Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları



Yüklə 0,81 Mb.
səhifə9/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

Birincisi- iqtisadiyyatın bütün sahələrində geniş istifadə olunan ümummülki müqavilələr.

Bunlara alqı-satqı,mal göndərmə,podrat,tikinti podratı,əmlak icarəsi,bank krediti və s. Müqavilələr aiddir. K/t kommersiya təşkilatlarının yaradılması zamanı bağlanan təsis müqavilələrini də bu qrupa aid etmək olar.



İkincisi iqisadiyyatın k/t sahəsi üçün spesifik olan müqavilələrdir. Bu müqavilələr sırasına k/t təyinatlı torpaqların icarəsi,aqrar isehsalat sahəsində tətbiq edilən xidmət göstərilməsi barədə müqavilələr aiddir:K/t kommersiya təşkilatlarına istehsal-texniki xidmət göstərilməsi ,su təsərrüfatı və hidrotexniki,meliorativ sistemlərin istismarı,arqokimyəvi xidmət və s.

Aqrar sektorda müqavilə münasibətlərinin üçüncü mühüm qrupu k/t kommersiya təşkilatlarında təsərrüfatdaxili və əmək münasibətlərini tənzimləyən müqavilələrdir.




2.K/t kommersiya təşkilatlarının müqavilə münasibətlərini tənzimləyən qanunvericilik.

K/t kommersiya təçkilatlarının müqavilə münasibətlərinin hüquqi əsasını Az. Res.nın Mülki Məcəlləsində təsbit olunmuş normalar təşkil edir. Mülki qanunvericiliyi təşkil edən bütün digər normativ aktlar Mülki Məcəlləyə uyğun olmalıdır,ziddiyət halında M.M-nin normalarına üstünlük verilir.

Az. Res Mülki Məcəlləsinin 389.1-ci maddəsi müqaviləyə iki və ya bir neçə şəxsin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi,dəyişdirilməsi və ya xitamı haqqında razılığı kimi anlayış verilir.

Müqavilənintənzimləyici rol oynaması onun qanun və normativ aktlara yaxınlaşdırır. Müqavilənin şərtlərini hüquq normasından 2 cəhət fərqləndirir:



  1. müqavilə tərəflərin iradəsini,hüquqi akt isə onu qəbul edən orqanın iradəsi əks etdirir.

  2. müqavilə yalnız tərəflərin davranış qaydasını ,hüquqi akt isə ümumi davranış qaydasını əks etdirir.

Müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin məcmusu müqavilənin məzmununu təşkil edir. Mülki hüquq subyektlərinin müqavilə münasibətləri tərəflərin hüquq bərabərliyinə əsalanır,bir tərəfin qarşı tərəfə tabeçiliyini istisna edir. Buna görə də müqavilənin bağlanması və onun şərtlərinin müyyən edilməsi könüllü xarakter daşıyır.

M.Mnın 390cı maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunun müəyyənləşdirə bilərlər. Onlar M.M də nəzərdə tutulmayan kakin ona zidd olmayan müqavilələr də bağlaya bilələr.

Qeyd etmək lazımdır ki,M.M(m.390.2) müqavilə münasibətlərini tənzimləyən aktlar dairəsini də dəqiq müəyyən edir.Burada göstərilir ki,müqavilə bağladığı anda qüvvədə olan qanunla və başqa hüquq aktları ilə müəyyən olunmuş imperativ normalara uyğun gəlməlidir. Bu ümumi qaydadır. Lakin müqavilələrin tənzimlədiyi iqtisadi münasibətlərin dinamik xarakteri tələb edir ki,bu nizamlama da təkmilləşdirilsin. Ona görə də qanun müqavilə bağlandıqdan sonra da həmin normaların dəyişməsinə yol verir. Belə ki,müqavilə bağlandıqdan sonra tərəflər üçün başqa məcburi qaydalar müəyyən olunarsa,yeni qanunun geriyə qüvvəsi mümkündür. Lakin bu,hənim qanunda birbaşa göstərilməlidir. əks halda müqavilə bağlanarkən qüvvədə olan qaydalar tətbiq edilir.

Qeyd etmək lazımdır ki,bu M.M.nın 7 ci maddəsində müəyyən olunan azsaylı istisnalardan biridir. Orada mülki hüquq subyektlərinə ziyan vurulması və ya onların vəziyyətinin pisləşdirilməsinə yönələn mülki qanunvericilik normalarının geriyə qüvvəsi qadağan edilir. Mülki qanunvericilik normaları əsasənonlar qüvvəyə mindikdən sonra əmələ gələn münasibətlərə tətbiq edilsə də,qanunda bu qaydadan istisnaların nəzərdə tutulmasına yol verir.

Müqavilə bağlamaq vəzifəsinin M.M.də və ya könüllü götürülmüş öhdəliklər də nəzərdə tutulduğu hallar istisna olmaqla,müqavilə bağlamağa məcburiyyətə yol verilmir.

Mülki-hüquqi müqavilələr əqd kimi təsnif edildikdə real və konsensual ,əvəzli və əvəzsiz müqavilələrə bölünür.

Real əqdin bağlanması üçün tərəflərin təkcə razılığa gəlməsi kifayət deyil,bunun üçün əşya verilməli və ya başqa hərəkət yerinə yetirilməlidir.

Tərəflərin razılığa gəldiyi andan hüquq və vəzifələr yaradan əqdlər konsensual əqdlərdir.

Müqaviləyə görə tərəf öz vəzifəsinin icrası müqabilində haqq və qarşılıqlı əvəz almalıdırsa həmin müqavilə əvəzli sayılır. əks halda müqavilə əvəzsiz müqavilə sayılır.

Bağlanmasına görə müqavilələr ümumi müqavilələrə və qoşulma müqaviləsinə bölünür.

Kommersiya təşkilatının bağladığı və fəaliyyətinin xaraterinə görə ona müraciət edəcək hər kəs barəsində malların satışı,işlərin görülməsi və ya xidmətlərin göstərilməsi sahəsində bu təşkilatın həyaa keçirməli olduğu vəzifələri müəyyənləşdirən müqavilə ümumi müqavilə sayılır.

Istehlakçıya müvafiq mallar vermək,xidmətlər göstərmək,işlər görmək imkanı olduğu halda,kommersiya təşkilatının ümumi müqavilə bağlamaqdan imtina etməsinə yol verilmir.

Müqavilənin bağlanması tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlməsidir.

Müqavilə 2 zəruri şərtə əməl edildikdə bağlanmış sayılır:

1.tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlməlidir.

2.tələblərin razılığı tələb olunan formada rəsmiləşdirilməsi.

Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və qarşı tərəfin onu aksept etməsi(təklifin qəbulu) vasitəsi ilə bağlanılır.

Müqavilə bağlanmasının aşağıdakı mərhələləri vardır:



  1. tərəflərin müqavilə qabağı əqdləri(danışıqlar);

  2. oferta

  3. ofertaya baxılması

  4. ofertanın aksept edilməsi.

Oferta və aksept müqavilə bağlanmasının zəruri mərhələləridir. Tərəflərin müqaviləqabağı əlaqələri (danışıqlar) mərhələsi fakultativ xarakter daşıyır və müqavilə müansibətlərinə daxil olmaq istəyən tərəflərin rəyindən asılıdır

Ofertaya baxılması mərhələsi o halda hüquqi əhəmiyyət kəsb edir ki,qanunvericilik ayri-ayri növ müqavilələr üçün müqavilənin layihəsinə baxılması müddətini və qaydasını müəyyən etsin.

Müqavilənin şərtlri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Yazılı müqavilələrdə bu şərtlər ayrıca bəndlərdə əks etdirilir.

Müqavilənin şərtləri iki yerə bölünür:



  1. müqavilənin mühüm zəruri .şərtləri;

  2. müqavilənin standart.

Müqavilənin predmetinə dair şərtlər,qanunda həmin növmüqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər,tərəflərdən birinin müraciəti ilə razılaşma əldə edilməli olan bütün şərtlər mühüm şərtlər sayılır.

Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə,müqavilə bağlanmış sayılır.

Müqavilənin standart şərtləri əvvəlcədə ifadə edilmiş,dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki,bunları bir tərəf(təklif edən) qarşı tərəfə təqdim edir və əvvəlcədən müəyyən edilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirir.

Müqavilənin dəyişdirilməsinin və ləvğ edilməsinin əsası kimi tərəflərin razılığı,müqavilə şərtlərinin əsaslı şəkildə pozulması və ya qanunda və müqavilədə nəzərdə tutulmuş hallar ola bilər.

Yalnız qanuna uyğun bağlanan və etibarlı sayılan müqavilələri dəyişdirmək və ya ləvğ etmək olar.

Müqavilənin dəyişdirilməsi və ya ləvğ edilməsinin əsas üsulu tərəflərin razılığıdır.


3.K/t məhsullarının satışı sahəsində müqavilələr.

K/t məhsullarının satışı üçün bir neçə növ müqavilə istifadə edilə bilər. Bunlar əsasən alqı-satqı,tədarük müqavilələridir,habelə tapşırıq,komissiya,ticarət nümayəndəsi (agent) ,malların göndərilməsi müqavilələrindən də istifadə edilə bilər.

Alqı-satqı müqaviləsi əmlakın verilməsi ilə bağlı öhtəlikləri ənzimləyən müqavilələr qrupuna aiddir.

Alqı-satqı müqaviləsinə görə satıcı əşyanın alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini(qiyməti)ödəməyi öhtəsinə götürür.

Satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını,habelə əşyaya aid olan sənədləri də(texniki pasport,keyfiyyət sertifkatını,istismar təlimatını) verməyə borcludur.

Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti müəyyənləşdirməyə imkan vermədikdə alıcı öhtəliyin dərhal icrasını tələb edə bilər,satıcı isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

Ağlabatan müddətdə icra edilməmiş öhtəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən 7 gün müddətində icra etməyə borcludur.

Satıcı müqavilədə müəyyən olunmuş müddət çatandək və ya müddət keçdikdən sonra həmin müqavilənin yalnız alıcının razılığı ilə icra edə bilər.

Heyvanların,quşların və balıqların alqı-satqısının bəzi özünəməxsus xüsusiyyətləri vardır ki,bunlar da qanunvericilikdə əksini tapmışdır.

Heyvan,quş və balıq satıcısı yalnız müqavilədə müəyyənləşdirilmiş uyğunsuzluqlar(başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər(qarantiya müddətləri ) ərzində aşkara çıxdığı hallarda məsuliyyət daşıyır.

Heyvanlarda,quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləvğini tələb edə bilər,qiymətin azaldılmasını isə tələb edə bilməz.

Mülki-hüquqi müqavilələrin bir növü də dəyişdirmə müqaviləsidir. Bu müqavilə ilə alqı-satqı müqavilsi əsasında çoxlu oxşar cəhətlər vardır. Belə ki,iqtisadi aspektdə alqı-satqıya dəyişdirmənin xüsusi halı kimi baxmaq olar(çünki alqı-satqıda mal pula dəyişdirilir). Bu halda pul xüsusi mal kimi çıxış edir.

Insan cəmiyyətində dəyişdirmə müaviləsi alqı-satqı müqaviləsindən çox-çox əvvəl məlum idi. Arxaik dövrlərdə dəyişdirmə maddi nemətlərin yerdəyişməsinin və mübadiləsinin əsas forması sayılırdı.

Bütün mallar üçün ekvivalent,dəyər forması hesab edilən,ümumi ekvivalent rolu oynamaq kini spesifik xüsusiyyətə malik olan pulun meydana gəlməsi ilə iqtisadi həyatda dəyişmənin tətbiqi dairəi məhdudlaşdı. Bu onunla izah olunur ki,pul bütün digər mallarının dəyərini özündə əks etdirirdi. Beləliklə pulun meydana gəlməsi ilə pul dövrüyyəssinin yaranması,habelə əmtəə-pul mübadiləsinin inkişafı natural təsərrüfat dövrü və şəraiti üçün xarkterik olan dəyişdirməni iqtisadi sahədən sıxışdırdı. Bununla dəyişdirmə öz təsərrüfat əhəmiyyətini itirməyə başladı

Müasir mülki dövrüyyədə dəyişdirmə müqaviləsinin tətbiqi o qədər də geniş deyildir. Dəyişdirmə xarici ticarət sahəsində barter sövdələşməsi və ya barter adlanır.

Az. Res. Mülki Məcəlləsinin 622ci maddəsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhtəsinə götürür.

Alqı-satqı müqaviləsinə çox oxşar olduğuna görə dəyişdirmə müqaviləsinə alüı-satqı haqqında müddəalar müvafiq surətdə tətbiq edilir. Bu müqavilənin əsas iştirakçıları vətəndaşlar v hüquqi şəxslərdir. Xarici ticarət sahəsində barter sövdələşməsi(barter) adlanan dəyişdirmə müqaviləsi xüsusi olaraq tənzimlənir.

Mal göndərmə müqaviləsi.-sahibkarlıq fəaliyyətində tətbiq edilən və geniş yayılan mülki-hüquqi müqavilə növlərindn biridir. Köhnə 1964cü il M.M-sində bu müqavilə növü tədarük müqaviləsi adlanırdı. Yeni Mülki Məcəllənin işlətdiyi”mal göndərmə müqaviləsi” termininə nisbətən “tədarük müqaviləsi”termini daha mütənasib və uğurlu termindir. Bəzən bu müqaviləni sahibkarıq müqaviləsi adlandırırlar.
4.K/t kommersiya təşkilatlarının istehsal,elmi-texniki və informasiya xidmətlərinin maddi-texniki təminatı.

K/t kommersiya təşkilatlarının istehsalat,texniki xidməti haqqında qanunvericiliyə və onun həyata keçirilməsi təcrübəsinə görə aşağıdakı müqavilə növlərini fərqləndirmək olar:

-təmir-texniki müəssisələri tərəfindən k/t kommersiya təşkilatlarına istehsalat texniki xidməti göstərilməsi barədə

- aqrokimyəvi xidmət göstərilməsi barədə;

-təsərrüfatdaxili meliorativ şəbəkələrdə təmiri və texniki xidmət göstərilməsi barədə;

-k/t bitkilərinin suvarılması barədə və s.

K/t kommersiya təşkilatlarının praktikasında onlara təmir-texniki müəssisələri tərəfindən istehsalat –texniki xidmətin göstərilməsii üçün müqavilə daha yaxşı tətbiq olunur. Belə müqavilələrin bağlanması zamanı k/t kommersiya təşkilatları həmin növ işlərin yerinə yetirilməsi üçün nümunəvi müqavilələrdən istifadə olunur,lakin müqavilənin xüsusi şərtləri sırasına tərəflərin əlavə hüquq və vəzifələri də daxil edilə bilər.

Aqrokimyəvi xidmət üzrə müqavilə aqrokimyəvi xidmət üzrə müəssisələrlə k/t kommersiya təşkilatları arasında bağlınır.

Tərəflərin hüquq və vəzifələrini təyinedən əsas sənəd aqrokimyəvi xidmət barədə müqavilə hesab olunur.

Müqavilə əsasında aqrokimyəvi xidmət məssisəsi torpaqların əhəngləşdirilməsi,gipsləşdirilməsi,şoranlığın meliorativ şumlanması,torpağa üzvi və mineral gübrələrin verilmsi,k/t bitkiləri ziyanverici və xəstəliklərinə qarşı mübarizə,k/t aviasiya xidməti,az məhsuldar torpqaların kompleks aqrokimyəvi becərilməsi kimi işləri yerinə yetirirlər.




Mövzu 14. K/t kommersiya təşkilatlarının və sahibkarların hüquqlarının müdafiəsi.

Plan:

  1. K/t kommersiya təşkilatlarının və sahibkarlarının hüquqlarının və mənafelərinin təminatları. Aqrar hüquq pozmaları anlayışı.

  2. K/t kommersiya təşkilatlarının və sahibkarlarının hüquq və mənafelərinin müdafiəsinin hüquqi müxanizmlərininümumi xarakeristikası.

  3. Aqrar qanunvericiliyin icra edilməsi üzərində prokuror nəzarəti.

  4. K/t kommersiya təşkilatlarının və sahibkarların hüquq və mənafelərinin məhkəmə müdafiəsi.

  5. K/t kommersiya təşkilatlarının və sahibkarların hüquq və mənafelərinin notariat müdafiəsi.



Ədəiyyat

1. Az. Res. Konstitusiyası Bakı 2009

2. Az. Res. Mülki Məcəlləsi Bakı 2009

3.”Sahibkarlıq fəaliyyəti haqqında” A.R qanunu 15 dekabr 1992ci il

4.”Auditor xidməti haqında” A,R qanunu 16 sentyabr 1994 cü il

5.”Sığorta haqqında” A. R.qanunu 5 yanvar 1993 cü il

6.”Anti inhisar fəaliyyəti haqqında” A. R.qanunu 4 maart 1993 cü il

7.”Əmtəə birjası haqqında” A. R.qanunu 25may 1994 cü il.

8.”Haqsız rəqabət haqqında” A. R.qanunu 2 iyun 1995 ci il.

9.”Vətəndaşların müraciətinə baxılması qaydası haqqında ” A. R.qanunu 10 iyun 1997 ci il

10.”Məhkəmələr və hakimlər haqqında” A. R.qanunu 10iyun 1997 ci il

11.”Müflisləşmə və iflas haqqında” A. R.qanunu 13 iyun 1997 ci il

12.”Prokrorluq haqqında” A. R.qanunu 7 dekabr 1999

13.A.P-nın Mükli-Prosessual Məcəlləsi Bakı 2000

14.”Notariat haqqında” A. R.qanunu 26 noyabr 1999

15.”dövlət rüsumu haqqında”(4 dekabr 2001 i ildə qəbul olunub) 01.10.02 qüvvədədir.

16. L.T. Axundzadə, A.Ə.Əsədov “Aqrar hüququ” bakı “qanun” 2003

17.”Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” A. R. Prezidentinin 28 sentyabr 2002 ci il tarixli fərmanı


Gəncə 2012.


1. K/t kommersiya təşkilatlarının və sahibkarlarının hüquq və mənafelərinin təminatları. Aqrar hüquq pozmaları anlayışı.
Mövcud qanunvericilikdə k/t kommersiya təşkilatlarının və sahibkarların hüquq və mənafelərinin kifayət qədər ətraflı dövlət zəmanəti nəzərdə tutulmuşdur.

Təminatlar(qarantiyalar) dedikdə-hər kəsə onların malik olduqları hüquq və azadlıqların əldə olunması və gerşəkləşdirilməsi üçün bərabər imkanlar təmin edən şərtlər vasitələr və üsullar sistemi başa düşülür.

Dövləy sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna zəmanət verir. Az. Res.nın Konstitusiyasına 59 cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından,qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Sahibkarlıq fəaliyyət dedikdə-şəxsin müstəqil surətdə öz riski ilə həyata keçirdiyi,əsas məqsədi əmlak istifadəsindən,əmtəə satışından işlər görülməsində və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyət başa düşülür.

K/t kommersiya təşkilatları və sahibkarların mülkiyyə hüququ da qanunla qorunur. Onların mlkiyətində həm daşınar,həm də daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ əmlaka sahib olmaq,əmlakdan istifad etmək və onun barəsində sərəncam vermək hüuqlarından ibarətdir.

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgənikiləşdirilməsinə yalnız qaaqcadan onun dəyərini dalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Mülkiyyətçının mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. O özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bütün dövlət hakimiyyəti orqanları,yerli özünü idarə orqanları,siyasi partiyalar,ictimai birliklər,həmkarlar ittifaqı təşkilatları,fiziki və hüquqi şəxslər mülki qanunlara hörmət bəsləməyə və onların müdafiəsinə kpmək göstərməyə borcludurlar.

k/t kommersiya təşkilatları və sahibkarların hüquqlarının müdafiəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna,ictimai qaydaya və əxlaqa zidd olmayanüsullar ilə həyata keşirə bilərlər.

K/t kommersiya təşkilaları və sahubkarların qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirməsinə zəmanət verilir. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə(lisenziya-lat. Azadlıq,hüquq)əsasında məşğul ola bilərlər.

Lisenziya orada göstərilən fəaliyyət növünü müəyyən müddət ərzində müəyyən şərtlərlə həyata keçirməyə icazə verən rəsmi sənəddir. Qeyd etmək lazımdır ki,ölkədə sahibkarlığın fəaliyyəti sahəsində dövlət siyasətinin həyat keçirilməsində mühüm rol oynayan amillərdən biri də bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Son illərdə bu istiqamətdə bir sıra işlər görülməsinə baxmayaraq,hələ də sahibkarlığın inkişafına mane olan hallar tm aradan qaldırılmayıbdır. Belı ki, 2002 ci ilin senyabr ayına qədər mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verəv dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmişdir,bəzi hallarda isə rüşvətxorluq üçün münbit şərait yaradırdı. Ölkədə 240 dan çox fəaliyyət növünün xüsusi icazə əsasında mümkünlüyü və lisenziyznın qısa müddətə verilməsi faktiki olaraq sahibkarlığın inkişafına,iqtisadiyyata investitsiya qoyuluşu prosesinə mənfi təsir göstərmiş,sağlam rəqabətmühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir.

Sahibkarlığın inkişafına dövlər qayğısının artırılması qeyd olunan nöqsanların qısa müddətə aradan qaldırılmasını,ilk növbədə,xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayınn kəskin surətdə azaldılması,lisenziya müddətinin uzadılması,lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edir.

Az. Res.da sahibkarlığın inkişafı üçün mövcud qanunvericiliyi yaxşılışdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə “Az. Res da bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi haqqında qaydalar” və “Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növlrinin və onu verən icra hakimiyyəti orqanlarının siyahası” Az. Res. Prezidentinın 2 sentyabr 2002 ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.

Lisenziya hər bir fəaliyyət növü üçün ayrıca verilir. ərizəçinin fəaliyyəti çoxprofilli(çoxyönümlü) olduqa o,bir neçə lisenziyaya malik ola bilər. ərizəçi yalnız lisenziya olduqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətə məşğul ola bilər. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.

Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakıları təqdim edir:



  1. Lisenziya almaq üçün ərizə;

  2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

  3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

  4. Ərizədə qed olunan obyektlərdən hər biri çün ərizəçinin istifadə hüququ(mülkiyyət hüququ,icarə hüququ,istifadə hüququ və s. əsasları) təsdiq edən sənədin surəti;

  5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

  6. fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Az. Res. Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən digər sənədlər.

Ərizəçidən göstərilənlərdən başqa nəzərdə tutulmayan sənədlərin ələb olunması qadağandır.

Lisenziya almaq üçün təqdim edilən səndlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir,xüsusi kitabda qeydə alınır,baxılır,çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Hüquqi şəxs ləvğ edildikdə,fiziki şəxs vəfat etdikdə,həmin şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Lisenziyada aşağıdakılar göstərilir:



  1. Lisenziya verən dölət orqanının adı;

  2. Lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı(fiziki şəxslər üçün-adı,atasının adı,soyadı,şəxsiyyət vəsiqəsinə dair məlumat(seriyası,nömrəsi,kim tərəfindən və n vaxt verilmişdir,ünvanı));

  3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

  4. lisenziyanın qüvvədə olan müddəti;

  5. lisenziyanın qeydiyyat nömrəsi və verildiyi tarix.

Lisenziya 5 il müddətinə verilir.

Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan Az. Res. Iqtisadi İnkişat Nazirliyidir. Bu nazirliyin lisenziyalaşdırma məsələləri üzrə sərəncamı mərkəzi icra hakimiyyəti orqanlar və yerli özünü idarəetmə orqanları,hüquqi və fiziki şəxslər üçün məburidir.

Lisenziya verən dövlət orqanları hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə əməl olunmasına nəzarət edirlər.

Müddəti bitmiş lisenziya etibarsız hesab edilir.

K/t kommersiya təşkilatları və sahibkarlar onlara mənsub olan əmlak üzərində,istehsal olunmuş məhsul və əldə edilmiş mənfəət üzərində sərəncam vermək hüququna malikdirlər.

Dövlət k/t kommersiya təşkilatlarına və sahibkarlara ayrı-ayrı müəssisə və birliklərin inhisarçılıq fəaliyyətinin təsirindən müdafiəsinə də zəmanət verir. Bu sahərə 4 mart 1993 cü ildə qəbul edilmiş “Anti inhisar fəaliyyəti haqqında ” qanun xüsusi əhəmiyyət kəsb edir.

Aqrar bölmədə fəaliyyət göstərən kommersiya təşkilatları və sahibkarlaristehsal etdiləri məhsulun,gördükləri işlərin,göstərdikləri xidmətlərin qiymətini müəyyənləşdirməkdə,məhsulun satışının forma və üsullarını müəyyən etməkdə sərbəstdirlər.

K/t kommersiya təşkilatları müəssisəsinin təçkilatı-hüquqi formalarını,onun sturukturunu,işçilərin ştat sayını müstəqil təyin etmək hüququna malkidirlər.

Dövlət tərəfindən aqrar sahibkarlıq fəaliyyətinin bütün subyektləri üçün bərabər şərait yaradılır.

Bütün kommersiya təşkilatlarına və sahibkarlara sahibkarlıq riskinin sığorta imkanına sığorta təşkilatları tərəfindən zəmanət verilir.

Aqrar kommersiya təşkilatları və sahibkarların (şərəfinin,ləyaqətinin və ya) işgüzar nüfuzunun müdafiəsi hüququ təsbit olunmuşdur.

Dövlət aqrar kommersiya təşkilatları və sahibkarlara öz vəsaitlərini banklarda onlar üçün istənilən əlverişli formada (nağd,çeklərlə,veksellərlə,digər ödəniş vasitələri və ya köçürmə yolu ilə) məhdudiyyətsiz məbləğdə maneəsiz almağa zəmanət verir.

Eyni zamanda qeyd etmək lazımdır ki,sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq bu sahədə bir sıra problemlər hələ də aradan qaldırılmamışdır. Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra icra hakimiyyəəti orqanlarının işi qeyri-qənaətbəxşdir. Beləki,ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları o cümlədən vergi,gömrük, hüququ mühafizə və sanitariya,epidemolaji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir,müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir.

Aqrar kommersiya təşkilatları və sahibkarların hüquqlarının və qanuni mənafelərinin dövlət müdafiəsi o zaman başlanır ki,həmin hüquq və mənafelər pozulu,yəni aqrar hüquq pozma baş verir.

Istənilən hüquq pozma qanunvericiliklə həvalə olunmuş öhtəliyin yerinə yetirilməsinə qadağaların olmasına,hüquqdan istifadə edilməsinə yönələn hüquqa zidd davranışdır. Hər bir hüquq pozma həmin hüququ pozan adam üçün müəyyən arzuolunmaz hüquqi nəticələr yaradan hüquqi faktdır.

Aqrar hüquqpozma aqrar bölmədə dövlətin müəyyənləşdirdiyi hüquq qaydalarına qəsd edən hüquqa zidd,günahkar davranışdr.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə