Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

20 | 



s ə h i f ə

 

 



qabırğaları və eləcə də sol baldır sümüyü qırılmışdı. Bütün bədəni 

dəhşətli  dərəcədə  qançır  və  cırmaq  yarası  ilə  doluydu.  Bədəninə 

xəsarətin nə ilə  vurulduğunu demək çətindir. Ağır ağac dəyənək, 

yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah yalnız çox güclü 

adam əlində olarkən bu zədələri bədənə vura bilərdi. Heç bir qadın 

bu xəsarətləri heç bir alətlə yerinə yetirə bilməzdi. Şahid görəndə 

mərhum qadının başı tamamilə bədənindən ayrılmış, olduqca ey-

bəcər hala salınmışdı. Boğazı, görünür, çox iti bir alətlə, güman ki

ülgüclə kəsilmişdi. Cərrah Aleksandr Etyen M. üma ilə bir yerdə 

meyitləri müayinə üçün çağırılmış, verilən ifadələrə və M. Düma-

nın fikrinə şərikdi. Bir neçə başqa şəxsin də dindirilməsinə baxma-

yaraq,  vacib  bir  şey  hasil  olmadı.  İndiyə  qədər  Parisdə  bu  qədər 

sirli,  belə  dolaşıq  bir  qətl  baş  verməmişdi.  Polis  tamamilə  naçar 

qalıb. İşin açılmasına kömək edəcək işıq ucu belə görünmür”.  

Qəzetdə  xəbər  verilirdi  ki,  hələ  də  Sen-Rok  məhəlləsində 

böyük bir çaxnaşma var. Binanın yenidən axtarılması və şahidlərin 

təkrarən  dindirilməsinə  baxmayaraq,  heç  bir  nəticə  əldə  edilmə-

mişdir. Bununla belə, əlavə olaraq Adolf Le Bonun həbs edilməsi 

barədə  məlumat  verilmişdi,  ancaq  onu  cinayətdə  təqsirləndirmək 

üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən edilməmişdi. 

Mənə  heç  nə  deməsinə  baxmayaraq,  onun  özünü  aparmasından 

hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır. Bu da yalnız 

Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və dostum mən-

dən  qətl  barəsində  fikrimi  soruşdu.  Mən  də  sadəcə  olaraq  bütün 

Paris əhli kimi bu işin açılmaz bir sirr olması fikri ilə razılaşmalı 

oldum. Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.  

 Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində mü-



hakimə  yürütməliyik, 

  Düpen  dedi. 



– 

Gözüaçıqlığına  görə  bu 

qədər  təriflənən  Paris  polisi  hiyləgərlikdən  başqa  heç  nəyə  qadir 

deyildir. Zamanın irəli sürdüyü qaydalardan başqa onun əməliyya-

tında  heç  bir  sistem  yoxdur.  Polis  geniş  tədbirlər  kompleksi 



vivo 

Morq küçəsində qətl 

 

21 | 



s ə h i f ə

 

 



hazırlamağı ilə lovğalanır, amma bu tədbirlər heç bir fayda vermir. 

Əgər polis haçansa nəyəsə nail olursa, o da son dərəcə ağır zəhmət 

sayəsində  olur.  Bu  da  kifayət  etmir,  onun  planları  puça  çıxır. 

Məsələn,  Vidokda*  sistemli  fikir  yürütmək  qabiliyyəti  olmadığı 

halda, onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar zamanı 

əsəbilik  onu  pis  vəziyyətə  qoyurdu.  O,  əşyanı  gözlərinə  o  qədər 

yaxın  tutardı  ki,  onun  bir sıra  əlamətləri  nəzərindən qaçardı.  Ola 

bilsin,  onları  son  dərəcə  aydınlıqla  görə  bilirdi,  amma  məsələ 

bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək 

çox da çətin deyil. Həqiqət heç də həmişə quyunun dibində olmur. 

Ən  zəruri  məsələlər  də,  mənim  zənnimcə,  daha  çox  üzdə  olur. 

Həqiqəti  dərənin  dibində  axtarırıq,  o  isə  dağ  zirvələrində  tapılır. 

Qətl  məsələsinə  gəldikdə  isə  gəlin  müstəqil  axtarış  aparaq,  sonra 

mühakimə  yürüdərik.  Belə  axtarış  bizi  əyləndirər  (mən  “əylən-

dirər” sözünün yersiz deyildiyini duydum, lakin heç nə demədim). 

Həm  də  Le  Bon  bir  vaxt  mənə  yaxşılıq  edib.  Ona  minnətdaram. 

Gedək binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, icazə 

almaqda çətinliyimiz olmayacaq.  

 

İcazə verildi və biz dərhal Morq küçəsinə yollandıq. Morq 



küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız 

küçələrdən biridir. Bura bizim yaşadığımız məhəllədən xeyli uzaq 

olduğundan,  biz  ora  çatanda  günortadan  keçmişdi.  Evi  asanlıqla 

tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə 

qapaqlarına böyük bir maraqla baxırdı. Bu, Parisin adi evlərindən 

biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi 

yuxarı açılırdı, dalandarın eviydi. İçəri girməzdən əvvəl küçə yu-

xarı gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə 

çıxdıq. Bu vaxt ərzində Düpen malikanəyə və eləcə də bütün qon-

şu  evlərə  diqqətlə  göz  qoyurdu.  Yenidən  binanın  qabaq  tərəfinə 

gəldik,  zəngi  basdıq  və  etimadnamələrimizi  göstərdik.  Növbədə 



vivo 

Morq küçəsində qətl 

 

22 | 



s ə h i f ə

 

 



olan polis işçisi bizi içəri buraxdı. Madmazel L’Espanyenin meyiti 

olan  otağa  qalxdıq,  indi  meyitlərin  hər  ikisi  orada  idi.  Otaqdakı 

qarmaqarışıqlıq  elə  əvvəlki  vəziyyətdəydi.  “Məhkəmə  xəbərləri 

qazeti”-ndə yazılanlardan başqa heç bir şey görmədim. Düpen isə 

hər  şeyi  diqqətlə  nəzərdən  keçirirdi,  meyitləri  də  müayinə  etdi. 

Sonra digər otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm 

bizi  müşayiət  edirdi.  Qaranlıq  düşənə  qədər  yoxlama  ilə  məşğul 

olduq,  sonra  çıxıb  getdik.  Evə  gedəndə  dostum  yolüstü  gündəlik 

qəzetlərdən xəbər tutmaq üçün redaksiyaya girdi. Dostumun müx-

təlif  qəribəlikləri  barədə  danışmışam.  Onun  “mən  onlara  göz 

yumuram”  ifadəsinə  gəldikdə  isə  deməliyəm  ki,  bu  sözün  ingilis 

dilində qarşılığı yoxdur. Indi dostum elə bir əhvalruhiyyədə idi ki, 

qətl barəsində söhbət açmaq istəmirdi. Növbəti gün günorta vaxtı 

bu  haqda  danışdı.  Sonra  məndən  qəflətən,  bu  işdə  vəhşiliyə  xas 

olan bir şey müşahidə edib-etmədiyimi soruşdu. Onun “xas olan” 

sözünü  xüsusi  nəzərə  çarpdırmasında  elə  bir  şey  vardı  ki,  məni 

dəhşət bürüdü, özüm də bilmədim nə üçün.  

– 

Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, 



– 

dedim.  


– 

Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli 

tərəfini yaddan çıxarsın.  

Redaksiya  işçilərinin  axmaq  fikirlərini  bir  kənara  qoyaq. 

Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə 

əsaslanaraq işi asanlıqla həll etmək olar. Mən qətldə müşəhidə edi-

lən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam. Polis 

işçilərini da çaşdıran qətlin özü deyil, bu vəhşiliyin törədilməsinə 

məhz  səbəbin  olmamasıdır.  Onları  çətinliyə  salan  dava-dalaş  za-

manı eşidilən səslərdəki barışmaz ziddiyyətlər idi. Şahidlik edən-

lər yuxarı mərtəbədə öldürülmüş madam L’Espanyedən başqa heç 

kəsi  görmədiklərini  söyləyirlər.  Aydındır  ki,  adamlar  yuxarı  qal-




Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə