Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   2   3   4   5   6   7   8   9   ...   33


 
Vaşinqton konfransı 
Birinci dünya müharibəsinin yekunu olaraq Yaponiyanın Çində və Uzaq  
Şərqdə  öz  mövqeyini  möhkəmləndirməsi  İngiltərə  və  ABŞ-ın  maraqlarına  ciddi 
zərbə  vururdu.Xüsusilə,Tsindao  portunun  və  Şandun  yarımadasının  Yaponiyaya  
verilməsi  böyük  təhlükə  törədirdi.1919-cu  il  Paris  konfransının  tarixi  qərarlarına 
görə Şandun yarımadası üzərində Yaponiya geniş hüquqlar qazandı və bu,ABŞ-ın 
maraqlarına  uyğun  gəlmədiyinə  görə  Versal  müqaviləsinin  şərtləri  təsdiq  edil- 
mədi. 
       ABŞ-ın hakim dairələri təkid edirdilər ki, Paris  sülh  konfransının qərarlarına 
yenidən  baxılsın,konfransın  Sakit  okean  və  Uzaq  Şərq  məsələləri  ilə  bağlı  qərar  
ları  ləğv  olsun.İngiltərə  və  Yaponiyanın  manelərinə  baxmayaraq,ABŞ  yeni  kon- 
fransın Vaşinqtonda çağırılmasına nail oldu. 
 
Nəhayət,bu konfrans 1921-ci il noyabrın 12-də Vaşinqtonda açıldı və 1922-
ci  il  fevralında  başa  çatdı.Konfransda  9  dövlət,o  cümlədən  ABŞ,İngiltərə, 
Çin,Yaponiya və Fransa iştirak edirdi. Konfrans iştirakçılarlndan İtaliya, Belçika, 
Niderland  və  Portuqaliya  ciddi  fəallıq  göstərirdi.Sovet  Rusiyası  isə  konfransın 
işindən  kənarlaşdırılmışdı.Vaşinqton    konfransında  aparıcı  rol  ABŞ-a  məxsus 
idi.Konfransında  başlıca  olaraq  dəniz  silahlarının  məhdudlaşdırılması  və  Uzaq 
Şərq  məsələsi  müzakirə  olundu.Birinci  məsələ  dörd  dövlət-ABŞ,İngiltərə,Fransa 
və Yaponiya  arasında sazişin bağlanması ilə nəticələndi.Belə ki,dörd dövlət Sakit 
okean  hövzəsində  öz  hüquqlarını  birlikdə  müdafiə  edəcəkləri  barədə  razılığa 
gəldilər.Bu  saziş  1911-ci  il  ingilis-yapon  sazişini  ləğv  edirdi  ki,bununla  Asiya 
regionunda müstəmləkə siyasətində bərabər hüquqların tanınması qəbul olundu. 
 
Konfransda  5  dövlət-İngiltərə,ABŞ,Fransa    və    İtaliya    dövlətləri  razılığa 
gəldilər ki, dənizlərdə hökmranlıq aşağıdakı nisbətdə müəyyənləşdirilsin: 5:5:3:  
1,75: 75. Beləliklə,ABŞ Sakit okean hövzəsində mövqeyini möhkəmləndirdi. 
        Konfransda  aparıcı  məsələlərdən  biri  də  Çin  məsələsi  idi.Çinlə  bağladığı   
müqavilənin şərtinə görə Yaponiya Şandun yarımadasından imtina etməyi üzərinə 
götürürdü.1922-ci  ilin  fevralın  6-da  9  dövlət  “Çinlə  münasibətlər  haqqında” 


10 
 
müqavilə  imzalayır.Müqavilənin şərtinə  görə Çinə suverenlik  hüququ  verildi.Çin 
üzərində  imperialist  hökmranlığı  ləğv  edildi.Əslində  bağlanmış  müqavilə  heç  də 
bərabərhüquqlu deyildi.Belə ki,Çin üzərində 9 dövlətin faktiki üstünlüyü qorunub 
saxlanılırdı.Vaşinqton  konfransının  Uzaq  Şərqlə  bağlı  çıxardığı  qərar ABŞ-ın  
bu  regionda  hökmranlığını  möhkəmləndirdi  və  Şərqi-Çin  dəmir  yolu  üzərində 
nəzarətinə şərait yaratdı. 
Genuya konfransı.Rapallo müqaviləsi.
 
Nəzərdən  keçirilən  dövrdə  Avropanın  imperalist  dövlətləri  ilə  iqtisadi 
əməkdaşlıq  yaradılmasını  sürətləndirməyə  çalışan  Sovet  dövləti  1921-ci  ilin 
payızında  çarizmin  müharibədən  əvvəlki  borclarını  müəyyən  şərtlərlə  qəbul 
etməyə  hazır  olduğunu  bildirdi.Eyni  zamanda  Sovet  dövləti  xarici  dövlətlərin 
Rusiyaya  və  Rusiyanın  da  xarici  dövlətlərə  tələbələrini  müzakirə  edəcək,habelə, 
Rusiya  ilə  onun  əleyhdarları  arasında  sülh  müqaviləsini  hazırlayacaq  beynəlxalq 
konfransın çağırılmasını tələb etdi. 
1922-ci ilin yanvarında Antantanın Ali Şürası Mərkəzi və Şərqi Avropa öl- 
kələrində  təsərrüfat  həyatını  bərpa  etmək  məqsədilə  Geniyada  beynəlxalq  kon- 
fransın  keçirilməsi  haqqında  qərar  qəbul  etdi.Konfransın  işinə  Sovet    Rusiyası, 
Almaniya,Avstriya-Macarıstan və Bolqarıstan dəvət olunmuşdu.Genuya konfran- 
sı 1922-ci ilin aprel-may aylarında keçirildi.Sovet nümmayəndə heyətinə V.Lenin 
təyin  olundu.Ancaq,  onun  xaricə  getməsi  üçün  təhlükə  yarandığından  o,nüma- 
yəndə  heyətinə  Moskvadan  rəhbərlik  edirdi.Faktiki  olaraq  nümayəndə  heyəti 
başçısı vəzifəsini Xalq Xarici İşlər Komissarı Q.V.Çiçerin icra edirdi. 
Konfransın gedişində Avropanın aparıcı dövlətləri Sovet Rusiyasını su-  
veren dövlət kimi qəbul etmir, onunla bərabər hüquqlar əsasında müqavilə im- 
zalanmasının  əleyhinə  çıxış  edirdilər.Eyni  zamanda  Avropa  dövlətləri  bütün 
borcların verilməsini,keçmiş xarici sahibkarların milliləşdirilmiş mülkiyyətlərinin 
tamamilə qaytarılmasını tələb edirdilər.Bundan başqa onlar Sovet maliyyə sistemi 
üzərində,habelə,Rusiyanın bütün xalq təsərrüfatı üzərində nəzarət qoymaq istəyir 
dilər.Sovet nümayəndə heyəti isə bu tələbələri rədd edirdi. 


11 
 
Sovet  nümayəndə  heyəti  yeni  dövləti  mökəmləndirmək  üçün  dinc  yanaşı 
yaşamaq pirinsipini irəli sürdü.Bu pirinsipə görə mübahisəli məsələləri müharibə 
vasitəsilə həll etməkdən imtina edilir,onların danışıqlar yolu ilə həll edilməsi bil-
dirilir,heç bir millətin daxili işlərinə müdaxilə olunmur,  millətin suverenliyi,ərazi 
bütövlüyü təsdiq edilir,iqtisadi və mədəni quruculuq sürətləndirilir.Eyni zamanda   
Sovet  dövləti  Avropanın  kapitalist  dövlətləri  ilə  əməkdaşlığı  inkişaf  etdirmək 
üçün  bəzi  güzəştlərə  hazır  olduğunu  bəyann  etdi.Ancaq,bununla  belə  Çar  hökü- 
mətinin  müharibədən əvvəlki borclarını qəbul etmək üçün Rusiyaya yeni istiqraz 
verilməsi  və  Sovet  hökümətinin  hüququ  cəhətdən  tanınması  irəli  sürüldü.Doğru- 
dur,Sovet  nümayəndə  heyəti  xarici  mülkiyyətçilərin  Rusiyadakı  zərərlərini  mü- 
əyyən dərəcə də ödəməyə razı olduğunu bildirdi.Ancaq, müdaxiləçilər və ağ qvar- 
dıyaçılar  tərəfindən  dövlətə  vurulmuş  zərərin  ödənilməsi  üçün  qarşılıqlı  tələblər 
irəli  sürülürdü.  Aydındır  ki,  bu  tələblər  Antanta    dövlətlərinin    müqaviməti    ilə 
qarşılaşırdı. 
Konfransda qalib gəlmiş ölkələrlə Almaniya arasında ziddiyyətlər meydana 
çıxdı.Almaniya  tərəfi  çalışırdı  ki,Versal  müqaviləsinə  əsasən  üzərinə  qoyulmuş 
təzminatın  həcmini  yüngülləşdirsin.Məhz,təzminat  məsələsində  Sovet  Rusiyası 
Almaniyanın  mövqeyini  müdafiə  etdi.Bununla  Sovet  dövləti  hesab  edirdi  ki,  bu 
soy  ğunçuluq  müqaviləsinin  nümunəsidir.Alman  hakimi  dairələrinin  uzaqgörən 
nümayəndələri belə nəticəyə gəldilər ki,Sovet Rusiyası ilə yaxınlaşma Almaniya- 
nın  beynəlxalq  mövqelərini  möhkəmləndirər,Antantanın  müəyyən  güzəştlər  et- 
məsinə kömək edər  və eyni zamanda Rusiya  ilə  ticarət  üçün  geniş  imkanlar   ya- 
radar. 
 
İki dövlət arasında bağlanacaq müqavilə Sovet Rusiyasının da mənafeyinə  
uyğun idi.Belə ki, bununla Sovet  Rusiyası  beynəlxalq  təcriddən azad olurdu.  
Beləliklə,alman  və  sovet  dövlətləri  arasında  müqavilə  1922-ci  il  aprelin  16-da 
Rapalloda  imzalandı.Müqavilənin  şərtlərinə  görə  Sovet  Rusiyası  ilə  Almaniya 
arasında  diplomatik  və  konsulluq  münasibətləri  yaradıldı.Almaniya  tərəfindən 
Sovet Rusiyası, Sovet Rusiyası tərəfindən isə milli alman dövləti tanındı. Rapallo 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə