Mövzu Fənnin mahiyyəti və vəzifələri


Lisenziya agentinin mükafatlandırılması



Yüklə 374 Kb.
səhifə11/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
biznes-alaqalari

5.4 Lisenziya agentinin mükafatlandırılması

Lisenziya agentinin mükafatlandırılmasının qayda və ölçüsü onunla müştərinin arasındakı sazişin şərtlərindən asılı olaraq öz üzərinə götürdüyü vəzifələrdən asılıdır. Adətən agentin mükafatlandırılması saziş müddətinin fəaliyyəti dövründə başlayır. Agentin vasitəçiliyi ilə ixtira lisenziyalarının satılmasından əldə edilmiş lisenziya haqqı kimi lisenziar tərəfindən faktiki alınan məbləğdən müəyyən faiz formasında hesablanır. Mükafatlandırma 10-15 % arasında dəyişir. Lisenziya agenti lisenziatın mükafatlandırılmasını və haqqının ödənilməsinin düzgün yerinə yetirilməsinə nəzarət etməyi öz öhdəsinə götürür və mükafatlandırmanın həcmini 40-50 %-ə qədər yüksəlir. Agentlə uzunmüddətli sazişlərin bağlanması zamanı onun xidmətləri bəzən bir ilə yaxud sazişin bütün fəaliyyət müddətinə müəyyən edilmiş məbləğ ödənilir. Lisenziya agentləri kimi ixtisaslaşdırılmış firmalar, eləcə də, vəkil firmaların assosiasiyaları patent işləyib hazırlanması üzrə mühəndis firmaları və s. mövcud ola bilər. Patent-ixtiraçının ixtira hüququnu təsdiq edən şəhadətnamədir və yaxud hər hansı bir fəaliyyətin həyata keçirilməsinə dövlət tərəfindən icazə verilməsini təsdiq edən sənəddir. Patent rüsumu- patent verildikdə dövlət orqanlarının tutduqları məbləğdir.




Mövzu 6. Layihələrin əsaslandırılması üzrə sahibkarlıq fəaliyyəti

6.1 Layihələrin investisiya qabağı tədqiqatları və ekspres qiymətləndirilməsi


6.2 Layihələrin imkanları və texniki- iqtisadi əsaslandırılması
6.3 İnvestisiya qərarlarının qəbul edilməsi
6.4 Layihənin hazırlanması və qiymətləndirilməsi üçün layihə strategiyası


6.1 Layihələrin investisiya qabağı tədqiqatları və ekspres qiymətləndirilməsi

İnvestisiya layihələrinin hazırlanması və realizə olunması prosesində müxtəlif idarəetmə səviyyələrində onların səmərəliliyinin qiymətləndirilməsi üçün tətbiq edilən göstəricilər, meyarlar və metodlar sistemindən istifadə edilir.


İnvestisiyalaşdırmanın məqsədəuyğunluğunu qiymətləndirmək üçün layihənin
investisiya qabağı tədqiqatları mühüm əhəmiyyət kəsb edir. Layihənin investisiya qabağı tədqiqatları bir neçə mərhələdə aparıla bilər.
1. İnvestisiya layihələrinin ümumi məlumatlarına görə layihənin investisiya imkanlarının ekspres qiymətləndirilməsi
2. Layihənin ilkin texniki- iqtisadi əsaslandırılması onun həyata keçirilməsi və səmərəliliyinin bütün məlum olan amillər və məlumatlar əsasında əsaslandırılması
3. Layihələrin qiymətləndirilməsinə görə yekun rəyi və investiyalaşdırma haqqında qərar qəbul edilməsi
Layihələrin investisiya imkanlarının ekspres qiymətləndirilməsi layihəin həyata keçirilməsinin real və rentabelli olmasının aşkar edilməsi məqsədilə aparılır. Ekspres tədqiq ümumi xarakter daşıyır və başlıca olaraq ümumi qiymətləndirməyə əsaslanır. Xərclər üzrə məlumatlar adətən layihə analoqlardan götürülür. Öyrənilmə şərtlərinin xüsusiyyətindən asılı olaraq və ümumi imkanların, ya konkret layihə üçün imkanları və ya hər ikisini nəzərə almaqla tədqiq edilir. Ümumi imkanların tədqiqi dedikdə layihələrin realizə olunduğu ərazi haqqında məlumatların təhlili burada coğrafi və iqtisadi vəziyyət, əhalinin məşğuliyyəti, hər nəfərə düşən gəlir, istehsalın mənimsənilməsi və potensial amilləri, təbii resurslar, onların istifadə edilməsi imkanları və dəyəri, ərazinin infrastrukturu, əsasən nəqliyyat və enerji təchizatı sistemi, buraxılacaq məhsula tələbat və s. Layihənin həyata keçirilməsi üçün tikinti təşkilatlarının gücü, həmin ərazidə reallaşdırılması ilə əlaqədar əlavə xərclər haqqında məlumatların toplanması və təhlili başa düşülür.



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə