Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
1   2   3   4   5   6   7   8   9   10

vivo 

Morq küçəsində qətl 

 

32 | 



s ə h i f ə

 

 



ğum  saç  kimi  olmur.  Madam  L’Espanyenin  qıc  olmuş  barmaq-

larını güclə açaraq bunu çıxarmışam. Bu barədə nə deyirsiniz?  

– 

Düpen! 


– 

tamamilə salsılmış vəziyyətdə dedim, 

bu tük-


lər çox qəribədir, insan tükünə oxşamır.  

– 

Bunu təsdiq etməmişəm, 



– 

Düpen dedi, 

– l

akin bu məsə-



ləni  həll  etməzdən  əvvəl  istəyirəm  bu  vərəqdə  çəkdiyim  şəklə 

nəzər  salasınız.  Bu  kağızda  ifadənin  bir  hissəsində  təsvir  olunan 

madmazel  L’Espanyenin  boğazındakı  “qançır  və  dərin  dırnaq 

izlərinin”  olduğu  kimi  şəkli  çəkilmişdir.  Digərində  isə,  Düma  və 

Etyen cənablarının yazdıqları nəticədə göstərilir ki, “bir sıra göy-

qırmızımtıl  ləkələr,  görünür,  barmaq  izləridir.” 

– 

Bu  çəkdiyim 



şəkil, 

– 

dostum kağızı qabağımızdakı stolun üstünə açaraq sözünə 



davam etdi, 

– 

barmaqların necə möhkəm  yapışdığı barədə təsəv-



vür yaradır. O barmaqlardan yaxa qurtarmaq müşkül işdir. Hər biri 

əvvəlcədən necə yapışıbsa, həmin gücü ilə də qurbanı can verənə-

dək boğmağında davam edib. İndi çalışın hər iki əlinizin barmaq-

larını burada gördüyünüz izlərin üstünə qoyun.  

Cəhd etdim, lakin heç nə alınmadı.  

– 

Deyəsən,  işi  düz  aparmırıq, 



– 

Düpen  dedi, 

– 

axı  kağız 



hamar  səth  üzərindədir,  insanın  boğazı  isə  yumrudur.  Bax,  bu 

odunun  dairəsi  təxminən  boğazınkı  qədərdir.  Şəkli  onun  üstünə 

dolayıb yenidən yoxlayın.  

Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.  

– 

Bu, insan əlinin izi deyildir, 



– 

dedim.  


– 

İndi isə Küvyedən bu parçanı oxuyun, 

– 

Düpen dedi.  



Burada  şərqi  Hindistan  adalarında  yaşayan  nəhəng  qonur 

rəngli oranqutanq meymunu barəsində ətraflı surətdə anatomik və 

ümumi təsviri məlumat verilirdi. Nəhəng boylu, ağlasığmaz dərə-

cədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət, təqlidçiliyə 




vivo 

Morq küçəsində qətl 

 

33 | 



s ə h i f ə

 

 



meyl  göstərməsiylə  seçilən  bu  məməlilər  kifayət  qədər  hamıya 

məlumdur. Qətlin tam dəhşətini dərhal başa düşdüm.  

– 

Barmaqların təsviri, 



– 

oxuyub qurtardıqdan sonra dedim, 

– 

çəkdiyiniz şəkildəkinə uyğun gəlir. İndi başa düşürəm ki, ancaq 



oranqutanq  meymunu  bu  izləri  qoymuş  olar.  Bu  kürən  tüklər  də 

bir  daha  təsdiq  edir  ki,  onlar  Küvyenin  təsvir  etdiyi  oranqutanq 

meymununa məxsusdur. Bununla belə, bu dəhşətli qətldə bəzi cə-

hətləri başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan 

birinin fransıza məxsus olması şübhəsizdir.  

– 

Haqlısınız,  siz  də,  demək  olar  ki,  əksər  şahidlər  kimi 



ifadələrdəki  “aman  Allah!”  sözlərinin  fransıza  aid  olduğunu 

deyirsiniz.  Bu  nidanı  şahidlərdən  Montana  adlı  bir  şirniyyatçı 

haqlı  olaraq  etiraz  və  narazılıq  ifadəsi  kimi  səciyyələndirmişdir. 

Bu müəmmanı tam açmaq üçün əsas etibarilə ümidimi bu iki sözə 

bağlamışam. Hansı fransızsa bu qətlin şahidi olub. Amma ola bil-

sin ki, bu qanlı cinayətin baş verməsində onun əli olmasın. Bəlkə 

də, meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi yerə 

qədər  izləyib,  lakin  baş  verəcək  cinayətin  qarşısını  ala  bilməyib. 

Meymun indi də azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir 

şey olmadığından, onların səs-küyə düşməsini istəmirəm. Bu fər-

ziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki, başqala-

rını inandıra bilsin. Buna görə də, onları hələlik fərziyyə adlandır-

malı və fərziyyə kimi də araşdırmalıyıq. Əgər haqqında danışdığı-

mız fransızın mənim fərz etdiyim kimi, bu qətldə təqsiri yoxdursa, 

onda dünən axşam “Le Monde” qəzetinin redaksiyasına verdiyim 

elam mütləq bura gəlib çıxacaq.  

Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.  

– 

Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər tez-



dən  Bulon  meşəsində  Borneo  adasında  təsadüf  edilən  nəhəng 

boylu, qonur oranqutanq meymunu tutulmuşdur. Meymun öz sahi-




vivo 

Morq küçəsində qətl 

 

34 | 



s ə h i f ə

 

 



binə  (deyilənə  görə,  sahibi  Malta  gəmisində  dənizçidir)  qaytarıla 

bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və xərclən-

məsinə  çəkilən  xərcləri  ödəsin.  Bu  ünvana  müraciət  edin:  Sen-

Jermer məhəlləsi, filan küçə, ev N-filan, 4-cü mərtəbə.  

– 

Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?  



– 

Onu bilmirəm, 

– 

Düpen dedi. 



– 

Ona hələ bir o qədər də 

əmin deyiləm. Amma bu lent parçasına baxın. Forması, görünüşü 

və  yağlı  olmasından,  görünür,  onunla  dənizçilər  saçlarını  bağla-

yıblar.  Axı  dənizçilərin  letnlə  saçlarını  hörməkdən  xoşları  gəlir. 

Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam vura 

bilər. Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti ildırımötürənin 

aşağısından  tapdım.  Lent  qətlə  yetirilənlərin  heç  birinki  ola  bil-

məzdi. Əgər mən bu lentin Malta gəmisində dənizçi işləyən fransı-

za məxsus olduğunu deməklə yanılmamışamsa, qəzetdə verdiyim 

elanda siz deyən bir qəbahətə yol verməmişəm. Səhv etmişəmsə, 

dənizçi  mənim  sadəcə  olaraq  yanıldığımı  zənn  edəcək  və  işin 

dərinliyinə  getməyəcək.  Haqlı  olaramsa,  deməli,  əsas  məsələni 

həll etmişik. Qətldə əli olmasa da, onu görmüş fransız, meymunu 

tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə tərəddüd 

edəcəkdir.  O,  belə  mühakimə  yürüdəcək:  “Mənim  təqsirim  yox-

dur; həm də kasıb adamam. Belə bir vəziyyətdə olan adam üçün 

oranqutanq xeyli miqdarda pul deməkdir. Mənazıs şübhə üzündən 

nə  üçün  onu  buraxmalıyam?  O  ki  indi  yaxınlıqdadır.  Onu  qətlin 

baş verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar. Kimin 

ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə 

baş verməsi ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, 

mənə nəyisə sübut etmək çətin işdir. Mən bilirəmsə də, deyəcəm 

ki, bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, məni tanıyan 

var.” “Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Gö-

rəsən, haqqımda daha nə bilirlər? Özüm sahibi ola-ola, öz malım-

dan imtina eləsəm, heyvandan şübhələnə bilərlər. Nə heyvanın, nə 



vivo 

Morq küçəsində qətl 

 

35 | 



s ə h i f ə

 

 



də  özümün  şübhə  altına  düşməyimi  istəmirəm.  Elanda  göstərilən 

yerə  gedib,  oranqutanqı  götürəcək,  bu  əhvalat  unudulanadək  onu 

gizlədəcəyəm.”  

Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. 

– 

Tapançanı hazır 



vəziyyətdə saxlayın, 

– 

Düpen dedi, 



– 

amma onu  göstərməyin və 

mən deməyincə atəş açmayın.  

Evin giriş qapısı açılmış, gələn adam zəngi çalmadan içəri 

girmiş və bir neçə addım pilləkənlərlə yuxarı qalxmışdı. İndi isə, 

görünür,  tərəddüd  edirdi.  Bir  qədər  keçdikdən  sonra  onun  aşağı 

düşdüyünü  eşitdik.  Düpen  tez  qapıya  tərəf  getdi.  Sonra  həmin 

adamın yenidən yuxarı qalxdığını eşitdik. O, ikinci dəfə geri dön-

mədi, qətiyyətlə yuxarı qalxıb qapını döydü.  

– 

İçəri buyurun, 



– 

Düpen kefi kök və səmimi tərzdə dedi.  

Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O, 

ucaboylu, dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir 

kişi idi. Gündən çox qaralmış sifətinin yarıdan çoxunu bakinbord-

ları və bığları örtmüşdü. Əlində sanballı bir palıd dəyənəyi vardı. 

Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş əydi və “axşa-

mınız  xeyir”  dedi.  Fransızca  təmiz  danışırdı.  Ləhcəsində  azacıq 

şimallılara  məxsusluq  özünü  büruzə  versə  də,  mənşəcə  parisli 

olduğu aydındı.  

– 

Əyləşin, dostum, 



Düpen dedi. 

– 

Zənnimcə, oranqutanqın 



dalınca  gəlmisiniz.  Düzünü  desək,  sizə  qibtə  edirəm.  Çox  gözəl 

növdür,  şübhəsiz,  olduqca  qiymətli  heyvandır.  Sizcə,  onun  neçə 

yaşı olar?  

– 

Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox 



ola bilməz. İndi o buradadır?  

– 

Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyva-



nı  burda  saxlayaq?  Onu  Dübr  küçəsində  yaşayan  faytonçunun 


vivo 

Morq küçəsində qətl 

 

36 | 



s ə h i f ə

 

 



karvansarasına aparmışıq. Lap yaxındadır. Sabah gəlib apara bilər-

siniz. Siz onu tanıya bilərsiniz?  

– 

Əlbəttə, ser.  



– 

Ondan ayrılacağıma təəssüflənirəm, 

– 

Düpen dedi.  



– 

Çəkdiyimiz  zəhmətin  hədər  yerə  getməsini  istəməzdim. 

Çox  istərdim  ki,  onun  tapılmasında  çəkdiyiniz  zəhmətin  əvəzini 

pulla ödəyim, necə deyərlər, imkan dairəsində.  

– 

Nə  olar, 



– 

dostum  dedi, 

– 

şübhəsiz  bu  ədalətli  olardı. 



Amma  qoyun  fikirləşim,  görüm  sizdən  nə  alsam,  yaxşı  olar?  Siz 

gəlin  mənə  Morq  küçəsindəki  qətl  barəsində  nə  bilirsiniz,  onu 

danışın.  

Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi. Təmkin-

liklə qapıya tərəf getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. Sonra 

qoltuq  cibindəki  tapançanı  çıxarıb,  zərrə  qədər  də  həyəcanlan-

madan  onu  stolun  üstünə  qoydu.  Dənizçinin  sifəti  pörtdü,  sanki 

təngənəfəs  olmuşdu.  Ayağa  sıçrayıb  dəyənəyi  götürdü,  lakin  elə 

həmin anda oturduğu stula sərildi. Bütün vücudu titrəyirdi. Rəngi 

ağappaq olmuşdu. Dinib danışmırdı. Ona yazığım gəldi.  

– 

Dostum, nahaq yerə qorxursunuz,



– 

Düpen nəvazişlə dedi, 

– 

sizə bir centlemen və fransız kimi söz verirəm ki, bizdən heç bir 



ziyan görməzsiniz. Morq küçəsindəki o dəhşətli qətldə sizin təqsi-

riniz olmadığını da lap yaxşı bilirəm. Bununla belə, həmin qətl ilə 

sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək ol-

maz. Sizə dediklərimi başa düşməlisiniz ki, bu barədə mən müəy-

yən  yollarla  məlumat  əldə  etmişəm.  Yatsanız,  heç  yuxunuza  da 

girə bilməz. Deməli, məsələ belədir. Axı elə bir iş tutmamısınız ki, 

danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb olunasınız. Cəza-

sız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. Nə-

yisə gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur. 

Bununla belə, vicdan tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə, 




vivo 

Morq küçəsində qətl 

 

37 | 



s ə h i f ə

 

 



hamısını  olduğu  kimi  danışasınız.  Günahsız  adam  həbs  olunub, 

onu qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim olduğunu 

bilirsiniz.  

Düpenin  bu  sözlərindən  sonra  dənizçi  sanki  özünə  gəldi, 

amma əvvəlki cəsarətindən əsər-əlamət qalmamışdı.  

– 

Allah,  sən  özün  kömək  ol. 



– 

Azacıq  sükutdan  sonra 

dənizçi  dilləndi. 

– 

Nə  bilirəmsə  sizə  danışacağam.  Ancaq  ağlım 



kəsmir ki, dediklərimə inanasınız. Mənə inanacağınızı fərz etmək, 

həqiqətən də axmaqlıq olardı. Yenə də deyirəm, təqsirim yoxdur. 

Bu işdən ötrü ölsəm də, hər şeyi etiraf edəcəyəm. Onun nəql etdik-

ləri aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. 

Bir  dəstə  dənizçi  ilə  Borneo  adasında  sahilə  çıxıb  və  şənlənmək 

üçün  adanın  içərilərinə  doğru  gediblər.  Həmin  oranqutanqı  bir 

dostu ilə elə orada tutub. Bir müddətdən sonra dostu ölür və mey-

mun ona qalır.İpə-sapa yatmayan meymunla olmazın əzab-əziyyət 

çəkən sahibi, nəhayət, vətənə qayıdır. Həm qonşuların zəhlətökən 

marağından uzaq olmaq üçün, həm də ayağına gəmidə şey batdı-

ğından  yarası  sağalana  qədər  oranqutanqı  Parisdəki  evində  qıfıl 

altında  anbarda  saxlayır.  Əsas  məqsədi  bu  olub  ki,  onu  münasib 

qiymətə satsın. Qətlin baş verdiyi gecəyarısı hansısa dənizçi dos-

tunun  şənliyindən  evə  qayıdanda,  oranqutanqı  öz  yataqotağında 

görür.  Məlum  olur  ki,  meymun  anbarın  arakəsməsini  sındırıb, 

həmin  otağa  keçibmiş.  Üzünü  ədəb-ərkanla  sabunlayaraq,  əlində 

ülgüc  güzgünün  qabağında  əyləşib,  guya  üzünü  qırxır.  Şübhə 

yoxdur  ki,  sahibi  əvvəllər  üzünü  qırxanda  oranqutanq  anbardakı 

açar deşiyindən bunu görürmüş. Qəddar heyvanın əlində bu təhlü-

kəli aləti gördükdə, meymunun ondan necə istifadə edəcəyini bil-

diyindən  başını  itirən  sahibi  bir  anlığa  çaş-baş  qalır.  Əvvəllər  də 

heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə adət-

kar olduğundan, bu dəfə də qırmanca əl atır. Oranqutanq qırmancı 

görən  kimi  tez  qapıya  tərəf  sıçrayaraq  pilləkənlərlə  aşağı  qaçır. 




vivo 

Morq küçəsində qətl 

 

38 | 



s ə h i f ə

 

 



Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır. Ümidsiz bir 

halda fransız da onun dalınca gedir. Ülgüc əlində meymun hərdən-

bir  dayanaraq  geri  baxır,  sahibinin  ağzını  əyir,  onu  xeyli  yaxına 

buraxdıqdan  sonra  yenə  qaçırmış.  Bu  təqib  xeyli  davam  edir. 

Səhər saat üç radələrində küçələrdə tam sakitlik imiş.  

Morq küçəsinin arxa tərəfindəki dalana burularkən, oranqu-

tanqın diqqətini dördüncü mərtəbədə madam L’Espanyenin yataq 

otağının  açıq  pəncərəsindən  gələn  işıq  cəlb  edib.  Binaya  özünü 

yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz bir cəld-

liklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə qapağın-

dan  yapışır  və  birbaşa  özünü  çarpayının  baş  tərəfinə  atır.  Bu 

əməliyyat  bir  dəqiqədən  artıq  çəkməyib.  Otağa  girdikdən  sonra 

yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt ərzində dənizçi bil-

mir ki, sevinsin, yoxsa kədərlənsin. Heyvanı yenidən tuta biləcəyi-

nə ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən dü-

şən oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, 

onun da yanını dənizçı kəsdirib dururdu. Birdən onu fikir götürür, 

evdə  heyvanın  əlindən  xata-zad  çıxa  bilərdi.  Bu  fikir  dənizçını 

vadar edir ki, onu yenidən gizləsin. Dənizçı üçün ildırımötürənlə 

dırmaşmaq çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərə-

nin bərabərinə çatanda, dayanmalı olur. Yalnız bir şey edə bilir 

 



boynunu uzadaraq pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk 

baxışdan dəhşətə gəlir. Az qalır yıxılsın. Morq küçəsinin sakinləri-

ni  də  yuxudan  oyadan  məhz  həmin  dəhşətli  qışqırtılar  olub.  Ma-

dam L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş, 

haqqında  danışdığımız  dəmir  seyfin  içindəki  sənədləri  nizama 

salırmışlar.  Görünür,  onlar  arxası  pəncərəyə  oturduqlarından, 

meymunun içəri girməyindən dərhal xəbər tutmayıblar. Heyvanın 

içəri  girməsi  ilə  qışqırtıların  eşidilməsi  arasında  müəyyən  vaxt 

keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi 

içəri  axanda  nəhəng  heyvan  madam  L’Espanyenin  saçlarından 




vivo 

Morq küçəsində qətl 

 

39 | 



s ə h i f ə

 

 



yapışaraq  (xanım  yatmazdan  qabaq  saçlarını  darayıb  kürəyinə 

tökmüşdü), onun gözü qabağında dəlləyin hərəkətlərini yamsılaya-

raq  ülgücü  yellədirmiş.  Qız  isə  huşunu  itirdiyindən,  hərəkətsiz 

halda uzanıb qalmışdı. Qarı qışqırır, müqavimət göstərir, qorxudan 

saçlarını yolmağa başlayır. Nəhayət, bu, meymunu haldan çıxarır. 

Qüvvətli  əlini  bir  dəfə  çəkməklə  qarının  başını,  demək  olar  ki, 

bədənindən  üzür.  Qanı  gördükdə  daha  da  quduzlaşır,  gözləri 

qəzəbdən  od  tutub  yanır.  Dişlərini  qıcayaraq  qıza  tərəf  atılır  və 

dəhşətli caynaqlarını onun boğazına keçirərək, nəfəsi kəsilənədək 

boğur.  Bu  zaman  vəhşi  nəzərləri  çarpayının  baş  tərəfindən  aralı 

dəhşətdən  ölü  rəngi  almış  sahibinə  zillənir.  Yadından  çıxmayan 

amansız qırmanc dərhal qəzəb hissini əvəz edir. Haqlı olaraq cəza-

lanacağından  qorxan  heyvan  qanlı  cinayətini  ört-basdır  etməyə 

cəhd  göstərir.  Qəzəbindən  otaqda  qərar  tutmayaraq,  avadanlığı 

sındırıb  tökür.  Yorğan-döşəyi  çarpayıdan  dartıb,  döşəməyə  fırıl-

dadır.  Nəhayət,  əvvəl  qızın  meyidini  qamarlayaraq  indi  tapıldığı 

buxarıya  tıxayır,  sonra  isə  qarını  götürüb  pəncərədən  başıaşağı 

tullayır. Meymun eybəcər hala saldığı yüküylə pəncərəyə yaxınla-

şanda,  dənizçı  sarsılmış  halda  ildırımötürənə  tərəf  geri  çəkilir, 

onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı unudub, bu qanlı 

cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların pillə-

kənlərlə  qalxarkən  eşitdikləri  sözlər  fransızın  vahimə  ifadə  edən 

nidası  və  ona  qarışmış  rəzil  heyvanın  çıxartdığı  səslərmiş.  Deyi-

lənlərə  yeni  bir  şey  əlavə  etmək  çətindir.  Adamlar  qapını  sındır-

mazdan  azacıq  əvvəl  oranqutan  otaqdan  ildırımötürən  vasitəsilə 

qaçır.  Pəncərəni  də  çıxarkən  örtür.  Bir  qədər  keçəndən  sonra 

dənizçi onu özü tutur və böyük bir məbləğə heyvanxanaya satır. 

  

Polis  idarəsində  əhvalatı  olduğu  kimi  danışdıq.  Dərhal  Le 



Bonu  buraxdılar.  Bununla  belə,  Düpen  bəzi  şeyləri  deməkdən 

çəkinmədi.  Bu  vəzifəli  çinovnik  dostuma  qarşı  iltifatlı  olmasına 




vivo 

Morq küçəsində qətl 

 

40 | 



s ə h i f ə

 

 



baxmayaraq,  işlərin  belə  şəkil  aldığını  görəndə  peşmançılığını 

gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə öz işi ilə məşğul 

olmağı məsləhət gördü.  

– 

Qoyun çərənləsin, ürəyini boşaltsın, 



 Düpen dedi və ona 

cavab verməyi lüzumsuz hesab etdi.

– 

Rəqibimi öz meydançasında 



məğlub etmək mənə ləzzət verir.  

Polis  bu  müəmmənı  aça  bilmədi,  amma  onun  zənn  etdiyi 

kimi, bu işdə heç bir möcüzə yoxdur. Düzünü desək, polis dostum 

çox  hiyləgər  olduğundan,  məsələnin  dərinliyinə  gedə  bilmir  və 

onun  mühakimələrində  bir  səthilik  var.  Bu  səthilik  də  Laverna 

ilahəsinin şəkillərdə bədənsiz baş kimi və yaxud ən yaxşı halda isə 

treska balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına 

oxşayır. Buna görə də ona pis adam deməzdim. Bu adamda xüsu-

silə xoşuma gələn cəhət odur ki, diribaşdır. Özünü ağıllı kimi qələ-

mə verərək nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə tuturam.  

Yaxşı  deyiblər:  “Olan  şeyi  dan,  olmayan  şey  haqqında 

aləmə car çək.” 



 

 

son 



 

Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə