Mövzu Aqrar hüquq hüququn bir sahəsi kimi. Plan: Aqrar hüququn predmeti. Aqrar hüquqda hüquqi tənzimləmə metodları


Vətəndaşların şəxsi yardımçı təsərrüfatı əmlakının hüquqi rejimi



Yüklə 0,81 Mb.
səhifə5/11
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#5781
1   2   3   4   5   6   7   8   9   10   11

2.Vətəndaşların şəxsi yardımçı təsərrüfatı əmlakının hüquqi rejimi.
Kənddə bazar münasibətlərinə keçid şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların mülkiyyətinin hüquqi tənzimlənməsinin dəyişməsinə gətirib çıxaran proseslərlə müşayiət olunur. Belə ki,vətəndaşların mülkiyyət obyekti kimi təkcə istehlak xarakterli müəssisələr,əmlak kompleksləri,binalar,tikililər deyil,həm də qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququ da vardır.

Az. Res.nın Mülki Məcəlləsi də vətəndaşların istehlak və istehsal təyinatlı mülkiyyətinin tanıyır. Hazırda vətəndaşların mülkiyyətində olan əmlak miqdarı və dəyəri məhdudlaşdırılmır.(M.M m 154.2)

Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə mənub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə vətəndaçların mülkiyyətində istənilən əmlak ola bilər.(M.M m 154.1)

Şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların mülkiyyət obyektləri sırasına qanunvericilik yaşayış evləri ilə yanaşı torpaq sahələrinin,təsərrüfat tikililərini,əkmələri,məhsuldar və işçi heyvanları,quşları,k/t ləvazimatını,nəqliyyat vasitələrini,k/tı fəaliyyəti üçün zəruri digər əmlakı,istehsal olunmuş məhsulu,qazanılmış gəlirləri daxil edir.

Keçmiş SSRİ-də şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların mülkiyyət hüququ obyektləri dairəsi yalnız istehlak təyinatlı əmlakla məhdudlaşdırdı. Ayri-ayrı vətəndaşlara şəxsi yardımçı təsərrüfat sahəsində birgə istehsal fəaliyyəti ilə əlaqəli istehsal vasitələri və istehsal məhsulları məxsus ola bilməzdi.

Bazar iqtisadiyyatına keçid proqramının gerçəkləşdirilməsi ilə bağlı vəziyyət bu sahədə prinsipial olaraq dəyişmişdir. Hazırda şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların mülkiyyət hüququ obyekti kimi həmçinin k/t istehsal vasitələri tanınır. Şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların mülkiyyət hüququ obyektləri sırasına müxtəlif alətlər dəstilə kiçik ölçülü traktorlar,ev fermaları üçün sağıcı aparatlar,yem,əkin materialları.dənli yemlər və şəxsi yardımçı təsərrüfatı səmərəli aparmaq üçün lazım olan digər ehtiyatlar daxildir. Eyni zamanda heyvanların yemlənməsi ilə vətəndaşlar və k/tı kommersiya təşkilatları arasında müqavilə münasibətlərinin genişlənməsi ilə bağlı vətəndaşların k/t istehsal vasitələri kimi mülkiyyət obyektlərinin artması baş verir.

Az. Res.nın mülki qanunvericiliyi təkcə şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların mülkiyət hüququnun maddi obyektlər dairəsini deyil həm də onun əldə edilməsi üsullarını müəyyən edir k/tı təşkilatları ilə müqavilə əsasında vətəndaşların –şəxsi yardınçı təsərrüfat sahiblərinin binalar,qurğular,avadanlıq və digər maddi nemətlər əldə etməsi barədə ümumi müddəalar Az. Res.nın Mülki Məcəlləsinin 389-424 cü maddələrində təsbit edilmişdir.

Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri,tikililər,qurğular və digər istehsal və qeyri istehsal vasitələri,mal-material qalıqları,pul vəsaiti və başqalarından ibarətdir.

Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak təsərrüfat üzvlərdən birinin mülkiyyətində,üzvlərin ümumi paylı və ümumi birg mülkiyyətində və ya icarəsində ola bilər.

Müvatiq yaşayış məntəqasində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpaq sahəsini icarəyə götürməkdə və ya satın almaqda üstünkük hüququna malikdirlər.

Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda(gəlir,artım,bəhər və başqa formalarında) üzvlərinin ümumi birgə fəaliyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür.

Ailə kəndli təsərrüfatlarının hər bir üzvi üçün ölkə üzrə müəyyən edilmiç minimum aylıq əmək haqqının 2% ı miqdarında məcburi sosial sığorta haqqı ödənilir.

Az. Res.nın Xətalar Məcəlləsinin 199.2maddəsinə uyğun olaraq ailə kəndli təsərrüfatlarının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmamasının təmin edilməsinə görə şərti maliyyə vahidinin 5 mislindən 10 mislinədək miqdarda cərimə edilir..

Az. Res.nın 2002 ci il 15 mart tarixli(274-11Q saylı)qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırılanması və razılaşdırılması qaydaları haqqında”əsasnamənin 13 cü bəndi müəyyən edir ki,bələdiyyərlərin ehtiyat fondunun k/yna yararlı torpaqları k/t istehsalı üçün istifadəyə və icarəyə aşağıdakı növbəliliyə əməl edilməklə verilir:

-bələdiyyələrin ərazisində müvəqqəti məskunlaşmış köçkünlərə;

-sərhədyanı və dağlıq ərazilərdə yaşayan,daimi yaşamaq üçün həmin ərazilərə köçən,təsərrüfatla məşğul olmaq istəyən gənclərə;

-torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən,müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və istifadəyə çıxmış hərbi qulluqçulara;

-müvafiq ərazidə yerləşən hüquqi və yaşayan fiziki şəxslərə;

- Az.Res.nın digər hüquqi və fiziki şəxslərinə;

- xarici ölkələrin hüquqi və fiziki şəxslərinə.

Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Az.Res.vətəndaşlarının və hüquqi şəxslərinin mükiyyətinə alqı-satqı qaydasında verilir.

Az. Res.nın ərazi bütövlüyü uğurunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə,ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün,həyatyanı sahə və bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə verilir.

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan,daimi yaşamaq üçün həmin ərazilərə köçən,təsərrüfatla məşğul olmaq istəyən gənclər torpaq sahələrini satın almaq istədikdə torpaq sahələri ilə ilk növbədə təmin olunurlar.

Torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən,müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular torpaq sahələrini almaq istədikdə torpaq sahələri ilə yuxarıda qeyd olunan şəxslərdən sonrakı növbədə təmin olunurlar.




3.Vətəndaşların şəxsi yardımçı təsərrüfat torpaqlarının hüquqi rejimi.
Şəxsi yardımçı təsərrüfatda məşğul olması üçün vətəndaşların mülkiyyətinə torpaq sahələrinin verilməsi şərtləri və qaydaları Az.Res.nın “Torpaq Məcəlləsi”və “Torpaq islahatı haqqında ” Az.Res.nın qanunu ilə müəyyən edilmişdir.

Torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ müvafiq icra hakimiyyətinin qərarı əsasında yaranır.

Şəxsi yardımçı təsərrüfatı üçün vətəndaşlara torpaq sahələrinin ayrılması yaşayış məntəqələrinin baş planı və planlaşdırma layihəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Mövcud qanunvericiliyə əsasən vətəndaşlara şəxsi yardımçı təsərrüfat üçün ayrılan torpaq sahələrinin maksimal ölçüsü yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

Şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşların torpaqdan istifadə üzrə hüquq vəzifələri Az. Res.nın orpaq Məcəlləsi,”Torpaq islahatı haqqında ”,”Torpaq icarəsi haqqında”,”torpaq bazarı haqqında”qanunları ilə Az. Res Prezidentinin fərmanı və sərəncamları ilə,Az. Res. Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşdirilir.

Torpaq qanunvericiliyi torpaq mülkiyyətçilərinin ,istifadəçilərinin və icarəçilərinin səlahiyyətlərini xarakterizə edərək hər şeydən əvvəl torpaq üzərində müstəqil,sərbəst təsərrüfatçılıq prinsipini və dövlətin vətəndaşların təsərrüfat fəaliyyətinə müdaxilə etməməsi prinsipini müəyyənləşdirir. Vətəndaşlar k/t bitkilərinin əkininə,k/t məhsulları üzərində sahiblik,onlardan istifadə və onlar barəsində sərəncam vermək hüququnu həyata keçirmək,mülkiyyətdə olan k/tı bitkilərinin əkininə,k/tı məhsullarından əldə olunan gəlir üzərində sərəncam vermək hüququna malikdirlər.

Dövlətin.təsərrüfat orqanlarının və təşkilatlarının şəxsi yardımçı təsərrüfatın fəaliyyətinə,torpaq qanunvericiliyinin pozulması halları istisna olmaqla müdaxiləsinə yol verilmir. Şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaş onun mülkiyyətinə,istifadəsinə,icarəsinə veriilmiş torpaq sahəsində istənilən k/tı bitkisini becərmək hüququna malikdir. (qanunla qadağan edilmiş bitkilər istisna olmaqla). K/tı bitkiləri becərmək üçün yerli icra orqanlarının xüsusi razılığı tələb olumur.

Mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılmasına yalnız qanunun qadağan etdiyi.məs:tərkibində narkotik,güclü təsir göstərən və zəhərli maddələr olan bitkilərin əkini,beccərilməsi və satışı hallarında yol verilir.

Şəxsi yardımçı təsərrüfatda məşğul olmaq üçün torpaq mülkiyyətçısı həmin sahə üzərində qanunun yol verdiyi istənilən üsullarla sərəncam vermək hüququna malikdir. Vətəndaşların xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi,alqı-satqısı,vərəsəliyə keçməsi,bağışlanması,dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin,habelə hüquqi şəxslərin nizamnamə (pay)fonduna verilməsi əsasında yaranır.

Torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri olan vətəndaşlar torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə,başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.

Şirkətə,kooperativə və digər k/tı birliklərinə daxil olduqda belə şəxsi yardımçı təsərrüfat sahibi k/tı təşkilatına verdiyi torpaq sahəsi üzərində hüququnu saxlayır. Eyni zamanda torpaq sahəsinin mülkiyyətçisi onu kəndli(fermer) təsərrüfatı aparan vətəndaşlara satmaq və icarəyə vermək hüququna malikdir.

Yardımçı təsərrüfat üçün ayrılan torpaq sahəsinin dövlət və ictimai ehtiyaclar üçün alına bilər. Torpaq sahələri mülkiyyətçılərin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına(satın alına) bilər.



4.Biçənəklərin və otlaq torpaqlarının hüquqi rejimi.
Dövlət mülkiyyətində saxlanılan torpaqların yalnız 39.7% ı və ya 1.953.689 ha. K/tına yararlı sahələrdir. k/tna yararlı torpaqların az bir hissəsi,yəni 10.3 min ha.ı (0.05%)dövlət torpaqlarına aiddir. Biçənək torpaqlarının 29min.ha.(1.5%)dövlət mülkiyyətinə məxsusdur. Dövlət fondu torpaqlarının əsasını təşkil edən qiş və yay otlaqları ilə birlikdə 1.534.088 ha.olmaqla,ölkənin ümumi örüş və otlaq torpaqlarının 59.6%ini əhatə edir. Ayrılıqda qış otlaq torpaqlarının sahəsi 1.256.795 ha.(48.8%)təşkil edir. Yay otlaqları dövlət mülkiyyətinin yararlı örüş və otlaq torpaqlarının 277.293 ha.(5.8%)bərabərdir.

Respublikamızın vahid torpaq fondunun 2.051.378 ha.(23.7%)bələdiyyə mülkiyyətinə aid edilən torpaqlara torpaq islahatı həyata keçirilən müvafiq inzibati-ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqları çəxmaqla qalan torpaqlar aiddir.

Yay və qış otlaqları.örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan şəxsi yardımçı təsərrüfatda məşğul vətəndaşlara,digər fiziki və hüquqi şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə,digər fiziki şəxslərə o cümlədən şəxsi yardımçı təsərrüfatı olan vətəndaşlara,hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

Bələdiyyələrin mülkiyyətində olan torpaqlarından əhalinin mal-qarası üçün ötüş sahələriümumi istifadəyə ayrılır,ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə hüquqi və fiziki çəxslərin icarəsinə verilir.

Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları,habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 5 ilə dək verilə bilər.

Örüş,otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda,müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadıla bilər. Yay və qış otlaqlarının,örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal qarasının sayi 2dəfədən çox azaldıqda,yaxud heyvanlar tamamilə ləvğ edildikdə və onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsi və istifadə haqqında qərara yenidən baxılır.

Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən,keyfiyyətindən,tutumundan,habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq hər ha.a 1-4 baş,yay otlaqlarında isə 2dəfə artıq (2-8 baş)davar nəzərdə tutulur.

Yay və qış otlaqlarının əkilməsinə yol verilmir,istifadə edilən sahənin yalnız 3%ə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

Mövzu 8. Kənd təsərrüfatında icarənin və icarə münasibətlərinin hüquqi tənzimlənməsi.

Plan:


  1. İcarə münasibətlərinin hüquqi əsasları.

  2. İcarə münasibətləri anlayışı və növləri.

  3. İcarə müqaviləsi və onun hüquqi məzmunu.

  4. K/tı təyinatlı torpaqların icarəsinin hüquqi tənzimlənməsi.


Ədəbiyyat.

  1. L.F.Axundzadə, A. Ə. Əsədov “Aqrar hüququ” Bakı “Qanun” 2003

  2. Sabir Allahverdiyev “Az. Res.nın Mülki Hüququ” Ii cild,dərslik, B. Digesta 2001

  3. Müqavilə hüququ,şərhkər və nümunələr. Bakı 2003

  4. Az. Res.nın Mülki Məcəlləsi Bakı 2009

  5. Az. Res. Torpaq Məcəlləsi Bakı 2009

  6. İcarə haqqında” Az. Res.nın 30.04.92 ci il tarixli Qanunu

  7. Torpaq İcarəsi haqqında” Az. Res.nın 11.12.98 ci il tarixli qanunu

  8. Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Az. Res. Prezideninin sərəncamı 23 oktyabr 2004 cü il.

  9. K/tna yararsız və ya az yararlı torpaqlardan k/tı məqsədləri üçün istifadəsində güzəştlər edilməsi haqqında Əsasnamə” Az. Res. Nazirlər Kabinetinin 17.10.96 ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

  10. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Az. Res. Nazirlər Kabineti 17.10.98ci il tarixli qərarı.


Gəncə 2012



  1. İcarə münasibətlərinin hüquqi əsasları

Sovet hakimiyyəti illərində icarə institutunun iqtisadi mahiyyəti və hüquqi məzmunulayiqincə qiymətləndirilmirdi. Icarə münasibətlərinin tətbiqi dairəsi bir qayda olaraq əmlak kirayəsi ilə(əsasən yaşayış sahəsinin və qeyri iltehsal yerlərinin ) yaxud məişət əşyalarının kirayəsi müqaviləsi ilə məhdudlaşırdı.. K/t təyinatlı torpaqların icarəsi hələ 1934 cü ildə qadağan edilmişdi.

80 ci illərin sonunda iqtisadi münasibətlərin yenidən qurulması icarə haqqında və ilk növbədə ASK ində icarə haqqında ittifaq qanunvericiliyin kəskin inkişafı ilə müşayət olundu. 1988 ci ildə hazırlanmış k/t istehsalında icarə münasibətlərinin təşkili üzrə ilk sahəvi tövsiyələrin müddəaları öz inkişafını xalq təsərrüfatının bütün sahələrində tətbiq edilmək üçün nəzərdə tutulan bir sıra digər qanun qüvvəli normativ aktlarda tapır.(SSRİ Ali Soveti Rəyasət Heyıtinin 7aprel 1989 cu il fərmanında, SSRİ Nazirlər Sovetinin qərarlarında). Qısa bir müddətdən sonra icarə münasibətlərinin tənzimlənməsi qaydaları 23 noyabr 1989 cu ildə SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ İttifaqı və müttəfiq respublikaların icarə haqqında qanunvericiliyinin əsaslarında əks etdirildi. Icarə haqqında qanunvericiliyin əsaslarında icarə və isarə münasibətləri anlayışlarına müfəssəl tərif verilir,icarənin əhatə dairəsi və obyektləri,icarə müqaviləsinin tərəfləri və məzzmunu müəyyənləşdirilir,icarəyə götürülmüş əmlak üzərində mülkiyyət haqqında və onun satın alınması qaydaları təsbit edilmiş,icarə haqqı prinsipi,icarə müqaviləsinin qüvvədə olan müddəti,onun pozulması,dayandırılması və uzadılması qaaydaları nəzərdə tutulurdu. Icarə haqqında qanunvericiliyin Əsasları icarə müəssisələrinin yaradılmasına və təsərrüfatdaxili icarə podratının tətbiqinə icazə verirdi. Demək olar ki,icarə haqqında qanunvericiliyin Əsasları dövlət müəssisələri əmlakının özəlləşdirilməsinə başlamaq üçün zəmin oldu.

Həmin yanaşma sonralar Az. Res.nın anunvericilik aktlarında,bilavasitə 30aprel 1992 ci il tarixli “ İcarə haqqında ” qanunda dəqiqləşdirildi və konkretləşdirildi. Bu qanunun birinci maddəainə görə “icarə əmlaka,torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında,əvəzi ödənilməklə müddətli saahib olmaq və bundan istifadə etməkdir.”

Icarə münasibətləri “İcarə haqqında”qanunla,Mülki Məcəllə ilə,Torpaq Məcəlləsi ilə, Torpaq icarəsi haqqında qanunla və Az. Res.nın digər qanunvericilik aktları ilə tənzimlənir.

Icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər.

Icarə münasibətlərinin obyekti ola bilməyən əmlak növləri Az. Res.nın qanunvericiliyi ilə müəyyən edilir. əmlakın icarəyə verilməsi bu əmla üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur.

əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə,əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara,təşkilatlara və fiziki şəxslərə məxsusdur. Xarici ölkələrin fiziki və hüquqi şəxslərinin icarəsinə dövlət və bələdiyyə mülkiyyəti obyektləri yalnız mülkiyyətçinin razılığı ilə verilir.

Hər bir hüquqi və fiziki şəxs icarəçi ola bilər. Icarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaaydada tamamilə və ya qismən satın ala bilər.

Icarəçi özünün təsərrüfat fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir və istehsal etdiyi məhsul,götürdüyü gəlir barəsində sərəncam verir.

Icarəçinin icarəyə götürdüyü əmlak üzərində hüquqlarının müdafiəsi ilə eyni əsaslarla təmin edilir. Icarəçi icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını,ondan istifadə edilmsindən mənafelərin aradan qaldırılmasını,bütün şəxslərin,o cümlədən icarəyə verənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.

Icarəyə verənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. Icarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər.

Vətəndaş yaxud vətəndaşlar qrupu istehsal vasitələrini və təsərrüat fəaliyyəti ilə məşğul olmaq üçün onlara lazım olan başqa əmlakı icarəyə götürə bilərlər. Icarəçilər qanunvericilikdə müəyyən olunmuş qaydada və miqdarda öz gəlirlərindən dövlət sığorta fonduna vəsait ayırırlar. Icarəçilər istehsal olunmuş məhsuk barəsində müstəqil sərəncam verir,istehlakçı ilə razılaşmaya əsasən və ya müstəqil surətdə müəyyən edilmiş qiymətlər və tariflər üzrə işlər görür və xidmətlər göstərirlər. Istehsal edilmiş məhsul respublikanın ərazisində sərbəst surətdə satılır. Respublika hüdudlarından kənara məhsul qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.

Icarəçi məhsulun (işlərin,xidmətlərin)satış qiymətindən icarə haqqını,vergiləri və bankın borcları üzrə faizləri(tədiyyələri)ödədikdən sonra onun barəsində müstəqil sərəncam verir.

Icarəçinin pul vəsaitləri ilə əməliyyatları üçün banklarda hesab aömaq imkanı vardır. Onun kredit hesablaşma əməliyyatlarını həyata keçirmək üçün istənilən bankı müstəqil sürtdə seçmək hüququ vardır.

Icarəçilər istehsalı geniçləndirmək məqsadilə bank təşkilatlarından müəyyənləşdirilmiş şərtlərlə qısamüddətli və uzunmüddətli kreditlər ala bilərlər.

Icarə münasibətlərinin tənzimlənməsində və qaydaya salınmasında “ Torpaq icarəsi haqqında ” Az. Res.nın 11 dekabr 1998 ci il tarixili qanununun rolu və əhəmiyyəti böyükdür.

Bu qanun Az. Res.da dövlət,bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir.

Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqda müddətli istifadə etməkdir.

Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət,bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Az. Res.da “Torpaq icarəsi haqqında ”qanunla müəyyənləşdirilən icarə münsibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin istifadəsinə bir qayda olaraq icarə əsasında verilir.

Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər:



    • dağ-mədən sənayesinin,ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının ,magistral boru kəmərlərinin,sənaye,rabitə,energetika,mühüm meliorasiya və su təsərrüfatı obyektlərininyerləşdiyi torpaqlar;

    • meşə fondu torpaqları;

    • xəzər dənizinin Az. Res na mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları;

    • yay və qış otlaqlarının torpaqları;

    • dövlət elmi-tədqiqat və tədris müəssisələrinin,onların təcrübə bazalarının,maşın –sınaq stansiyalarının,dövlət sort-sınaq,baytarlıq,bitki mühafizəsi,bitki karantini xidmətlərinin,toxumçuluq və damazlıq müəssisələrinin torpaqları;

    • sağlamlaşdırma və isirahət (rekreasiya)təyinatlı torpaqlar;

    • dövlət müəssisələrinin,idarə və təşkilatlarının yerləşdirdiyi və ya dövlət obyektlərinin tikintisi,layihələşdirilmiş torpaqlar;

Bələdiyyə mülkiyyətində olan aşağıdakıtorpaqlar icarəyə verilə bilər:

-ehtiyat fondu torpaqları;

-fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar.

“Torpaq icarəsi haqqında” Az. Res.nın qanunu icarə münasibətləri subyektləri dairəsini daha da dəqiq müəyyənləşdirmişdir bu normativ hüquqi aktın 8 ci maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin subyektləri Az. Res.,bələdiyyələr,Az. Res.nın hüquqi şəəxsləri və vətəndaşların ,habelə əcnəbilər və vətəndaşlığı olnayan şəxslər,beynəlxalq birliklər və təşkilatlar,habelə xarici investorlara məxsus müəssisələr və xarici dövlətlərdir.

Az. Res adından icarə münasibətlərində öz səlahiyyələri daxilidə müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr icarə münasibətlərində Az. Res.nın qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Az. Res.nın hüquqi şəxsləri və vətəndaşların icarə münasibətlərində icarəyə verənlər və icarəçilər kimi iştirak edirlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,xarici hüquqi şəxslər,beynəlxalq birliklər və təşkilatlar,habelə xarici investorlara məxsus müəssisələr və xarici dövlətlər icarə münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi çıxış edə bilərlər.


TORPAQLARIN İCARƏYƏ VERİLMƏSİ ŞƏRTLƏRİ.

Torpaqlar icarəyə verilərkənaşağıdakı şərtlərə əməl edilir:



    • ərazinin təbii-coğrafi şəraitinin,torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin,qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması;

    • dövlət və bələdiyyə torpaqlarının icarəyə verilməsində torpaq qanunvericiliyində nəzərdə tutulmuş növbəliliyə əməl edilməsi;

    • torpaqların təyinatı üzrə istifadə edilməsi ;

    • torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi;

    • torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi;

    • k/tı təyinatlı torpaqların mühafizəsi,keyfiyyətinin və münbitliyinin qorunması,bərpası və yaxşılışdırılmasının təmin edilməsi.

TORPAQLARININ İCARƏYƏ VERİLMƏSİNİN ÜMUMİ QAYDALARI.

Az. Res.da torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı(razılığı) ilə bilavasitə,torpaq müsaiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyinin ərizəsi,icarəyə verilən torpaq sahəsi qanuni isifadədə olduqda isə torpaq isifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının(Dövlət Torpaq və Xəritə çəkmə Komitəsivə İqisadi İnkişat Nazirliyi)rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.

Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyə verən və icarəçi arasında bağlanmış və notorial qaydada təsdiq edilmiş müqavilə əsasında həyəta keçirilir.

Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərrracları vasitəsilə icarəyə verrilə bilər.

Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq yerli icra hakimiyyəti orqanı həyata keçirir.

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Torpaq müsabiqələrinin və ya hərraclarının həyata keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyə verənlə icarə müqaviləsi bağlayır. Icarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur.

Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və harraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanları müəyyən edir.

Az. Res.da torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə uzunmüddətə və qısamüddətə verilir. Torpağın qısamüddətli icarəsi- 15ilədək,uzunmüddətli icarəsi isə- 15 ildən 99ilədək müəyyən oluna bilər.

Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.

Icarəyə verən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Icarəyə verən torpaq vergisi tədiyəçisi olmadıqda,icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından,sahəsindən,coğrafi məkanından,keyfiyyətindən asılı olaraq Az. Res. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti,torpaq vergisi,habelə tələb və təklif nəzərə alınmalıdır.

Dövlət və bələdiyyə mülkiyyətində olan k/tı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda icarə haqqı gözəştli tətbiq edilə bilər.

K/t.na az yararlı və yararsız torpaqlar k/tı ehtiyacları üçün icarəyə verildikdə torpaq qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlar tətbiq olunur.

Icarə haqqı tərəflərin razılığı ilə pul,natura və ya qarışıq formalarda müəyyən edilə bilər.

Icarəyə verilmiş dövlə və bələdiyyə torpaqları,habelə xüsusi mülkiyyətdə olan torpaqlar Az. Res. Qanunvericiliyində nəzərdə tutulmuş qaydada,icarə müddəti qurtarmamış dövlət,bələdiyyə və ya ictimai ehtiyaclar üçün geri alına bilər. Icarəyə verilmiş torpaqların geri alınması icarəçilərin razılığı ilə həmin torpaqları verən müvafiq icra hakimiyyəti orqanının,bələdiyyənin və məcburi qaydada məhkəmənin qərarı ilə həyata keçirilir. Torpaq sahəsi dövlət,bələdiyyə və ya ictimai ehtiyaclar üçün geri alındıqda,onun əvəzində icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq sahəsi verilə bilər.

Torpaq sahəsi geri alınarkən icarəçinin həmin sahəyə çəkdiyi xərclər qanunvericilikdə müəyyən olunmuş qaydada ödənilməlidir.

“Torpaq icarəsi haqqında” qanunda icarəyə verənin və icarəçinin hüquqlarını və vəzifələrini,icarə zamanı mülkiyyət münasibətlərini tənzimləyən,habelə torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən və mübahisələrin həlli qaydalarını müəyyən edən normalar təsbit olunmuşdur.

Torpaq sahələrinin icarəsi ilə bağlı münasibətlərin tənzimlənməsində 25 iyun 1999 cu il tarixində qəbul edilmiş Az. Res.nın Torpaq Məcəlləsi xüsusi əhəmiyyət kəsb edir. Bu Məcəllə ayrı-ayrı kateqoriyadan olan torpq sahələrinin icarəyə verilməsi qaydalarını müəyyənləşdirir. Torpaq Məcəlləsinin 51ci maddəsinə müvafiq olaraq dövlət və bələdiyyə torpaqları mənfəət etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə bir qayda olaraq icarə əsasında verilir. Torpağı istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağı istifadəçisi onu icarəyə verə bilər. Icarə müddəti tamam olanadək icarəşi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri icarəyə(və istifadəyə) verilərkən onlara dair aşağıdakı öhtəliklər və məhdudiyyətlər qoyula bilər:

- torpaq sahəsinin subicarəyə verilməsinin qadağan edilməsi.

-təbiyətqoruyucu təlblərə əməl edilmesi ,torpaq sahəsində heyvanlar aleminin qorunması,torpağın münbit qatının,nadir bitkilərin,təbiət,geoloji,tarixi-mədəniyyət abidələrinin,arxeoloji obyektlərin saxlanması,

-verilmiş torpaq sahəsində ovçuluq,balıqçılıq və ya cır meyvələrin toplanması məqsədləri üçün müəyyən edilmiş qaydada və müddətəd istifadəsinə icazə verilməsi;

-vəhşi heyvanların təbii məskunlaşma mühitinin və miqrasiya yollarının saxlanması və s.

Icarəyə(və istifadəyə) verilmiş (habelə xüsusi mülkiyyəə satılmış ) torpaq sahəsinə dair qoyulan öhtəliklər və məhdudiyyətlər müvafiq müqavilə ilə və ya məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

Torpaq sahəsinə qoyulan öhtəliklər və məhdudiyyətlər onun hüquqi statusuna daxil edilməklə dövlət qeydiyyatdan keçirilir. Torpaq sahəsi üzərində icarə (mülkiyyət və istifadə) hüquqları başqa şəxsə keçdikdə həmin öhtəliklər və məhdudiyyətlər saxlanılır.

1 sentyabr 2000 ci ildən Az. Res.nın Mülki Məcəlləsi qüvvəyə minmişdir. Məcəllənin 34cü fəsli “İcarə” adlanır və orada icarə haqqında ümumi müddəalar və bəzi əmlak obyektlərinin icarəsi qaydaları ifadə edilmişdir.

Qeyd etmək lazımdır ki,Mülki Mcəllə icarəyə verilən əmlak növləri dairəsini məhdudlaşdırır. Icarə predmeti MM-yə görə torpaq sahələri,binalar,daşınar əşyalar,hüquqlar və müəssisələr ola bilər,yəni istifadə posesində öz təbii xassələrini itirməyən əşyalar icarə müqaviləsinin predmeti hesab olunur.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə