Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


Mövzu 15. Aqrar qanunvericiliyin pozulmasına görə məsuliyyət



Yüklə 0,81 Mb.
səhifə11/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

Mövzu 15. Aqrar qanunvericiliyin pozulmasına görə məsuliyyət.
Plan:
1.Aqrar qanunvericiliyin pozulmasına görə məsuliyyət anlayışı.

2.Aqrar hüquq üzrə əmlak məsuliyyəti.

3.Aqrar hüquq subyektlərinin maddi məsuliyyəti.

4.Aqrar sənaye istehsalında məşğul olan şəxslərin intizam məsuliyyəti.

5.Aqrar qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət.


Ədəbiyyat
1. Az. Res. Konstitusiyası Bakı 2009

2.AZ. res. Mülki Məcəlləsi Bakı 2009

3.Az. Res. Torpaq Məcəlləsi Bakı 2009

4.Az. res. əmək Məcəlləsi Bakı 2009

5.Az. res. Inzibati Xəalar Məcəlləsi Bakı 2009

6.L. T. Axundzadə,A.Ə.Əsədov “Aqrar hüququ” Qanun 2003

Gəncə 2012

  1. Aqrar qanunvericiliyin pozulmasına görə məsuliyyət anlayışı.

Hüquqi məsuliyyət hüquq intitutlarından biridir. Hüquq pozuntusu şəxsin məsuliyyət ölçüsünün müəyyən olunması üçün əsasdır.

Hquq ədəbiyyatında hüquqi məsuliyyəti şəxsin hüquq pozuntusuna görə cavabdehlik vəzifəsini yerinə yetirmək üçün ona dövlət məcburiyyətinintətbiq olunması kimi qiymətləndirilir. Başqa sözlə desək hüquqi məsuliyyət hüququn tələblərini icra etməyə görə dövlət məcburiyyətidir. Hüquqi məsuliyyət elə hüquq münasibətidir ki,bu münasibətin bir tərəfi digər tərəf qarşısında,dövlət və cəmiyyət qarşısında öz hüquqa zidd əməllərinə görə cavab verməlidir. Hüquqi məsuliyyət dövlətin məcburiyyət tətbiq etməsi imkanı ilə bağlı olan və hüquq normalarının sanksiyalarında ifadə olunan sosial məsuliyyət növüdür.

Hazırda ümumi dövlət və hüquq nəzəriyyəsində hüquq pozuntusu törətmiş şəxs barəsində pozulmuş dövlət məcbur etmə tədbirlərinin bunun üçün müəyyən edilmiş prossesual qaydada tətbiq edilməsi hüquqi məsuliyyət adlanır.

Qanunvericilikdə və hüquq nəzəriyyəsində məsuliyytincinayət,inzibati,intizam,maddi və digər növləri kim kateqoriyalar geniş istifadə olunur.

Aqrar qanunvericiliyin pozulmasına görə məsuliyyətin subyektləri dövlət hakimiyyəti və idarəçilik orqanlarının vəzifəli şəxsləri,kəndli(fermer) təsərrüaltarında çalışan vətəndaşlar,şəxsi yardımçı təsərrüfat sahibləri,dövlət və bələdiyyə kommersiya təşkilatları və sahibkarları v,k/t istehsalı kooperatiləri,k/t ortaqlıqları və cəmiyyətləri hesab olunurlar. Bu subyektlərin əsas fəaliyyət növü kimi k/t məhsullarının istehsalı və onların satışı tanınır.

Hüquqi məsuliyyət mütləq hüquq pozuntusu ilə əlaqədar olaraq əmələ gəlir. Hər bir hüquq pozuntusundan şəxsin dövlət qarşısında cavab vermək vəzifəsi yaranır.




2.Aqrar hüquq üzrə əmlak məsuliyyəti.

Əmlak məsuliyyəti subyektin hüquqi vəzifə şəkilində mülkiyyətçıyə və əmlakın qanuni sahibinə vurulmuş zərəri ödəmək mülki-hüquqi vəzifə adlandırılır. əmlakı dəyən ziyanın ödənilməsi qaydası mülki qanunvericilikdə ifadə olunan qaydalardan başqa,bir sıra digər sahələrin qanunvericilik normalarına əsasən tənzimlənir.(ekoloji,əmək ,torpaq)

Aqrar qanunvericilikdə hüquq pozmanın xarakterindən asılı olaraq əmlak məsuliyyəinin müxtəlif formalarını təsbit edir.

Torpaq qanunvericiliyinin pozulmasına və ya torpaq öhtəliklərinin icra edilməsinə görə əmlak məsuliyyəti.

Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməya borcludurlar(Az. Res. Torpaq Məcəlləsi maddə 112.) Belə məsuliyyət ilk növbədə torpaqların özbaşına tutulması(zəbt edilməsi) torpaq sahələri qanunsuz istifadə zəmanı çəkilən əvəzi ödənilmədən aidiyyatı üzrə onların sahiblərinə geri qaytarırlar.

Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi(orada olan binaların,tikililərin və qurğuların sökülməsi də daxil olmaqla ) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Özbaşına tutulmuş(zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarıldıqda,həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçısınə ödənilməklə geri alınır.

Torpaq sahələrinin öz başına tutulmasından başqa bir sıra hərəkətlərin törədilməsi də torpaq qanunvericiliyinin pozulması sayılır və hüquqi məsuliyyətə səbəb olur. Bunlar əsasən aşaığdakılardır:


  • etibarsız hesab edilən əqdlərin bağlanması(torpaq istifadəçiləri və ucarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması,bağışlanması,torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağladığı əqdlər,habelə torpaq mülkiyyətşilərinin Az. Res. Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydaları pozmaql bağladığı əqdlər.);

  • torpaq sahələrində qanunsuz tikili aparılması;

  • torpaqların kateqoriyalarının qanunvericiliyə əməl edilmədən dəyişdirilməsi;

  • torpaqların zibilləndirilməsi,istehsalat və məişət tullantıları ilə,kimyəvi və radioaktiv maddələrlə,habelə çirkab suları ilə çirklənirilməsi,bakterial-parazitik və zərərli karantin orqamizimlərlə yoluxdurulması;

  • torpaqları yaxşılaşdırmaq və onları külək,su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsi;

  • torpaqların (o cümlədən meşə torpaqlarının) münbit qatının korlanması;

  • torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi,tikilməsi və istismara verilməsi;

  • müvəqqəti istifadəyə və icarəyə verilən torpaqların vaxtında qaytarılmaması və ya onları təyinatı üzrə istifadə etmək üçün yararlı hala salmaq barədəki öhtəliklərin yerinə yetirilməməsi;

  • mülkiyyətdə və istifadə də olan torpaqların hüdudlarının mərz nişanlarının məhv edilməsi;

  • torpaqların dövlət uçotundan,qeydiyyatından gizlədilməsi,kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi;

  • torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçü vasitələrinin,geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların,habelə meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılması (TM.m 110)

torpaq sahələrinin geri alınması(məcburi satın alınması) və ya müvəqqəti tutulması,habelə torpaq mülkiyyətçılərinin,istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması,yaxud hüquqi və fizii şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə,istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir.

Vurulmuş zərəri,əldən çıxmış gəliri,geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər,habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılmasına,yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər Torpaq Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər.

Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.

K/t sahibkarlarının istehsal və maddi ehtiyatlarına dəymiş ziyana görə əmlak məsuliyyəti.

əgər k/t sahibkarlarının əmlakına dəyən zərər qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayan hüquq ppozmalar törədilmişdirsə bu halda günahkar şəxslər mülk qavunvericilik normaları üzrə zərərin ödənilməsinə cəlb edilirlər.

Mülki hüquq pozuntusu(delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vueulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.(hərəkət və ya hərəkətsizlikdir).

Mülki hüquq pozuntusu(delikt) nəticəsində fiziki şəxsin şəxsoyyəinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzr nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.



3.Aqrar hüquq subyektlərinin maddi məsuliyyəti.
Maddi məsuliyyət hüquq pozan şəxs üçün arzuolunmayan vəticələrin müstəqil növüdür. Bu məsuliyyət növünun tətbiqi üçün əsas kimi müqassir subyekt tərəfindən ziyan və ya zərər vurulması tanınır. Arzu olunmayan nəticələr qanunvericiliklə müəyyən edilən miqdarda zərərin müqəssirin ödəməsi vəzifəsi şəklində meydanaçıxır.

Maddi məsuliyyət dedikdə fəhlələrin və qulluqçuların (bütövlükdəişçinin) məssisəyə (idarəyə və ya təşkilatda) vurduğu zərəri qanunvericilikdə müəyyən edilmiş miqdarda və qaydada ödəmək vəzifəsi başa düşülür..

Maddi məsuliyyətin subyektləri kimi zərərçəkən tərəflə əmək və ya onun üzvlük əmək münasibətlərində olan şəxslər çıxış edir(müəssisə,təşkilat,kooperativ,işə götürən)

Az. Res.nın Əmək Məcəlləsinin VIII bölməsində işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini nəzərdə tutan müddəalar təsbit olunmuşdur(191-206cı maddələr.)

əmək münasibətləri prosesində əmək müqaviləsi üzrəişəgötürən və işçi öhtəliklərini yerinə yetirərkən,birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsində və müvafi normativ- hüquqi aktlara göstərilmiş qaydada maddi məsuliyyət daşıyırlar.

Aşağıdakı şərtlərin eyni zamanda hər 3ü olduqda tərəflərinin birinin digərinə qəsdən və ya ehtiyatsızlıq üzündən vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:



  1. ziyanın əqiqətən vurulduğu aşkar edildikdə;

  2. təqsirkarın əməli(hərəkəti və ya hərəkətsizliyi)qanuna zidd olduqda;

  3. təqsirkrın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyiandan başlayır.

Tərəflər,maddi ziyanın məbləğini və onun vurulduğunu,habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə,bunu sübut etməyə borcludurlar.

Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə,habelə inzibati və digər məsuliyyətinə cəlb edilməsindən asılı olmayaraq,müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur

Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

Qanunvericilikdə müəyyən edilmiş hallarda işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

4.Aqrar sənaye istehsalında məşğul olan şəxslərin intizam məsuliyyəti.

Müəssisələrdə əmək müqavilələri,habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhtəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi,əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Müəssisədaxili intizam qaydalarına bir qayda olaraq aşağıdakılar daxil edilir:


  1. müəssisnin adı,təşkilati-hüquqi forması;

  2. iş vaxtının,nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;

  3. növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;

  4. əmək şəraitinin təmin edilməsi qaydaları;

  5. əmək və icra intizamının,əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin,əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;

  6. əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.

Işəgötürən,işçi Az. Res əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə vğ yaxud əmək müqaviləsi üzrə öhtəliklərini icra etmədikdə intizam məsuliyyəinə cəlb edilirlər.

Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə,yaxud keyfiyyətsiz yerinə yetirdikdə,əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini,müəssisədaxili intizam qaydalarını pozduqda işə götürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:



  1. töhmət vermək;

  2. sonuncu xəbərdarlıqla şiddətli töhmət;

  3. kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa,aylıq əmək haqqının1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə;

  4. əmək müqaviləsini Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndi ilə ləvğ etmək.

Işə götürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini,kollektivdə nüfuzunu,peşəkarlıq səviyyəsini onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan,işçiyə yazılı və ya şıfahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahatı verməkdən imina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Intizam tənbehi,işçi tərəfindən əmək və icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu vaxt həmin müddətə daxil edilmir.

5.Aqrar qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət.

İnzibati məsuliyyət dövlət və ya ictimai qaydalara,mülkiyyətə,vətəndaşların hüquq və azadlıqlarına,idarəçilik qaydalarına toxunan hüquq pozmaları törədilməsinə görə qoyulur.

Yalnız Az. Res.nın İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütn digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxsi inzibati məsuliyyətə əlb olunur və tənbeh edilir.

Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən,hüquqa zidd olan,təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

Inzibati xəta törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Inzibati xətalar törtməyə görə aşağıdakı tənbeh növləri tətbiq edilə bilər:



  1. xəbərdarlıq(yazılı formada verilir);

  2. inzibati cərimə;

  3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması;

  4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;

  5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması;

  6. əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Az. Res.nın hüdudlarından kənara inzibati qaydada çıxartma;

  7. inzibati həbs.







Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə