Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


K/t kommersiya təşkilatları və sahibkarların hüquq və mənafelərinin müdafiəsinin hüquqi mexanizmlərinin ümumi xarakteristikası



Yüklə 0,81 Mb.
səhifə10/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

2. K/t kommersiya təşkilatları və sahibkarların hüquq və mənafelərinin müdafiəsinin hüquqi mexanizmlərinin ümumi xarakteristikası.

Aqrar bölmədə hüququ qaydasının təmin edilməsi müəyyən tədbirlər sistemi vasitəsilə reallaşdırılır. Son vaxtlara qədər bu tədbirlər yalnız ənənəvi hüquq mühafizə orqanlarının –prokrorluq,məhkəmə və iqtisad məhkəməsinin fəaliyyətinə aid edilir. Həmin orqanlar şübhəsiz bu gündə K/t kommersiya təşkilatları və sahibkarla K/t kommersiya təşkilatları və sahibkarların hüquqlarının və mənafeyinin hüquqi təminində çox mühüm rol oynayırlar. Likin bazar iqtisadiyyat K/t kommersiya təşkilatları və sahibkarlar hüquqlarının və mənafelərinin müdafiəsinin yeni təşkilati hüquqi formalarını meydana çıxarır. Bunlara misal olaraq auditorları,sığorta şirkətlərini ,münsiflər məhkəməsini misal göstərmək olar.

Auditor firması (təşkilatı) təsərrüfat subyektlərində müqaavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama,ekspertiza,təhlil aparmaqla və yazılı rəy verməklə onların əmlak və maliyyə vəziyyətini təsdiq edir.

Audit yoxlaması məcburi və ya könüllü(təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subuektləri üçün habelə qanunda nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanını müvafiq qərarına əsasən (sifariş ilə) həyata keçirilən audit məcburi,digər hallarda isə könüllüdür.

Auditor təşkilatı kommersiya əsasında K/t kommersiya təşkilatları və sahibkarların əmlakının dəyərini qiymətləndirir və müvafiq sənəd verir ki,bu da kommersiya təşkilatlarının dövlət qeydiyyatı materiallarına əlavə edilməlidir. Autitor təşkilatı öz məlumatlarına görə maddi məsuliyyət daşıyırlar. K/t kommersiya təşkilatları və sahibkarlar öz aralarında müxtəlif müqavilə münasibətləriinə daxil olarkən kontragentin (əks tərəfi) ödəniş qabiliyyəti haqqında arayışına istinad edə bilər. Beləliklə,auditor təşkilatı təsərrüfat subyektlri arasında bağlanmış müqavilənin icra edilməsinin qarantı kimi çıxış edir. Tərəflərin əmlak vəziyyəti haqqında auditor arayışı ilə təmin edilən müqavilənin icra olunması haqqında auditor təşkilatı sonradan günahkar tərəfdən tələb etməklə dəbbə pulu ödətdirə bilər.

Ölkəmizdə auditor xidməti ilə bağlı münasibətlər “Auditor xidməti haqqında ” Az. Res nın 16 sentyabr 1994 cü il tarixli qanunu ilə tənzimlənir. Bu qanun mülkiyyət formasında və təşkilatı-hüquqi tabeçiliyindən asılı olmayaraq bütün müəssisələrə,təşkilatlara və idarələrə(əsərrüfat subyektlərinə) şamil edilir və həmin subyektlərdə əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti saiteminin yaradılmasına xidmət edir.

Sığorta firmaları(cəmiyyətlər)-K/t kommersiya təşkilatları və sahibkarların kommersiya risklərinin sıortası ilə məşğul olan müstəqil kommersiya tşkilatıdır. Bir qayda olaraq sığirta təşkilatları kommersiya hüquqi şəxslərinin və sahibkarların sövdələşmələrini,sövdələşmə iştirakçılarının əmlak və maliyyə vəziyyəti haqqında auditor arayışı olduqda sığoratlayır. Müqavilə pozulduqda sığorta təşkilatı sığorta edilmiş zərərçəkənə dəymiş ziyanı ödəyir,özü isə auditor firması ilə birlikdə müqavilə şərtlərini pozana qarşı iddia tələi irəli sürür. Sığorta təşkilatı isehsalat-kommersiya fəaliyyətinin maliyyə sabitliyini təmin edirlər.

Mülkiyyət formasından asılı olmayaraq k/t məhsulları məhsulları istehsalçılarının əmlakının sığortasının stimullaşdırılmasını hüquqi və iqtisadi əsaslarını müəyyən etmək və sığortanın iştirakçıları əsasında münasibətləri tənzimləmək üçün “K/t da sığortanın stimullaşdırılması haqqında ” Az. Res. Qanunu (18.06.2002)xüsusi əhəmiyyət kəsb edir. Bu qanun k/t isehsalçılarının əmlakının təbii fəlakətindən sığortasında dövlətin iştirakını təmin eməklə,aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaq və sığortalılara sığorta hadisələrindən dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarının gücləndirilməsi məqsədi daşıyır.

K/t da bütün sığorta obyektləri (k/t bitkilərinin məhsulu, kt heyvanlarının,ev quşları,dovşanlar,xəzdərili vəhşi heyvanlar,arı ailələri,k/y yəyinatli binalar,tikililər,qurğular,avadanlıqlar,maşınlar,nəqliyyat vasitələri və digər əmlak növləri) bir qayda olaraq yanğından,doludan,seldən,daşqından,tufandan,şaxta və ildırım vurmasından,zəlzələdən,torpaq sürüşməsindən,dəmyə torpaqlarda quraqlıq kimi fəlakətlərdən sığortalanır. k/t bitkilərini məhsulları,k/t heyvanları,ev quşları,dovşanlar,xəzdərili vəhşi heyvanlar,arı ailələri xüsusi təhlükəli ziyanvericilərin yayılmasındanvə hücumundan,yolxucu xəstəliklərdən,k/t təyinatlı binalar,tikililər,qurğrlar,avadanlıqlar,maşınlar,nəqliyyat vasitələri isə qəza hadisələrindən də sığortalanırlar.

K/t əmlakın təbii fəlakətdən sığortalanmasının stimullaşdırılması müvafiq il üçün “Az. Res . dövlət büdcəsi haqqında” Az. Res.nın qanunda nəzərdə tutulmuş maliyyə yardımı həddində həyata keçirilir.

Qanunda həmçinin k/t da əmlak sığortasının könüllü formada həyata keçirilməsi,sığortanın şərtləri və aparılması qaydalarnın qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilməsi barədə müddəalar təsbit olunmuşdur.

Münsiflər məhkəməsi tərəflərin arasındakı mübahisəni həll etmək üçün onların özlərinin seçdiyi qeyri-dövlət orqanıdır. Onlar məhkəmələrin və iqtisad məhkəmələrinin aidiyyatına mənsub olan təsərrüfat mübahisələrinə baxırlar.. Münsiflər məhkəməsinin məkəmə və iqtisad məhkəməsi qarşısında üstünlüyü ondan ibarətdir ki,bu məhkəmənin hakimlərini(arbitrləri) tərəflərin özləri seçirlər. Seçmə mexanizmi çox müxtəlif ola bilər. Lakin başlıcası ondan ibarətdir ki,bu məhkəmənin tərkibi tərəflərin razılığı ilə təyin edilir. Mübahisənin münsiflər mhkəməsinə verilməsi haqqında ərəflərin razılaşması sənədləşdiriləlidir. Tərəflərin razılığı ilə məhkəmənin qərarı heç bir təsdiqsiz yalnız tərəflərin icrası üçün deyil,həm də banklar və digər kredit təşkilatları üçün məcburi xarakter daşıyır. əgər tərəflər münsiflər məhkəməsinin qərarını ədalətsiz hesab edirlərsə,onda onlar həmin mübahisənin həlli çün məhkəməyə və ya iqtisad məhkəməsinə müraciət edə bilərlər.

Qeyd etmək lazımdır ki,”Məhkəmələr və hakimlər haqqında ” 10.06.97 ci il tarixli Az. Res. Qanununda münsiflər məhkəməsi haqqında heç bir müddəa yoxdur. Ancaq qanunun 19 cu maddəsində Az. Res.nın məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələrin də yaradılmasına icazə verilir. Az. Res. Mülki Prossesual Məcəlləsinin 29 cu maddəsi isə mübahisələrin münsiflər məhkəmsinə verilməsinə həsr edilmişdir.

Aqrar kommersiya təşkilatları və sahibkarların hüquq və mənafelərinin müdafiəsinin geniş tədbirlər sistemi onların aqrar birja vasitəsilə sövdələşmələr həyata keçirdiyi vaxt istifadə olunur. Birjalar başlıca olaraq K/t kommersiya təşkilatları və sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə yaradılır və fəaliyyə göstərir.

Sövvdələşmələrin birjada qeydiyyatı birjada bağlanan müqavilələrin reallığının və təminatının qarantiyasıdır. Birja əqdlərinin qeydə alınması və uçotu sövdələşmə üzrə öhtəliklərin icrası üçün böyük rol oynayır.

“Əmtəə birjası haqqında ” AZ. Res.nın 25 may 1994 cü il tarixli qanunu ölkə ərazisində əmtəə birjalarının yaradılması və fəaliyyəi,birja ticarəti,əmtəə birjalarında fəaliyyətin hüquqi təminatları üzrə münasibətləri tənzimləyir.




3.Aqrar qanunvericiliyin icra edilməsi üzərində prokuror nəzarəti.

Az. Res Prokrorluğu (latınca procuro-qayğısına qalıram,tımin edirəm,qarşısını alıram). Konstitusiyanın 133 cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir,qanunla nəzərdə tutulmuş hallada cinayət işləri başlayır və istintaq aparılır;məhkəmədə dövlət ittihamını müdafiə edir;məhkəmədə iddia qaldırır,məhkəmə qərarlarından porotest verir.

“Prokrorluq haqqında” Az. Res qanunun 5 ci maddəsində prokrorluğun fəaliyyətinin əsas prinsipləri müəyyən edilmişdir.bu prinsiplər aşaığdakılardır:


  • qanunçuluq;

  • hər kəsin qanun qarşısında hüquq bərabərliyi

  • fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;

  • obyektvlik,qərəzsizlik və faktlar əsaslanma;

  • vahidlik və mərkəzləşdirmə,ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurara tabe olunması;

  • siyasi birtərəflik.

Aqrar bölmədə prokurorların fəaliyyətinin predmeti aqrar qanunvericiliyintələblərinə riayət edilməsinin təmini,k/t kommersiya təşkilatlarının və sahibkarların hüquq və mənafelərinin(əmlak,təşkilati,şəxsi) müdafiəsi hesab olunur.

Az. Res.nın prokurorluğuna Az. Res.nın baş prokuroru rəhbərlik edir. Az. Res.nın baş prokurorunun Az. Res.nın Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edir.

Prokurorluq orqanlarında qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində K/t kommersiya təşkilatları və sahibkarların ərizələrinə,şikayət və müraciətlərinə baxılır,vətəndaşların qəbulu həyata keçirilir.

Cinayət barədə ərizə şikayət və müraciətlərdə göstərilən faktların yoxlanılması məqsədilə dövlət orqanlarında və audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və raşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir.

Az. Res qanunvericiliyinin tələblərinə müvafiq olaraq prokurorluğa daxil olunmuş ərizə,şikayət və müraciətlərə baxılır.

Prokuror öz səlahiyyətlərini həyata keçirərkən qanunla müəyyən edilmiş qaydada və çərçivədə aşağıdakı aktlar çıxara bilər:



  • xəbərdarlıq;

  • təqdimat;

  • qərar;

  • yazılı göstəriş;

  • iddia ərizəsi;

  • məhkəmə qərarlarından protest.

Prokuror aktları onu çıxaran prokurorun özü və ya yuxarı prokuror tərəfindən götürülə,dəyişdirilə və ya ləvğ edilə bilər.

Qanun pozuntularından çəkindirmək məqsədilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

Prokuror qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının,onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlar yaxud vəzifəli şəxslərə təqdimat verir.

Təqdimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq prokurora yazılı məlumat verilməlidir.

Prokuror təqdimata kollegial orqan tərəfindən baxıldıqda iclasın keçirilmə vaxtı barədə prokurora azı 3 gün əvvəl məlumat verilməlidir.

Prokuror təqdimata kollegial orqan tərəfindən baxılmasında iştirak edə bilər.

Prokuror cinayət və inzibati cinayət və inzibati hüquq pozuntusu aşkar etdikdə və digər hallarda müvafiq olaraq cinayət işi başlamaq və ya inzibati hüquq pozmalarına dair icraat başlamaq haqqında,yaxud digər qərar çıxarır.

Prokuror qanunda nəzərdə tutulmuş hallarda təhqiqat və ya ibtidai istintaq orqanlarına yazılı göstəriş vermək hüququna malikdir.

Prokurorun təhqiqat və ya ibtidai istintaq məsələlərinə dair yazılı göstərişinin icrası məcburidir.

Prokuror Az. Res. Prosessual qanunericiliyində nəzərdə tutulmuş qaydada və hallarda iddia ərizəsi(ərizə) ilə məhkəməyə müraciət edə bilər.

Prokuror Az. Res.nın prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qərarlarından protest verir.

Protest prokurorun iştirak etdiyi iş üzrə məhkəmə qərarından onun yuxarı məhkəməyə verdiyi şikayətdir və öz hüquqi statusuna,hüquqi nəticələrinə görə digər tərəfin şikayətinə bərabər tutulur.

Protest baxılanadək onu vermiş prokuror,yaxud yuxarı prokuror tərəfindən geri götürülə,yaxud başqa protestlə əvəz oluna bilər.

Prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən ) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər.

Az. Res. Prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallar istisan edilməklə şikayətin verilməsi prokuror aktlarının icrasını dayandırmır.

4. K/t kommersiya təşkilatları və sahibkarların hüquq və mənafelərinin məhkəmə müdafiəsi.

K/t kommersiya təşkilatları və sahibkarların hüquq və mənafelərinin müdafiəsinin hüquqi tədbilər sistemində ümumi məhkəmə fəaliyyəti daha böyük yer tutur. Bu onunla izah edilir ki,bazar iqtisadiyyatı şəraitində K/t kommersiya təşkilatları və sahibkarların hüquqlarının və mənafelərinin məhkəmə müdafiəsi imkanları xeyli genişləndirilmişdir. Iqtisad məhkəməsinə bu gün idarə tabeçiliyindən və tərəflərin tabeçiliyindən və tələb olunan məqsəddən asılı olmayaraq ilk növbədə təşkilatlar,sahibkar vətəndaşlar arasında iqtisadi mübahisələr aiddir. Iqtisadi mübahisələr dedikdə istehsal və ona xidmət edən sferasındayaranan münasibətlər başa düşülür. Bu mübahisələr əsasən K/t kommersiya təşkilatları və sahibkarların müqavilələrindən meydana çıxan mübahisələrdir.

“Məhkəmələr və hakimlər haqqında” Az. Res. Qanununda ölkədə ədalət mühakiməsini həyata keçirən Az. Res məhkəmə sisteminə daxil olan məhkəmələr sırasında yerli iqtisad məhkəmələri,Apelliyasiya Məhkəməsi, Az. Res. Iqtisad məhkəməsi,Ali məhkəmə ilə yanaşı qanunla müəyyən edilmiş qaydada digər məhkəmələrin də yaradılması göstərilir.(maddə 19)

Torpaq mübahisələrinə,səlahiyətlərinə müvafiq olaraq həm məhkəmələrdə,həm iqtisad məhkəmələrinədə,həm də məhkəmədən kənar qaydada baxıla bilər.

Qaydaya görə mülki iş,eləcə də müqavilənin bağlanması və icrası,mülkiyyətçi tərəfindən pul münasibətlərinin və digər əmlakın və s.tələb edilməklə bağlı işlər,əgər tərəflərdən biri sahibkar statusu olmayan vətəndaşdırsa, və ya vətəndaş sahibkar statusuna malikdirsə,lakin iş onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildirsə bu halda ümumi yurisdiksiya məhkəməsinə verilməlidir.

“Məhkəmələr və hakimlər haqqında” AZ. Res. Qanununda müəyyən edilmişdir ki,vətəndaş dövlət orqanlarının istənilən aktında ,eləcə də vəzifəli şəxsin onun hüquqlrına toxunan hərəkətlərindən məhkəməyə şikayə etmək hüququna malikdir.

K/t kommersiya təşkilatlarının iqtisadi mübahisələri arasında onların digər kommersiya təşkilatları və sahibkarlar və təşkilatlarla müqavilə əlaqələrindən yaranan münasibətlər əhəmiyyətli yer tutur. Aydındır ki, belə mübahisələrin miqdarı bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar daha çox artır,çünki bu şəraitdə müqavilə qarşılıqlı təsərrüfat münasibətlərini yənzimləyən əsas hüquqi sənədə çevrilir.

Aqrar kommersiya təşkilatları və sahibkarların hüquq və mənafelərinin məhkəmə müdafiəsi a.ağıdakı yollarla həyata keçirilir:



  • hüququn tanınması;

  • hüququn pozulmasına qədər mövcud olan kəmiyyətin bərpası və hüququ pozan və onun pozulmasına təhlükə yaradan əməllərin qarşısının alınması;

  • vuruln ziyana görə cərimə tutulması və dəbbə pulun alınması;

  • naturada öhtəliyin icra olunmasını məcbur etmək;

  • hüquq münasibətlərinin dayandırılması;

  • qanunvericiliyin müddəalarına uyğun gəlməyən normativ aktların etibarsız sayılması, və s.

Qanun və ya müqavilə ilə nəzərdə tutulmuş hallarda k/t kommersiya təşkilatlarının mübahisələrinə iddia qaydasında baxılır,yəni maraqlı təsərrüfat subyekti iddiada digər tərəfə tələb irəli sürməklə məhkəməya müraciət edir.

Iddia məhkməyə yazılı formada verilir və təşkilatın rəhbəri və ya onun müavini,vətəndaş sahibkar tərəfindən imzalanır. Iddiada aşağıdakılar göstərilir:



  • iddiaçının tələbi. Əgər iddia pulla qiymətləndirilməlidirsə,iddianın məbləği və onun əsaslandırılmış hesabatı;

  • tələbin əsaslandırıldığı hallar və mövcud qanunvericiliyə istinad etməklə onların təsdiq edən sübutlar;

  • müvafiq sənədlərin siyahısı.

Iddiyaya ərizəçinin irəli sürdüyü tələbləri təsdiq edən sənədlərin əsli və ya onların lazımı qaydada təsdiq edilmiş surətləri əlavə olunur.

Qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

Iddia ərizəsi əgər onun daxil olmasından 2 həftə müddətində məhkəmə tərəfindən qaytarılmayıbsa və ya onu qəbul etməkdən imtina edilməyibsə qəbul edilmiş sayılır.

ərizə məhkəməya daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayaraq baxılmalı və için mahiyyəti üzrə qətnamə çıxarılmalıdır.

Işə işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə,məhkəmə iclasında baxılır.

Məhkəmələrdə işlərə birinci instansiya apellyasiya və kassasiya instansyaları üzrə baxılır. Işlərə kollegial və hakim tərəfindən təkbaşına baxılır. Birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya 3 hakimdən ibarət tərkibdə,yaxud andlı iclasçılardan ibarət tərkibdə;apelliyasiya və kassasiya instansiyası məhkəməsində 3 və ya daha çox hakimdən ibarət tərkibdə baxılır.

Işə təkbaşına baxan hakim sədrlik edən sayılır.

Sədrlik edən işin bütün hallarını,tərəflərin hüquq və vəzifələrini tam,hərtərəfli və obyektuv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir,baxılan işə aidiyyatı olmayanları məhkəmə baxışından çıxarır.

Işə şifahi və hakimlərin dəyişməz tərkibində baxılır. Işə baxılması üçün təyin olunmuş vaxtda hakim məhkəmə iclasını açır və məhkəmənin hansı işə baxmalı olduğunu elan edir.

Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini,gəlməyənlərə çağırış vərəqələrinin verilib-verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir.

Gəlmiş şahidlər məhkəmə iclası zalından xüsusi ayırılmış otağa çıxarılırlar. Sədrlik edən məhkəmə tərkibini elan edir,kimin ekspert,mütəxəssis,tərcüməçi,məhkəmə iclası katibi kimi iştirak etdiyini bildirir.

Işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən irəli sürülmüş tələlər üzrə tərəflərin və üçüncü şəxslərin mülahizəsini aydınlaşdırır.

Işi məruzə etdikdən sonra hakim iddiaçını və onun təəfində iştirak edən üçüncü şəxsi,cavabdehi və onun tərəfində iştirak edən üçüncü şəxsi,habelə işdə iştirak edən digər şəxsləri dinləyir.

Işdə iştirak edən şəxslər sədrlik edənin icazəsi ilə bir-birilərin suallar verə bilərlər.

Bütün subutlar tədqiq edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərdən və onların nümayəndələrindən onların məhkəmə tədqiqaının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Bu cür vəsatətlər olmadıqda sədrlik edən iş üzrə halların tədqiqinin qurtardığıni elan edir və məhkəmə çıxışlarına keçir.

Mahiyyəti üzrə işə baxılması qurtardıqdan sonra məhkəmə çıxışları ümumi qaydada olur.

Iclas zalında iştirak edənlərə elan etməklə hakim məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir.

Məhkəmə qətnaməni Az. Res. Adından çıxarır. Qətnamə 4 hissədən ibarət olur:



  • giriş hissəsi;

  • təsviri hissə;

  • əsaslandırıcı hissə;

  • nəticə hissəsi.

Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə qəbul edildiyi gündən K/t kommersiya təşkilatları və sahibkarlar ay keçdikdən sonra qanuni qüvvəyə minir.

5.K/t kommersiya təşkilatları və sahibkarlar hüquq və mənafelərinin notariat müdafiəsi.

Az. Res. Milli Məclisi tərəfindən 26 noyabr 1999 cu ildə qəbul edilmiş (30 yanvar 2000 ci ildə qüvvəyə minmiş)”Notariat haqqında” Az. Res.nın qanununa uyğun olaraq K/t kommersiya təşkilatları və sahibkarların hüquq və ənafelərinin müdafiəsi işində notariata xüsusi əhəmiyyət verilir.

Notariat (notarius-lat. Katib,mirzə) dedikdə qanunda nəzərdə tutulmuş xüsusi hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.

Rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların təsdiqi,hüquqi faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keşirilə bilər.

əsasən mübahisəli məsələlər həll edilən məhkəmə müdafiəsindən fərqli olaraq,notariatda mübahisəsiz məsələlərə baxılır. Notariat sövdələşməni təsdiq edir,sənədin surətinin düzgünlüyünə şəhadət verir.

Notariat fəaliyyəti ilə peşəkarcasına mə.ğul olan şəxs notarius adlanır.

Az. Res.da notariat fəaliyyəti üzrə kargüzarlıq Az. Res nın dövlət dilində aparılır.

Noariat hərəktlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə,notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir.

Notariat fəaliyyətinə nəzarəti Az. Res. ədliyyə Nazirliyi həyata keçirir. Hər bir notariusun notariat fəaliyyəti 2 ildə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini yerinə yetirir

1Əqdləri və etibarnamələri təsdiq edir;

2. miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3. vərəsəlik hüquq haqqında şəhadətnamələr verir;

4.ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;



5.yaşayış evlərinin,mənzillərin açıq hərracından əldə olunmasına dair şəhadətnamələr verir;

6.sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

7. sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

8. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

9.şəxsin sağ olması faktını təsdiq edir;

10. şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

11.şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

12. sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

13. sənədləri saxlanmaq üçün qəbul edir;

14. pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir;

15. icra qeydləri apaır;

16. veksellərə protestlər tərtib edir;

17. çekləri ödənilmək üçün qəbul edir və çeklərin ödənilmədiyini təsdiq edir;

18 fiziki və hüquqi şəxslərin ərizələrinin başqa hüquqi və fiziki şəxslərə verir.;

19. dəniz protestləri tərtib edir;

20. sübutları əmin edir.

Az. Res.nın qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Xaricdə istifadə edilən sənədlərin təsdiqi,daşınmaz əmlakın özgənikiləşdirilməsi haqqında olan notariat hərəkətlərinin aparılması müvafiq yerli(şəhər,rayon) icra hakimiyyəti orqanı tərəfindən hər bir inzibati ərazi vahidində fəaliyyət göstərən müəyyən bir noyariusa həvalə edilir.

Noariat kontorları olmayan yaşayış məntəqələrinə müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətləri yerinə yetirir:


  1. vəsiyyətnamələri təsdiq edirlər;

  2. miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər;

  3. əmlakdan istifadə edilməsi və onun barəsində sərəncam verilməsi barədə,avtomaşımların müddətli istifadəyə verilməsinə dair etibarnamələr istina olmaqla etibarnamələri təsdiq edir;

  4. sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edir;

  5. sənədlərdəki imzanın həqiqiliyini təsdiq edir.

Az. Res. Konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri də qanunla müyyən edilmiş qaydada notariat fəaliyyətini həyat keçirirlər.

Dövlət notariusu vəzifəsinə şəhadətnamələr almış vətəndaşlar arasından Az. Res. Ədliyyə Naziri tərəfindən təyin edilir.

Notariat hərəkətləri dövlət notariusu ilə yanaşı xüsusi notarius tərəfindən də yerinə yetirilə bilər.

Notariat hərəkətlərin yerinə yetirilməsinə,sənədlərin layihələrinin surətlərinin(dublikatlarının) verilməsinə,texniki işlərin icrasına görə notariuslar haqq tuturlar.

Noariuslar və notariat hərəkətləri yerinə yetirən digər vəzifəli şəxslər tərəfindən tutulan dövlət rüsumlarının və əlavə xidmət haqqının məbləği “Notariat haqqında” qanuna edilən 1 və 2 saylı əlavələrlə müəyyən edilir.

Noariat hərəkəti yalnız onun çün haqq ödənildikdən sonra yerinə yetirilir.

Notarius iş yerindən kənarda notariat hərəkətlərini yerinə yetirmək üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidirlər.

Notariat hərəkətlərinin yerinə yetirilməsinə görə tutulan haqq dövlət rüsumundan və əlavə xidmət haqqından ibarətdir.

Ntariuslar və notariat hərəkətlərini yerinə yetirən digər vəzifəli şəxslər notariat hrəkətlərinin aparılmasınagörə dövlət rüsumu alırlar.

Notariat kontorları və dövlət orqanları tərəfindən notriat hərəktlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri “Dövlət rüsumu haqqında” Az. Res.nın 4 dekabr 2001 ci il tarixli qanunu ilə müəyyən edilir..

Dövlət notariusları tərəfindən notariat hərəkətlərinin yerinə yetirilməsinə görə dövlət rüsumu tutularkən onun 25% dərhal notariat kontorlarının və dövlət noariat arxivinin saxlanması üçün xüsusi hesaba, 75%i isə dövlət büdcəsinə köçürülür.

Qanunla müəyyən edlmiş dövlət rüsumunun məbləğləri barədə məluma lövhə şəkilində hər bir dövlət notariat kontorunun,dövlət notariat arxivinin yerləşdiyi və xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerindən asılmalıdır.

Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər apardıqları notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərdikləri xidmətə görə haqq ala bilərlər.

Əlavə xidmətə görə haqqın məbləğləri “Notariat haqqında ” A. Res. Qanunu ilə müəyyən edilir.

Qanuna görə aşağıdakılar əlavə xidmət sayılır:

1.müştərinin verdiyi bildiriş üzrə-əvvəlcədən razılaşdırılmış vaxtda qəbul(Ş.V.M-nin 1 misli miqdarında)

2.müştərinin onun qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənara notariat hərəkətlərinin kənarda aparılmasına getmək(üçün Ş.M V.nin 2 misli miqdarında);

3.notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir saatı (üçün Ş Mvnin 2 misli miqdarında);

4.aparılan notariat hərəkəti ilə bağlı olmayan məsələlərə dair yazılı məsləhətlər (üçün ŞMV-nin 2 misli miqdarında);

5. aparılan noariat hərəkəti ilə bağlı olmayan sənədin layihəsinin tərtibi (üçün ŞVM-nin 250%i miqdarında,sənəd 2 səhifədən artıq həcmdə olduqda hər növbəti səhifə üçün əlavə olaraq ŞVM-nin 50% miqdarında) .

Az. Res da hər bir notariusun ona məxsus gerbli möhürü,təsdiq qeydləri ştampları,işlədiyi notariat kontorunun künc ştampı və blankları olur.notariusun möhüründə notariusun soyadı,adı və atasının adı və işlədiyi notariat kontorunun adı göstərilir.

Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə,təşkilata və ya dövlətə maddi ziyan vurulursa o Az. Res.nın qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşıyır.

Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və məhkəmə qaydasında müəyyən edilir.

Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış hüquqi və fiziki şəxslərə verilməlidir.

Notariat hərəkətləri barədə məlumat və sənədlər yalnız məhkəmənin,istintaq və tədqiqat orqanlarının tələbi ilə onların icraatlarında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar olaraq verilir.

Notariuslar ,notariat hərəkətləri aparan digər vəzifəli şəxslər və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar.

Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər Az. Res.nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Notariat hərəkətləri Az. Res. Qanunvericiliyinə əsasən dövlət notariusunun,xüsusi notariusun müvafiq yerli icra hakimiyyəti orqanının və ya Az. Res. Konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar istisna edilməklə Az. Res.nın bütüb ərazisində aparıla bilər.

Notariat hərəkətləri dövlət noariat kontoru,müvafiq icra hakimiyyəti orqanı, Az. Res.nın Konsulluqları yerləşən və ya xüsusi notarius işləyən binada(otaqda) aparılmalıdır.

Xəstəlik dairəsində,əlilliklə əlaqədar olaraq şəxsin dövlət notariat konturuna gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə əlavə xidmət haqqı ödənildikdən və nəqliyyat vasitəsilə təmin edildikdən sonra notariat hərəkətləri bu binadan kənarda da aparıla bilər.

Notariat hərəkətləri rüsum ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu gün aparılır.

Xüsusi razılıq(lisenziya)tələb olunan fəaliyyət növlərinin


SİYAHASI


Sıra №

Fəaliyyət növünün adı

Lisenziya verən İcra Hakimiyyəti Orqanı

1.

2.

3.

1.


I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtatışı

Az. Res. Dövlət Tikinti və Arxtektura Komitəsi

Az. Res. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi



2.

Kortoqfafiya fəaliyyəti




3.

Radio aktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması

Az. Res. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4..

Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi

Az. Res. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5.

əlavə metal,tərkibində qiymətli metallarvə daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü emalı və satışı

Az. Res. Iqtisadi İnkişaf Nazirliyi

6.

əmtəə birjasının fəaliyyəti

7.

8.


Neft məhsullarının satışı

Qaz məhsullarının satışı



Az. Res.nın Yanacaq və Energetika Nazirliyi

9.

10


Tibbi fəaliyyət

Əczaçılıq fəaliyyəti


Az. Res.nın Səhiyyə Nazirliyi



11.

Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı,idxalı

Az. Res. Iqtisadi İnkişaf Nazirliyi

satışı

Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

12.

Tütün məmulatlarının istehsalı,idxalı

Az. Res. Iqtisadi İnkişaf Nazirliyi

satışı

Şəhər və rayon(şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

13.

əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən qetri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənməsi,istehsalı,satışı,alınması,ölkəyə gətirilməsi və ölkədən çıxarəlması

Az. Res. Milli Təhlükəsizlik Nazirliyi

14.

15.



Su nəqliyyatı ilə yük və sərnişin daşınması
Hava nəqliyyatı ilə yük və sərnişin daşınması


Az. Res. Nəqliyyat Nazirliyi.

Az. Res. Nəqliyyat Nazirliyi



16.




Rabitə xidməti(telefon,sellülar,peycinq,radiolranq,kabel televiziyasının qurulması və istismarı,surətli poçt xidməti)

Az. Res. Rabitə Nazirliyi

17.



Informasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət

Az. Res. Milli Təhlükəsizlik Nazirliyi

18.

Təhsil (orta,orta ixtisas,ali)müəssisələrin fəaliyəti

Az. Res. Təhsil Nazirliyi

19.



Az. Res.vətəndaşlarının xarici öklələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti.

Az. Res. əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

20.



Bank fəaliyyəti

Az. Res. Milli Bankı

21.

22.


23


Qeyri-dövlət fondlarının fəaliyyəti.

Sığorta fəaliyyəti

Ciddi hesabat blanklarının hazırlanması


Az. Res. Maliyyə Nazirliyi.

24.


Auditor fəaliyyəti


Az. Res. Auditorlar Palatası



25.

26.


27.
28.



Fond birjasının fəaliyyəti

Investitsiya fondunun fəaliyyəti

Bütün növ qiymətli kağızlar blanklarının hazırlanması və satışı üzrə fəaliyyət

Qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti(broker,diller,Q.Knın idarəedilməsi,Q.K bazarında ticarətin təşkili,Q.k sahiblərinin reystrinin aparılması)




Az. Res.nın Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi



29.

Müxəlif növ möhürlərin və ştampların hazırlanması

Az. Res. DİN-yi

30.

Turizim fəaliyyəti

Az. Res. Gənclər,İdman və Turizim Nazirliyi


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə