Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

 
127 
elm. Müasir E., eyni zamanda c
əmiyyətlə  biosfer  arasında 
qarşılıqlı  münasibətləri (təsiri)  haqqında  elm  (yaxud  elmlər 
kompleksi)  kimi  başa  düşülür.  “E.”  anlayışını  elmə  1866-cı  ildə 
alman zooloqu E.Hekkel daxil etmişdir. 
EKOLOJİ KRİZİS (böhran) - müasir qlobal еkoloji krizisi, 
insan c
əmiyyətinin təbiət ilə  münasibətlərində  və  еkoloji 
sistеmdə  tarazlığın  pozulması  kimi, müəyyən  еtmək olar. 
Ekoloji krizis -  b
əşəri tarixə həkk olunmuş, cəmiyyətin ətraf 
mühit
ə  istismarçı  münasibət  praktikası  (təcrübəsi) və  bios-
feranın  özünübərpaetmə  naminə, təbii qaydada biogeo-
kimy
əvi proseslər sisteminin hifs etmə  qabiliyyəti  arasında 
ziddiyy
ətlərin hələ  də  həll  olunmamasının  qanunauyğun 
n
əticəsidir.  Еlmi-tехniki  tərəqqinin, insan kütləsinin sürətlə 
artma
sının,  təbiətə  və  onun sərvətlərinə  istismarçı  münasi-
b
ətinin nəticəsində  təbiətə  insanın  təzyiqini dəfələrlə  artır-
mışdır.  İnsanın  təbiətə  vurduğu  zərər bərpa oluna bilən və 
b
ərpa olunmaz baхımından üç istiqamətdə baş vеrir: 1) ətraf 
mühitin çirkl
əndirilməsi; 2) təbii еhtiyatların tükənməsi; və 3) 
t
əbii mühitin dağıdılması. 
T
əbiət deqradasiya edilir (tənəzzülə  uğrayır),  onunla 
b
ərabər bəşəriyyət deqradasiyaya məruz qalır, bu o deməkdir 
ki, yeni g
ələn nəsillər özlərinin fizioloji və intellektual (zehni) 
nata
mamlığı ilə (nakamlığı ilə) fərqlənəcəklər.  
EKSPANSİYA (latın expansio-yayılma, genişlənmə) – inhi-
sarçı birliklərin və qrupların, bəzi hallarda dövlətlərin hökm-
ranlıq  dairələrini  genişləndirilməsi; istər iqtisadi (misal: 
kapital ixracı, inhisarşılıq), istərsə də qeyri-iqtisadi metodlar-
la (misal: işğaletmə, diplomatik təzyiq) həyata keçirilir. 
EKSPROPRİASİYA  (latın  ex-...dan, ...dən  şəkilçisi və 
proprius-xüsusi) – 1. (hüquq) 
əmlakın (mülkün) dövlət haki-
miyy
əti orqanları tərəfindən məcburi surətdə (əvəzsiz, yaxud 
haqqı  ödənilməklə) özgələşdirilməsi. E. müsadirə  və  ya 
rekvizisiya  formasında  həyata  keçirilir.  Əgər  milliləşdirmə  - 


 
128 
alınmış  əmlakın  (mülkün)  -  dövlət  hesabına  keçirilməsini 
n
əzərdə  tutursa; E.-alınmış  əmlakın  (mülkün)  ya  dövlət 
hesabına  və  ya digər  şəxsin  hesabına  keçirilməsini  nəzərdə 
tutur; 2. ad
ətən dövlət  çevrilişləri, inqilablar nəticəsində  bir 
sosial t
əbəqənin öz əmlakından, hətta əvvəlki sosial mövqein-
d
ən iqtisadi yolla və  ya  zorakılıqla  məhrum etməsi, (misal: 
Böyük  Oktyabr  sosialist  inqilabından  sonra,  dərhal Sovet 
dövl
əti burjua təbəqəsinin  əmlakını  (mülkiyyətini)  –  E. 
etmişdir); 3. ekspropriatorların E. edilməsi qəsbkarların mül-
kiyy
ətindən məhrum edilməsi. 
EKSTREMİZM (rus экстремизм; fransız extrémisme, latın 
ekstremum, ektremus-k
ənar, son hədd, sərhəd sözündən)  – 
sisyas
ətdə, ideologiyada, mübarizədə  ifrat  baxışlara, 
t
ədbirlərə  olan meyl. Mübahisəli məsələlərin, problemlərin 
demokratiyaya, hümanizm
ə  kompromissə  zidd olaraq həll 
etm
əsinə  cəhd. Pluralizmi inkar edərək  –  boykot, tətil, 
blokada, el
əcə də zorkılıq, terror və s. tədbirləri vasitəsilə öz 
mövqeyinin  başqalarına  qəbul etdirilməsi cəhdi.  İqtisadi, 
sosial, milli siyas
ətin yürüdülməsində  buraxılan  qüsur  və 
nöqsanlar, probleml
ərin  vaxtında və  dürüst həll edilməməsi, 
islahatların  gecikdirilməsi (qeyri-effektiv idarəçilik), siyasi 
sistemin v
ə instutların müxtəlif növ deformasiyaya uğraması, 
sosial-iqtisadi, hüquq 
ədalətsizliyi,  ağır  yaşayış  şəraiti, 
insanların yanlış mövqeyi (baxışları) təsiri altına düşməsi və 
s. E.-
nin kökünü qidalandırır. 
ELEKTORAT 
(fransız  electeur-seçirəm)  –  seçici korpusu: 
1. aktiv seçki hüququna (dövl
ətin vətən-daşı  olan,  18  yaş 
h
əddinə  çatan (lakin, müxtəlif ölkələrdə  həmin  yaş  həddi 
f
ərqli ola bilər), fəaliyyət qabiliyyəti olan), yəni seçmək 
hüququna malik olan bütün ölk
ə vətəndaşlarının məcmusu; 2. 
seçkil
ərdə  konkret namizədə  (şəxsə,  bir  qrup  şəxsə, siyasi 
partiyaya, partiyalar blokuna) v
ə  ya konkret ideologiyaya, 
siyasi, sosial-iqtisadi proqrama, mövqey
ə, həmçinin referen-


 
129 
dumda konkret ideologiyaya, siyasi, sosial-iqtisadi proqrama, 
mövqey
ə  öz  seçici səsini verməyə  hazır  olan,  (səsini verən) 
ümumi seçicil
ər  sayının  konkret  nisbət faizi ilə  hesablanan 
(aktiv seçici hüququna malik olan) seçicil
ər məcmusu. Həmin 
E.-
ı şərti olaraq daimi və keçici E. qruplarına bölmək olar. 
EMANSİPASİYA  (latın  emancipatio-hərfi mənası:  ata 
hakimiyy
ətindən  oğlunu  formal  olaraq  azad  edilməsi)  – 
asılılıqdan  və  tabelikdən,  əsarətdən (zülmətdən) alçalmalar-
dan, mövhumatdan (xürafatdan) v
ə bütün əskiliklərdən, köh-
n
əliklərdən azad edilməsi, bərabərhüquqluğun,  sərbəstliyin 
(müst
əqilliyin) verilməsi. Həmin termin bir qayda olaraq
qadınlara  sərbəstlik və  bərabərhüquqluluq verilməsi mövzu-
sunda istifad
ə edilir; qadınların ailə və ictimai təzyiqdən azad 
edilm
əsi,  kişilərlə  bərabər  iqtisadi,  siyasi  hüquqların 
verilm
əsi mənasını daşıyır və buna – “qadınların emansipasi-
yası” deyilir. E.-nın məğzi ondan ibarətdir ki, o (E.), insana 
l
əyaqətli, məziyyətli münasibət göstərilməsini tələb edir, 
insani münasib
ətləri tərənnüm edir. İnsana layiq olan quruluş, 
yalnız  demok-ratiyadır,  hansının  ki,  ali  məqsədi insanlara 
geniş  və  bərabər  hüquqların  verilməsindən, müxtəlif 
t
əhdidlərdən  azad  olunmasından,  insanın  hərtərəfli  inkişaf 
etm
əsindən ötrü hər  cür  şəraitin  yaradılmasından  və  s. 
ibar
ətdir. 
EMİQRASİYA  (latın  emiģrare-çıxıb  getmək)  –  bax 
miqrasiya. 
EMİSSAR (latın emissarius-nümayəndə) – bir sıra təşkilat və 
ya dövl
ət təşkilatı  tərəfindən müəyyən qeyri-rəsmi (çox 
zaman m
əxfi)  tapşırıqla  başqa  bir  təşkilata  və  ya ölkəyə 
gönd
ərilən şəxs. E. göndərilməsi müəyyən şəraitdə bir təşkilat 
(v
ə ya dövlət) tərəfindən başqa bir təşkilatın (və ya dövlətin) 
daxili işlərinə qarışmasını kimi qiymətləndirmək olar. 
EMİSSİYA  (latın  emissio-buraxılış)  –  pulları,  banknotları 
(bank biletl
ərinin) və ya digər qiymətli kağızları hasil etməklə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə