Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


Mövzu 3.AQRAQ HÜQUQ MÜNASİBƏTLƏRİ



Yüklə 0,81 Mb.
səhifə2/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

Mövzu 3.AQRAQ HÜQUQ MÜNASİBƏTLƏRİ.


Plan:
1.Aqrar hüquq münasibətləri anlayışı.

2.Aqrar hüquq münasibətlərinin əmələ gəlməsi,dəyişdirilməsi və xitam olunması əsasları.

3.Təsərrüfatdaxili hüquq münasibətləri.

4.Xarici aqrar hüquq münasibətləri.

ƏDƏBİYYAT.
1.Az.Res.nın Konsititusiyası. Bakı 2009
2.Az.Res. Torpaq Məcəlləsi Bakı 2009
3.Az.Res. Mülki Məcəlləsi Bakı 2000.


GƏNCƏ 2012

1.Aqrar hüquq münasibətləri anlayışı, növləri və onların xüsusiyyəti.

K/tı kommersiya təşkilalarının və k/tı məhsulları istehsalı,emal və satışın digər iştirakçılarının çoxşaxəli fəaliyyət prosesində nizamnamə hüquq qabiliyyətinə uyğun olaraq sosial iqtisadi mahiyyətinə və hüquq təbitinə görə müxtəlif hüquq münasibətləri yaranır.Onların arasında mərkəzi yeri aqrar hüquq münasibətləri tutur.Aqrar hüuq münasibətləri iqtisadi kateqoriya kimi,k/tı istehsalının təşkili və aparılması prosesındə əmələ gələn və inkişaf edən istehsalat müəssisələrin növü kimi ictimai münasibətlərin ifadəsi və təsbitinin hüquqi formasıdır.

Hüquqi iqtisadiyyatın aqrar sahəsində istehsalat münasibətlərini tənzim etmir və konkretləşdirmir.Bu münasibətlər maddi xarakter və insanların iradəsindən və düşüncəsindən asılı olmayaraq obyektiv iqtisadi kateqoriya kimi yaranır.Onlar iradi münasibətlər,hüquqi tənzimlənmə predmeti deyildirlər.

Məsələn,əmək münasibətlərini istehsalat münasibətləri kimi onların hüquqi ifadəsi ilə -iradi mülkiyyət münasibətləri ilə eyniləşdirmək olmaz.

Iradi aqrar münasibətləri müstəqil,istehsal münasibətlərindən asılı olmayan münasibətlər kimi nəzərdən keçirmək olmaz.Maddi və iradi aqrar münasibətlər vahid və ayrılmaz bir tam kimi,vahid ictimai istehsal münasibətlərinin müxtəlif tərəfləri kimi inkişaf edir.Bu halda aqrar münasibətlər eyni zamanda həm iradi tərəf,həm də istehsal münasibətlərinin əks olunduğu və ifadə edildiyi forma kimi çıxış edir.Bu yanaşma aqrar hüququn iqtisadiyyata təsir mexanizmini açmağa imkan yaradır.

Beləliklə aqrar iqtisadi münasibətlərə hüquqi xarakter verərək dövlət insanların-bu münasibətlərin iştirakçılarının davranışına onlara k/tı istehsalının təşkili və aparılması,onun nəticələrinə dair sərəncam vermək sahəsində müvafiq hüquqlar təqdim etməklə və vəzifələr həvalə etməklə müəyyən qaydada təsir göstərir.

Aqrar hüquq münasibətləri iştirakçılarının subyektiv hüquqları nəinki aqrar hüquq normaları ilə müəyyənləşdirilir,həmçinin qanunla təmin olunur,hüquq mühafizə orqanları tərəfindən pozuntulardan müdafiə edilir.

Aqrar münasibətlərin iştirakçıları hüquq normalarında nəzərdə tutulmuş hərəkətləri yerinə yetirməklə və ya onları yerinə yetirməkdən çəkinməklə qanunla müəyyən edilmiş nəticəyə,yəni hüquqi tənzimlənmənin konkret məqsədinə nail olurlar.Aqrar hüquq münasibətlərinin əsas məqsədi isə kənd təsərrüfatı istehsalı inkişafının hüquqi təminatıdır.Bütün aqrar hüquq münasibətlərinin vahid kompleksli hüquq birliyi kimi formalaşması üçün bünövrə məhz budur.

Aqrar hüquq münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar k/tı istehsalı prosesində əmələ gələn və onun spesifikliyini nəzərə alan torpaq münasibətlərinin,əmlak münasibətlərinin ,əmək münasibətlərini və təşkilati-idarəetmə münasibətlərinin üzvi kompleksi təşkil edir.Aqrar münasibətlərin sadalanan növlərinin hər biri ayrılıqda predmet əlamətinə görə ənənəvi hüquq sahələrinin-mülki hüququn,torpaq hüququnun,inzibati hüququn,əmək hüququnun,maliyyə hüququnun tənzim etmə dairəsinə aiddir.Birlikdə onlar vahid üzvi kompleks yaradır,bütövlük əldə edir,çünki bu keyfiyyətdə k/tı istehsalının təmin olunmasına,onun spesifikliyinin nəzərə alınmasına yönəldilir.

Xalq sahəsinin bir sahəsi kimi k/tnın burada əmələ gələn ictimai münasibətlərin hüquq tənzimlənməsində nəzərə alınmalı olan xüsusiyyətlərindən:mülkiyyət növləri və formalarının və onlara əsaslanan k/tı istehsalı təşkili formalarının çoxluğunun mövcudluğu və bərabərliyinin;torpağın və digər təbii ehtiyatların əsas istehsalat vasitəsi kimi istifadə edilməsini,canlı orqanizmlərdən istehsalat vasitəsi kimi iş dövrünün onun mövsümiliyini şərtləndirən istehsalat dövrü ilə üst-üstə düşməməsini göstərmək olar.

Beləliklə,k/tının xüsusiliyi(spesifikası)son nəticə etibarı ilə onun ictimai münasibətlərinin tənzimlənməsində dövlətin siyasi maraqlılığını şərtləndirir ki,bu da geniş k/tı qanunvericiliyinin yığılmasında,habelə bu münasibətlərin tənzimlənməsinin müvafiq prinsipi və metodlarında özünü büruzə verir.

Aqrar münasibətlərin kompleksli hüquqi tənzimlənməsində k/tnın spesifikliyinin nəzərə alınması üçün geniş imkan açılır.

Aqrar hüquq münasibətlərinin subyektləri(iştirakçıları)ilk növbədə müvafiq hüquq qabiliyyətinə malik k/tı məhsulu istehsalçılarından:

-mülkiyyətin növündən asılı olmayaraq bütün növ k/tı kommersiya təşkilatları(k/t kooperativləri,təsərrüfat ortaqlıqları və cəmiyyətləri,dövlət k/t müəssisələri və s.)və onların birlikləri;

-kəndli(fermer)təsərrüfatları və vətəndaşların yardımçı təsərrüfatları;

-k/t kommersiya təşkilatlarının istehsalat bölmələri;

-k/tı istehsalına xidmət göstərməli olan dövlət və kooperativ təşkilatları.

Aqrar hüquq münasibətlərinin subyektlərindən danışarkən qeyd etmək lazımdır ki,müasir mərhələ üçün fermerçiliyin inkişafı səciyyəvidir.Düzdür bu təsərrüfütların əksəriyyəti zəifdir,kifayət qədər texnikaya,yaxşı torpağa malik deyillər,bu da məlum dərəcədə maliyyə vəsaitlərinin çatışmaması,enerji daşıyıcılarının baha olması ilə izah olunur.Aqrar islahatın gedişində kolxoz və sovxozlar ləvğ edildi.




2.Aqrar hüquq münasibətlərinin əmələ gəlməsi,dəyişdirilməsi və xitam olunması əsasları.

Aqrar hüquq münasibətləri müxtəlif hüquqi faktların əsasında əmələ gəlir,xitam olunur və dəyişdirilir.Az.Res.Mülki Məcəlləsinin 14cü maddəsi məyyən edir ki,mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan,habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da,mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

Buna müvafiq olaraq mulki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:

1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər,habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər;

2.Dövlət orqanlarının və yerli özünü idarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələgəlmə əsası kimi nəzərdə tutulmuş aktları;

3.Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları;

4.Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi;

5.Elm,ədəbiyyat,incəsənət əsərlərinin.ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradilması;

6.Başqa .əxsə vərər vurulması;

7.Əsassız varlanma;

8.fiziki və hüquqi şəxslərin digər hərəkəti;

9.Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

Dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

Hüquqi faktlar əmələgəlmə xüsusiyyətinə görə hərəkətlərə və hadisələrə bölünür.



Hərəkətlər dedikdə insanların və ya onların kollektivlərinin davranışının ifadə olunduğu hüquqi faktlar başa düşülür.Hərəkətlər(hərəkətsizlik)hüquqi yəni qanunun tələblərinə uyğun və qeyri hüquqi yəni,qanuna zidd(hüquq pozuntusu)ola bilər.

Bazar iqtisadiyyatı şəraitində aqrar hüquq aktlarının əsas növü əqdlərdir(müqavilələr)ƏQD mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli,ikitərəfli və çoxtərəfli iradə ifadəsidir.(Az.Res. Mülki Məcəlləsinin 324cü maddəsi).Xüsusəndə bizim ölkədə bir çox onilliklər ərzində inzibati komanda sistemi şəraitində qəti qadağan olunanlar (məsələ,torpaq sahələrinin alqı-satqısı,icarəsi,girovu,bağışlanması və vərəsəlik üzrə verilməsi)indi aqrar islahatları şəraitində aqrar münasibətlərin inkişafında adi hala çevrilir.

Aqrar hüquq münasibətləri mülki hüquq əqdləri ilə yanaşı inzibati hüquq aktları ilə də əmələ gələ bilər.

Məsələn,torpaq sahəsi verilərkən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yerli icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı əsasında yəni idarəetmə orqanının aktı əsasında müvafiq qaydada Az.Res.nın Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilir.



Hadisələr dedikdə hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olmayaraq yaranan hüquqi faktlar (məs:quraqlıq,daşqin,zəlzələ,yanğın və başqa təbii fəlakət)başa düşülür.


3.Təsərrüfat daxili aqrar hüquq münasibətləri.

Əvvəl qetd edildiyi kimi k/t kommersiya təşkilatlarının və k/tı istehsalının başqa iştirakçılarının təşkili və istehsalat təsərrüfat fəaliyyəti gedişində torpaq,əmlak,əmək və təşkilati-idarəçilik münasibətləri yaranir və inkişaf edir.K/tnın spesifikliyinin təsiri altında bu münasibətlər ictimai münasibətlərin yeni növünü-aqrar hüquqla tənzimlənən aqrar münasibətləri əmələ gətirir.

K/t kooperativində,kəndli(fermer)təsərrüfatında üzvlüyə,hənçinin k/t istehsalı təşkilinin dövlət və digər formalarında əmək müqaviləsinə əsaslana,torpağın,başqa əmlakın istifadəsi və bu torpaqda istehsalat-təsərrüfat fəaliyyəti prosesində əməyin təşkili üzrə əmələ gələn hüquq münasibətləri daxili (məlum mənada təsərrüfat daxili) hüquq münasibətləri adlandırılır.

Kommersiya k/t təşkilatının daxilində aqrar münasibətlər yalnız müəssisə ilə onun üzvləri və ya işçiləri arasında deyil,habelə təşkilatla və onun struktur(istehsalat) bölmələri arasında,kommersiya təşkilati ilə yardımçı təsərrüfatı olan şəxslər arasında,əksər hallarda isə kommersiya təşkilatı vəkəndli(fermer)təsərrüfatı arasında yaranır.

Məzmumuna görə aqrar hüquq münasibətləri k/t istehsalı gedişində onun iştirakçılarının realizə etdikləri qarşılıqlı subyektiv hüquq və vəzifələrin məcmusundan ibaarətdir.

Aqrar hüquq hüququn ixtisaslaşdırılmış kompleks sahəsidir.onun ixtisaslaşdırılması ilk növbədə torpaqdan və torpaqda əməyin istifadə olunması xüsusiyyətləri ilə müəyyən edilir.Buna görə də k/tı istehsalı sahəsində aqrar münasibətləri sistemində ilk növbədə bu istehsalat üçün daha səciyyəvi olan torpaq və əmək münasibətləri qeyd olunmalıdır.




4.Xarici aqrar hüquq münasibətləri.

Xarici aqrar hüquq münasibətləri k/t kommersiya təşkilatlarının və baçqa k/t istehsalı iştirakçıları arasında,habelə digər müəssisələr,təşkilatlar və müvafiq idarəetmə orqanları arasında münasibətlərin müəyyən məcmusundan ibarətdir.

Aqrar münasibətlərə k/tı istehsalı iştirakçılarının yalnız elə xarici münasibətləri aqrar münasibətlərə aid edilir ki.bu islahatın spesifikliyi nəzərə alınmaqla mahiyyətinə görə belə münasibətlər xarakteri əldə edir.K/t müəssisələri və sahibkarların xarici münasibətləri ənənəvi hüquq sahəsi normaları ilə-mülki.torpaq.inzibati,maliyyə və aqrar hüquq normaları ilə tənzimlənir.

Xarakterinə və mahiyyətinə görə xarici aqrar hüquq münasibətləri .ağıdakı növlərə ayrılır:

1.k/t iltehsalı iştirakçılarına məxsus daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun həyata keçirilməsi sahəsindəki münasibəətlər;

2.müqavilə münasibətləri;

3.vergi münasibətləri;

4.delikt münasibətləri.



Mövzu 4.Aqrar bazar münasibətlərinin hüquqi tənzimlənməsi.
Plan:

1.Aqrar hüquq və aqrar sənaye kompleksində (ASK)bazar münasibətlərinə keçid haqqında qanunvericilik.

2.Torpaq bazarının hüquqi tənzimlənməsi.

3.K/tda əmək münasibətlərinin tənzimlənməsi.

4.Ərzaq bazarının hüquqi tənzimlənməsi.


Ədəbiyyat.

1.Az.Res.Konstitusiyası Bakı 2009

2.Az.Res.Mülki Məcəlləsi Bakı 2009

3.Az.Res.Torpaq Məcəlləsi Bakı 2009

4.”Torpaq islahatı haqqında”Az.Res.nın 16.07.96cı il tarixli Qanunu

5.”Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satilması qaydaları haqqında”əsasnamə.Az.ResPrezidentinin 19.12.97ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.

6.”Az.Res.nın Ərzaq Təhlükəsizliyi Proqramı”Az.Res.Prezidentinin 02.03.2001 ci il tarixli sərəncamı.

7.L.T.Axundzadə,A.Ə.Əsədov ”Aqrar hüququ”Qanunu 2003

8.”Əmtəə birjası haqqında”Az.Res.nın 25.05.1994cü il tarixli Qanunu.


Gəncə 2012

1.Aqrar hüquq və ASKda bazar münasibətlərinə keçid haqqında qanunvericilik

Müasir qanunvericiliyin vəzifəsi k/t istehsalının planlı sosialist sistemindən azad bazar sisteminə keçid,k/t da siyasi,iqtisadi və hüquqi münasibətlərin dərin islahatını təmin etməkdir.ASK da sərbəst bazarın fəaliyyətini təmin etməyə qabil olan yeni hüquq münasibətlərini formalaşdırmaq lazımdır.

Iqtisadi yenidənqurma,qanunverici və icra hakimiyyətlərinin islahatı proqramları ilə təyin edilən,ölkədə bazar iqtisadiyyatına keçid,aqrar bölmənin,xüsusi mülkiyyətin formalaşması,sahibkarlığın inkişafı,mülkiyyət formalarının çoxçeşidliliyi və k/tı istehsalının idarə olunması formaları əsasında yenidən qurulmasının zəruriliyini ərtləndirir.

Aqrar hüquq normalarını və mövcud qanunvericiliyi təhlil edərkən k/t mülkiyyət münasibətlərinin və torpaq üzərində mülkiyyyət münasibətlərinin tənzimlənməsində,istehlak məhsulları üzrə müqavilə münasibətlərinin tənzimlənməsində mülki hüquq və torpaq hüququ normalarının rolu əhəmiyyətli dərəcə də artır.Birja ticarəti və onun formaları FYUÇERS(gələcəkdə alınacaq və ya satılacaq mallarla göndərmə şərti iləhazırkiqiymətlərlə bağlanan müqavilə formasıdır)ticarəti,FORVARD(forvard-gələcəkdə göndəriləcək mallara fiksasiya olunan qiymətlərlə bağlanan müqavilə formasıdır) sövdələşmələr,k/tı məhsulları ilə girov əməliyyatları,kontrakt sistemlərinin təşkili sahəsində münasibətlər mühüm əhəmiyyət kəsb edirlər.

Torpaq hüququ normaları içərisində torpaq icarəsi,torpaq sahələrinin girovu(ipotekası)haqqinda normalar xüsusi yer tutur.Bu normalar torpaq münasibətləri subyektinin hüquqlarını yeni qaydalar üzrə tənzimləyir.

Iqtisadi islahatlar çərçivəsində aqrar bölmədə bazar münasibətlərinin əsas istiqamətlərini və inkişaf prinsiplərini təsbit edən qanunvericilik aktları qəbul edilmişdir.

Az.Res.Konstitusiyasında və yeni qanunvericilikdə mülkiyyətin və istehsalın çox ukladlılığı,azad təsərrüfatçılıq və sahibkarlıq fəaliyyəti,k/tı müəssisələrinin fəaliyyətinə dövlət müdaxiləsinin aradan qaldırılması istiqamətləri öz əksini tapmışdır.

Bazar münasibətlərinin inkişafı bütün ASKnın dotasiyalı xarakterindən imtina olunmasına,k/tna material ehtiyatları gətirənlərin inhisarının ləvğinə,sənaye və k/tı məhsullarına sərbəst bazar qiymətlərinin tətbiqinə gətirib çıxarmışdır.




2.Torpaq bazarının hüquqi tənzimlənməsi.
Iqtisadi islahatların həyata keçirilməsinin başlanğicında qanunvericiliyin prioritet istiqamətlərindən biri aqrar münasibətlər dairəsi hesab olunur.Bu mərhələdə məqsədi hər şeydən əvvəl torpaq münasibətlərinin dəyişdirilməsi və torpaq bazarının formalaşdırılması olan köklü aqrar islahatların aparilması haqqında məsələ qoyulmuşdur.Son illərdə yenidənqurma xarakterli qanunvericilik aktlarına daha əhəmiyyətli təsir edən müddəalar qəbul edilmiş,qanunvericilik yeniləşdirilmişdir.Ancaq lazımı qanunvericiliyin olmasına baxmayaraq,torpaq bazarı ölkədə hələ də təşkil edilməmişdir.Ölkədə torpaq bazarının nornal fəaliyəti bütövlükdə iqtisadiyyatın sabitlik amili,onun inkişafının davamlı qarantı ola bilər və investitsiya proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Bazar münasibətlərinin inkişafının başlanğıcı torpaq üzərində xüsusi mülkiyyət hüququnun yaranmaının,torpaq üzərində müxtəlif mülkiyyət hüququnun yaranmasının,torpaq üzərində müxtəlif mülkiyyət formalarının tətbiqinin,torpaq bazarında bütüu maraqlı torpaq münasibətləri subyektlərinin bərabər hüquqlu olmasının təmin edilməsinin əsasını qoydu,torpaqla sövdələşmələrin real həyata keçirilməsi üçün imkan yaratdı.Bu imkanlar Az.Res.Konstitusuyasının qəbul olunması ilə məhdud formada aşkarıandı.Sonra həmin müddəalar “Mülkiyyət haqqında”Qanunda,Az.Res.nın Torpaq Məcəlləsində və bir sira başqa qanunvericilik aktlarında da təsbit olundu.

1995ci il Az.Res.nın Konstitusiyası torpaq üzərində vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətini,dövlət mülkiyyət və bələdiyyə mülkiyyəti növlərini təsbit etdi.Xüsusi mülkiyyəti torpaq mülkiyyətçilərinin,istifadəçilərinin.icarəçilərinin hüqularının müdafiəsini gücləndirmək üçün mülkiyyət hüququnu,torpaq sahələrindən istifadə hüququnu və onların üzərində icarə hüququnu yazılı formada təsdiq edən sənədlər haqqında bir sıra aktlar qəbul edildi.

Az.Res.Mlki Məcəlləsi daşınmaz əmlak münasibəti kimi torpaq münasibətlərinin tənzimlənməsinin ümumimülki qaydasını müıyyın etdi.Az.Res.nın Mülki Məcəlləsinin qəbul olunması ilə torpaq münasibətləri subyektlərinin mülkiyyət hüququna zəmanət,onların hüquqlarını və qanunu mənafelərinin müdafiəsi eləcə də qeyri-qanuni müdafiədən və hüquqların məhdudlaşdırılmasından müdafiə üsulları şamil olunmağa başladı.

Az.Res.nın Mülki Məcəlləsi həmçinin orpaq bazarının formalaşması üzrə münasibələri əhəmiyyətli dərəcə də genişləndirdi.Mülkiyyətə sahibliyi,istifadə və sərancamı sərbəst həyata keçirmək hüququ barədə Konstitusiya müddəalarına əsaslanaraq Az.Res.nın Mülki Məcəlləsinin 135.4cü maddəsi müəyyən edir ki,torpaq daşınmaz əmlakla eynidir və torpaq dövrüyyəsi mülki hüquq normaları ilə tənzimlənir.Bu maddə həmçinin müəyyənləşdirir ki,torpaq və digər təbii ehtiyatlar özgənikiləşdirilə və qanunların icazə verdiyi həddə və üsullarla bir şəxsdən digərinə keçə bilər.Praktikada(təcrübədə)bu torpaq sahələri üzrə mülki qanunvericiliyin yol verdiyi həddə bütün sövdələşmələri həyata keçirmək üçün imkan yaradır.Buraya torpaqların alqı-satqısı,bağışlanması,dəyişdirilməsi,girov qoyulması,icarəsi,vərəsəliyə keçməsi,üzvlük haqqı kimi səhmdar cəmiyyətlərin,kooperativlərin həmçinin xarici investitsiyalı müəssisələrin nizamnamə kapitalına keçirilməsi daxildir.

Ölkənin aqrar hüququ və onun torpaqdan istifadə ilə bağlı münasibətləri tənzimləyən hissəsi bazar münasibətlərinə keçid zamanı əhəmiyyətli dərəcədə dəyişir,inzibati münasibətləri mülki hüquq münasibətləri əvəz edir.



3.K/t da əmək münasibətlərinin tənzimlənməsi.
ASK da bazar mexanizminin mühüm elementlərindən biri işçi qüvvəsi bazarıdır.Əmək fərdi və ictimai rifahın əsasıdır.

Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə öxünə fəaliyyət növü,peşə,məşğuliyyət və iş yeri seçmək hüququ vardır.Heç kəs zorla işlədilə bilməz.

Əmək müqavilələri sərbəst bağlanır.Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək,hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsə ilə əlaqədar işlətmək,fövqəlada vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara ələb olunan işləri gördürmək hallarına yol verilir.

Hər kəsin təhkükəsiz və sağlam şəraitdə işləmək,heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minumum əmə haqqı miqdarından az olmayan haqq almaq hüququ vardıır.

Işsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Az.Res.nın Konstitusiyasına görə hər kəsin istirahət hüququ vardır.Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş.lakin gündə 8 saatdan artıq olmayan iş günü,istirahət və bayram günləri,ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzumiyyət verilməsi təmin edilir.

Hər kəsin sosial təminat hüququ vardır.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda,xəstəliyə,əlilliyə,ailə başçısını itirdiyinə görə,əmək qabiliyyətini itirdiyinə,işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

Təqaüdlərin və sosial müavimətlərin minumum məbləği qanunla müəyyən edilir.



4.Ərzaq bazarınının hüquqi tənzimlənməsi.
Bazarın formalaşması bazar əlaqələrinin hüquqi sənədləşdirilməsi üzrə böyük işlər tələb etdi.Bazar münasibətlərinin tənzimlənməsi nöqteyi-nəzərindən birja töcarəti təşkil edən,satıcı və alıcı rəqabəti əsasında ticarət qaydalarının əməl edilmsini izləyən hüquqi və fiziki şəxslərin birliyi kimii çıxış edir.Bazar münasibətlərinin inkişafı və topdansatış k/t bazarlarının fəaliyyyəti Az.Res.nın mövcud qanunvericiliyin əsaslanır.Yeni normativ hüquqi baza k/y istehsalçılarına əqdlər bağlamaq,ticarət və sahibkarlıq fəaliyyət ilə məşğul olmaq imkanı verir.

Birja fəaliyyətini həyata keçirmək hüququ subyekt üçün onlara müəyyən edilmiş birja rüsumunu ödədikdən sonra başlayır.Alqı-satqı birja vasitəçiləri yolu ilə aparılır.K/t istehsalçıları onlarla broker xidməti üzrə müqavilələr bağlayır.Müqavilə ilə tərəflərin qarşılıqlı öhtəlikləri və müqavilənin pozulmasına görə məsuliyyət müəyyən edilir.

ASKda bazar münasibətlərinin formalaşmasına yönəlmiş qanunvericilik aktları bir sıra problemləri həll etdiO k/t müəssisələrinə,öz mənafelərindən çıxış edərkən müstəqil fəaliyyət göstərmək üçün şərait yaratdı,istehsal etdiyi məhsul üzərində azad sərəncam vermək,müqavilə münasibətlərini könüllük əsasında qurmaq imkanı verdi.

Bununla yanaşı qeyd etmək lazımdır ki,ASKnın bazar inkişaf konsepsiyaı indiyə qədər mövcud deyil.

Aqrar bazarın mühüm elementlərindən biri ərzaq bazarı hesab edilir.Bu bazara ərzaq idxalı,dəniz və çay məhsulları,ovçuluq və s. daxildir.

Ərzaq bazarının formalaşmasına k/tda istehsalın bütövlükdə aşağı düşməsi,k/tı məhsullarının emalı sahəsində inhisarçılığın yaranması təsir göstərdi.

Son illərdə dövlətimiz ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşdirilməsini,k/tı məhsulları istehsalının artırılması və əhalininərzaq məhsulları ilə təhcizatının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə bir sıra mühüm addımlar atmışdır.Buna misal olaraq “Az.Res.nın ərzaq təhlükəsizliyi proqramını”göstərə bilərik.

Bu proqramda ərzaq təhlükəsizliyi əsas insan hüquqlarından biri həmin proqramın təmin olunması isə hökumətin mühüm vəzifələrindən sayılır.Adı çəkilən normativ sənədin giriş hissəsində Ərzaq Təhlükəsizliyi Proqramının məqsədi müəyyən edilir.Bunlar yerli k/t məhsulları istehsalının artırılması,ərzaq məhsullarının artırılması,ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi,kəskin ərzaq qıtlığı hallarına yol verilməməsisistemının yaradılmasıdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsadi ilə hökumət 2 mərhələdən ibarət olan aşağıdakı strategiyanın həyata keçirməsini öhtəsinə götürür.

1.İslahatlar aparıldığı müddətdə ğrzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısamüddətli və orta müddətli keçid tədbirlərinin tətbiqini;

2.Ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin əsas mqsədi Az.Res.nın k/tını gəlirliyinin və rəqabət qabiliyyətinin artırılmasını,eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunması nəzərdə tutulur.

Mövzu 5.K/Tı DÖVLƏT TƏNZİMLƏNMƏSİ.
Plan:

1.K/tnın dövlət tənzimlənməsi anlayışı və məzmunu.

2.K/tnın dövlət tənzimlənməsi metod və formaları.

3.Ktda dövlət nəzarəti və dövlət idarəçiliyini həyata keçirən orqanlar sistemi və onların hüquqi vəziyyəti.

Ədəbiyyat

1.Az.Res.nın Konstitusiyası Bakı 2009

2.Az.Res.nın Torpaq Məcəlləsi. Bak 2009

3.”Aqrar islahatların əsasları haqqında”Az.Res.nın 18.02095 ci il tarixli Qanunu

4.”Sovxoz və kolxozların islahatı haqqında” Az.Res.nın 18.02.95ci il tarixli Qanunu

5.”torpaq islahatı haqqında”Az.Res.nın 16.07.96ci il tarixli Qanunu

6.”Torpaq İcarəsi haqqında ”Az.Res.nın 11.12.98 ci il tarixli Qanunu

7.”Torpaq bazarı haqqında”Az.Res.nın 07.05.99cu il tarixli qanunu

8.”Dövlət Torpaq kadastrı,torpaqların monitorinqi və yerquruluşu haqqında”Az.Res.nın 22.12.98ci tarixli qanunu.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə