424
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Ukraynada istifadə olunan korrupsiya tərifi aşağıdakı kimidir: ”Dövlət funk-
siyaları səlahiyyəti olan fərdin (fi ziki və ya hüquqi şəxs)özü üçün və ya üçün-
cü tərəf və qruplar üçün qanunsuz olaraq üstünlüklər, qazanclar, nüfuz, maddi
və qeyri-maddi məmulatlar əldə etməyə yönəlmiş qanunsuz fəaliyyəti və ya
fəaliyyətsizliyi”. Pakistanda başqa tərif verilir: “Korrupsiya dövlət və özəl
sektorlarında işləyən rəhbərliyin davaranışıdır, onların və ya onlara yaxın
adamların qanunsuz və uyğunsuz olaraq özlərini varlandırması və ya onlara
verilmiş vəzifədən sui- istifadə edərək başqalarını bu işə sövq etməsi”( Pakis-
tan Höküməti,2002).
Başqa digər çoxlu tərifl ərin olmasına baxmayaraq, bizim təcrübə göstərir
ki, hətta rəsmi tərifi olmasa da korrupsiyanın nə olduğunu çoxlu adamlar bi-
lir.Məsələn, korrupsiya ilə əlaqədar əsas beynəlxalq konvensiya olan BMT-
nin Korrupsiyaya Qarşı Konvensiyasında korrupsiyanın rəsmi tərifi yoxdur;
əvəzində dövlət rəsmisinin nədən ibarət olduğunu göstərən geniş tərif ve-
rilir. Əhəmiyyətlisi müdafi ə sektorunda müxtəlif cür korrupsiya növlərinın
olduğuna aydınlıq gətirməkdir. Risklərlə məşğul olmaq üçün tətbiq edilən
tədbirlər o zaman səmərəli olacak ki, problemin hansı xüsusi cəhətini həll
etmək haqda razılıq olsun.Bu sorğu həmən razılığa yardım edir.
Dürüstlük Özünü-Qiymətləndirmənin Həyata Keçirilməsi
Proseslər
1. Qiymətləndirmə üçün yüksək səviyyəli mandat alınmalı. Müdafi ə Na-
zirliyi və Silahlı Qüvvələrin rəhbərliyinin bu qiymətləndirməni dəstəkləməsi
mühümdür. Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi-ni həyata keçirən
rəsmi şəxs Baxılış üçün mandat müəyyən etməli, onu Nazirlə, nazirliyin
rəhbərliyi ilə və silahlı qüvvələrin rəhbəri ilə uyğun olaraq razılaşdırmalı-
dır. Yüksək səviyyəli rəsmi şəxs Dürüstlük Özünü-Qiymətləndirməsinin
təşkilatçısı kimi irəli sürülməlidir.
2. Özünü-Qiymətləndirmə üçün vahid məsul şəxs müəyyən etməli. Bir
nəfər sorğuya, ekspert qrupunun səfərinə və sonrakı addımlara cavabdeh ol-
malıdır.
3. Nazirlik üzrə təşkil olunmuş İşçi Qrupu müəyyən etməli.Onların
tam ştatlı olması vacib deyil amma şəxsi heyət, maliyyə, avadanlıq və vaxt
müddəti müəyyən edilib razılaşdırılmalıdır. İşçi Qrupu sorğunu həyata ke-
çirir və sonra görüşərək NATO rəhbərliyi altındakı ekspert baxış qrupunun
səfərinin hesabatını gözdən keçirir.
4. Sorğunun həyata keçirilməsi. Sorğunu nə qədər geniş yaymaq hər
bir ölkənin seçimindən asılıdır. Məsələn, onlar fəsilləri ayırıb uyğun İdarələrə
425
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
və Nazirliklərə göndərə bilərlər; və ya onlar bütöv sorğunu göndərib eyni su-
allara müxtəlif şərhlər ala bilərlər. Onlar sorğunu hökümət kənar təşkilatlara
da göndərə bilərlər, məsələn,qeyri hökümət təşkilatlarına (QHT) və Akade-
mik institutlara göndərib müxtəlif perspektivlər əldə edə bilərlər. Sorğunun
cavabları səfərdən ən azı iki həftə öncə NATO-ya gondərilməlidir. Sorğula-
rı doldurarkən təhlükəsizlik baxımından həssas məsələlərə cavab ölkələrin
məsuliyyətindədir.NATO –nun ekspert qrupu bu məlumatları üçüncü tərəfl ə
paylaşmayacaqdır.
5. NATO –nun ekspert baxış qrupu üçün müsahibələrin təşkil olun-
ması.Səfər 2-3 gün ərzində davam edəcək və intensiv görüşlərdən təşkil olu-
nacaq. Sorğuların cavablarını müzakirə etmək iqtidarında olmaları üçün sor-
ğuda iştirak edənlərin nisbətən yüksək səviyyəli olmaları gərəkdir. Bu seçim
ölkələrdən asılı olsa da, sorğuda iştirak edənlərin podpolkovnik və ya polkov-
nik rütbələrində, böyük ölkələrdə isə polkovnikdən Briqada Generalına kimi
olmalıdır.Respondentlər həm mülki , həm də yuxarı səviyyəli hərbçilər ol-
malıdir. Hər bir ölkənin, sorğunu başqa qruplar arasında, məsələn, parlament
üzvləri, QHT-lər, media və akademik dairələrlə də keçirməsi çox məsləhət
görülür. Belə olarsa,bir böyük toplantı bütün fi kir sahiblərini bir yerə yı-
ğıb məhsuldar istifadə üçün ən səmərəli yol olardı ( Ukraynanin aşağıdakı
Haşiyədə nümunəsinə bax).
6. Yüksək səviyyəli xülasə aparmalı. İşçi Qrupunun hazırlanmış hesaba-
tı ən yüksək səviyyədəki rəsmilərə təqdim olunmalı və müzakirə olunmalıdır.
Onların yekun nəticələri sonra Nazirliyin idarə heyətinə, silahlı qüvvələrin
ali komitələrinə və Nazirə göndərilməlidir. Əgər tələb olarsa NATO ekspert
baxış qrupu bu xülasədə və sonrakı addımlarda iştirak edər.
7. Hesabatı başa çatdırma. Təkmilləşdirmə planı müəyyən edib hesaba-
tı və təsir dəyişimlərini təqib etməli.
8. Periodik dövrün hissəsi kimi Prosesi təkrar etməli, bu zaman
Tərəfdaşlar və NATO arasında hazırlanmış mexanizmləri nəzərə almalı. Bu
cür dövrlər ildə bir və ya iki ildən bir baş verə bilər.
Prosesin davam etdirilməsi-təkmilləşmə prosesi təşəbbüsü
Bütün ölkələrə tövsiyə olunur ki, NATO-nun resurslarından və
tərəfdaşların vəsaitlərindən tam istifadə edib bu səylərin davamı üçün proq-
ramlar hazırlasınlar. Həmçinin, hər bir ölkənin öz daxilindəki vətəndaş
cəmiyyətlərinin təcrübəsindən istifadə etməsi faydalıdır.Bu cür yanaşma bu
prosesin nəticələrini gücləndirəcək və ictimaiyyətlə inam yaradacaq.