Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


K/t kooperativlərinin əmlakının hüquqi rejimi



Yüklə 0,81 Mb.
səhifə7/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

K/t kooperativlərinin əmlakının hüquqi rejimi.

K/t kooperativlərinin əmlakı mülkiyyət hüququ əsasında onlara məxsusdur. Az. Res.nın Mülki Məcəlləsinin 109cu maddəsinə görə kooperativ fiziki və vy hüquqi şəxslərin birgə fəaliyyət gösərmək üçün üzvlüyə əsaslanan könüllü birliyidir. Kooperativ iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

əmlak pay haqqı mütləq və əlavə ola bilər.

Mütləq əmək pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən,kooperativ fəaliyyətində iştirak etmək,səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır.

əlavə əmlak payı haqqı üzv tərəfindən mütləq əmlak payı haqqından əlavə öz arzusu ilə ödənilən və kooperativdən (əsas kooperativ ödənişlərindən ) başqa həmçinin divident (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır.

Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olduğu zaman bununl bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir.

Kooperativin mülkiyyəində olan əmlak kooperativin nizanmaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri)onun əsas fondlarından,dövrüyyə vəsaitindən və balansında göstərilən digər maddi gəlirlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativ öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqqlar,sahibkarlıq fəaliyyətindən,öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında,qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər,kreditlər,fiziki və hüquqi şəxslərin ianələrindən və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50%dən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətlərindəndir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlak müqavilə əsasında istifadə edilmək üçün kooperativə verilə bilər.

Kooperativin üzvlərinin kooperativə verdiyi əmlak pay haqqları kooperativ pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini məyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır.

4.K/t kommersiya təşkilatlarının əmlak hüquqlarının təminatı və müdafiəsi.

Qanunvericilik mülkiyyətin müdafiəsini,ona hüquqi zəmanəti,habelə k/t kommersiya təşkilatları üçün digər hüquqları nəzərdə tutur.

Az. Res.da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur.

Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onun pozma qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o,şəraiti nəzərə almaqla əsassız güc hərəkətlərindən çəkinməlidir.(M.M 164.1 maddəsi)

Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olduqda sahib onlara son qoyulması üçün iddia verilə bilər.

Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki,sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti,hətta qəsd və təqsirkar sahibə sonralar məlum olarsa da məhrumetmə və ya pozuntu anından başlayaraq 1 il təşkil edilir.

K/t kommersiya təşkilatlarının əmlak hüquqlarının müdafiəsinə cinayət,inzibati,müki,torpaq qanunvericiliyi sahələrində böyük diqqət yetirilir.

Əşyanın vicdansız sahibi onun mülkiyyətçisinə qaytarmalı və əşyanın saxlanması ilə bağlı bütün zərərin əvəzini ğdəməli,habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir.(M.M 167 ci maddəsi).

Əşyanın vicdanlı sahibi öz ehtimal edilən hüquqa uyğun olaraq əşyadan fayda götürdüyünə və ondan istidadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu deyildir.



Mövzu:10. İqtisadiyyatın aqrar ölməsində sahibkarlıq fəaliyyətinin təmzimlənməsi.

Plan

1.İqtisadiyyatın aqrar bölməsində sahibkarlıq fəaliyyətinin anlayışı,prinsipləri və məzmunu.

2.Kənd təsərüfatının əsas sahələrində istehsalın təşkili üzrə kənd təsərüfatı kommersiya təşkilatlarının hüququ və vəzifələri.

3.Seleksiya fəaliyyətinin hüuqi tənzimlənməsi.

4.kənd təsərüfatı kommersiya təşkilatlarının yardımçı müəssisələrinin təşkili sahəsində hüquqları.

5.Kənd təsərüfatı məhsullarının keyfiyyətinin təmin edilməsi üzrə kənd təsərrüfatı kommersiya təşkilatlarınin hüququ və vəzifələri

ƏDƏBİYYAT

1.A.R-nin konstitusiyası.Bakı.2002

2.A.R-nın Mülki Məcəlləsi.Bakı 2000

3.seleksiya naliyyətləri haqqında A.R-nın 15.11.1996-cı il tarixli qanunu.

4.”Taxil haqqinda” A.R-nın qanunu.

5.Damazlıqişi haqqına A.R-nin26.03.19960-cı il tarixli qanunu.

6.L.T.Axundzadə,A.Ə.Əsədov “Aqarar Hüququ”Bakı 200


Gəncə 2012
1.İqtisadiyyatin aqrar bölməsində sahibkarliq fəaliyyəti anlayişı, prinsipləri və məzmunu.

A.R konstitusiyasının 59-cu madəsinə görə hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından,qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqları ilə birıilkdə azad sahibkarlıq fəaliyyəti vəya anunla qağan edilmiş digəriqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.A.R-nın Mülki Məcəlləsinin 13-cü maddəsi sahibkarlıq fəliyyətinin hüquqi anlayışını müəyyən edir.Həmin maddəyyəgörə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə öz risqi ilə həyatda keçirdiyi, əsas məqsədi istifadəsindən, əmtəə satışından , işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.

Qanun aqrar sahibkarlığın 2 növünü fərqləndirilir:

Hüquqi şəxs yaratmadan,hüquqi şəxs statusuna malik olan kəndli (fermer) təsərüfatı başçısının sahibkarlığı:2) kənd təsərüfatı şirkətləri və cəmiyyətləri, istehsal kooperativləri , dövlət və bələdiyyə unitar müəssisələri, ələcə də qeyri- kommersiya təşkilatları formasında yaradılan hüquqi şəxsləriv sahibkarlığı.

Kənd təsərüfatı kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti müəyyən prinsiplər və şərtlər əsasında həyata keçirirlər.

Birincisi, sahibkarlığınəsas prinsipi sahibkarlıqsubyeklərinin:dətandaşların, onların birliklərinin, hüquqi şəxslərin təşəbüskar fəaliyyətininin müstəqilliyidir.Təşəbbüskarlıqsız, müstəqilliksiz sahibkarlıq inkişaf edə bilməz. Sahibkarlıq təşəbbüskarlıq və sərbəstlikdən məhrum edildikdə təsərüfatməsələlərinin, iqtisadi problemlərinin, riskli

istehsalı yaradılmasının həlli üzrə daha optimal (səmərəli) yolların mütamadi axtarış kimi təbii stimulları itirir.Sovet hakimiyyıti illərində məhz təşəbbüskarlığın və sərbəsliyin olmadığı üçün SSRİ –nin iqtqsadiyyatıiflasa uğradı. Buna görə dəsahibkarlıq fəaliyyətinin müstəqilliyin qeyri-şərtsiz hüquqi təminat verilməlidir.

İkincisi, sahibkarlığın optimal inkişafı üçün vahid siyasi, hüquqi və informasiya məkanı təkcə AR- nın hüdudları deyil həm də dünya bazarının hüdudları olmalıdır. Sivil sahibkarkıq heç biri inzibati -ərazi və dövlət sərhədlərilə məhdutlaşdırılmamalıdır.Əks təqdirdə geriləmə və durğunluq labqddür.

Üçünçüsü dövlət hüquq tədbirlərinin vasitəsilə mənfi nəticələrin qarşısınıalmalıdır. Bunun üçün ayrı-ayrı sahibkarların inhisarçılğı məhdutlaşdirılmalı; düşməncəsinə rəqabət cilovlanmalı: cinayətkarlıqa səmərəli mübarizə aparmalı və sahibkarlar bütün mümkün reketirlərdən müdafiə edilməlidir.

Sahibkarlıqfəaliyyətini həyata krcirilməsi şərtlərindən ən mühimi sahibkarlığın dövlət qeydiyyatı hesabına olur.A.R MM-sinin 48-ci maddəsi qeydiyyatsıs sahibkarlıqfəaliyyətin qadağa edir.Kommersiya təşkilatı dövlət qeydiyyatına alındığı andan yaradılmış hesab olunur.yəni həmin andan.Həmin hüquq qabiliyyəti hə də fəaliyyət qabiliyyəti əldə edir.Qeyd etməklazımdır ki,hər hansı kənd təsərrüfatı kommersiya təşkilatı A.R-nın Mülki Məcəlləsinda göstərilən təşkilati hüquqi formalardan biri olan kommersiya təşkilaı kimi qeydiyyata alına bilır.Aqrar kommersiya təşkilatları muzdla işləyən vətəndaşlara sosiyal,tibbi və məcburi sığortanın digər

növlərini həyaa keçirməyə,onların anun vericiliyə kollektiv və fərdi əmək müqavilələrinə müvafik olaraq iş şəraiti ilə təmin etməyə,vergiləri vaxtında və tam həcimdə ödəməyə borcludurlar və qanunveiciliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.

Sahibkarlıq fəaliyyətinin məzmunu qanunla qadağan edilməyən sərbəst həyata keçirilən fəaliyyət hesab olunur.

A.R-nin mülki məcəlləsinin 44.2-ci maddəsi müəyyən edirki,kommersiya hüquqi şəxslərin qanunla qadğa edilməyənistənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola bilər və mülki vəzifələrdaşıya bilərlər.Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.

2.Kənd təsərrüfatını əsas sahələrində istehsalın təşkili üzrə kənd təsərüfatı kommersiya təşkilatlarının hüququ və vəzifələri.

A.R-nın qanunvericilik aktlarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin:həm bitkiçiliyin həm də heyvandarlığın intensivləşdirilməsi üzrə kən təsərrüfatı kommersiya təşkilatlarının hüquq və vəzifələri müəyyənləşdirilir.

Qeyd etmək lazımdır ki, heyvandarlıqda və digər kənd təsərüfatı istesalatı sahələrindəistehsalın təşkili üzrə münasibətlərin tənzimlənməsinin normativ-hüquqi bazası son illərdə xeyli yeniləşmişdir.Məsələn,”Taxil haqqinda”A.R-nın qanunuilə bitkişilik sahəsində münasibətlərin hüquqi tənzimlənməsində xeyli dəyişikliklər edildi.Qanunun preabulasında göstərildiyi kimi o,taxılistehsalçıları və dövlətin maraqlarının maksimum

uyğunlaşdırılması əsasında şəxsi istehsal hesabına A.R-nın ərzaq,yemlik vətoxumluq taxıla olan təlabatının b tam ödənilməsinə yönəlmışdir.Taxil ölkənin mili sərvəti sayılır.Ölkə iqtisadiyyatının güclənməsinə təsir edən amillərdın biridir.buna görə də dövlət taxıl istehsalatçılarını məqsədyönlü güzəştli investisya,qiymət,kireditvə vergi siyasəti ilə dəstəkləyir.

Sözü gedən qanunda seleksiya,toxumçuluq,taxıl, onun saxlanılması, emalı üzrə elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin dövlət proqramlarının müəyyənləşdirilməsinə,taxıl istehsalına, xüsusilə də ekoloji təmiz məhsul satılmasına görəkompensasiyalara güzəştli qayda nəzərdə tutulmuşdur.Burada dövlət taxılfondlarının, taxıl bazarının formalaşdırılması və istifadə edilməsi ilə bağlı münasibətlərin tənzimlənməsidə nəzərdə tutulur.

5 iyun 1996-cı il tarixli “Meliorasiya və irriqasiya haqında” AR-nın Qanunilə opaqların meliorasiya sahəsindəfəaliyyətin hüquqi əsasları,meliorasiyalaşdırmanın tipləri və növləri, meliorasiya vəirriqasiya sistemləri üzərində mülkiyyətin növləri meliorasiya və irriqasiya sahəsində icra hakimiyyəti orqanlarının və bələdiyyələrin salahiyyətləri, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydaları, habelə meliorasiya və irriqasiya qanunvericiliyinin pozulmasına görə məsulliyyət meəyyən edilmişdir.

Heyvandarlıq sahəsindəmünasibətlərin tənzimlənməsi üzrə qanunvericiliyin yenilməsində mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi aktlar qəbul edilmişdir.”Damazlıq işi haqında “ AR-nın Qanunları bu mühüm sahədə subyeklərin hüquq və vəzifələrini, AR-da Dövlət baytarlıq xirmətinin, Dövlət baytarlıq nəzarəti təşkilatının, Dövlət damazlıq xidmətinin,insan və

heyvanlar üçün ümumi olan xəstəliklrdən əhalinin müdafiəsinin,baytarlıq və damazlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin hüquqi əsaslarını müəyyənləşdirir.

“damazlıq işi haqqında”qanunla heyvandarlıqda damazlıq işinin hüquqi əsasları müəyyən edilir.Damazlıq işinin məqsədi mənşəyi bəlli,yüksək məhsuldarlığa ,sabit irsi əlamətlərə malik cins heyvanlar yetişdirmək,onların geniş təkrar istehsalını təmin etməkdir.

Damazlıq işinin vəzifələri damazlıq ehtiyatlarının qorunub saxlandırılmasından,təkminləşdirilməsindən,yayılmasından və səmərəli istifadəsini təşkil etməklə heyvandarlıq məhsullarının artırılmasından ibarətdir.

Ancaq xüsusi ilə qeyd etmək lazımdır ki.k/tı istehsalının əsas sahələrinin təşkili üzrə münasibətlərin hüquqi tənzimlənməsi müəyyən dəyişikliklərə uğrasa da hələ də 1sıra çox mühüm vəzifələr üzrə boşluqlar və çatışmamazlıqlar mövcuddur.Həmin boşluqların ləvğ edilməsi və ASKda ictimai münasibətlərin hüquqi tənzimlənməsində çatışmazlıqların aradan qaldırılması ən mühüm vəzifələrdən biridir.


3.Seleksiya fəaliyyətinin hüquqi tənzimlənməsi.

Hüquq ədəbiyyatında uzun müdddət bitki və heyvanların seleksiyası sahəsində münasibətlərin hüquqi təmzimlənməsinin yeri və xarakteri barədə mübahisələr getmişdir.Onlar mulkü qanunvericiliklə (ixtira hüquq normalarə ilə)və ya xüsusi qanunvericiliklə tənzimlənməlidir.15noyabr 1996cı il tarixli

“seleksiya nəaliyyətləri haqqında ”Az.Res.qanununun qəbul edilməsi ilə həmin mübahisələrə son qoyuldu.

Bu qanunda bitki sortu,heyvan cinsi seleksiya nəaliyyəti hesab olunur.Ancaq qeyd etmək lazımdır ki,hər bir sort bitki və hər cür heyvan cinsi –seleksiya nəaliyyəti deyildir.Yalnız yeni heyvav cinsləri,yeni bitki sortları seleksiya nəaliyyəti sayıla bilər.Yenilik hər bir yaradıcı fəaliyyətin əsas əlamətlərindən biridir.Şox vaxt sadəcə yenilik tələb olunmur,burada mühüm əhəniyyətli yenilikdən ,dünya səviyyəli yeniliklədən söhbət gedir.

Seleksiya nəaliyyətlərinin dövlət qeydiyyatının aparılması,sınağı və mühafizəsi Az.Res.Dövlət damazlıq xidməti orqanına həvalə edilmişdir.Bu orqan komissiya seleksiya nəaliyyyətlərinin hüquqi mühafizəsi sahəsində vahid dövlət siyasətini həyata keçirir,seleksiya nəaliyyətləri haqqında ərizələri baxılmaq üçün qəbul edir,seleksiya nəaliyyəti üzərində ekspertiza və yoxlama keçirir,istafadəyə buraxılmış seleksiya nəaliyyətinin dövlət reystrini aparır,seleksiya nəaliyyətinə patent və müəlliflik şəhadətnaməsi verir və s.

Patent sahibi öz seleksiya nəaliyyətindən istifadə etməklə müvafiq maddi mənfəət götürmək hüququna malikdir.

Müəlliflik şəhadətnaməsi müəllifliyi eləcə də seleksiya nəaliyyətindən istifadəyə görə patent sahibindən müəllifin mükafat almaq hüququnu təsdiq edir.Müəlliflik şəhadətnaməsi patent sahibi hesab edilməyən istənilən müəllifə verilir.Müəllif patentin qüvvədə olduğu müddətdə patent sahibindən mükafat almaq hüququna malikdir.Mükafatın miqdarı və ödənilməsi şərtləri patent sahibi və müəllif arasında bağlanan müqavilə ilə müəyyən edilir.Mükafatın miqdarı lisenziya satışından əldə olunan məbləğ də daxil olmaqla,seleksiya nəaaliyyətinə görə patent sahibinin aldığı illik gəlirin 15%dən az ola bilməz.

Seleksiya nəaliyyətinə müəlliflik hüququ haqqında,mükafatın miqdarı haqqında və s.mübahisələr məhkəmə qaydasında həll olunur.



4. K/tı kommersiya təşkilatlarının yardımçı müəssisələrinin təşkili sahəsində hüquqları.

Az.Res.nın Mülki Məcəlləsinin 44cü maddəsinə əsasən kommersiya hüquqi şəxsləri təsərrufat ortaqlıqları (şirkətləri)və cəmiyyətləri,istehsal kooperativləri,dövlət və bələdiyyə unitar müəssisələri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək hüququna malikdirlər. Onlar həmçinin heç bir məhdudiyyət qoyulmadan yardımçı təsərrüfatların və istehsalın təşkili ilə də məşğul ola bilərlər.

Kəndə yardımçı təsərruüfatların fəaliyyəti və istehsalın təşkilini tənzimləyən normativ aktlar kənd təsərrüfatı müəssələrinin islahatına qədər qəbul edilmiş və əvvəllər mövcud olmuş təşkilati hüquqi formalar üçün kolxoz və sovxozlar üçün nəzərdə tutulmuşdu. Həmin normativ aktlar bazar iqtisadiyyatı şəraitində yardımç müəssələrin və istehsalın təşkili ilə bağlı bir çox problemləri həll edə bilmirlər.

“aqrar islahatlın əsasları haqqında “ Az.Res.-nın qanunu aqrar sənaye kompleksinin islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edən müdduəların qəbuluna, aqrar sahəni böhrandan çıxarmara, iqtisadiyyatın sabitləşdirilməsinə, əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Həmin qanunda 4 əsas istiqamət müəyyən edilmişdir:

aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması;

torpaq, meliorasiya və su təsərrüfatının islahatı;

müxtəlif növlü təsərrüfatlarının yaradılması;

aqrar bölmənin dövlət təminatı.

K/T kommersiya təşkilatları, sənaye qurumları, təhcizat va digər təşkilatlarla kooperasiya əsasında yardımçı istehsal sahələri yaratmaq hüququna malikdir. Belə yardımçı istehsal müəssisələrində istehsal təyinatlı məhsullar, xalq istehlakı malları, onların yarım fabrikatlarını xammal və materiallardan detallar və ehtiyat hissələri hazırlayırlar.

Yardımçı istehsal sahələrinə avadanlıq, nəqliyyat, işçi, heyvan, tikililər, müxtəlif əmlak, habelə onların normal işi üçün zəruridirsə , torpaq sahəsidə verilir. Yardımçı istehsal sahələri yaradan təsərrüfatlar onların maddi texniki təminatını da həyata keçirir. Bunun üçün onlar müvafiq təşkilatlar vasitəsi ilə maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri, kranlar, cihazlar, alətlər, ehtiyyat hissələri və digər maddi vəsait əldə edirlər. K/T kommersiya təşkilatları həmin məqsədlər üçün digər təsərrüfatlarından və əhalidən K/T xammalı satın ala bilər.
5. K/T məhsullarının keyfiyətinin təmin edilməsi üzrə K/T kommersiya təşkilatlarının hüquq və vəzifələri.

Istehsal fəaliyyətini həyata keçirərkən K/T kommersiya təşkilatları və sahibkarları istehsal olunmuş məhsulların keyfiyyətinin təminatı məsələlərinə diqqət yetirməlidirlər.

K/T məhsullarının keyfiyyəti haqqında qanunvericilik məhsulların lazımi keyfiyyətinin və həmin məhsullarının istehlakçılarının hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə müvafiq normalardan ibarət olan aktların məcmusundan ibarətdir.

K/T məhsullarının keyfiyyətini, istehlakçıların hüquqlarının müdafiyəsini təmin edən normativ aktlar aşağıdakıları müəyyən edir:

K/T məhsullarının keyfiyyətini təmin etmək sahəsində idarəçilik orqanlarının səlahiyyətləri;

Istehlak bazarı sferasında məcburi olan keyfiyyət göstəriciləri;

K/T məhsullarına normativ-texniki növlər və sanitar-gigiyenik tələblər;

K/T məhsullarının keyfiyyət şərtlərinin müəyyənləşdirilməsi üzrə tərəflərin hüquq və vəzifələri;

K/T məhsulları istehlakçılarının hüquqlarının hüququ müdafiə formaları;

K/T məhsullarının keyfiyyətsizliyinə görə kommersiya təşkilatlarının və onların işçilərinin məsuliyyəti.

K/T məhsullarının keyfiyyəti haqqında qanun vericilik özündə aşağıdakıları cəmləşdirir:

standartlaşdırma, metrologiya, sertifikatlaşdırma haqqında qanun vericilik;

keyfiyyətli K/T məhsullarının istehsalı və satışı haqqında qanun vericilik.

Son zamanlar K/T məhsullarının sertifikatlaşdırılması haqqında qanun vericilik xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Bu qanun vericilik K/T məhsullarına müvafiq standartların işləməsi, təsdiqi, tədbiqi və onlara əməl olunması üzrə münasibətləri tənzimləyir və onların sertifikatlarını təsdiq edir. Həmin qanun vericiliyin başlıca vəzifəsi K/T məhsulları istehsalçılarına həyat, sağlamlıq üçün təhlükəsiz qida və xammalı seçməkdə, əldə etməkdə köməklik gostərilməsi yolu ilə aqrar sahibkarlığa şərait yaratmaqdan ibarətdir.


Sertifikatlaşdırma K/T istehsalçılarından asılı olmayan orqan tərəfindən həyata keçirilir. Sertifikatlaşdırılmanın aparılması qaydası “yeyinti məhsulları haqqinda” Az.Res,-nın qanunu ilə müəyyən edilir.
Mövzu 11. K/tı kommersiya təşkilatlarının maliyyə fəaliyyətinin hüquqi tənzimlənməsi.

Plan:

  1. Bazar şəraitində K/Tı kommersiya təşkilatlarının maliyyə münasibətlərinin ümumi xarakteristikası.

  2. K/tı kommersiya təşkilatlarının maliyyə fəaliyyətinin planlaşdırılması.

  3. K/tı kommersiya təşkilatlarının kredit münasibətlərinin hüquqi tənzimlənməsi.

  4. K/tı kommersiya təşkilatlarında hesablaşma-kassa əməliyyatlarının həyata keçirilməsinin hüquqi əsasları.

Ədəbiyyat.

1. Az. Res.nın Konstitusiyası Bakı 2009

2. Azş res.nın Mülki Məcəlləsi Bakı 2009

3.”Az. res.nın Milli Bankı haqqında” Az. Res.nın 10.06.1996 cı il tarixli qanunu.

4. Az.res.nın Vergi Məcəlləsi Bakı 2009

5.”Banklar haqqında ” 16.01.2004 cü il Az. Res. Qanunu.

6.”İnvestitsiya fəaliyyəti haqqında” Az. Res.nın 13.01.1996 cı il tarixli qanunu

7.”Maliyyə-sənaye qrupları haqqında”Az.Res.nın 23.04.1996 ci il tarixli qanunu

8.”Dövlət büdcəsi haqqında” Az. Res.nın qanunu

9. L.F.Axundzadə,A.Ə.Əsədov “Aqrar hüququ” Bakı 2003

10.”Kredit ittifaqları haqqında” Az. Res.nın 02.05.2000 ci il tarixli qanunu

Gəncə 2012

1.Bazar şəraitində K/tı kommersiya təşkilatlarının maliyyə münasibətlərinin ümumi xarakteristikası.
Planlı k/tı sistemində aqrar münasibətlərin bazar sisteminə keçid k/tı kommersiya təşkilatlarının maliyyə fəaliyyətinin tənzimlənməsi sahəsində köklü dəyişikliklərə səbəb oldu.

K/tı kommersiya təşkilatlarının maliyyə fəaliyyətinin qüvvədə olan prinsipləri bir sıra qanunvericilik aktlarında təsbit edilmişdir:”Az.Res.nın Milli Bankı haqqında”,”Az.da banklar və bank fəaliyyəti haqqında ”,”Maliyyə-sənaye qrupları haqqında”.”Dövlət büdcəsi haqqında” Az. Res.nın qanunları belə normativ aktlardandır.

K/tı kommersiya təşkilatlarının maliyyə hüquq münasibətlərini 5 qrupa bölmək olar:

1.k/tı kommersiya təşkilatları ilə dövlət maliyyə orqanları arasında yaranan maliyyə münasibətləri;

2.k/tı kommersiya təşkilatları ilə Az. Res.nın tərkibindəki muxtar maliyyə orqanları arasındakı maliyyə münasibətləri;

3.k/tı kommersiya təşkilatlarının təsis fəaliyyəti prosesində yaranan maliyyə münasibətləri;

4.qanunvericiliklə müəyyən edilmiş maliyyə intizamının(müxtəlif formalı uçot,hesabat,əmlak və torpaq paylarına dividentlərin hesablanması üzrə)təmin edilməsi üzrə təsərrüfatdaxili maliyyə münasibətləri;

5.k/tı kommersiya təşkilatlarının hesablaşma-kredit və kassa əməliyyatlarının hüquqi mexanizminin praktiki reallaşdırılması il bağlı maliyyə münasibətləri.

Mövcud qanunvericiliyin əsas vəzifəsi gəlirin(mənfəətin),ziyanın müxtəlif mülkiyyət hüququ subyektləri,k/tı kommersiya təşkilatları,onların təsisçiləri,səhmdarlar və müvafiq hallarda dövlət arasında paylaşdırılması (yenidən paylanması)üçün şəraitin təmin edilməsindən ibarətdir.


2.K/tı kommersiya təşkilatlarınnın maliyyə fəaliyyətinin planlaşdırılması.
K/tı kommersiya təşkilatlarınnın maliyyə fəaliyyəti rellaşdırılacaq nizamnamə vəzifələrinin maliyyə təminatı üzrə daxili və xarici tərəfdaşlıq (partnyorluq) münasibətləridir. Məhsul istehsalçısının maliyyə fəaliyyəti kommersiya təşkilatlarının rəqabət qabiliyyətinin maliyyə-resurs şəraitinin təmin edilməsindən ibarətdir.

Bu məqsədlə ənənəvi formalar geniş tətbiq olunur:planlaşdırmanın təşkili,müxtəlif növ uçot qaydalarının həyata keçirilməsi (mühasibat,statistika,analitik),maliyyə planı və hesabatın tərtibi və bazar maliyyə münasibətlərinə xas olan marketinq,menecment,audit və digər vasitələr kimi bazar infrastrukturunun alət və vasitələri.

Maliyyə fəaliyyəti K/tı kommersiya təşkilatlarının bütün təşkilati hüquqi formaları onların işləyib hazırladığı il ərzində k/tı müəssisəsinin İqtisadi və Sosial İnkişaf Proqramı əsasında həyata keçirirlər. Proqramın nümunəvi forması Az. Res. Kənd Təsərrüfat Nazirliyi tərəfindən təsdiq olunmuşdur.

K/tı kommersiya təşkilatlarının təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsi üzrə xüsusi rejimli planlaşdırılması aqrar təsərrüfat şirkətlərinin və cəmiyyətlərinin,istehsal kooperativlərinin,dövlət və bələdiyyə unitar müəssisələrinin hüquqi statusunu təsdiq edən normativ hüquqi aktlarla müəyyənləşdirilir.

“Kooperasiya haqqında” Az. Res.nın qanununa uyğun olaraq hər il pay fonduna kooperativin öz vəsaiti hesabına yenidən yaradılmış əsas fondların artım dəyəri hesablanır. Həmin məbləğdən əsas vəsaitlərin amortizasiya dəyəri və uzunmüddətli kreditlər üzrə banka borclar çıxılır.

Təsərrüfat ili sona çatdıqda pay fondunun vəsaitləri təsərrüfat üzvləri arasında bölüşdürülür və kooperativ üzvünün şəxsi hesabına onun əməyinə mütənasib olaraq köçürülür. Bundan savayı,həmin vəsaitlərə əldə olunan təmiz gəlirdən (mənfəətdən)təyin edilən dividentlər əldə edilir. Dividentlərin miqdarı hər il kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən müəyyənləşdirilir.

Kooperativin maliyyə planına aşağıdakılar daxil edilir:əmtəəyə görə dividentlərin ödənilməsi,məşğulluq fonduna,tibbi sığorta fonduna köçürmələr,torpaq vergisi,əmlak vergisi və s.

Dövlət və bələdiyyə unitar müəssisəsi istənilən k/tı kommersiya təşkilatı kimi müstəqil olaraq maliyyə fəaliyyətini planlaşdırır,reallaşdırılacaq(satılacaq)məhsula qiymət təyin edir,stabil fəaliyyəti təmin etmək üçün zəruri olan müxtəlif pul fondlarını və natural fondları formalaşdırır,praktikada tətbiq olunan operativ,mühasibat,statistik uçot və hesabat formalarını təşkil edir.

Dövlət,bələdiyyə müəssisəsinin maliyyə fəaliyyətinin əsas istiqamətləri,səlahiyyətləri yerli icra hakimiyyəti orqanında qeydiyyatında alınmış nizamnamədə müəyyənləşdirildiyi kimi əmək kollektivinin ümumi yığıncağında təyin edilir.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə