Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


Gəncə 2012 1.K/tı dövlət tənzimlənməsi anlayışı



Yüklə 0,81 Mb.
səhifə3/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

Gəncə 2012

1.K/tı dövlət tənzimlənməsi anlayışı.

K/tnın dövlət tənzimlənməsi dedikdə k/tı məhsullarının,xammalın.qida məhsullarının istehsalına,emalına və satışına dövlətin iqtisadi təsir yolu ilə,habelə aqrar sənaye istehsalına istehsal-texniki təminatın tənzimlənməsi başa düşülür.

Dövlətin tənzimlənməsinin obyekti ASK müəssisələrindəki istehsal təsərrüfat,sosial və onlarla bağlı olan aqrar münasibətlərdir.

Aqrar münasibətlərin dövlət tənzimlənməsinin əsas vəzifəsi K/tı məhsulları və aqrosənaye müəssələrinin azad sahibkarlıq fəaliyyətini,müstəqil təsərrüfatçılığını,k/tı məhsulları və onların satışından əldə edilmiş gəlirlər üzərində sərəncam verilməsini təmin etməkdən ibarətdir.

Bazar iqtisadiyyatı şəraitində də K/tı məhsullarının istehsalına,onların emalına və satışına yalnız iqtisadi təsir tədbirləri deyil.həmçinin inzibati tənzimləmə tədbirlərinin də tətbiqi zəruridir.

Aqrar istehsalın dövlət tənzimlənməsinin yalnız iqtisadi tədbirlərlə məhdudlaşdırılması iqtisadi vasitələrin və həvəsləndirmənin rolunun şişirdilməsi və inzibati təsir metodlarının aşkar inkar edilməsinin nəticəsidir.

Ölkəmizin təcrübəsinin və dünya təcrübəsinin göstərdiyi kimi bazar mexanizminin təsirinin avtomatikliyi yəni dövlət müdaxiləsi olmadan da hər işi öz yerinı qoya bilməsi haqqındakı fikir çox yanlışdır.

Bundan başqa aqrar sənaye istehsalının normatiiv hüququi tənzimlənməsinin rolunu da qeyd etmək lazımdır.Çünki hüquq normaları olmada və hüquqdan kənar tənzimləmə barədə söhbət ola bilməz.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki,aqrar sənayenin dövlət tənzimlənməsi o cümlədən k/tnın dövlət tənzimlənməsi k/t məhsullarının istehsalı, emalı və satışı, ha belə onların istehsal-texniki və sosial təminat üzrə ictimai münasibətlərə hüquq normaları əsasında dövlət təsiri formaları və metodları sistemində ibarətdir.

K/T münasibətlərinin dövlət tənzinlənməsinin vəzifələri aşağıdakılardır:



  • aqrar sənaye istehsalının sabitləşdirilməsi və inkşafı;

  • AZ.RES.-nın ərzaq təhlükəsizliyinin təmin olunması;

  • əhalinin ərzaqla təminatının yaxşılaşdırılması;

  • K/T və iqtisadiyyatın başqa sahələri arasında iqtisadi paritetin (bərabərliyin) qorunub saxlanılması;

  • K/T və sənaye işçilərinin gəlirləri səviyyəsini yaxınlaşdırılması;

  • Aqrar sənaye istehsalı sahəsində yerli məhsul istehsalçılarının müdafiəsi.

Aqrar sənaye istehsalının dövlət tənzimlənməsinin əsas istiqamətləri də müəyyən edilmişdir. Bu istiqamətlər aşağıdakılardan ibarətdir:

  • K/T məhsulları, xammal və ərzaq məhsulları bazarının formalaşdırılması və fəaliyyəti;

  • Maliyyələşdirmə, kreditləşdirmə, sığortalaşdırma, güzəştli vergi qoyma;

  • Xarici iqtisadi fəaliyyət həyata keçirilərkən yerli istehsalçıların maraqlarını müdafiyəsi;

  • Aqrar sənaye istehsalı sahəsində elmin inkşafı və elmi fəaliyyətin həyata keçirilməsi;

  • Kənddə sosial sahənin inkşafı.

K/T istehsalının spesifikliyi, K/T-nın inkşafı üçün qəbul olunmuş qanun vericilik xalqın mühüm həyat funksiyasını təmin edən və zəmanət verən sahə kimi K/T-nın üstünlüyünü təmin etməlidir.

Aqrar sahənin tənzimlənməsində həll edici rol, hər şeydən əvvəl hələlik yenicə formalaşmaqda olan aqrar qanun vericiliyinə məxsusdur.



2. K/T-nın dövlət tənzimlənməsinin metod və formaları.

K/T-da münasibətləri yenidən qurulması qanun vericilik və icra hakimiyyətini K/T münasibətlərinin tənzimlənmə formalarının və metodlarının dəyişdirilməsi zərurətinə diqqət yetirməyə məcbur etdi.

Aqrar münasibətlərin tənzimlənməsi ilə bağlı planlaşdırma, inkşafın proqnozlaşdırılması, tənzimlənmənin proqram-məqsədli metodlardan istifadə edilməyə başlandı.

Tənzimləmə metodlarının təsiri yalniz istehsalat- təsərrüfat fəaliyyətinin sərbəstliyi şəraitində səmərəli ola bilər.

Tənzimlənmənin yeni metodları istehsalat- təsərrüfat fəaliyyətinin müstəqilliyini təmin edir, mülkiyyət üzərində azad sərəncam verməyə, K/T müəssisələrin yeni istehsal bazasını formalaşdırmağa imkan yaradır.

Dövlət tənzimlənməsi iqtisadi cəhətdən cəmiyyət üçün arzu edilənləri həyata keçirməkdən ötrü K/T subyektlərinin stimulaşdırılmasının təmin edən normativ aktlar sistemi vasitəsi ilə yerinə yetirilir. Həmin aktlar bir-biri ilə qarşılıqlı əlaqəli olmalı, yaranan hüquq münasibətləri sistemi ilə ziddiyət təşkil etməməlidir.

Ancaq qeyd etmək lazımdırki.qanunvericiliyin natamamlığı,normaların kolliziyası(toqquşması),bəzi normaların ümumi prinsiplərə və digər aktlarda təsbit edilmiş müddəalarla ziddiyyət təşkil etməsi mövcuddur.

Yenidən qurma prosesində dövlət təsiri prinsiplərinin dəyişdirilməsi baş verir. Təbiidir ki,dövlət idarəçiliyinin və rəhbərliyinin köhnə prinsipləri öz əhəmiyyətini artıq itirmişdir. Onlardan bəziləri,məsələn planlaşdırma prinsipi hazırda ğz əhəmiyyətini itirmişdir,digərləri isə transformasiya olunaraq bazar münasibətlərinin meydana çıxması ilə əlaqədar başqa çalarlar əldə etmişdir.

Qanunvericilikdə tənzimlənən azad sahibkarlıq fəaliyyəti,k/t istehsalını idarə etmək üçün təşkilati formaların seçimi imkanını yaradır.K/tı həm köhnə formada kolxozlar,sovxozlar və digər k/yı müəssisələri təşkil edilə və ya saxlanıla bilər,həm də istehsal kooperativləri,şirkətlər,səhmdar cəmiyyəyləri.vahid dövlət və bələdiyyə müəssisələri,kəndli(fermer)təsərrüfatları,rayon səviyyəsində isə aqrokombinatlar,aqrobirliklər,konsorviumlar,konserinlər(şirkətlər),holdinq şirkətləri yaradıla bilər. Daha doğrusu söhbət Az.Res.nın Mülki Məcəlləsinin IV fəslində təsbit edilmiş sahibkarlıq fəaliyyətinin formalarından gedir.

Fermerçiliyə, k/tı müəssisələrinə dövlət yardımı getdikcə daha əhəmiyyətli olur. Yeni yaradılmış kəndli təsərrüfatları 3il ərzində vergi ödəməkdən azad edirlər,o cümlədən torpağın münbitliyinin azalması ilə az məhsuldar və digər k/tı torpaqlarının mənimsənilməsində vergi üzrə digər güzəştlər də nəzərdə tutulmuşdur.

Son illər ərzində fermerçiliyə yardım haqqında və dövlət kanalları vasitəsi ilə kredit və digər maddi kömək ayırılması barədə bir sıra normativ aktlar dərc olunmuşdur.

Ümummükli qaydada idarəetmə orqanlarının k/tı müəssisələrinin hüquqları və qanunu mənafelərini pozan qeyri-qanuni aktlarından sonuncular məhkəməyə və ya İqtisad məhkəməsinə müraciət edə bilərlər. Məhkəmə belə aktın qeyri-qanuniliyini,vurulmuş zərərin ödənilməsi və qaydanı pozan üçün digər mənfi nəticələrihaqqında qərar qəbul edə bilər.

Hazırda aqrar münasibətlərin tənzimlənməsi sahəsində əsas vəzifə hüquqi,iqtisadi,sosial,təşkilati və siyasi məsələlər üzrə inkişaf strategiyasının hazırlanmasıdır

Xaricdə və ölkəmizdə aparılan islahat təcrübəsi göstərir ki,dövlət k/tı və xalq təsərrüfatının digər sahələri arasında inkişaf koordinatoru rolunu oynamalıdır.

Hər şeydən əvvəl bu yanacaq,energetika kompleksi,nəqliyyat,k/tı maşınqayırması,kimya sənayesi sahələrində yaranan münasibətlərə aiddir.

K/tı münasibətlərinin tənzimlənməsində mühüm istiqamətlərdən biri K/tı istehsalının inkişafına mənfi təsir edir. Dövlətin kredit ehtiyatları ya k/tdan yan keçir,ya da ona yüksək faizlə əlverişsiz şərtlər verilir ki,istehsal proseslərinin uzunluğu k/tı müəssisələrini iflasa aparır.

K/tı müəssisələrinə kredit verməklə əldə edilmiş bank gəlirləri hesabına vergini azaltmaq mümkündür.
3.K/tda dövlət nəzarətini və dövlət idarəçiliyini həyata keçirən orqanlar sistemi və onların hüquqi vəziyyəti.

Dövlət əsas etibarən dövlət orqanları sistemi vasitəsilə fəaliyyə göstərir. Dövlət orqanı dedikdə hakimiyyət qərarları qəbul etmək hüquq verilən şəxs və ya mütəşəkkil şəxslər qrupu başa düşülür. Dövlət orqanlarının fəaliyyət göstərməsifərdi səlahiyyətlər verilmiş vəzifəli şəxslərin qərarları və hərəkətləri vasitəsi ilə həyata keçirilir. Bu səlahiyyətlərin həyata keçirilməsi digər şəxslər üçün hüquqi nəticələrə səbəb olur.Hakimiyyət qərarlarının qəbul olunma qaydasından asılı olaraq dövlət orqanları təkbaşınalıq (məsələn,nazirlik)və ya kollegiallıq (məs:Nazirlər Kabineti)prinsipinə əsaslana bilər.Konstitusiya hüququ dövlət orqanlarının statusunu müəyyən edir.

Az.Res.da dövlət hakimiyyəti hakimiyyətlərinin bölünməsi prinsipi əsasında müəyyən edilir:

-qanunvericilik hakimiyyətlərini Az.Res.nın Milli Məclisi həyata keçirir.

-İcra hakimiyyəti Az.Res.nın Prezidentinə məxsusdur;

-məhkəmə hakimiyyətini Az.Res.nın məhkəmələri həyata keçirir.

Onların hər birinin səlahiyyətləri onun hüquqi statusundan və digər orqanlala səlahiyyətlərinin faktiki mütənasibliyindən və fərqlənməsindən asılıdır. Demokratik rejim şəraitində hakimiyyətlrin hər biri müəyyən müstəqilliyə malikdir və digər hakimiyyətlərlə tarazlanır. Hər bir orqanın səlahiyyətləri elə müəyyən edilir ki,digər orqanların onun üzərində üstünlüyü istisna olunsun. Bu özbaşınalığa qarşı təminatların ən vaciblərindən biridir.

“Torpaq islahatı haqında”AzResnın qanunu k/tı torpaqlarının özəlləşdirilməsi üçün şərait yaratdı.Az.Res.nın ümumi torpaq ehtiyatlarını təşkil edən 8.6 milyon hektardan 3.8 mln. ha.nın(44.2%)dövlət mülkiyyətində saxlanılması,2.7mln. ha.nın(31.4%)bələdiyyə mülkiyyətinə verilməsi və 2.1mln.ha(24.4%)torpaq sahəsinin özəlləşdirilməsi nəzərə tutulmuşdur.

2001ci il yanvar 1nə kimi 1.329 mln. Ha torpaq sahəsi özəlləşdirilmişdir.3.21 mln. Subyekt 818 min pay torpaqları üzşrində mülkiyyət hüququnu təsdiq edən Dövlət aktı almışdır. Bu müddət ərzində bir sıra isehsalat kooperativləri,səhmdar cəmiyyətləri,özəl fermer assosisiyaları və s.istehsalat təsərrüatları və k/tı müəssisələri yaradılmışdır. Ümumi sahəsi 149 min ha olan 33 min özəl fermer təsərrüfatı fəaliyyət göstərir. Ümumiyyətlə ölkə üzrə 83 min ailə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət aktı alacaqdır.

Bir sıra müəssisələrin,o cümlədən elmi tədqiqat və tədris müəssələrinin,eləcə də onların təcrübə bazalarının,baytarlıq xidməti mərkəzlərinin,toxumçuluq,damazlıq,balıq yetişdirmə təsərrüfatlarının özəlləşdirilməsi nəzərdə tutulmur.

Ölkədə torpaq islahaının aparılmasını təmin edən hüquqi baza yaradılmışdır. Torpaq Məcəlləsi,”Torpaq bazarı haqqında”.”torpaq icarəsi haqqında” ,”Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlar qəbul edilmişdir.

K/tı Nazirliyi dövlət aqrar siyasətini həyata keçirən icra orqanı olmaqla toxumçuluq,bitki mühafizəsi,heyvandarlıq və baytarlıq xidmətlərinə rəhbərlik edir.

Meliorasiya və su təsərrüfatı,torpaq kimi sahələrdə də müvafiq icra hakimiyyəti orqanları fəaliyyət göstərir.

Aqrar bölmədə aparılan islahatlar çərçivəsində K/t Nazirliyinin strukturu təkmilləşdirilmiş və onların vəzifələri müəyyənləşdirilmişdir.




Mövzu 6.Kənd təsərrüfatı müəssisələrinin hüquqi vəziyyəti

PLAN

1.K/tı müəssisələrinin təşkilati hüquqi formaları.

2.K/tı müəssisələrinin hüquqi vəziyyətinin ümumi xarakteristikası.

3.K/tı kooperativlərinin hüquqi vəziyyəti.

4.K/tə səhmdar cəmiyyətlərinin məhdud və əlavə məsuliyyətli cəmiyyətlərinin hüquqi vəziyyəti.

5.K/tı birliklərinin hüquqi vəziyyəti.

ƏDƏBİYYAT.
Az.Res.Konsitutsiyası.2002

Az.Res.Mülkü Məcəlləsi.2000

Müflisləşmə və iflas haqqında qanun” 13iyun 1997

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reqistri ”haqqında qanun 12dekrabr 2003

Az.Res.da bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya)verilməsi haqqında qaydalar” Az.Res.ı Prezidentinin 2sentyabr 2002 ci il fərmanı.

Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” AZ.Res.Prezidentinin 28 sentyabr 2002ci il tarixli fərmanı.

GƏNCƏ 2012
1. K/tı müəssisələrinin təşkilati hüquqi formaları
Aqrar islahatların həyata keçirilməsi əvvəllər planlı dövlət xalq təsərrüfatı çərçivəsində mövcud olmayan,bazaar münasibətlərinə uyğun yeni təşkilati hüquqi formalı təsərrüfatçılıq(kommersiya) fəaliyyətinin yaranmasına gətirib çıxardı.Yeni tip müəssisələr-özəl istehsal qurumları,əvvəlcə birgə,kiçik müəssisələr,sonar isə təsərrüfat şirkətləri və cəmiyyətləri yarandı.

18fevral 1995ci ildə qəbul edilmiş”Aqrar islahatın əsasları haqqında”Az.Res.nın Qanunu ASKnın(aqrar bölmənin)islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edirdi.

“Müəssisə”anlayışının özünün mənası dəyişdi əvvəllər mərkəzləşdirilmiş idarəçilik,planlı tənzimlənən iqtisadiyyat şəraitində hənin termin qeyri-istehsal təşkilatına aid edilən”idarə”terminindən fərqli olaraq istehsal,kommersiya xarakterli təşkilatlara aid edilirdi.

“Müəssisələr haqqında”Az.Res.nın 01 iyul 1994cü il tarixli qanunun”müəssisə”anlayışını təsbit etmişdir.Həmin qanunun 1ci maddəsində göstərilir ki,müəssisə mülkiyyət formasından asılı olmayaraq qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsəssüfat subyektidir.

Hal-hazırda qüvvədə olan mükli qanunvericilikdə müəssisə termini deyil hüquqi şəxs termini işlədilir.Təşkilati-hüquqi forma termini Az.Res.qanunvericiliyində və hüquq ədəbiyyatlarında çoxdan bəri və geniş tətbiq edilir,ancaqAz.Res.nın Mülkü Məcəlləsində ona xüsusi məna verilir.Bu terminlə kommersiya və qeyri kommersiya təşkilatlarının,o cümlədən kənd təsərrüfatı təşkilatlarının formaları ifadə olunur.Az.Res.nın mülkü Məcəlləsinin 4cü fəsli(43-134c maddələri)ilə nəzərdə tutulmuş kommersiya təşkilatlarının təşkilati hüquqi formalarına ümumi məcburi qüvvə verilmişdir.Yəni kommersiya təşkilatları yalnız Az.Res.Mükli məcəlləsinin 4cü fəslində nəzərdə tutulmuş təşkilati hüquqi formalarda yaradıla bilər.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər,fondlar,hüquqi şəxslərin ittifaqları formalarında,habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər.(Az.Res.M.Mnin 43.6cı maddəsi)

Az.Res.Hükli Məcəlləsinin 4cü fəslində kommersiya və qeyri kommersiya təşkilatlarının aşağıdakı təşkilati hüquqi formaları müəyyən edilmişdir:

-təsərrüfat ortaqlıqları;

-təsərrüfat cəmiyyətləri(məhdud məsuliyyətli cəmiyyətlər,əlavə məsuliyyətli cəmiyyətlər,səhmdar cəmiyyətlər,törəmə təsərrüfat cəmiyyətlər,asılı təsərrüfat cəmiyyətlər)

-kooperativlər

-ictimai birliklər

-fondlar


-hüquqi şəxslərin ittifaqları(assosiasiyalar və birliklər)

Göründüyü kimi Az.Res.nın Mülki Məcəlləsində müəssisələrin təşkilati hüquqi formalarının geniş və ətraflı siyahası verilir.Bu xüsusiyyəyinə görə MM əvvəllər qəbul edilmiş normativ hüquqi aktlardan daha səmərəlidir.Beləki,”Müəssisələr haqqında”Az.Res.nın 01iyul 1994cü il tarixli qanununda müəssisələrin yalnız aşağıdakı təşkilati hüquqi formaları nəzərdə tutulurdu:dövlət müəssisələri,fərdi(ailə)müəssisələri,şərikli(tam ortaqlı),payçı və şərikli(komandit ortaqlıqlar)müəssisələr,məhdud məsuliyyətli müəssisələr,səhmdar cəmiyyətləri,müəssisələr birliyi.

Az.Res.nın MM.-siqüvvədən düşmüş həmin qanunla nəzərdə tutulmuş həm təşkilati hüquqi formaları siyahasına əsaslı düzəlişlər etdi,həm də onların hüquqi statusuna,xüsusilədə tam ortaqlıqların,məhdud məsuliyyətli cəmiyyətlərin və səhmdar cəmiyyətlərinin hüquqi statusuna müəyyənlik gətirdi.

Hazırda hüquqi şəxs kimi istehsal müəssisələrinə malik kommersiya xarakterli müxtəlif təsərrüfat şirkətləri və cəmiyyətləri fəaliyyət göstərirki,onlar hüququn subyektinə deyil,obyetinə çevrilirlər.

Hüququn obyekti kimi müəssisə dedikdə,Az.Res.nın Mülki Məcəlləsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinihəyata keçirmək üçün istifadə edilən əmlak kompleksi başa düşülür.Bununla əlaqədar bütövlükdə müəssisə və ya əşya hüququnun müəyyənləşməsi,dəyişməsi və dayandırılması ilə bağlı digər sövdələşmələrin obyekti ola bilər.Müəssisənin tərkibinə onun fəaliyyəti üçün nəzərdə tutulmuş bütün əmlak növləri-torpaq sahələri,binalar,tikililər,avadanlıqlar,əşyalar,xammal,məhsullar,pul vəsaitləri,eləcə də müəssisələri fərdləşdirən müxtəlif müstəsna hüquqlar(firma adı,əmtəə nişanları və s.)daxildir.

Mülki qanunvericilik müəssisəni istisna etmir,əvəzinə “müəssisə”termininin hüquqi şəxs qismində təsərrüfat subyekti mənasında işlənməsi ehtimalını nəzərdə tutur.Hüquqi şəxs kimi müstəqil təşkilati hüquqi təsərrüfatçılıq formaları sırasınaMülki Məcəllə təkcə müxtəlif təsərrüfat şirkətləri və cəmiyyətlərini(açıq və qapalı səhmdar cəmiyyətləri,məhdud və əlavə məsuliyyətli cəmiyyətlər və s.),istehsal və qeyri istehsal kooperativləri ilə yanaşı,həm də unitar xarakterli müəssisələri də aid edilir.Bu zaman 1ci qrup hüquqi şəxslər kommersiya təşkilatları,2cilər isə mülkiyyətçilər hesab edilməyən müəssisələr adlandırılırlar



2.K/t.ı müəssisələrinin hüquqi vəziyyətinin ümumi xarakteristikası

Kənd təsərrüfatı müəssisələri hüquqi şəxs olmaqla qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlak vardır,öz öhtəlikləri üçün bu əmlakla cavabdehdir.öz adından əmlak və şəxsi qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.Onların müstəqil balansı olmalıdır.

K/tı müəssisələri bir fiziki və ya hüquqi şəxs tərəfindən,yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər.Onların sahibkarlıqfəliyyəti ilə məşğul ola və ya olmuya bilər.

K/ti müəssisələri fəaliyyətintn əsas məqsədi mənfəət götürməkdən ibarət olan(kommersiya təşkilatları)və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştikakçılar arasında bölüşdürrnəyən (qeyri kommersiya təşkilatları)qurumlar ola bilər.

K/tı müəssisələri dğvlət qeydiyyatına alındığı andan mülki hüquqlar əldə edir və mülki vəzifələr daşıyırlar.

K/tı müəssisələrinin hüquq qabiliyyətinə onun ləvğinin başa çatdığı andan xitm verilir.

Kommersiya k/tı müəssisələri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələlər daşıya bilərlər.Siyahası qanunvericiliklə müəyyənləşdirilən ayrı ayırı fəaliyyət növləri ilə k/tı müəssisələri yalnız xüsusi icazə(lisenziya)əsasinda məşğul ola bilərlər.

K/tı müəssisələrinin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər.Onlar öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə şikayət eliyə bilərlər.

K/tı müəssisələrinin xüsusi icazə(lisenziya)alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ lisenziyanın alındığı andanvə ya lisenziyada göstərilən vaxtdan yaranır.Bu hüquqa lisenziyanın müddəti qurtardıqda xitam verilir.

K/tı müəssisələri onların təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

K/tı müəssisələrinin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi onların təsis sənədi sayılır.

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alinması üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir.

Ərizə təsisçi (1neçə təsisçi olduqda bütün təsisçilər)və ya onun(onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizədə aşağıdakılar göstərilməlidir:

-təsisçi (təsisçilər)fiziki şəxs olduqda-onun(onların)adı,soyadı,atasının adı, yaşadığı yer,şəxsiyyəini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

-təsisçi hüquqi şəxs olduqda-onun(onların)adı,olduğu yer və qeydiyyat nömrəsi;

-ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda;

-habelə onun adı, soyadı, atasının adı,yaşadığı yer,şəxsiyyətini təsdiq edən sənədin nömrəsi,onun verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.

Ərizəyə aşağidakı sənədlər əlavə edilir:

-təsis sənədləri-hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçi(təsisçilər)və ya onun(onların)səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi;

-həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar(qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçilər tərəfindən onun təsis edilməsi niyyəti,birləşmə,ayrilma və bölünmə zamanı hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri,nizamnamənin təsdiq edilməsi,təyin edildiyi halda qanuni təmsilçi və səlahiyyətləri və s.);

-dövlət rüsumunun ödənilməsi haqqında sənəd(qəbz)

-təsisçi hüquqi şəxs olduqda-onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin(dövlət reyestrindən çıxarışın)və nizamnaməsinin notariat qadasında təsdiq olumuş surəti;

-icraedici və sərancamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı,soyadı,atasının adı, yaşayış yeri barədə məlumatları əks edirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd,habelə notariat qaydasında təsdiq edilmiş imza nümunələri;

-hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

-qanunla xüsusi olaraq nəzərdə tutulduğu halda digər sənədlər.

Ərizə surəti ilə birgə təqdim edilir.Ərizənin əsli müvafiq icra hakimiyyəti orqanında saxlanılır,surıti isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydiyyatla müraciət etmiş şəxsə qaytarılır.Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.

Hüquqi şəxs statusu almaq istəyən qurumun,habelə xarici hüquqi şəxsin nümayəndəlik vəya filialının dövlət qeydiyyatı,1qayda olaraq 40gündən gec olmayaraq həyata keçirilməlidir.

Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər müvafiq icra hakimyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30gün müddətində onların Az.Res.nın Konstitutsiyasına,”Hüquqi şəxslərin Dövlət qeydiddatı və reystiri haqqında”qanuna və Az.Res.nın digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır,müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda bu müddət daha 30günə qədər artırıla bilər.

Təqdim edilmiş sənədlərdə hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alıması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir.İmtinaya səbəb olmayan bütün çatışmazliqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim etməlidir.

Təqdim edilmiş sənədlər yoxlanıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərməklə və izah edilməklə)barədə yazılı məlumat verilir.

Hüquqi şəxs statusu almaq istəyən quruma qanunla müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur.Bu halda müvafiq icra hakimiyyəti orqanı 10gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.

Qanunla müəyyən edilmiş müddətlər hesblanarkən qeyri iş günləri nəzərə alınır.

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alımasından yalnız aşağıdakı hallarda imtina edilə bilər.

1.Müvafiq icra hakimiyyəti orqanına təqdim olnmuş sənədlər Az.Res.nın Konsitutsiyasına,”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında”qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;

2.Hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri,vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;

3.Firma adlarının qorunması haqqında qanunvericiliyin ələbləri pozulduqda və ya eyni adlı qeyri kommersiya təşkilatı qeydiyyatına alınmış olduqda ;

4.Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.

Dövlət qeydiyyatının,o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reystirinə daxil edilir.

Dövlət reystirində bütün yaradılan yenidən təşkil olunan və ləvğ edilən müəssisələr barədə məlumatlar olur.

Dövlət qeydiyyatından sonra müəssisə müəyyən edilmiş qaydada yerləşdiyi yer üzrə vergi orqanında vergi uçotuna durmalıdır.

Hüquqi şəxs öz öhtəlikləri üçün ona məsub olan bütün əmlakla cavabdehdir.Az.Res.nın MMdə vəya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla,hüquqi şəxsin təsisçi si(iştirakçısı)hüquqi şəxsin öhtəlikləri üçün,hüquqi şəxs isə təsisçinin(iştirakçını)öhtəlikləri üçün cavabdeh deyildir.

Hüquqi şəxsin yenidən təşkili (birləşmə,qoşulma,bölünmə,ayırılma,çevrilmə)onun təsisçilərinin(iştirakçılarının)və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanını qərarı ilə həyata keçirilə bilər

Qanunla müəyyənləşdirilən hallarda hüquqi şəxsin bölünməsi vəya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəkilində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.Zəruri hallarda məhkmə hüquqi şəxsin kənar idarəçisinin təyin edir və ona hüquqi şəxsi yeidən təşkil etməyi tapşırır.

Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir.kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir,bölünmə balansı nı tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir.Göstərilən sənədlərin məhkəmə təfindən təsdiq edilməsi yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatina alınması üçün hüquqi əsasdır.

Qoşulan şəklində yenidən təşkil halı istisna olmaqla,hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulma şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquqları və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.

Hüquqi şəxsin tərkibində bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq vəvəzifələi bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.

Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati hüquqi formanın dəyişməsi)yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şxsin təsisçiləri(iştirakçıları) və ya hüquqi şəxsin nizamnaməsi ilə vəkil edilmiş orqan,qanunda(MMnin 55.3cü maddəsində)nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar.

Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki,yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhtəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını tələb etsin.

Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə,yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhtəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Hüquqi şəxsin ləvği onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Hüquqi şəxs aşağıdakı hallarda ləvğ edilə bilər:

1.onun təsisçilərinin(iştirakçılarının)və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə,o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qar.ıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

2.hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı hallarda;

3.lazimi xüusi icazə(lisenziya)olmadan fəaliyyət göstərdikdə və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə vəya kobudcasına pozulduqda,habelə Az.Res.nın MMdə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.

Hüquqi şəxs müflis olma ilə də ləvğ edilir.

Hüquqi şəxsin ləvği haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı bu barədə hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqana ləngimədən mlumat verməyə borcludurlar.Həmin orqan isə hüquqi şəxsin ləvğ prosesində olduğu barədə məlumatları hüquqi şəxslərin dövlət reystrinə daxil edir.

Hüquqi şəxsin ləvöi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri(iştirakçıları)və ya nizamnamə ilə buna vəkil edilmiş orqan ləvğetmə komissiyasını(təsviyyəçini) təyin edir və Mmyə uyğun olaraq ləvğetmə qaydasını və müddətini müəyyənləşdirir.

Ləvğetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir.

Hüquqi şəxsin ləvği bu barədə qeydin hüquqi şəxslərin dövləy reystirinə daxil edildiyi andan başa çatmış,hüquqi şəxs isə öz mövcudluğuna son qoymuş hesab olunur.

Hüquqi ləvğ edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir:

-I növbədə ləvğ edilən hüquqi şəxsin əmlakının girov qoulması ilə təmin edilmiş öhtəliklər üzrə kreditorların tələbləri ödənilir;

-II nöbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilirki,ləvğ edilən hüquqi şəxs onların qarşısında həyata və sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır;

-III növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə müəlliflik müqavilələrinə əsasən haqqların ödənilməsi üzrə hesablamalar aparılır;

-VI növbədə büdcəyə məcburi ödənişlər üzrə borc ödənilir;

-V növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə