Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
1   2   3   4   5   6   7   8   9   10   11

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

11

İnsan  cəmiyyəti  biosferə  təsir  göstərən  və 



ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevril-

mişdir. İnsanın təsərrüfat fəaliyyəti nəticəsin-

də biosferə birbaşa və ya dolayı yolla təsiri 

antropogen  təsir  adlanır.  Antropogen  təsir 

gücünə görə yalnız geoloji proseslə, miqya-

sına görə isə biosferdə baş verən maddələr 

və enerji dövranı ilə müqayisə edilə biər. Cə-

miyyətin yaşaması üçün ilkin bioloji məhsula 

və mineral xammala olan tələbat antropogen 

təsirin mahiyyətini təşkil edir. Həmin tələba-

tı  ödəyən  yeganə  mənbə  kimi  biosfer  çıxış 

edir. 


Təbii sərvətin mənimsənilməsi, emalı və isti-

fadəsi zamanı yaranan tullantılarla ətraf mü-

hitin çirklənməsi biosferə antropogen təsirin 

ekoloji  nəticələridir.  Biosferin  ilkin  və  təkrar 

tullantılarla çirklənməsi müşahidə olunur. 

İlkin tullantılar təbii sərvətin mənimsənilməsi 

nəticəsində istifadə tapmayan, təbii əlaqələri 

pozulmuş biosfer məhsullarının birbaşa qa-

lıqlarından ibarətdir. 

Təbii sərvətin emalı, işlənməsi və istifadəsi 

nəticəsində  yaranan  tullatılar  ikinci  (təkrar) 

adlandırılaraq,  ətraf  mühitin  çirklənməsinə 

səbəb olur. İkinci tullantılar sırasına həm də 

insan tərəfindən sintez edilmiş və təbii eko-

sistemlərə əsas olmayan maddələr aiddir. 

Biosferin  təkrar,  yəni  ikinci  tullantılarla  çirk-

lənməsi daha ağır təzadlar yaradır. 

Çirklənmənin  mahiyyəti  ekosistemin  tərki-

binə  ona  əsas  olmayan  maddə  əşyaların 

daxil edilməsidir. Alman filosofu Hegelin ifa-

dəsinə  görə:  “Təbiətdə  mövcud  olan  bütün 

cisimlər qüdrətli olub, insana müxtəlif şəkildə 

müqavimət  göstərir.  Onları  fəth  etməkdən 

ötrü,  insan  onların  arasında  təbiətin  başqa 

cisimlərini yerləşdirir.” 

Ekosistemə  yad  olan  maddə,  enerji  və 

birləşmələrin  ətraf  mühitə  (atmosferə,  li-

tosferə  və  hidrosferə)  gətirilməsi,  yerləş-

dirilməsi  və  atılması  nəticəsində  mühit 

amillərinin  fiziki  parametrlərinin,  kimyə-

vi  xassələrinin  və  daxili  qanunauyğun-

luqlarının  pozulması  çirklənmə  adlanır. 

Biosferin  çirklənməsi  insan  cəmiyyəti  yara-

nan gündən mövcuddur. Ətraf mühitə antro-

pogen təsirin zəruriliyi irəli gəlir: 

· Cəmiyyətin  ətraf  mühitdən  təcrid  olunmuş 

avtonom  şəkildə  yaşamasının  qeyri-müm-

künlüyündən; 

· Tullantıların və əlavə təsirin aradan qaldırıl-

mamasının  qanunauyğun  xarakter  daşıma-

sından; 

Bu  qanuna  əsasən  təsərrüfat  fəaliyyəti-

nin  bütün  sahələri  tullantıların  yaranması 

və  aradan  qaldırılması,  prinsip  etibarilə, 

qeyri-mümkün  olan  əlavə  təsirlərlə  nəti-

cələnir.  Həmin  tullantılar  və  əlavə  təsirlər 

ya  bir  formadan  digərinə  keçirilə  bilər,  ya 

da hər hansı bir məkanda yerləşdirilə bilər.  

Antropogen  təsirin  yaranması  tarixi  xa-

rakter  daşısa  da,  sənaye  dövrünə  qədər 

(XVIII  əsr)  ətraf  mühitin  çirklənməsi  lo-

kal  yayılaraq  geniş  əraziləri  əhatə  etmir-

di.  Əhalinin  sayının  az,  təbii  sərvətlərin 

isə  bol  olduğu  dövrlərdə  antropogen  təsi-

rin nəticələri də o qədər nəzərə çarpmırdı.  

· Yeni  yaranan  ibtidai  insan  təbiətdə  “həll 

olaraq”  biosferə  adi  bioloji  növ  kimi  təsir 

göstərirdi; 

· Bioloji növ kimi formalaşmış insan (Homo 

sapiens)  intensiv  şəkildə  ovçuluqla  və  bitki 

toplamaqla məşğul olsa da, ekosistemlərdə 

köklü dəyişikliklər yaratmırdı; 

· Əkinçilk  və  heyvandarlığın  yaranması  ilə 

bağlı  biosferə  təsir  intensivləşmişdir.  Geniş 

ərazilərdə mal-qaranın otarılması, meşələrin 

qırılaraq  yandırılması,  çəmənliklərin  şum-

lanması  nəticəsində  əkin  sahələrinin  ge-

nişləndirilməsi  təbii  ekosistemlərin  sıradan 

çıxması və biosferdə tarazlığın pozulması ilə 

nəticələnmişdir. 

Antropogen təsirin sənaye dövrü son 300 ili 

əhatə etməklə kulminasiya həddinə XX əs-

rdə  çatmışdır.  Bu  mərhələdə  biosferdə  bü-

tün  ekoloji  komponentlər  güclü  antropogen 

təsirə məruz qalaraq qlobal ekoloji təzadlar 

yaranmışdır. XVII əsrə qədər biosferdə eko-

loji tarazlıq qlobal şəkildə pozulmamış qalır, 

ətraf  mühitin  çirklənməsi  isə  lokal  xarakter 

daşıyırdı.  Lakin  XVII  əsrdən  başlayaraq 

sənayenin  sürətli  inkişafı  və  onun  törəməsi 

olan  güclü  urbanizasiya  biosferin  sabitliyini 

pozan  başlıca  amilə  çevrilmişdir.  İqtisadiy-

yatın  bütün  sahələrinin,  o  cümlədən  kənd 

təsərrüfatı istehsalının da sənayeləşdirilməsi 

və  iri  şəhərlərin  yaranması  biosferə  antro-

pogen təsiri artırmaqla XX əsrin ortalarından 

başlayaraq ekoloji bəlalar yaratmışdır. 

Biosferə antropogen təsirin nəticələri aşağı-

dakı formalarda özünü biruzə verir: 

· Litosferin strukturunun dəyişdirilməsi, xam 

torpaqların,  çöl  və  çəmənliklərin  əkilmə-

si,  meşə  örtüyünün  məhv  edilərək  geniş 

sahələrin  meşəsizləşdirilməsi,  səhralaşma 

və  bozqırlaşma,  meliorasiya  və  irriqasiya 

işlərinin aparılması, süni su hövzələrinin və 

dəryaçaların yaradılması və s. nəticəsində

· Biosferi  təşkil  edən  komponentlərin 

əlaqələrinin  və  maddələr  mübadiləsinin  ba-

lansının pozulması, faydalı qazıntıların çıxa-

rılması, sənaye və məişət tullantılarının litos-

ferdə toplanması, çirkləndirici maddə və bir-

ləşmələrin atmosferə və hidrosferə atılması, 

quraqlaşma və s. nəticəsində; 

· Yer kürəsinin ayrı-ayrı regionlarında və pla-

netdə  bütövlükdə  enerji,  o  cümlədən  istilik 

balansının  pozulması:  atmosferdə  karbon 

qazının (CO2) qatılığının artması nəticəsin-

də  “parnik”  (istixana)  effektinin  yaranması, 

iqlimin  istiləşməsi,  ozon  təbəqəsinin  deqra-

dasiyaya  uğraması  üzündən  dəliklərin  açıl-

ması və s. nəticəsində; 

· Biotanın (bitki və heyvanlar aləminin məc-

musu) dəyişdirilməsi: bir çox bitki və heyvan 

növlərinin məhv edilərək itirilməsi, yeni hey-

van cinslərinin və bitki sortlarının yaradılma-

sı, bioloji müxtəlifliyin sıradan çıxması, ətraf 

mühitdə  (torpaq,  su,  hava)  arzuolunmayan 

biogenlərin  və  hansısa  ərazidə  yeni  orqa-

nizmlərin  peyda  olması,  kənd  təsərrüfatı 

bitkilərinin və mal-qaranın infeksion və para-

zitar xəstəlik törədicilərinin və ziyanvericilə-

rinin yayılması, mikrobioloji çirklənmə və s. 

Hal-hazırda 200-ə qədər təbii sərvətdən is-

tifadə  olunur.  Müasir  texnologiyanın  təkmil-

ləşməməsi, mineral xammalın tam emalı və 

istifadəsini təmin etmir. Onun əksər hissəsi 

tullantı şəklində təbiətə qaytarılır. Bəzi mən-

bələrə görə, istehsal olunan məhsul istifadə 

olunan xammalın yalnız 1-2%-ni təşkil edir, 

yerdə qalanı isə tullantıya gedir. Bu fakt ətraf 

mühitin  çirkənməsini  təsdiqləməklə  yanaşı, 

təbii sərvətdən qeyri-rasional istifadəyə mü-

nasibətin olmasını, qənaətedici yanaşmanın 

yaranmamasını göstərir. 

Elmi-texniki  tərəqqinin  inkişaf  səviyyəsi  bu 

gün 10 milyona yaxın maddə sintez etməyə 

imkan verir. Ümumdünya Səhiyyə Təşkilatı-

nın məlumatlarına əsasən hazırda 500 minə 

yaxın kimyəvi birləşmə praktiki tətbiqini tapır. 

Onlardan 40 minə yaxın birləşmə insan üçün 

zərərli,12 mini isə tosik hesab olunur. 

Biosferin  antropogen  çirklənməsinə  əsasən 

sənaye,  energetika  və  nəqliyyat  vasitələ-

ri (birlikdə 76%) səbəb olur. Onların iştirakı 

təşkil edir: sənaye – 38%; energetika – 22%; 

nəqliyyat  vasitələri  –  16%;  kənd  təsərrüfatı 

– 14%; məişət tullantıları – 7%; digər mən-

bələr – 3%. 

Biosferə  antropogen  təsirin  nəticələri  və 

miqyası  (1  ildə):  Yerin  təkindən  300  mlrd. 

Ton mineral sərvət çıxarılır; o cümlədən, 100 

mlrd.  ton  dəmir  filizi;  tikinti  və  dağ-mədən 

işləri zamanı 4 min km2 qrunt və suxur da-

şınır; 800 mln. ton metal əridilir; 50-70 mln. 

km2  torpaq  səhralaşma,  şoranlaşma,  tikinti 

və s. nəticəsində itirilir; 18 mln. hektar meşə 

sahəsi məhv edilir; minə yaxın bitki və hey-

van növü itirilir; Dünya okeanına 10 mln. ton 

neft  məhsulları  düşərək  onu  çirkləndirir;  7 

mlrd. ton şərti yanacaq yandırılır; 4 mln. ton 

pestisid istifadə olunur; 30 mlrd. ton sənaye 

və məişət tullantıları bərk, maye və qaz ha-

lında atmosferə, hidrosferə və litosferə atıla-

raq biosferi çirkləndirir. 

Böyük şəhərlərin böyük də ekoloji problem-

ləri  mövcuddur.  İri  şəhərlərin  yaranmasına 

sənayenin inkişafı, urbanizasiya və demoq-

rafik partlayış başlıca səbəb olmuşdur. 

Demoqrafik  partlayış  planetimizdə  əhalinin 

sayının  sürətli  artımı  deməkdir.  Başlanğıcı 

XVIII-XIX əsrlərdə müşahidə olunmaqla XX 

əsrdə əsl sıçrayışa – demoqrafik partlayışa 

çevrilmişdir.  Buna  başlıca  səbəblərdən  biri 

əhalinin  təbii  artım  göstəricisinin  dəyişmə-

sidir. Qədim dövrlərdən əhalinin təbii artımı 

0.1  %  təşkil  edirdisə,  bu  göstərici  XX əsrin 

ikinci yarısında artıq 2%-ə çatmışdır. 

Eramızın başlanğıcında Yer kürəsində əhali-

nin sayı 0.3 mlrd. nəfər olub, XVIII əsrin sonu 

XIX  əsrin  əvvəllərində  1.0  mlrd.-dan  1.65 

mlrd.  nəfərə  çataraq  bu  göstərici  XX  əsrin 

sonunda 6 mlrd. nəfər təşkil etmişdir. Belə-

liklə,  eramızın  əvvəlindən  XVIII  əsrə  kimi 

əhalinin  sayı  4  dəfə,  XX  əsrin  əvvəlində  6 

dəfə və XX əsrin sonunda 24 dəfə artmışdır. 

Əhalinin intensiv artımı XX əsrdə müşahidə 

olunur. Belə ki, əgər eramızın əvvəlindən XX 

əsrin əvvəlinə kimi olan dövrdə Yer kürəsin-

də əhalinin sayı 6 dəfə artmışdırsa da, təkcə 

XX əsrdə artım 4 dəfə təşkil etmişdir. Mütləq 

artım XX əsrə qədər 1.40 mlrd. nəfər, XX əs-

rdə isə 4.35 mlrd. nəfər təşkil edir. 

XXI əsrin sonunda dünya əhalisinin sayının 

12-13 mlrd. təşkil edəcəyi proqnazlaşdırır. 

Sənayenin  inkişafı  ilə  bağlı  iri  şəhərlər  ya-

ranmağa  başladı.  Həmin  şəhərlərin  əhalisi 

kənd  yerində  yaşayan  əhalinin  hesabına 

formalaşırdı.  Şəhərlər  inkişaf  etdikcə  kənd 

əhalisinin şəhərə axını (urbanizasiyası) güc-

ləndirdi.  Nəticədə  şəhər  və  kənd  əhalisinin 

sayında  qeyri-bərabərlik  yaranmışdır  və  bu 

gün əhalinin yarıdan çoxu şəhərlərdə məs-

kunlaşmışdır. Bəzi inkişaf etmiş ölkələrdə bu 

göstərici 80%-dən çoxdur. 

Ətaf  mühitin  çirklənməsində  və  biosferin 

deqradasiyaya  uğramasında  iri  şəhərlər 

əsas yer tutur. Bununla bərabər, iri şəhərlə-

rin özünəməxsus ekoloji problemləri də möv-

cuddur. Ətraf mühiti çirkləndirən əsas mən-

bələr – sənaye, energetika və nəqliyyat va-

sitələri şəhərlərdə cəmləşmişdir. Şəhərin so-

sial-iqtisadi problemlərinin həllinə xidmət et-

məklə bərabər onun ekoloji durumunun gər-

ginləşməsinə  səbəb  olurlar.  Digər  problem 

şəhərin həyat fəaliyyəti təchizatı və onun nə-

ticələri ilə bağlıdır. Şəhər əhalisinin ərzaq, su 

və s. ilə təchizatı problemi ilə yanaşı, məişət 

tullantıları da əsl ekoloji bəlaya çevrilmişdir.  

İnkişaf etmiş ölkələrdə əhalisinin sayı 1 mln. 

nəfər  olan  şəhərin  suya,  ərzağa  və  yana-

cağa olan sutkalıq tələbatı yüksək olsa da, 

bunların  müqabilində  yaranan  tullantıların 

miqdarı düşünməyə daha çox vadar edir. 

Əhalisi 1 mln. nəfər olan şəhər sutka ərzində 

500 min ton çirkab su, 2 min ton bərk tullantı 

və  1.9  min  ton  müxtəlif  aqreqat  halında  və 

kimyəvi tərkibdə atmosferi çirkləndirən mad-

də yaradır. 

Mənşəyinə görə çirklənmə bölünür: təbii-tə-

biətdə müşahidə olunan hadisə və proseslə-

rin  nəticəsində  yaranır  (vulkan  püskürməsi, 

sel hadisələri, meteoritlərin atmosferin Yerə 

yaxn  təbəqələrinə  daxil  olması,  meşə  yan-

ğınları və s.); antropogen – insanın fəaliyyəti 

ilə bağlı bütün çirklənmələr. 

Çirklənmə  obyektinə  görə:  suyun;  atmos-

ferin;  torpağın;  təbii  landşaftın  çirklənməsi. 

Əhatə etdiyi əraziyə - miqayasına görə: lo-

kal  kiçik  əraziləri  əhatə  etməklə,məhdud, 

yerli  xarakter  daşıyır;  regional-ölkə  daxilin-

də  ərazinin  hər  hansı  hissəsini  əhatə  edir; 

transsərhəd – bir neçə ölkənin ərazisinə aid 

edilir (Kür çayının, Xəzər dənizinin və s. çirk-

lənməməsi); qlobal ölkələr çərçivəsindən kə-

nara çıxaraq bütün sivilizasiya üçün təhlükə 

yaradır (Dünya okeanının çirklənməsi, ozon 

təbəqəsinin deqradasiyaya uğraması və s.). 

Çirklənmə  yaranma  mənbəyinə  və  növünə 

görə fiziki, kimyəvi, bioloji və biotik olub təs-

nifatı daha çox elmi-praktiki əhəmiyyət kəsb 

edir. 

Fiziki  çirklənmə  mühitin  istilik-energetik, 



elektromaqnit,  dalğa,  radioaktiv  şüalan-

mavə  s.  parametrlərinin  normadan  kənara 

çıxmasında  müşahidə  olunur:  istlik  (termal) 

çirklənmə - metallurgiya sənayesində, istilik 

elektrik  stansiyalarında  və  s.  qızdırılması 

hava kütləsinin atmosferə buraxılması və isti 

suyun  hidrosferə  axıdılması  zamanı  müşa-

hidə  olunur;  elektromaqnit  şüalanma  (EM-

Ş)-mühitin  təbii  elektromaqnit  xassələrinin 

dəyişdirilməsi  nəticəsində  baş  verir,  əsas 

mənbə  kimi  müxtəlif  teleradio  qurğularının 

yaratdığı  elektromaqnit  şüaları  çıxış  edir.  

Radioaktiv  çirklənmə  -  mühitdə  radioaktiv 

şüalanmanın  miqdarının  təbii  fonu  keçməsi 

nəticəsində yaranır. 

Radioaktiv  və  elektromaqnit  şüalanmaları 

ən  təhlükəli  çirklənmə  növləri  olub,  insanla 

bərabər bütün canlı aləmə (biosenoza) güclü 

təsir göstərir. 

Kimyəvi  çirklənmələrin  əsas  mənbələri  sə-

naye,  energetika,  nəqliyyat  vasitələri  və 

kənd təsərrüfatı istehsalı olub, çirkləndiricilə-

rin tərkibi çox geniş diapazona malikdir: kar-

bon  birləşmələri;  kükürd  birləşmələri;  azot 

birləşmələri; karbohidrogen məhsulları; ftor-

lu birləşmələr; ağır metallar; pestisidlər; üzvi 

metal  birləşmələri;  mərgümüş  birləşmələr; 

yuycu  maddələr;  plastik  kütlə;  aerozollar; 

sintez  olunmuş  üzvi  maddələr;  radioaktiv 

elementlər  (bəzi  mənbələrdə  fiziki  çirklən-

məyə aid edilir) və s. 

Biosferin  çirklənməsində  kənd  təsərrüfatı-

nın  intensivləşdirilməsi  (sənayeləşdirilməsi) 

sayəsində kimyanın – gübrə və pestisidlərin 

tətbiqi  xüsusi  yer  tutur.  Miqyasına  və  törət-

dikləri təzadlara görə sənayedən sonra ikinci 

yerdə durur. 

Qəzənfər Əliyev,

AMEA Şəki Regional Elmi Mərkəzi 

Genofond və bitki biomüxtəlifliyi şöbəsinin rəhbəri, 

biologiya üzra fzlszfz doktoru

ANTROPOGEN

 TƏSİR VƏ ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə