Mrmg №22 Human Rights Monitoring Group of Ethnic Minorities m üvəkkil



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix01.02.2018
ölçüsü0,51 Mb.
#23319
1   2   3   4   5   6   7   8   9   10   11

  MRMG №22

Human Rights Monitoring Group of Ethnic Minorities

M

üvəkkil

9

kömrükçülərin  davranış  qaydalarına  qə-



dər  bu  ölkələrin  iqtisadi  durumunu,  geopo-

litik  maraqlarını,  inzibati  və  məhəlli-etnik 

özünəməxsusluğunu inikas edir. 

Ancaq  Azərbaycan-Gürcüstan  sərhəddində 

mən tamamilə başqa ovqatda idim. Adətən, 

sərhəd keçən insan, sözün həqiqi mənasın-

da,  başqa  bir  dünya  ilə  görüşün,  tanışlığın 

marağında olur. Lakin Azərbaycan Respub-

likasının bütün qonşu dövlətlərlə sərhəd-ke-

çid məntəqələrindən o tayda bizi heç bir hal-

da başqa bir dünya – yad ölkə gözləmir. İstər 

şimalda  Rusiya  ilə  sərhədin,  istər  cənubda 

İran ilə sərhədin, istərsə də qərbdə Gürcüs-

tan ilə sərhədin  o tayında başqa  bir dünya 

yox, bizim qərib dünyamız, qərib vətənimiz 

var. Bizim üçün sərhədlərimizin bu tayı vətən 

olduğu kimi, o tayı da, sözün hər bir məna-

sında, vətəndir. İndi bu sərhədi keçərkən də 

o hissə köklənmişdim ki, oyaq başla ayağım 

dəymədiyi  vətənimi,  bədii  əsərlərdə  bir  et-

noqrafik  fenomen  kimi  təsvir  olunmuş  mö-

cüzə yurdumu görəcəyəm.

Hələ çox illər bundan öncə yazıçı Anarın ya-

zıçı Mövlud Süleymanlı ilə Borçalıya ilə etdi-

yi səfərin təəssüratlarını oxuyarkən heyrətə 

gəlmişdim. Anar bölgənin etnoqrafik lövhələ-

rini,  dialekt  xüsusiyyətlərini  o  qədər  kolorit-

li  təsvir  etmişdi  ki,  məndə  bu  dialekti  canlı 

eşitmək arzusu yaranmışdı. Təbii ki, Bakıda 

Borçalı  dialektini  tələbəlikdən  üzü  bəri  çox 

eşitmişdim. Ancaq bu, canlı dialektin (dialekt 

həyatının, mühitinin) özü yox, qırıntıları idi.

Sərhədi  keçən  kimi  Gürcüstan  Dövlət  Yol 

Polisinin  əməkdaşları  Elbrusu  nə  üçünsə 

cərimələyirlər.  Polislə  bir  neçə  dəqiqəlik 

söhbətdə Elbrus əsəbləşir. Mən gürcü dilini 

bilmirəm. Lakin təəccüblənirəm. Buna səbəb 

o olur ki, axı özü hüquq müdafiəçisi olan Elb-

rus nəyə görə düzgün və rüşvətsiz işləmələri 

haqqında Azərbaycanda istər xalq arasında, 

istərsə  də  mətbuatda  əfsanələr  danışılan 

gürcü  yol  polisləri  ilə  mübahisə  edir?!  Mən 

də bu miflərin daşıyıcısı kimi, az qala, yol po-

lisinin tərəfində olub, Elbrusun xərcə düşmə-

sindən  təəssüflənsəm  də,  ürəyimdə  polislə 

həmfikirlik  edirəm.  Hətta  ürəyimdən  keçir 

ki, bu cəriməni özüm ödəyim və bununla da 

əfsanəvi Gürcüstan demokratiyasını öz üzə-

rimdə canlı aprobasiyadan keçirim. Cərimə-

nin  qiymətini  və  Elbrusun  əsəbləşməyinin 

səbəbini soruşuram. «Boş şeydir, özün hər 

şeyi görəcəksən», – deyir.

Mən, doğrudan da, çox şey gördüm. Ən baş-

lıcası, demokratiyanın hər ölkənin nümunə-

sində bir fərqli nağıl olduğunu da, o cümlə-

dən Gürcüstanda yaşayan həmvətənlərimiz 

üçün  onun  ikili  standartdan  başqa  heç  nə 

olmadığını  da  gördüm.  Bu  ölkədə  onun  öz 

məhəlli siyasi-etnik şərtlərinə uyğun demok-

ratiya,  doğrudan  da,  var,  ancaq  bu  ölkənin 

doğma  sakinləri  olan,  əsrlərdən  bəri  öz 

vətənlərində  yaşayan  azərbaycanlılar  üçün 

– yox.

Tiflisə  gedən  yol  boyunun  mənzərəsi Azər-



baycanın  keçən  əsrin  90-cı  illərini  «təkrar 

edir». Hər yerdə sovet hökumətinin xaraba 

qalmış həyat və məişət izləri: keçmiş kolxoz-

ların  damı-pəncərələri  uçulub  dağılmış, 

xaraba vəziyyətə düşmüş iri binaları, sökü-

lüb-dağılmış  kənd  təsərrüfatı  maşınlarının 

yol qıraqlarına atılıb qalmış qalıqları, qaynaq 

aparatı ilə işləyən ustaların əli ilə primitiv di-

zayn verilmiş mağazalar… və s. Bütün bun-

lar məni, ən azı, 20 il əvvələ aparır.

Ancaq  yol  boyu  geniş  çöllər,  əkin  sahələ-

ri,  heyvan  sürüləri  həyatın  heç  vaxt  dəyiş-

məyən ilahi ritmindən soraq verir. Lakin bü-

tün  bu  torpaqların  heç  biri  onun  əsl  sahibi 

olan azərbaycanlıların deyil. Torpaq bölgüsü 

zamanı  hökumət  elə  bir  «demokratik»  böl-

gü  aparmışdır  ki,  azərbaycanlılar  tarixi  və 

hüquqi  baxımdan  onlara  məxsus  olan  tor-

paqları ala bilməmiş, əvəzində bu torpaqlar 

məhz «demokratik» fırıldaqlar yolu ilə gürcü 

sahibkarların  əlinə  keçmiş,  bu  torpağın  əsl 

sakinləri  olan  azərbaycanlıların  şikayət  və 

harayını Gürcüstan demokratiyasının qulaq-

ları «eşitməmişdir». İndi azərbaycanlı kəndli 

öz  torpağını  bu  torpağın  dilini  hər  mənada 

bilməyən, onu əkib-becərməkdən xəbəri ol-

mayan  gürcü  sahibkardan  ədalətsiz  şərtlər 

altında icarəyə götürməli olur.

Gürcü «demokratiyasının» daha bir üzü özü-

nü  azərbaycanların  tarixinə,  mədəniyyətinə 

münasibətdə ifadə edir. Hər yerdə Azərbay-

can  türkünün  bu  torpaqdakı  alın  (tale)  ya-

zısını  –  yer  adlarını  dəyişdirir,  gürcü  adları 

ilə əvəz edir və bununla da Azərbaycan tür-

künün bu torpaqdakı tarixini hər vəchlə ca-

vanlaşdırmağa  çalışırlar.  Hətta Azərbaycan 

türkünün  bu  ölkədə  kökləri  çox  qədimlərə 

dayanan  tarixi  VIII-XIV  əsrləri  əhatə  edən 

qədim  gürcüdilli  yazılı  mənbələrdə  saysız 

türkizmlərlə inkarolunmaz şəkildə təsdiq və 

sübut olunmasına baxmayaraq, bu tarix ba-

yağı şəkildə saxtalaşdırılır, onun XVIII əsrin 

ortalarından  başlanması,  yəni  Azərbaycan 

türklərinin  bu  torpaqda  cəmi  250  illik  tarixə 

malik olmaları göstərilir. Bunun tragikomedik 

tərəfləri ondadır ki, bu saxta (250 illik) «Azər-

baycan tarixi» ərazisində beş əsr bundan əv-

vələ aid Şah Abbas məscidi kimi möhtəşəm 

abidə olan bir dövlətin rəsmi dövlət saytına 

da qoyulur.

Azərbaycan dilinin yazılı qaynaqlara qədər-

ki  dövrü  haqqında  qədim  erməni  və  gür-

cü  mənbələri  əsasında  aparılmış  kollektiv 

tədqiqatda  prof.  Vaqif  Aslanov  göstərir  ki, 

ümumi  Azərbaycan-Qafqaz  dil  əlaqələrinin 

ayrılmaz  hissəsi  olan Azərbaycan-gürcü  dil 

əlaqələri  erkən  orta  əsrlərdən  yaranmağa 

başlayıb. Qeyd etmək lazımdır ki, bu əlaqə 

Kartli  ərazisində  çoxtərəfli  olub:  xüsusilə 

antik dövrdə İberiya adlanan Şərqi Gürcüs-

tanın öz türkdilli əhalisi ilə dil əlaqələri; qon-

şularla – azərbaycanlılarla və Türkiyə türkləri 

ilə dil əlaqələri. Bu, VIII-XIV əsrlərə aid gür-

cü yazılı abidələrində mövcud olan və həmin 

dövrdə  türkdilli  etnosun  Zaqafqaziyadakı 

varlığına  şahidlik  edən  məlumatlarla  təsdiq 

olunur. Məsələn, əsas mətni VII əsrin 40-cı 

illərindən  bəhs  edən  hadisələrlə  tamamla-

nan «Moktsevay Kartlisay» Kartlidə Kür çayı 

boyunca  yaşayan  buntürklərdən  bəhs  edir. 

Yenə  də  həmin  mənbədə  627/628-ci  illər-

də  bizanslıların  və  xəzərlərin  Azərbaycana 

(başqa sözlə – Aran-Alvana) və Gürcüstana 

(başqa  sözlə  –  Kartliyə)  yürüşü  və  Tiflisin 

xəzər  sərkərdəsi  (xəzərlərin  özü  tərəfindən 

Cibqu  adlandırılan  vitse-xaqan)  tərəfindən 

mühasirəyə alınması haqqında danışılır. 

Bütün bu gerçəklər fonunda Azərbaycan-türk 

tarixinə  münasibətdə  qeyri-obyektiv  mövqe 

tutan müasir Gürcüstanda azərbaycanlılara 

aid orta məktəblərdə Azərbaycan dili və ta-

rixinin tədrisi bütün vasitələrlə məhdudlaşdı-

rılır və aradan qaldırılmağa çalışılır. Məqsəd 

Azərbaycan-türk  tarixinin  izlərini  bu  topaq-

dan silməkdir. Ancaq bu siyasətin müəllifləri 

böyük  türk  həqiqətinə  göz  yummaqla  tarixi 

səhvə  yol  verir  və  bununla  da  özlərini  çox 

acınacaqlı perspektivə yönəldirlər. 

Gürcüstanda türkün tarixini silməyə cəhd et-

mək, əslində, gürcü etnosunun ayağının al-

tını qazımaq, onun inkişafına zərbə vurmaq 

deməkdir. Gürcülər, o cümlədən bu torpağın 

başqa qafqazdilli sakinləri daim türk-müsəl-

man  dünyasının  etnik  enerjisindən  qidala-

nıblar.  Türk  sıradan  bir  xalq  yox,  Avrasiya 

materikinin  siyasi-etnik  tarixini  yaradan  və 

yaşadan  əsas  etnoslardan  biridir.  Avropa, 

Asiya və Şimali Afrika qitələrinin tarixini türk 

etnosundan kənarda təsəvvür etmək müm-

kün deyildir. Çünki bu tarixin əsas yaradıcı-

larından biri odur. Bu üç qitənin tarixi daim 

türklərlə nəfəs almışdır. Türk etnosu tarixən 

təbiətin və mədəniyyətin bütün stixial enerji-

sini  özünə  akkumulyasiya  edərək,  superet-

nos səviyyəsinə qalxmış, Avropa və Asiyada 

tarixin  gedişatının  siyasi,  inzibati,  mədəni 

harmoniyasını  müəyyənləşdirmişdir.  Avra-

siyanın  etnokosmik  həyat  alqoritmləri  daim 

türk etnosunun enerjisi ilə qidalanmışdır. Bu 

cəhətdən  türk  etnosu  ilə  hər  hansı  şəkildə 

tarixi ünsiyyətdə olmaq özünü bir etnos kimi 

tükənməz etnokosmik enerji ilə təmin etmək 

deməkdir. Azərbaycan türklərinin Gürcüstan 

oykumenindəki  varlığı,  əslində,  bu  ölkənin 

etnokosmik enerji ilə təminatına xidmət edir. 

Bu  enerji  ilə  təmas  gürcü  milli  kosmosuna 

daimi  sabitlik,  tarazlıq  və  harmoniya  bəxş 

edir.  Çünki  Gürcüstanda  yaşayan  azərbay-

canlılar  özləri  bunu  dərk  edib-etməmələrin-

dən asılı olmayaraq, kökü tarixin dərinliklə-

rinə gedib çıxan sosial ədalət, siyasi harmo-

niya,  psixoloji  yurdsevərlik  keyfiyyətlərinin 

daşıyıcılarıdır.  Bəşər  tarixinin  mutasiyası 

olan erməni kimi bir xalqla qonşuluq edən və 

onun Gürcüstanın varlığı üçün nüvə bomba-

sından da dəhşətli fəlakət olmasını hələ bü-

tün gerçəkliyi ilə anlamayan gürcü xalqının 

azərbaycanlılarla  can  bir  qəlbdə  yaşaması 

bu  ölkənin  tükənməz  etnokosmik  enerji  ilə 

əbədi  təminatı  deməkdir.  Bunu  dərk  etmə-

yib, Azərbaycan-türk etnosunun tarixinə xor 

baxanlar, əslində, Gürcüstanın ayağının altı-

nı bilərəkdən (ermənilər) və ya bilməyərək-

dən böyük bir sürətlə qazmaqdadırlar.

Lakin  Gürcüstanda  etnik  kimliyindən  asılı 

olmayaraq,  bu  həqiqəti  cəmiyyətə  açıq  şə-

kildə çatdıranlar da var. Hüquq müdafiəçisi, 

Azərbaycan,  gürcü,  rus  və  ingilis  dillərində 

savadlı,  öz  fəaliyyətini  bütün  hallarda  bey-

nəlxalq  insan  hüquqları  normalarına  riayət 

etməklə  həyata  keçirən  Elbrus  Məmmədov 

bunlardandır.  O,  əslən  Muğanlıdandır,  san-

ballı  bir  söykökdən  –  Bayram  öyü  nəslin-

dəndir. Bizim bütün səfərimiz məişət qayğı-

larından tutmuş elmi müşahidələrədək onun 

təşkilatçılığı və qayğısı altında baş tutur.

Tiflisdə bizi yerli siyasi həyatda yaxından iş-

tirak edən Əli Babayev də böyük mehriban-

lıqla  qarşılayır.  Elbrus  müəllim  bizi  şəhərin 

özündə  yerləşən  «Avropa»  mehmanxana-

sında yerləşdirir. Əli müəllim bizi dərhal meh-

manxana  ilə  üzbəbüz  binada  yerləşən  ofi-

sinə aparır. Səməd internetə baxır. O, inter-

net, ədəbiyyat, siyasət həvəskarı və hüquq 

peşəkarıdır.  Yeni  məlumatlarsız  yaşaya  və 

internetdən ayrı dura bilmir. Əli müəllim onun 

bu şakərini bildiyi üçün ofisin açarını ona ve-

rir və Səməd Tiflisdə olduğumuz müddətdə 

gecə gəzintilərini çıxmaq şərtilə gecə yarısı-

na qədər internet aləmində yaşayır. 

Bizə hər cür qayğı göstərən Elbrus müəllim 

bütün  rahatlığımızı  təşkil  edəndən  sonra 

onu yola salırıq. Tiflislə baş-başa qalıb, onun 

koloritini  duymaq,  yaddaşıma  yazmaq  istə-

yirəm.

Tiflis  yaddaşıma  iki  cəhəti  ilə  xüsusi  yazıl-



dı:  biri  özünəməxsus  koloriti,  biri  də  qiyabi 

olaraq çoxdan tanıdığım və canlı şəkildə ilk 

dəfə bu şəhərdə tanış olduğum prof. Musa 

Qasımovla.

Tiflis,  demək  olar  ki,  başdan-başa  sovet 

dövründən və ondan əvvəlki dönəmdən qal-

ma  köhnə  binalardan  ibarətdir.  Yeni  tikilən 

binaların  dizaynı  primitivdir.  Bakıda  bu  cür 

binalar  20  il  əvvəl  tikilirdi.  Binaların  üzünə 

çəkilmiş  fasad  emulsiyaları,  hətta  mərkəzi 

küçələrdə sökülüb-dağılmış, üstünə çəkilmiş 

qır qatı qabarmış səkilər burada dövlətin iqti-

sadi durumunun zəif olmasından soraq verir. 

Əsasən qara və qırmızı rənglərin kombina-

siyasına  üstünlük  verən  gürcü  qadınlarının 

və heç kəsə fikir vermədən yol gedən gürcü 

kişilərinin sifəti qayğılıdır. Bu da mənə 90-cı 

illərin Bakısını, insanların tutqun, əsəbi, dü-

şüncəli sifətini xatırladır.

Tiflis Bakıdan tam fərqli şəhərdir. Bakı – iq-

tisadi zənginliyin dünyadakı bütün mümkün 

modellərini öz üzərində sürətlə aprobasiya-

dan keçirən, Şərqi və Qərbi, nəhəng dini si-

vilizasiyaları, ənənələri və yenilikləri, tarixin 

(zamanın) şərqə məxsus təmkinli sükutunu 

və qərbə məxsus coşqun dinamikasını, nor-

maları  və  anormaları  özündə  üzvi  şəkildə 

qovuşduran  meqapolisdir. Adam,  avtomobil 

əlindən tərpənmək olmur. Hər şey bu şəhər-

də sanki qaynayır. Tiflis – sakitdir: adamlar 

da, maşınlar da. Küçələrdə sovet avtomobil-

ləri  azdır.  Xarici  avtomobillərin,  demək  olar 

ki, hamısı 90-cı illərin modelləridir.

Ancaq  Tiflis  yaddaşıma  xüsusilə  başqa  bir 

cəhəti  –  küçələrin  hər  iki  tərəfindən  ucalan 

və yuxarıda qucaqlaşıb onları yaşıl xiyabana 

çevirən hündür ağacları ilə yazıldı. Bu şəhər 

təbiətlə iç-içə, qol-boyundur. Dağlar, ağaclar, 

binalar, yol qırağı sıldırım yonulmuş qayalar-

dan damcılayan şəffaf sular burada ahəng-

dar şəkildə bir-birinə qovuşmuşdur. 

Kilsələr Tiflisə xüsusi kolorit verir. Kilsə də, 

məscid də, sinaqoq da Allahın evləridir. Bu 

evlərdə  bir  cazibə  var:  insanı  hər  zaman 

özünə  cəlb  edir. Təəssüf  ki,  vaxtımızın  qa-

baqcadan tutulmuş qrafiki bizə kilsələri gəz-

məyə  imkan  vermir.  Mənsə  kilsəni  tələsik 

ziyarət  etməyin  tərəfdarı  deyiləm.  Allahın 

evlərində  ilahi  sükut  olur.  İnsan  hansı  dinə 

qulluq etməsindən asılı olmayaraq, bu süku-

ta köklənə bilirsə, qəlbi rahatlaşır, ilahi işıqla 

dolur. Mən hər gün beş namazla Allaha iba-

dət  edən  müsəlmanam.  Müsəlman  harada 

Allahın  evini  (məscidi,  ya  kilsəni)  görürsə, 

qəlbi ilahi şəfqət və həyəcanla dolur. Lakin 

bilirəm ki, Allahın evinə tələsik girib-çıxmaq-

la  bu  ilahi  sükutun  harmoniyasına  köklən-

mək  mümkün  deyil.  Sükutla  görüşü  gələ-

cəyə saxlayıram.

Mehmanxanada  olduğumuz  ilk  axşam  bil-

dik  ki,  deputat  Musa  Qasımov  da  bizimlə 

bir mehmanxanada qalır. Səhər yeməyində 

onunla tanış oluruq. Bir xeyli söhbət edirik. 

Musa Qasımov – Azərbaycan Milli Məclisinin 

deputatı, tarix elmləri doktoru, professordur. 

Çox  ünsiyyətcil  insandır.  Ancaq  məni  hey-

rətə salan başqa bir şey oldu. O, ictimai xa-

dim, tarixçi alim, sürəkli pedaqoji fəaliyyətlə 

məşğul  olan  müəllim  kimi  boş  vaxtı  olma-

yan adamdır. İndi Novruz tətilindən istifadə 

edib,  Gürcüstan  Dövlət  Arxivində  işləməyə 

gəlmişdi. Ermənilərin XIX-XX əsrlər ərzində 

azərbaycanlılara, türklərə və gürcülərə qarşı 

apardıqları fitnəkar siyasəti ifşa edən sənəd-

lər  üzərində  işləyirdi.  Biz  onu  televiziyada-

kı  siyasi  şərhlərindən  çox  yaxşı  tanıyırdıq. 

Ancaq Musa müəllimin gürcü və xarici ölkə 

alimləri ilə də yaxın elmi əlaqələri var. Xarici 

ölkələrdə sanballı elmi kitabları nəşr olunur, 

öz sahəsi üzrə təkcə Qafqaz alimləri arasın-

da deyil, o cümlədən qərb elmi dairələrində 

də nüfuzlu tarixçi ekspert kimi qəbul olunur.

Musa  müəllim  orada  olduğumuz  müddət-

də  hər  axşam  çay  süfrəsi  ətrafında  və  hər 

səhər yemək zamanı bizə arxivdə əldə etdi-

yi maraqlı faktlardan, ermənilərin Qafqazda 

ümumən  türk  xalqlarına  və  gürcülərə  qarşı 

apardığı mənfur siyasətdən və onun bugün-

kü acı nəticələrindən, Rusiyanın və bir sıra 

Avropa ölkələrinin dəstəyi ilə bütün gücü ilə 

davam edən bu siyasətə qarşı gürcülərin və 

azərbaycanlıların  birgə  duruş  gətirə  biləcə-

yindən danışdı.

O,  bizim  buraya  Gürcüstan  azərbaycan-

lılarının  keçirdiyi  Novruz  bayramının  elmi 

müşahidəsini  aparmağa  gəldiyimizi  biləndə 

sevindi. Xəyalları onu keçmişə – Yardımlıda 

uşaqkən  canlı  şəkildə  iştirak  ediyi  Novruz 

bayramına,  çərşənbə  axşamı  oyunlarına 

apardı.  Novruzun  o  bölgə  üçün  xarakterik 

olan adətlərindən söhbət açdı. Biz də fürsə-

ti əldən verməyib, onu Muğanlıdakı Novruz 

bayramına dəvət etdik. Vətənsevər alim bizi 

sındırmadı:  vaxt  tapacağına,  iş  qrafikində 

dəyişiklik edəcəyinə söz verdi.

Mənsə  bu  an  Novruz  fenomeni,  onun  hər 

bir azərbaycanlının mənəviyyat dünyasında 

müstəsna dərəcədə əziz və hörmətli yerinin 

olması  barəsində  düşündüm.  Dəqiq  bilir-

dim  ki,  Musa  müəllimin  dəvəti  qəbul  etmə-

si  bizim  xatirimizə  yox,  Novruz  bayramının 

öz xatirinədir. Öz elmi və siyasi fəaliyyətin-

də  Azərbaycan  və  gürcü  xalqları  arasında 

dostluğu,  qardaşlığı,  mehriban  qonşuluğu, 

siyasi-iqtisadi əməkdaşlığı möhkəmləndirən 

hər bir nöqtəyə həssas məqam kimi xüsusi 

əhəmiyyət verən Musa Qasımov bu ölkədə 

azərbaycanlıları bir etnik toplum kimi minil-

lər boyunca ayaqda saxlayan, onların malik 

olduqları  mənəvi-etnik  dəyərləri  vahid  milli 

sistemdə birləşdirən və bununla da toplumu 

dağılmağa  qoymayan  «Novruz  bayramının 

dəvətini» qəbul etməyə bilməzdi.

Novruz bayramı bəşər sivilizasiyasının möh-

təşəm  hadisəsi  kimi,  doğrudan  da,  nəhəng 

mədəniyyət fenomenidir.



SEYFƏDDİN RZASOY


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə