Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


İcarə münasibətləri anlayışı və növləri



Yüklə 0,81 Mb.
səhifə6/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

2.İcarə münasibətləri anlayışı və növləri.

Cəmiyyətdə insanlar,dövlət orqanları və təşkilatlar,ictimai birliklər öz mənafelərini təmin etmək,onlara məxsus olan hüquqları həyata keçirmək məqsədilə müxtəlif münasibətlərə daxil olurlar.

Hüquq normalarına əsasən əmələ gələn və şəxslərin öz subyektiv hüquqlarını həyata keçirmək məqsədilə daxil olduqları münasibətlər hüquq münasibətləri adlanır.

Hüquq münasibətləri hüquq normalarının reallaşdırılması forması,hüququn ictimai münasibətlərə təsir göstərməsinin nəticəsidir

Hüquq münasibəti fərdi münasibətdir,yəni öz aralarında hüquq və vəzifələrlə bağlı olan ayrı-ayrı şəxslər(vətəndaşlar,təşkilatlar,dövlət orqanları)arasında münaibətdir. Hüquq münasibəti qanunda müəyyən edilmiş hüquqi faktlardan (müqavilə,inzibati akt,hüquq pozuntusu,hadisə və s.)əmələ gəlir.

Hüquq münasibətləri daim dinamik inkişafda olub konkret həyati hadisələrlə əlaqədar təzələnir,dəyişdirilir və xitam olunur.

Hüquq münasibətlərinin o cümlədən icarə sahəsində yaranan hüquqi münasibətlərinin srukturu(quruluşu) dörd zəruri ünsürdən ibarətdir: subyektlər,obyrkt,hüquq və vəzifə.

Hüquq münasibətlərinin subyektlərinin subyektləri hüquq normalarına müvafiq olaraq subyektiv hüquqların və vəzifələrin daşıyıcısı olan ayrı-ayrı fərdlər və təşkilatlardır. Ümumi müddəa belədir:ancaq real həyatda heç dəbütün fərdlər və təşkilatlar hüquq münasibətlərinin subyektləri ola bilməz. Bu müxtəlif obyektiv amillərlə:fizioloji,psixoloji və iqtisadi amillərlə bağlıdır. Məs:azyaşlı uşaqlar,ruhi xəstələr,ləvğ olunmuş təşkilatlar fktiki olaraq hüquq münasibətlərində iştirak edə bilməzlər.

Subyektlərin hüquq münasibətlərində iştirakının hüdudları onların hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti ilə müəyyənləşdirilir.

Istər sahibkarlıq fəliyyəti ilə məşğul olan,istərsə də məşğul olmayan hə hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasubətlərinin subyekti ola bilərlər.



Hüquq qabiliyyəti- subyektin qanunvericilikdə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyətidir.

Hüquq qabiliyyəti şəxsin anadan olduğu andan yaranır və ölümü ilə xitam olunur. Hüquq qabiliyyəti insanların təbii xüsusiyyəti deyil və obyektiv hüquqla yaranır. Onda subyektin ola biləcəyi hüquqlar və vəzifələr cəmləşdirilir,ancaq bu o demək deyil ki, o həqiqətən həmin hüquq və vəzifələrə malikdir. Hüquq münasibətlərinin real iştirakçısı olmaq üçün hüquq qabiliyyətli subyekt həm də fəaliyyət qabiliyyətli olmalıdır.

Subyektin obyektiv hüquq normaları ilə tanınan,müstəqil surətdə öz şüurlu hərəkətlərilə hüquqlar və vəzifələr əldə etmək və həyata keçirmək qabiliyyətinə fəaliyyət qabiliyyəti deyilir.

Təbii səbəblərə görə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti heç də üst-üstə düşmür. Bütün insanlar hüquq qabiliyyətinə malikdirlər,ancaq eyni zamanda heç də onların hamısı fəaliyyət qabiliyyətinə malik deyillər və əksinə bütün fəaliyyət qabiliyyətinə malik olan insanlar hüquq qabiliyyətinə malikdirlər.

Fəaliyyət qabiliyyətinin məzmunu və həcmi bir neçə amildən asılıdır:

1.hüquq qabiliyyətli subyektin yaşından. Bütün ölkələrin qanunvericiliyi mülki yetkinlik yaşı müəyyən edir. Həmin yaşa çatmaqla şəxs fəaliyyət qabiliyyətinə malik olmur,yəni öz hərəkətləri ilə tam həcimdə mülki hüquqlar əldə edir və özü üçün mülki vəzifələr yaradır. Az. Res.nın Mülki Məcəlləsinə 28maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti o,yetkinlik yaşına yəni, 18 yaşına çatdıqda tam həcimdə əmələ gəlir.

16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan valideyinlərinin,övladlığa götürənlərin və ya qəyyumun razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa,tam fəaliyyət qabiliyyətli sayıla bilər.

2.subyektlrin fəaliyyətinə onların sağlamlıq fəaliyyəti də təsir göstərir. Ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir.

Alkoqolizimdən əziyyət çəkənlərin və narkotik vasitələrindən sui-istifadə edənlərin fəaliyyət qabiliyyəti qanuna müvafiq olaraq məhdudlaşdırıla bilər.

Hüquqi şəxsin hüquq qabiliyyəti və fəaliyyəti dövlət qetdiyyatına alındığı gündən yaranır.

2.Hüquqi münasibətlərin obyektləri.

Hüquq münasibəti nəyə təsir göstərirsə o hüquq münasibətinin obyektidir. Hüquq münasibətləri fərdi subyektlərə münasibətdə hüquq norması ilə nəzərdə tutulan ümumi hüquq və vəzifələri konkretləşdidir. Deməli,hüquq münasibətinin obyekyi onun iştirakçılarının faktiki davranışıdır. Məs:icarə hüquq münasibətlərinin obyekti onun iştirakçılarının əmlakının icarəyə verilməsi və icarəyə götürməsi ilə bağlı davranışıdır.



3. Subyektiv hüquq-hüquq münasibəti iştirakçısının dövlət tərəfindən müəyyən edilən qorunan davranışın mümkün həddini ifadə edir. Başqa sözlə desək subyektə məxsus olan hüquqların məcmusu subyektiv hüquq adlanır. Subyektlərin hüquqlarının təmin edərkən və qoruyaraq dövlət eyni zamanda onlardan sui-istifadəyə yol vermir. Öz hüquqlarından sui-istifadə edən şəxslərə qarşı hüquqi məsuliyyət tədbirləri tətbiq edir.

4.Hüquqi vəzifə- hüquq münasibəti iştirakçısının qanunvericilikdə nəzərdə tutulmuş və dövlət tərəfindən qorunan,səlahiyyətli subyektin maraqları naminə davranışın zəruri həddini ifadə edir.

İcarə iqtisadi hüquqi institutu əmlak mülkiyyətçisi (icarəyə verən) və onun itifadəçisi (icarəçi)arasında qarşılıqlı münasibətləri əks etdirir. Mülkiyyətçi ona mənsub olan əmlakı və ya digər obyekti müvəqqəti istifadə üçün icarəçiyə verir.

Icarə institutu ilk növbədə təsərrüfat və ya gəlir gətirən başqa fəaliyyət üsuludur.(formasıdır).b bu gəlirin bir hissəsini icarə haqqı kimi icarəçi əmlakın mülkiyyətçisinə köçürür. Icarə münasibətləri bəzən qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətindən kənarda müəyyənləşdirilə bilər.məs: k/tı kooperativi sərgi mərkəzi ilə öz təsərrüfat nəaliyyətlərinin təbliği üçün cins heyvanların nümayişi barədə icarə müqaviləsi bağlaya bilər. Idman cəmiyyəti kəndli-fermerlə at sürmək arzusunda olanları öyrətmək üçün ona məxsus atların icarəyə götürülməsi barədə müqavilə bağlamaq hüququna malikdir. Ancaq müqavilələr səciyyəvi deyildir.

Aqrar istehsalatda icarəçinin sahibkarlıq və təsərrüfat fəaliyyəti müxtəlif növ icarə müqavilələrində istifadə etməklə həyata keçirilə bilər:kirayə müqaviləsindən,torpaq icarəsi ,nəqliyyat vasitələrinin icarəsi ,binaların və qurğuların icarəsi,müəssisələrin icarəsi,maliyyə icarəsindən (lizinqdən). Həmin növ icarələrin ümumi qaydaları Az. Res.nın Mülki Məcəlləsi ilə müəyyən edilir.

Icarə münasibətlərinin iqtisadi mahiyyəti və hüquqi məzmunu K/t da icarə münasibətlərinin əsasını təşkil edən kateqoriyalar barədə aşağıdakı nəticələrə gəlməyə imkan verir.



    1. İcarə(onun iqtisadi mahiyyəti)- mülkiyyətçi ilə razılaşdırılmış şərtlərlə torpaq sahələrinin,əmlakın və başqa obyektlərin qeyri-mülkiyyətçi tərəfindən müvəqqətli və əvəzli istifadəsidir.

    2. İcarə(onun hüquqi məzmunu) – torpaq sahələrinin, əmlakın və digər obyektlərin onların mülkiyyətçiləri ilə razılaş.maya görə verilməsinin sistemləşdirilmiş qaydalarını,mülkiyyətçi ilə olmayan tərəfindən istifadəsi şərtlərini və qaydasını birləşdirən hüquqi institutdur.

Kənd təsərrüfatı icarəsi- k/tı məhsulunun istehsalı,emalı və satışı üçün mülkiyyətçi olmayan tərəfindən torpaq sahələrinin,əmlakın və digər obyektlərin müvəqqəti və əvəzli istifadəsi qaydalarını təsbit edən hüquqi institutdur.
3. İcarə müqaviləsi və onun hüquqi məzmunu.

Icarə müqaviləsinin leqal anlayışı Mülki Məcəllənin 700cü maddəsində verilmişdir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Həmin maddədə xüsusi olaraq qeyd edilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir.

Icarə müqaviləsi elə bir hüquqi formadır ki,bunun əsasında maddi sərvətlər müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Bu isə əmlakdan təsərrüfat məqsədləri üçün istifadə edilməsi inkanını xeyli genişləndirir. Icarə ənənəvi olaraq kommersiya dövrüyyəsində geniş surətdə tətbiq edilir.

Icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə predmeti üzərində məhdud əşya hüququ yaranır. Həmin predmetin mülkiyyətçisi kimi yenə də icarəyə verən qalır. Onun icarəyə verilən əşya üzərində mülkiyyət hüququ saxlanır. Mülkiyyətçi icarə əsasında onu özgənikiləşdirmədən başqa şəxsin istifadəsinə verir və bununla o haqq əldə edir. Öz növbəsində icarəçi özgə əşyasından istifadə etməklə fayda əldə edir,gəlir götürür,bəhərdən yararlanır.

Istehlak olunan nemətlər və pul icarə müqaviləsinin predmeti ola bilməz. Ideal (qeyri-maddi) xarakterli nemətlər,yəni əqli mülkiyyət obyektləri-ixtiralar,faydalı modellər,sənaye nümunələri ,kommersiya (qulluq) məlumatları,əmtəə nişanları,firma adları,elm,ədəbiyyat və incəsənət əsərlərinin və s. Icarə müqaviləsinin predmeti ola bilməsi istisna edilir.

Bəzi obyektlərin icra müqaviləsinin predmeti ola bilməsini qanunvericilik yasaqlayır..məs: Nazirlər Kabineti özünün 10.08.92-ci il tarixli qərarı ilə icarəsinə yol verilməyən müəssisələr dairəsini müəyyən etmişdir. Bu qərara uyğun olaraq mədəniyyət evlərinin,kitabxanaların,muzeylərin ,dəniz nəqliyyatı,mülki aviasiya və dəmiryolu müəssisələrinin icarəyə verilməsi qadağandır. Iş ,yük,qoşqu heyvanları- at,öküz və s.kirayəsi ;bəhrə verən heyvanlar(qoyun,inək) isə icarənin predmeti ola bilər.

Icarə müqaviləsinin forması Mülki Məcəllə normaları ilə xüsusi qaydada tənzimlənir..

Icarə müqaviləsi əsasən sadə yazılı formada bağlanmış müqavilənin etibarlı olması üçün icarəyə verənin və icarəçinin imzaları kifayətdir. Sadə yazılı formadan hüquqi şəxslərin öz aralarında və fiziki şəxslərlə habelə fiziki şəxslərin öz aralarında minumum əmək haqqı miqdarından azı 50 dəfə çox olan məbləğə icarə müqaviləsi bağlanarkən istifadə edilir.

Icarə müqaviləsinin hüquqi məzmunu dedikdə icarəyə verənin və icarəçinin hüquqları və vəzifələrinin məcmusu başa düşülür.

“İcarə haqqında ”qanuna əsasən icarəyə verənin əsas vəzifəsi icarəşiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarətdir. Icarəyə verilmiş əşya müqavilə ilə qarantiya verilmiş xassələrə malik olmalıdır.

Icarə obyeki özünün büün yardımçı əşyaları ilə birlikdə icarəyə verilir. Tərəflər yardımçı əşyanın verilməsi şərtini müqavilə yolu ilə müəyyən etməsələr də,icarəyə verən bütün yardımçı əşyanı olduğu kimi saxlamalıdır. Icarəyə verən müəyyən hallarda sıradan çıxan yardımçı əşya obyektlərini dəyişdirməyə və əvəz etməyə borcludur. Bu o vaxt mümkün olur ki,yardımçı əşyanın sırada çıxması icarəçinin cavabdeh olmadığı hər hansı bir hal ilə əlaqədar olsu.

Icarəyə verənin əsas vəzifələrindən biri ondan ibarətdir ki, o icarəyə üçüncü şəxslərin hər hansı hüquqlarından və ya iddialarından azad əşya verməlidir. Icarəyə verən üçüncü şəxslərin icarəyə verilən əşyaya hüquqları və ya iddiaları barədə icarəçiyə məlumat verməlidir. Başqa sözlə desək,üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları icarəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir (M.M.nin 676-cı maddəsinin III bəndi).

Icarəyə verən bu vəzifəsini yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır. Həmin vəzifənin icra edilməməsi icarəçi tərəfindən müəyyən hüquqi müdafiə vasitələrinin tətbiq edilməsinə səbəb olur(M.Mnin 677 ci maddəsi)

Icarəyə verənin vəzifələrindən biri odur ki,o icarəyə verilmiş əşyanın saxlanılması və ya bərpası üçün icarəçinin çəkdiyi zəruri xərclərin əvəzini ödəməyə borcludur. əvəzi ödənilən xərclərin dairəsi M.Mnin 680 ci maddəsi ilə müəyyən edilmişdir.

İCARƏÇİNİN VƏZİFƏLƏRİ.

İcarəçinin əsas vəzifələrindən biri onun icarəyə götürdüyü əşyadan müqavilə şərtlərinə uyğu surətdə istifadə etməsindən ibarətdir.(M.Mnin 685 ci maddəsinin I bəndi). Bi vəzifəni yerinə yetirməmək icarəçi üçün arzuolunmaz hüquqi nəticənin əmələ gəlməsinə səbəb olur. Belə ki,icarəçi icarəyə verənin xəbərdarlığına baxmayaraq əşyadan icarə müqaviləsi şərtlərinə uyğun gəlməyən istifadəni davam etdirsə,icarəyə verən xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləvğ edə bilər.

Icarəçinin ikinci əsas vəzifəsi icarə haqqını vaxtında ödəməkdən ibarətdir..

Icarəçinin üçüncü vəzifəsi ondan ibarətdir ki,o,icarəyə verənin icazəsi olmadan icarəyə götürdüyü əşyanı icarəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxslərin istifadəsinə vermək,o cümlədən əşyanı ikinci əldən icarəyə vermək hüququ yoxdur.(M.Mnin 683 cü maddəsinin I bəndi)

Icarəçi icarəyə verənin razılığı olmazsa,icarəyə götürdüyü əşyanı subicarəyə,əvəzsiz istifadəyə ,müəssisənin nizamnamə kapitalına pay kimi verə bilməz,həmçinin girov kimi qoya bilməz.

Icarəçi icarəyə götürdüyü əşyanı yararlı və saz vəziyyətdə saxlamalı,onun yaxşılaşdırılması üçün tədbirlər görməlidir.

Icarəçinin əsas vəzifələrindən biri icarə üzrə hüquq münasibətlərinə xutam verildikdən sonra icarəyə götürdüyü oobyekti icarəyə verənə qaytarmaqdan ibarətdir. Icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi əşyanı müqavilədə şərtləndirilmiş vəziyyətdə icarəyə verənə qaytarmağa borcludur.


4.K/t təyinatlı torpaqların icarəsinin hüquqi əsasları.

Az. Res Mülki qanunvericiliyi müəyyən edir ki,torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət ,bələdiyyə və xüsusi mülkiyyətdə olan bütüu kateqoriyalara aid torpaqlar verilə bilər.

Məqsədli təyinatına və hüquqi rejminə uyğun olaraq Az. Res.nın torpaqları aşağıdakı kateqoriyalara bölünür:
1.K/tı təyinatlı torpaqlar;

2.yaşayış məntəqələrinin (şəhərlərin,qəsəbələrin və kənd yaşayış məntəqələrinin ) yorpaqları;

3.sənaye,nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı torpaqlar4

4.xüsusi qorunan ərazilərin torpaqları (təbiəti mühafizə təyinatlı torpaqlar;sağlamlaşdırma təyinatlı torpaqlar;istirahət(rekreasiya) təyinatlı torpaqlar;tarix mədəniyyət təyinatlı torpaqlar)

5.meşə fondu torpaqları;

6.su fondu torpaqları;

7.ehtiyat fondu torpaqları.

Az. Res.vətəndaşları və hüquqi şəxsləri k/t məhsulları istehsalı və emalı üçün k/t təyinatlı torpaq sahələrini həm istifadəyə,həm icarəyə götürə bilərlər. Əcnəbilər,vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər k/t məhsulları istehsalı və emalı üçün k/t təyinatlı torpaq sahələrini yalnız icarə hüquqi əsasında əldə edə bilərlər.

K/t sahəaində elmi-tədqiqat,tədris,tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan bələdiyyə müəssisələrinə(idarələrinə və təşkilatlarına) torpaq sahələri bələdiyyələrin k/t təyinatlı torpaqlardan istifadəyə və icarəyə verilir.

Az. Res.nın hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan k/t sahəsində elmi-tədqiqat,tədris,tədris-təcrübə və sına fəaliyyəti ilə məşğul olan müəssisələr,idarələr və təşkilatlar k/t təyinatlı torpaq sahələrini Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satınalma və icarə hüququ əsasında əldə edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin mülkiyyətində olan k/t sahəsində elmi-tədqiqat,tədris,tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan müəssisələrə k/tı təyinatlı torpaq sahələri yalnız icarə hüquqi əsasında verilə bilər.

Yay və qış otlaqları,örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə,digər hüuqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

Bələdiyyələrin mülkiyyətində olan torpaqlarından əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır,ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

Yay və qış otlaqları ,habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 il dən 5ilədək verilə bilər. Örüş,otlaq və biçənək sahələrinin icarəsi müddəti başa çatdıqda müqavilə yenidən uzadılır. Yay və qış otlaqlarının,örüş və biçənək sahələriinin icarəçilərinin mal-qarasının sayı 2dəfədən çox azaldıqda ,yaxud heyvanlar tamamilə ləvğ edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə yenidən baxılır.

Qiş otlaqlarına tələbat hazırlanarkən otlaqların bitki örtüyündən,keyfiyyətindən,tutumundan habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq hər hektara 1-4 baş,yay otlaqlarında isə 2 dəfə artıq davar nəzərdə tutulur.

Yay və qiş otlaqlarının əkilməsinə yol verilmir,istifadə edilən sahənin yalnız 3%-ə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından və biçənək sahələrindən səmərəli istifadə etməli,bitki örtüyünü,su mənbələrini,köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı,baytarlıq-sanatoriya qaydalarına və digər tələblərə əməl etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri,yataqlar,digər mədəni məişət və isehsal təyinatlı tikililər(əsaslı tikililər istisna olmaqla)inşa edilə bilər.

Toraqlar torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı(razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və yaxud hərracları vasitəsilə icarəyə verilir.

Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü,keyfiyyət kateqoriyası,təyinatı,icarənin müddəti,icarə haqqı,ödənilmə qaydaları,torpaqların istifadəsi,mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri,habelə torpaq qanunvericiliyi ilə və Az. Res.nın Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.

Topraq sahəsi öz ləvazimatı ilə birlikdə icarəyə verilir.

Mövzu 9. K/tı kommersiya təşkilatlarının əmlakının hüquqi rejimi.
Plan:


  1. K/t kommersiya təşkilatlarının əmlakı anlayışı və təsnifatı.

  2. K/t olaqlarının və cəmiyyətlərinin əmlakının hüquqi rejimi

  3. K/t kooperativlərinin əmlakının hüquqi rejimi

  4. K/t kommersiya təşkilatlarının əmlakının hüquqlarının təminatı və müdafiəsi.


Ədəbiyyat

1. Az. Res.nın Konstitusiyası Bakı 2009

2. Az. Res.nın Mülki Məcəlləsi Bakı 2009

3.”Kooperasiya haqqında” Az. Res.nın 07.02.96 cı il arixli qanunu

4.”Müəssisələr haqqında ” Az. Re.nın 1 iyul 1994 cü il tarixli qanunu

5. “Məhdud məsuliyyətli müəssisələr haqqında” AZ. Res.nın 29.12.98ci il tafixli qanunu

6.”Kəndli(fermer)təsərrüfatı haqqında ” Az. Res.nın 08 aprel 1992ci il tarixli qanunu

7.L. f. Axundzadə, A. Ə. Əsədov “Aqrar hüquq qanunu” 2003


Gəncə 2012

  1. K/t kommersiya təşkilatlarının əmlakı anlayışı və təsnifatı.

Əmlak termini bizim qanunvericilikdə və ədəbiyyatda müxtəlif mənalarda işlədilir. əksər hallarda əmlak dedikdə-istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusu başa düşülür. Az. Res.nın Mülki Məcəlləsinə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır.

Bitkilər və heyvanlar əşya deyildir. Əgər qanunvericilidə ayrı qayda müəyyənləşdirilməyibsə,əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.

Az. Res.nın Mülki Məcəlləsinin III bölməsi V fəslində əmlakın ümumi xarakeristikası ilə yanaşı onun təsnifatı da ifadə olunur. Ilk növbədə əmlakın dşınar və daşınmaz əmlaka bölünməsi diqqəti özünə cəlb edir ki,aqrar sahə üçün xüsusi əhəmiyyət kəsb edir. Torpaq sahələri,yer təki sahələri,ayrıca su obyektləri,meşələr,çoxillik əkmələr,binalar,qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar,yəni yətinatına tənasübsüz zərər vurulmadan yerinin dıyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əmlaka aid edilir.

Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Daşınar əşyaların hüquqi vəziyyəti qiymətli kağızlara,qeyri əmlak subyektiv hüquqlara,o cümlədən patentlər,əmtəə nişanlarına və müəlliflik hüquqlarına da şamil edilir.



Bölünən və bölünməz əşyalar.təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

Əvəzedilməz əşyalar və əvəz edilən əşyalar. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərinə görə ayrılmış fərdi müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən,dövrüyyədə adətən sayı,ölçüsü və ya çəkisi ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır.

İstehlak edilən əşyalar. Təyinatı istehlak olunmaqdan və ya özgnikiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.

Mürəkkəb əşyalar.Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradarsa bir əmlak(mürəkkəb əmlak) sayılır. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi,əgər müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa,onun bütün tərkib hissələrinə şamil edilir.

Adi anlamda əşyanın tərkibinə daxil olan və dağılmadan,zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla ilməyən hər şey əşyanın tərkib hissəsidir. əşyanın mülkiyyətçısı onun bütn tərkib hissələrinin mülkiyyətçisidir.

Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması,əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. əgər əçya ləvazimatdırsa,onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. əgər ayrı razılaşma yoxdursa,əşyaya sahiblik omun ləvazimatına da şamil edilir.

əşyanın verdiyi gəlir,ertım və üsünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. əşyanın mülkiyyətçisi kimdirsə,əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.

Qeyd etmək lazımdır ki,daşınmaz əmlaka həmçinin müəssisələr də aid edilri. Müəssisələr hüquq obyekti kimi sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə olunan əmlak kimi başa düşülür.

“Müəssisələr haqqında ”qanuna əsasən müəssisə mülkiyyət formasından asılı olmayaraq yaradılan,ictimai tələbatın dənilməsi və mənfəət alınması məqsədilə məhsul istehsal edən və s.işlər görən və idmət göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.

Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatında olmalıdır.

Daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reystrində qeydə alınır.

Mülkiyyətçi bir neçə daşınmaz əmlakı birləşdirərkən onları daşınmaz əmlakın dövlət reystirndə bir bölmədə bir nömrə ilə bir əşya kimi qeydə aldıra bilər.

Daşınmaz əmlakın dövlə reystrində qeydiyyat və bununla bağlı mərzçəkmə işləri üçün qanunla müəyyənləşdirilmiş dövlət rüsumu tutulur.

Daşınmaz əmlakın dövlər reystri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqlənmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O,təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
2. K/tı ortaqlıqları və cəmiyyətlərinin hüquqi rejimi.

K/t ortaqlıqları və mxtəlif növ cəmiyyət və assosiyalar kütləvi miqyasda kolxoz və sovxozlaraın yenidən təşkili ilə əlaqədar yaranmağa başladı. Onların əmlakının hüquqi rejimivo onların iştirakçılarının əmlak məsuliyyəti formaları müxtəlifliyi ilə fərqlənir. Ancaqümumi cəhət odur ki,həm təsrrüfat ortaqlıqları (şirkətləri),həm də cəmiyyətlər təsisçilər tərəfindən onlara əmanət verilmiş əmlakın ,eləcə də qazanılmış (pulla alınmış) əmlakın mülkiyyətçiləri kimi yanınmışdır.

Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərin(iştirakçılarının) paylarına bölünmüş nizamnamə(şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin(iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak,habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal etdiyi və əldə etiyi əmlak mülkiyyət hüquqi ilə ona mənsubdur.

Tam ortaqlıqda onun iştirakçıları(tam ortaqlıqları) nizamnaməyə uyğun surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhtəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyyət daşıyırlar. Tam ortaqlığın iştirakçısı ortaqlıq qetdə alınanadək onun şərikli kapitalına maya qoymağa borcludur.

Tam ortaqlığın mənfəəti və zərəri onun iştirakçıları arasında şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür.

əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun salis aktivlərinin dəyəri şərikli kapitalının miqdardan az olarsa ortaqlığın götürdüyü mənfəət,xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülür.

Tam ortaqlığın iştirakçıları ortaqlığın öhtəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidar məsuliyyət daşıyırlar.

Tam ortaqlıqdan çıxmış iştirakçıya ,həmin iştirakçının çərikli kapitaldakı payına uyğun orlaqlıq əmlak hissəsinin dəyəri ödənilir.

Çıxan iştirakçı ilə qalan iştirakçılar arasında razılaşmaya əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər.

İnam üzrə ortaqlıq(kommandit ortaqlığı).

Inam üzrə ortaqlıqda (kommandit ortaqlığında) ortaqlığın adından sahibkarlıq fəaliyyətinihəyata keçirən və öz əmlakı ilə ortaqlığın öhtəlikləri zrə məsuliyyət daşıyan iştirakçılarla(tam ortaqlarla yanaşı ortaqlığınnəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği haddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və bir neçə iştirakçısı-maya qoyanı(kommanditi) vardır.



Məhdud məsuliyyətli cəmiyyətlər.

Məhdud məsuliyyətli cəmiyyətlər bir və bir neçə şəxs tərəfindən təsis edilən,nizamnamə kapitalı ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətlərə deyiliir. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhtəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. əmanəti tam qoymayan iştirakçıları cəmiyyəti öhtəliklərinə görə əmanətlərinin ödənilməyən hissəsnin dəyəri həddində birgə məsuliyyət daşıyırlar.

Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında,iştirakçılardan nər birinin payının miqdarı haqqında;onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında,maya qoyulması üzrə öhtəlikləri pozmağa görə iştirakçıların məsuliyyəti haqqında;cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti,onların qərar qəbul etməsi qaydası,o cümlədən barəsində yekdilliklə və ya şərtləndirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş

məbləğdən az ola ilməz. Cəmiyyət qeydə alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludur.



Əlavə məsuliyyətli cəmiyyət.

Əlavə məsuliyyətli cəmiyyət bir və bir neşə şəxs tərəfindən təsis edilir,nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilən miqdarda paylara bölünən cəmiyyətdir. Belə cəmiyyətin iştirakçıları onun öhtəlikləri üzrə öz mayalarının dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirən,hamısı üçün eyni olan misli miqdarında özlərinin əmlakı ilə birgə subsidar məsuliyyə daşıyırlar. Iştirakçılardan biri müflis olduqda cəmiyyətin öhtəlikləri üzrə onun məsuliyyəti,əgər cəmiyyətin nizamnaməsində məsuliyyətin bölünməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa,qalan iştirakçılar arasında onlarınmayalarına mütəmasib olaraq bölünür.



Səhmdar cəmiyyət.

Səhmdar cəmiyyətlərində nizamnam kapitalı müəyyən sayda səhmlərə bölünür və onun iştirakçıları(səhmdarlar) cəmiyyəti öhtəliklərinə görə cavabdeh deyillər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində məsuliyyət daşıyaırlar.

Cəmiyyətin nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat,qapalı cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.

Assosiasiyalar və ittifaqların əmlakının hüquqi rejimi.

Assosiasiyalar və ittifaqların hüquqi statusu öz spesifikilyi ilə yanaşı nəzəri cəlb edir. Az. Res.nın yeni Mülki Məcəlləsinin qüvvəyə minməsi ilə assosiasiya və ittifaqların statusu və hüquqi rejimi,həm də yeni Mülki Məcəllə ilə hüquqi şəxs hesab olunmayan kəndli(fermer) təsərrüfatlarının hüquqi statusu xeyli dəyişdirildi. Fəaliyyətlərini koordinasiya etmək məqsədilə kommersiya təşkilatlarının yaratdığı assosiasiyalar və ittifaqlar qeyri-kommersiya təşkilatları hesab edilir.

Ittifaqın təsisçilərinin (iştirakçılarının)ona verdikləri əmlak ittifaqın mülkiyyətidir. Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.


  1. Yüklə 0,81 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə