Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


K/tı kommersiya təşkilatlarının kredit münasibətlərinin hüquqi tənzimlənməsi



Yüklə 0,81 Mb.
səhifə8/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

3.K/tı kommersiya təşkilatlarının kredit münasibətlərinin hüquqi tənzimlənməsi.
Kredit latınca “kredo” sözündən olub-etibar etmək,inanmaq mənasını bildirir.

Kredit qaytarılmaqla və ya faiz ödənilməsi şətri ilə pul və ya əmtəə formasında verilən borcdur.kreditin bir şəxs tərəfindən digərinə verilməsi müəyyən əlaqələrin yaranmasına səbəb olur ki,bu əlaqələr kredit hüquq münasibətləri adlanır. Kredit hüquq münasibətləri müəyyən bir hüquqi forma vasitəsilə tənzimlənir ki,bu formaya kredit müqaviləsi deyilir. Kredit müqaviləsi iqtisadi kateqoriya olan kreditin verilməsi ilə yaranan münasibətlərin hüquqi rəsmiləşdirilməsi kimi çıxış edir.

Az. Res.nın yeni M.M-si kredit müqaviləsinə anlayış vermir. Kredit müqaviləsinə görə iştirakçılardan biri(kreditor) pul vəsaitinin (krediti)digər iştirakçıya (borcalana)verməyi öhtəsinə götürür,digər iştirakçı (borc alan)isə aldığ eyni pul məbləğini kreditora qaytarmağı və buna görə faiz ödəməyi öhtəsinə götürür.

Kredit müqaviləsi öz hüquqi təbiətinə görə konsensual.ikitərəfli(qarşılıqlı) və əvəzli müqavilədir.

Kreditor kimimüvafiq lisenziyaya malik banklar və ya kredit təşkilatları çıxış edirlər,borc alanlar isə qanunla müəyyən edilmiş qaydada hüquqi şəxs kimi qeydiyyata alınmış k/tı kommersiya təşkilatları hesab olurlar. Göstərilən subyektlər arasında kredit müqaviləsi bağlanılır.

Kredit müqaviləsinin predmeti yalnız müəyyən pul məbləği ola bilər.

Müddət kredit müqaviləsinin elementlərindən biridir. Müqavilənin müddəti kredit kimi verilən pul vəsaitinin hansı vaxt müddəti üçün alınmasını ifadə edir. Borc alan aldığı kredit müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağa borcludur. Müqavilədə hökmən müddət göstərilməlidir. Kredit təşkilatı (kreditor)qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsinin qüvvədə olması müddətini birtərəfli qaydada dəyişdirə bilməz.

Müasir bank praktikasında istifadə müddərinə görə kredit müqaviləsi:qısamüddətli(1 ilə qədər),ortamüddətli(1 ildən 5 ilə qədər), və uzunmüddətli(5 ildən 20 ilə qədər) ola bilər.

Qısamüddətli kreditlərpraktiki olaraq daha geniş yayılmışdır. Qısamüddətli kreditlər dövri istehsal fondlarının,tədavül fondlarının təzələnməsinin təmin edilməsi üçün ,yanacaq-sürtkü materialları,toxum,gübrə,k/t texnikası üçün ehtiyyat hissələri əldə etmək(almaq)maqsədilə verilir. Belə kreditlərin verilmə müddəti bir ildir.

4.K/t kommersiya təşkilatlarında hesablaşma-kassa əməliyyatlarının həyata keçirilməsinin hüquqi əsasları.
K/tı kommersiya təşkilatlarının müvafiq kommersiya təşkilatlarının hesablaşmaları müvafiq hesablar açmaq yolu ilə həyata keçirilir:hesablaşma.cari,ssuda,valyuta və s.hessablar(müvəqqəti hesablaşma hesabı.hesablaşma subhesabları,müxbir hesabı,büdcə hesabı)

Qeyd edilən hesabların açılma qaydası və hesablaşmaların həyata keçirilməsi Az. Res.nın M.M-sinin normaları ilə tənzimlənir. M. M-nin 954cü maddəsində bank hesabı müqaviləsinin tərifi verilmişdir. Bu normaya əsasən bank müştəriyə (hesab sahibinə)açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı,hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsin,hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarının yerinə yetirməyi öhtəsinə götürür.

Hesablaşma hüquq münasibətləri subyektlərinin qarşılıqlı hüquq və vəzifələri yalnız onların bağladığı bank hesabı müqaviləsi əsasında yaranır.

Bazar iqtisadiyyatı şəraitində k/t kommersiya təşkilatları xarici iqtisadi əlaqələrin subyekti kimi çıxış etmək imkanı verir.


Mövzu 12. K/Tı əmək münasibətlərinin hüquqi tənzimlənməsi.
Plan :
1.K/Tda əməyin təşkilinin əsas prinsipləri.

2.K/t da iş vaxtı və istirahət vaxtı.

3.K/tı işçilərinin əməyinin mühafizəsi və sağlamlığı.

4.K/t müəssisələrində əmək intizamı və əmək mübahisələrinin həlli qaydası.

Ədəbiyyat.
1.Az.Res.nın Konstitusiyası Bakı 2009.

2.Az.Res.nın Əmək Məcəlləsi Bakı 2009.

3.”Kooperasiya haqqında” Az. Res.nın 07.02.1996 tarixli qanunu.

4.”Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərindən (hərəkətsizlik)məhkəməyə şikayət edilməsi haqqında” Az. Res.nın 1999cu il tarixli qanunu.

5.L.T.Axundzadə,A,Ə,Əsədov “Aqrar hüququ” Qanun nəşriyyatı 2003cü il.

6.M.Rəsulov “Əmək hüququnun əsasları” Bakı 1997

7.İ.İsmayılov ,M.Rəsulov,Alışan Qasımov “Əmək hüququ” Bakı 1996.

Gəncə 2012

1.K/T da əməyin təşkilinin əsas prinsipləri.

Prinsip (principium) latın sözü olub əsas başlanğıc,rəhbər ideya mənasında işlədilir. Hüquq nəzəriyyəsinə görə hüququn prinsipləri dedikdə həmin hüququn sinfi mahiyyətini.ictimai təyinatını xarakterizə edən ilk başlanğıclar,rəhbər ideyalar başa düşülür. Hüququn prinsipləri hüquq tənzimetmənin əsas müddəalarıdır.hüququn prinsipləri elə ideyalardır ki,onlar hüquq normalarında təsbit olunmalıdır. Hüququn prinsiplərində ifadə olunan bu və ya digər fikirlər öz əksini bilavasitə hüquq normalarında tapır.

əməyin hüquqi tənzimlənməsinin əsas prinsipləri də qüvvədə olan əmək qanunvericiliyinin mahiyyyətini əks etdirən rəhbər müddəalardır.

Qeyd etmək lazımdır ki,rəhbər ideyalar əsasında ümumidavranış qaydalarını müəyyən edən hüquqi prinsip hüquq normalarının əsas elementlərini (ünsürlərini)yəni hipoteza,dispozisiya və sanksiyanı özündə ifadə etmir və edə bilməz. Çünki hüquqi prinsiplərin köməyi ilə bu və ya digər ictimai münasibətləri hərtərəfli tənzim etmək mümkun deyildir. Lakin bu prinsiplər həmin münasibətləri tənzimləyən hüquq normalarının mahiyyətini düzgün dərk etmək üçün imkan yaradır.

Hüquq prinsipləri hüquq normalarının hüququn hansı sahəsinə aidiyyatından asılı olmayarq 3 əsas qrupa-ümumi.sahəvi və sahədaxili prinsiplərəayrılır.

Ümumi prinsiplər-bütün ictimai münasibətlərin məcmusu kimi bütövlükdı hüququn ən mühüm xüsusiyyətlərini,onun məzmununu və əsas cəhətlərini müəyyən edən müddəalardır. Ümumi prinsiplər tənzim edilən ictimai münasibətlərdən,onların xarakterindən və xüsusiyyətlərindən asılı olmayaraq bütün hüquq normalarına nüfuz edir və hüququn bütün sahələrində eyni qüvvəyə malik olurlar. Məs:qanunçuluq,demokratizm,hüquq bərabərliyi və digər prinsiplər.

Sahəvi prinsiplər konkret hüquq sahəsinin normalarının mahiyyətini əks etdirir.

Sahədaxili prinsiplər isə həmin hüquq sahəsinin konkret institutlarının normalarının mahiyyətini əks etdirir.məs:əmək mühafizəsinin prinsipləri,əmək mübahisələrinin həll edilməsi prinsipləri və s.

Əmək hüququnun əsas prinsipləri eləcə də dövlətimizin əmək münasibətləri sahəsindəki siyasətini əks etdirir.

Əmək hüququnun prinsipləri 4 qrupa bölünür:

1.Səmərəli məşğuliyyət və əmək bazarının hüquqi tənzimlənməsi sahəsində dövlət siyasətini əks etdirən prinsiplər;

2.İşçilərin əmək şəraitinin müəyyən olunması sahəsindəki rəhbər ideyaları əks etdirən prinsiplər;

3.Muzdlu işçilərin əməyinin tətbiqinin hüquqi tənzimlənməsini müəyyən edən prinsiplər;

4.İşçilərin sağlamlığının mühafizəsi və əmək hüquqlarının müdafiəsi sahəsində hüquqi siyasətin əsas istiqamətlərini əks etdirən prinsiplər.

Əmək hüququnun prinsipləri öz əksini Az. Res.nın Konstitusiyasında,Əmək Məcəlləsində tapmışdır.

Bazar iqtisadiyyatı şəraitində ən mühüm sosial problemlərdən biri də əmək azadlığı problemidir. Öşsizlik və muzdlu əməyin istismarı bazar iqtisadiyyatı üçün xarakterik haldır. ƏMƏK AZADLIĞI Prinsipinə görə əmək qabiliyyətli hər bir kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,iş yeri,peşə və məşğuliyyət seçmək hüququ vardır. Bu prinsip əmək qabiliyyətli hər bir vətəndaşın muzdlu işçi(fəhlə və qulluqçu),sahibkar,kooperativ üzvü,fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxs kimi əməyə cəlb etməni tənzimləyən hüquq normalarının mahiyyətini əks etdirir. Bu prinsip Az. Res. Konstitusiyasının 35 ci maddəsində və Az res. əmək Məcəlləsində təsbit edilmişdir.



Əmək müqaviləsinin azadlığı prinsipi əmək hüququnun əsas prinsiplərindən olub vətəndaşların işə qəbulu,başqa işə keçirilmə və ışdən çıxarılmasını tənzimləyən normaların əksəriyyətinin mahiyyətini əks etdirir. Bu prinsipin təsir dairəsi yalnız əmək müqaviləsi institutu çərçivəsində məhdudlaşmır. Eyni zamanda bu prinsipin əmək hüququ ilə tənzimlənən bir sıra başqa münasibətlərə də təsiri göz qarşısındadır.məs: əmək haqqı institutunu götürək. əgər vəzifə maaşlarının məbləği mərkəzləşdirilmiş qaydada müəyyən olunmamışdırsa,onda bu məbləğ əmək müqaviləsi tərəflərin razılığı ilə konkretləşdirilir.

2.K/T da iş vaxtı və istirahət vaxtı.
Iş vaxtı dedikdə həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman başa düşülür.

Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Bur qayda olaraq 2 istirahət günü olan 5 günlük iş həftəsi müəyyən edilir.

Istehsalın,işin,xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işə götürən və ya Az. Res. Nazirlər Kabineti həftəlik iş vaxtının müddəti çərçivəsində 6günlük iş həftəsi müəyyən edə bilər.

k/t da iş vaxtının normalaşdırılmasının öz spesifikliyi vardır. Belə ki,k/t istehsalının əksər sahələri üzrə işlər mövsümü xarakter daşıyır. k/t və aqrar sənaye müəssisəlrində istehsal və digər iqtisadi münasibətlərin xüsusiyyətlərini nəzərə alaraq iş vaxtının cəmlənmiş və ya mövsümü işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər.

Az. Res.da illik dövr(hesabat ili)mart ayının 1dən növbəti ilin həmun tarixinə qədər müəyyənləşdirilmişdir. Cəmlənmiş uçot gərgin sahə işləri dövründə (səpin,səpinə qulluq,yem tədarükü,məhsul yığımı,dondurma şumu)istehsal vacibliyi ilə bağlı tətbiq edilir. Həmin dövrlərdə dövlət kommersiya təşkilatlarının rəhbərləri Həmkarlar İttifaqı Komitələilə razılıq əsasında bitkiçiliklə məşğul olan işçilərin və ona xidmət edən bölmələrin iş vaxtının müddətini 12 saatdan çox olmamaqla artıra bilərlər. Iş gününün uzadılması 16 yaşadək işçilərə (24 saat),16 yaşdan 18 yaşadək,I və II qrup əlil olan işçilərə,hamilə və yaş yarımadək uçağı olan qadınlara(36 saat)şamil edilmir.

Gərgin sahə işləri dövründə işləyən şəxslər üçün müvafiq olaraq sahə mövsümü işlərinin digər dövrlərində iş günü azaldılır və yaxu qış dövründə elə bir iş vaxtı tətbiq edilir ki,orta iş vaxtı müddəti normal iş vaxtı müddətini keçməsin. Iş gününün azaldılmasına 5 saatlıq iş müddətindən az olmayaraq icazə verilir.

Az. Res.konstitusiyasında işçolərin istirahıt hüququ təsbit edilmişdir. Istirahə vaxtı dedikdə -qanun və müəssisədaxili əmək intizam qaydalarına.növbə cədvəllərinə uyğun olaraq işçinin əmək vəzifələrini icra etməkdən azad olduqları və öz mülahizələrinə görə istifadə etdikləri vaxt başa düşülür.

Iş günü(növbəsi)ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin verilməsi vaxtı və davamiyyəti meəssisə daxili intizam qaydaları,növbə cədvəlləri və ya əmək müqaviləsi,kollektiv müqavilə ilə müəyyən edilir.

Bir qayda olaraq istirahət və nahar üçün fasilələr iş başladıqdan sonra 4 saatdan gec olmayaraq ən azı yarın saat və ən coxu 2 saat müddətinə verilir. Işçi nahar fasiləsində öz mülahizəsinə görə istifadə edə bilər. Istirahət və nahar üçün verilən fasilələr iş vaxtına daxil edilmir və haqqı ödənilmir.

Işçinin bir iş günü ilə növbəti iş günü arasında gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.

Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.

Iş vaxtının cəmlənmiş uçotu zamanı isirahət günləri,Həmkarlar İttofaqı Təşkilatı ilə razılaşşdırılmış növbə cədvəlinə uyğun olara verilir.

Az. Res.da hər il aşağıdakı gnlər bayram edilir.

1.1Yanvar- Yeni il;

2.8mart –Qadınlar günü ;

3. 9may –qələbə günü;
4. 28may-Respublika günü;

5. 15iyun- Az.xalqının Milli Qurtuluş günü;

6. 26iyun- Az. Res. Silahlı Qüvvələr günü;

7.18oktyabr –dövlət müstəqilliyi günü;

8. 9noyabr-Bayraq günü;

9.12noyabr- Konstitusiya günü;

10. 31dekabr- Dünya az.larının həmrəyliyi günü;

11.Novruz bayramı 2gün

12. Qurban bayramı 1gün;

13.Ramazan bayramı 1gün;

Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

Novruz bayramının,Ramazan bayramının və Qurban bayramının keçiriləcəyi günlər hər il yanvar ayının sonunadək Az. Res. Nazirlər Kabineti tərəfindən müəyyən edilərək əhaliyə elan edilir.

Hər il yanvarın 20si –Az.nın müstəqilliyi və ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərin xtirəsini yad etmə günü –Ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

Müstəsna hal kimi istirahət,bayram günlərində işə cəlb olunmuş işçilərin əməyi,tərəflərin qarşılıqlı razılığı ilə işçiyə digər istirahət günü verilməklə və ya həmin günlərdə görülmüş işin müqabilində 2 qat məbləğdə əmək haqqı ödənilməklə əvəz edilməlidir.

Işçilərin vəzifəsindən(peşəsindən),əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Işçilərin Əmək Məcəlləsi ilə nəzərdə tutulan məzuniyyət hüquqları və onlardan istifadə qaydaları məhdudlaşdıra bilməz.

Məzuniyyədə olduğu müddətdə işçinin iş yeri vəzifəsi və Əmək Məcəlləsi nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır,habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasına və onun intizam məsuliyyətinə cəlb edilməsinə yol verilmir. Məzuniyyət müddəti işçinin əmək stajına daxil edilir.

Məzuniyyətlərin aşağıdakı növləri vardır:



  1. əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti.

  2. uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti.

  3. təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti.

  4. ödənişsiz məzuniyyət.

Əmək məzuniyyəti-işçinin normal istirahəti,əmək qabiliyyətinin bərpası,sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi,müddəti Əmək Məcəlləsində nəzərdə yuyulandan (21 təqvim günündən)az olmayan istirahət vaxtıdır. əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Əmək məzuniyyəti müvafiq peşə üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın,əməyin xarakterinə və əməyin stajına görə,habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub,istər birlikdə,istərsə də ayrılıqda verilə bilər.

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. Iş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır.

İşçinin birinci ış ili üçün əmək məzuniyyəti hüquqi əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra yaranır.

İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işə götürənlə qarşılıqlı razılaşmaya əsasən müəyyən edilən vaxtda verilə bilər.

K/tı mhsulları istehsalında çalışan işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

Əmək stajından asılı olaraq işçilərə:


  • 5ildən 10 ilədək əmək stajı olduqda- 2təqvim günü;

  • 10 ildən 15ilədək əmək stajı olduqda- 4təqvim günü;

  • 15 ildən çox əmək stajı olduqda- 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü,bu yaşda 3 və daha çox uşağı olan ,həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
3.K/t işçilərinin əməyinin mühafizəsi və sağlamlığı.
Az. Res. Konstitusiyasının 41 ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

Işçilərin təhkükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Işçilərin əməyinin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüququ aktlarla,habelə Az. Res.nın qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

Əməyin mühafizəsi üzrə normativ hüququ aktların tələbləri,əməyin normaları standartları,qaydaları əmək münasibətlərinin tərəfləri və digər hüquqi və fiziki şəxslər üçün məcburidir.

Əməyin mühafizəsi dedikdə iş prosesində işçilərin təhlükəsizliyinin və sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edən sosial,iqtisadi,təşkilati,texniki,gigiyena-profilaktik tədbirləri və vasitələri müəyyənedən və tənzimləyən normalar sistemi başa düşülür.

Əməyin mühafizəsi dövlə səviyyəsində təşkil edilir və hüquqi cəhətdən tənzim olunur.

Əməyin hərtərəfli mühafizə olunmasında sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasının,istehsalat zədəsinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönələn hər bir profilaktik tədbirin keçirilməsinin böyük əhəmiyyəti vardır.

Hər hansı bir əmək prosesi yorğunluq ilə nəticələnir. Işçinin işlədiyi şəraitdən asılı olaraq yorğunluq dərəcəsi müxtəlif olur və iş qabiliyyətinə eyni təsir etmir. əlverişsiz iş şəraiti işçilərin sağlamlığına zərərli təsir edir,xəstələnmə ilə nəticələnir və ümumi nəticədə vaxt itkisinə səbəb olur.

Mülkiyyə formasından asılı olmayaraq birgə əmək prosesində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün müdriyyət məsuliyyət daşıyır. Müəssisənin müdriyyəti,mülkiyyətçi yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı istehsalatda zədələnmə hallarının qarşısını alan müasir təhlükəsizlik texnikası vasitələrini tətbiq etməyə,peşə xəstəliklərinin əmələ gəlməsinə yol verməyən sanitar gigiyena şəraiti təmin eməyə borcludur.

İşçilərin əməyinn və sağlamlığının lazınınca mühafizəsinin ilkin şərti istehsalat binalarının ,tikililərin,istehsal sahələrinin,texnikanın əmək mühafizəsi və təhkükəsizlik tələblərinə uyğun olmasıdır. Qanunvericiliyin tələblərinə əsasən sağlam və təhlükəsiz əmək şəraiti təmin edilmədən heç bir müəssisə,sex,sahə istehsala qəbul edilib istifadəyə verilə bilməz. Təzə və yenidən qurulmuş tikinti obyektləri əmək mühafizəsinə nəzarət edən Dövlət Əmək Müfəttişliyinin yazılı fıomada razılığı(sertifikat pasportu) olmadan istismara verilməsinə yol verilmir.

Müdriyyət iş yerlərində lazımı texniki avadanlıq olmaını təşkil etməli,orada əmək mühafizəsi qaydalarına,təhlükəsizlik texnikası qaydalarına,sanitariya normalarına və yanğından mühafizə qaydalarına uyğun gələn iş şəraiti yaratmalıdır.



4.K/t müəssisələrində əmək intizamı və əmək mübahisələrinin həlli qaydaları.
Müəssisələrdə əmək müqavilələri,kollektiv müqavilələr üzrə tərəflərin öhtəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi,əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqədi ilə müəssisə daxili intizam qaydaları qəbul edilə bilər.

Müəssisə daxili intizam qaydaları Əmək Məcəlləsinə,habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun olaraq tərtib edilməlidir.

Müəssisədaxili intizam qaydalarına aşağıdakılar daxil edilir:


  1. müəssisənin adı,təşkilayi hüquqi forması,fəaliyyət növü,hüquqi ünvanı;

  2. iş vaxtının,nahar və digər istirahət fasilələrinin başladığı və qurtardığı saatlar;

  3. növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;

  4. əmək şəraitinin təmin edilməsi qaydaları;

  5. əmək və icra intizamının ,əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənən işçilərin,əmək kollektivlərinin mükafatlandırılnası şərtləri və qaydaları;

  6. əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.

Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işə götürən tərəfindən

-pul və ya qiymətli əşyalarla hədiyyi edilməklə;

- əlavə məzuniyyət verilməklə;

- əmək haqqına fərdi əlavə edilməklə;

-daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

-Sanatoriya-krort müalicəsi,turist səfərləri yollayışının əvəzi ödənilməklə;

-müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırılmaqla və həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

İşçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə yaxud keyfiyyətsiz yerinə yetirdikdə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrin,müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər.:

-töhmət;

-sonuncu xəbərdarlıqla şiddətli töhmət;

-kollektiv müqavilədə nəzərdə tutulmuşdursa,aylıq əməkhaqqının ¼ məbləğindən cox olmamaq şərti ilə cərimə etmək;

-əmək müqaviləsinin işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhtəliklərini yerinə yetiirmədiyi,yaxud əmək vəzifələrini kobud şəkildə pozduğu üçün ləvğ etmək.



Mövzu 13. K/t kommersiya təşkilatlarının müqavilə münasibətləri.

Plan:

1.K/t kommersiya təıkilatlarının müqavilə münasibətləri sistemi anlayışı və ümumi xarakteristikası.

2.K/t kommersiya təşkilatlarının müqavilə münasibətlərini tənzimləyən qanunvericilik.

3.K/t məhsullarının satışı sahəsində müqavilələr.

4.K/t təşkilatlarının istehsal,elmi-texniki və informasiya xidmətlərinin maddi-texniki təminatı sahəsində müqavilələr.

Ədəbiyyat.

1. Az. Res.nın Konstitusiyası Bakı 2009

2. Az. Rs.nın Mülki Məcəlləsi Bakı 2009

3.”Əmtəə birjası haqqında” Az. Res.nın Qanunu 25.05.94.

4. L. F. Axundzadə, A. Ə.Əsədov “Aqrar hüququ” Bakı Qanun 2003

5.S. Allahverdiyev”Mülki hüquq ” Bakı 2003

6.”Müqavilə hüququ” Bakı 2003

7.Az. Res.nın Torpaq Məcəlləsi Bakı 1999

Gəncə 2012
1.K/t kommersiya təşkilatlarının müqavilə münasibətləri sistemi anlayışı və ümumi xarakteristikası.

Müqavilə bütün k/t,eləcə də istənilən digər kommersiya təşkilatlarının müxtəlif iqtisadi əlaqələrinin əsas forması hesab edilir.

Müqavilələr k/t istehsalının bütün mərhələlərini əks etdirir,onlar k/t məhsullarının satışı zamanı xüsusilə zəruridir. Müqavilə olmadan torpaq münasibətlərini düzgün sənədləşdirmək,təsərrüfat daxili idarəçiliyi və əməyin təşkili məsələlərini həll etmək qeyri-mümkündür.

Son illərdə ölkədə aparılan köklü sosial-iqtisadi islahatlar gedişində bütövlükdə yeni aqrar iqtisaduyyatın bərqərar olması və hər bir k/t kommersiya təşkilatının normal fəaliyyəti üçün lazım olan hüquqi vasitələr sırasında müqavilə mərkəzi yer tutur. Bu da təbiidir,çünki bazar iqtisadiyyatı və istənilən kommersiya təşkilatlarının bazar münasibətlərində iştirakı mükəmməl deyildir.

Iqtisadiyyatın ən müxtəlif sahələrində müqavilə əlaqələrinininkişafı üçün ümumi meyllər xarakterikdir. Bu mənada k/t da istisna deyldir,aqrar sahədə də biz təsərrüfatın digər sahələrində aşkar olunan tendensiyalar(meyillərə) rast gəlirik. Belə meyillərə müqavilə münasibətlərinin yeni obyektlərinin meydana çıxmasını aid etmək olar. Ilk növbədə bu vahid əmlak kompleksli müəssisələrə,torpaq sahələrinə,intelektual və sənaye mülkiyyəti obyektlərinə,qiymətli kağızlara ,informasiya ehtiyatlarına aiddir.

Müqavilələrin çeşidi xeyli artmış,yeni müqavilə hüququ institutları meydana gəlmişdir: vəkalətli idarəetmə,lizinq,kommersiya konsessiyası,faktoriaq və s

Müqavilə hüququnun əsas fundamental prinsipi Az. Res. Mülki Məcəlləsinin 390 ci maddəsində elan edilən müqavilə sərbəstliyi prinsipi hesab olunur. Bu bütüb k/t kommersiya təşkilatları üçün mühüm olan müqavilələrin bağlanması üçün müstəqil surətdə kontraqent seşmək və müqavilə şərtlərini müstəqil təyin etmək imkanını göstərir.

Bütövlükdə aqrosənaye kompleksində və onun mərkəzi hissəsi olan k/t da müqavilə münasibətləri sistemi 3 qrup müqavilədən ibarətdir.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə