boyunca yerləşdirmək lazımdır
ki, bu da aparatlara mərkəzi keçid tərəfdən və ya sexin en kəsiyi boyunca və yan
divarlar tərəfdən xidmət göstərməyə imkan verir. 
Əsas istehsal sexində qurğu, maşın, avadanlıq və aparatların bütün divarlar
boyunca yerləşdirilməsi də mümkün sayılır. Bu zaman otaqların bir hissəsi sərbəst
(boş) qalır və aparatlara xidmət göstərmək üçün istifadə olunur. 
İstehsal sahəsində maşın və avadanlıqlar komponovka olunarkən inşaat –
tikinti  konstruksiyalarının   (məsələn,   avadanlıqları  qapı   və   pəncərə  aşırımlarının
üstündə asmaq olmaz) möhkəmliyini nəzərə almaq lazımdır. 
Qurğu,   maşın,   avadanlıq   və   aparatların     quraşdırılması   lazım   gəldikdə,
möhkəmləşdirici  konstruksiyalar (dirəklər, sütunlar, özüllər və s.) mütləq nəzərdə
tutulmalıdır. 
Fasiləsizliyi təmin etmək üçün avadanlıqları kəskin olaraq düz xətt boyunca
yerləşdirmək   məcburi   sayılmır.  Vacibdir  ki, yalnız  xammal  və  yarımfabrikatlar
hərəkət   etdikləri   yolda   dönmə   hərəkəti   etməsinlər   və   qəbul   edildikləri   yerlərə
qayıtmasınlar. 
Belə olan halda xammal və yarımfabrikatlar hər zaman irəli hərəkət edir,
texnoloji   emal   prosesi   heç   vaxt   dayanmır   və   bunun   da   nəticəsində   fasiləsizlik
təmin olunur. 
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə