Mövzu Mikroiqtisadiyyata giriş


Şəkil 1.3. Bazar mexanizmi



Yüklə 1,15 Mb.
səhifə6/37
tarix18.04.2022
ölçüsü1,15 Mb.
#85574
1   2   3   4   5   6   7   8   9   ...   37
Mikroiqtisadiyyat- mühazirə

Şəkil 1.3. Bazar mexanizmi.

Dövr etmə modeli iqtisadiyyatı iki bölməyə ayırır: ev təsərrüfatı və firmalar. Ev təsərrüfatları öz resursları - əmək, kapital və torpaqdan gəlirlər alır, onu firmalardan əmtəə və xidmətlər almağa istifadə edirlər. Firmalar əmtəə və xidmətlərin satışından aldıqları pulları ev təsərrüfatlarından resurslar almağa sərf edirlər. Məhz ev təsərrüfatları nəyi istehlak etməyə, deməli nə istehsal etməyi həll edirlər. Bu qərarlar firmaların istehsal planlarının əsasını təşkil edir. Firmalar məhdud resurslardan istifadə üzrə öz qərarlarını əlaqələndirməlidir. Nəhayət, ev təsərrüfatları isə istehlak üzrə qərarlarmı əlaqələndirməlidirlər.



Bazar şəraitində əlaqələndirmə vəzifələrini iki növ bazarlar həll edirlər: istehsal resursları bazarları və istehlak nemətləri bazarları. Tələb və təklif modeli sahibkarlıq və ev təsərrüfatları bölmələrinin qarşılıqlı əlaqəsini aydınlaşdırır . Hər iki bölmə əmtəə bazarında alış-satış üzrə qarşılıqlı əlaqədə olduqda model satılan əmtəənin qiyməti və miqdarını təyin edir. Onlar resurslar bazarında alış-satış üzrə qarşılıqlı əlaqədə olduqda resursların qiyməti və miqdarını təyin edirlər.

Qeyd edək ki, hər bir bazar qərarlar qəbul edən iki növ iqtisadi subyektlərə malikdirlər: satıcılar və alıcılar. Bazarda qəbul edilən qərarların əlaqələndirilməsi hər bir nemətin müvazinətli qiyməti və miqdarı ilə təmin edilir. Tələb və təklifin qarşılıqlı əlaqəsinin nəticəsi olan qiymət, ev təsərrüfatları və firmaların qəbul etdikləri qərarların uzlaşdırılmasına lazım olan mühüm informasiyanı verir. Bu informasiya cəmiyyətin resursları bölüşdürülməsi probleminin həllində mühüm əhəmiyyətə malikdir. Birincisi, qiymət istehlakçıların xərclərinin səviyyəsini təyin edərək, onların məsrəflər tərəfindən seçiminə təsir göstərir. İkincisi isə qiymətlərdən istehsalçılara daxil olmaların həcmi asılıdır, bu isə onların iqtisadi qərarlarına fayda tərəfindən təsir edir. Məsələn, çörəyin qiymətinin artması - alıcılara onların istehlakını azaltmağa, firmalara isə çörək bazarında müvazinəti bərpa etmək üçün istehsalın artırılmasına informasiya verir. Makroiqtisadi təhlilin əsasını ümumi milli məhsulun (ÜMM), gəlirlər və xərclərin dövr etmə modeli təşkil edir. Bu modelə yalnız iki iqtisadi agent - ev təsərrüfatları və firmalar daxildir, o iqtisadiyyata dövlətin müdaxiləsini, eləcə də xarici dünya ilə heç bir əlaqəni nəzərdə tutmur. İqtisadiyyat qapalı sistem olduğu üçün bir iqtisadi agentin gəlirləri digərinin xərclərini təşkil edir. Firmaların resurslara xərcləri (və ya onların məsrəfləri) eyni zamanda ev təsərrüfatları üçün əmək haqqı, renta və digər gəlirlərin axınını təşkil edir. Digər tərəfdən, istehlak xərcləri axını firmaların hazır məhsul satışından mədaxilini (və ya gəlirini) formalaşdırır. "Gəlirlər-xərclər" və "resurslar-məhsul" axınları eyni vaxtda əks istiqamətlərdə həyata keçirilir və sonsuz olaraq təkrar olunurlar. Modeldən əsas nəticə ondan ibarətdir ki, firmaların satışının ümumi ölçüsü ev təsərrüfatlarının gəlirlərinin ümumi ölçüsünə bərabərdir. Deməli, o dövlətin müdaxiləsi olmayan qapalı iqtisadiyyatda (yəni xarici dünya ilə heç bir əlaqəsi olmayan) pul ifadəsində ümumi istehsal həcminin ölçüsü, ev təsərrüfatlarının pul gəlirlərinin ümumi ölçüsünə bərabərdir. Dövlətin müdaxiləsi olan açıq iqtisadiyyatda isə dövr etmə modeli bir qədər mürəkkəbdir. Bu halda həmin modelə iki qrup iqtisadi agentlər-dövlət və "qalan" dünya əlavə olunur. Onda göstərilən bərabərlik pozulur, çünki "gəlirlər-xərclər" axınından yığım, vergi ödəmələri və idxal formasında "itgilər" yaranır. "İtgilər" - ölkə daxilində istehsal olunmuş məhsulların alınmasına gəlirin istənilən istifadə edilməməsidir. Eyni zamanda "gəlirlər-xərclər" axınına "ineksiya" formasında investisiya, dövlət xərcləri və ixrac üzrə əlavə vəsaitlər daxil edilir. "İneksiya" ölkə daxilində istehsal edilmiş məhsulların istehlak xərclərinə istənilən əlavələrdir. Ev təsərrüfatlarının xərcləri haqqında qərarları ilə firmaların istehsal üzrə qərarları arasında qarşılıqlı əlaqələr əvvəlki kimi qalsa da, o, mürəkkəbləşir: transfert, subsidiya, vergilər və digər iqtisadi alətlərin köməyi ilə dövlət istehsal, məşğulluq və inflyasiya səviyyələrində dəyişmələri tənzimləyir.

Beləliklə, ev təsərrüfatları və firmaların qərarları (dövlətin qərarı əlavə olunmaqla) iqtisadiyyatda məşğulluğun, qiymətlərin və inflyasiyanın səviyyəsini, eləcədə istehsal olunan əmtəə və xidmətlərin miqdarı, istehsalın artım tempini təyin edir.

Makroiqtisadi problemlər tam məşğulluq, sürətli iqtisadi artım və qiymətlərin stabilliyi təmin olunduğu halda meydana çıxır. Bu problemlərin həlli isə firma və ev təsərrüfatlarının müstəqil qərarlarının qarşılıqlı əlaqəsindən asılıdır. Firmalar və ev təsərrüfatları müstəqil olmalarına baxmayaraq, qarşılıqlı əlaqə vasitəsi ilə bir-birinə təsir edirlər və öz növbəsində hökumətin qərarlarının təsirinə məruz qalırlar. Məhz bu qarşılıqlı əlaqədə makroiqtisadiyyat və mikroiqtisadiyyat bir-birindən köklü fərqlənir. Mikroiqtisadiyyatda müəyyən məhsulun bazarı nəzərdən keçirildikdə istehlakçıların gəlirləri verilmiş qəbul edilir və öyrənilən bazarda məhsul buraxılışından asılı deyildir. Məsələn, əminliklə demək olar ki, tələbin ixtisarı istehsal olunan kompyuterlərin sayını azaldacaqdır. Lakin kompyuter istehsal edən sahədə istehsal və məşğulluğun aşağı düşməsi, gələcəkdə kompyuterlərə tələbə çox az təsir edəcəkdir. Mikroiqtisadiyyat sadəcə olaraq bu qarşılıqlı əlaqəyə az diqqət yetirir. Makroiqtisadiyyat isə əksinə, belə qarşılıqlı əlaqələrə daha çox diqqət verir, çünki bütövlükdə iqtisadiyyat üçün onlar əhəmiyyətlidir. Bütövlükdə iqtisadiyyat üçün firmaların istehsal həcmi haqqında qərarları ev təsərrüfatlarının gəlirlərini və deməli, onların xərclərini də təyin edir. Buna uyğun olaraq ev təsərrüfatlarının nə qədər xərcləmək qərarları firmaların gəlir maddələrini və deməli, onların istehsal amillərinə tələbini təyin edir. Bu qarşılıqlı əlaqələr mikroiqtisadiyyat üçün əhəmiyyətli deyildir, lakin makroiqtisadiyyatın özəyini təşkil edir.

Əsas anlayışlar

İqtisadi fəaliyyət İqtisadi davranış

Mikro və makroiqtisadiyyatın tədqiqat obyektləri

Deduksiya metodu

İnduksiya metodu

Pozitiv yanaşma

Normativ yanaşma

İqtisadi subyektlər

Nemətlər

İqtisadi fəaliyyətlər

Fayda

Məsrəflər



İqtisadi modellər

Firmalar


Ev təsərrüfatları

Dövlət


"Qalan dünya"

Alternativ məsrəflər. İstehsal imkanları əyrisi. İqtisadi sistemlər. Bazar mexanizmi

İqtisadi fəaliyyətin əlaqələndirilməsi

Öz.ünü yoxlama sualları

1. Mikroiqtisadiyyat fənnin tədqiqat obyekti və predmeti

Kursun tədqiqat metodları.

İqtisadi modellər və istehsal imkanları əyrisi

İqtisadiyyatda qarşılıqlı əlaqələndirmə problemləri

Mövzu 2. Tələb, təklif və bazar




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə