Mühazirə A. Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 207,83 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix11.04.2018
ölçüsü207,83 Kb.
#37009
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

mütəfəkkirlərin fikrincə millətin xarakteri itəndə, zəifləyəndə, həzz birinci plana çıxanda, eqoizm çox 

artanda sivilizasiya zəifləyir və məhv ola bilir. 

Elm digər intellektual fəaliyyət növləri (mühəndislik, tibb,...) ilə sıx əlaqədədir (intellekt axtarır, araşdırır) 

və bir çox hallarda onlarla iç-içə girir. Mühəndislik, tibb və digər tətbiqi sahələrdə gündəlik vacib 

məsələlər həll olunur (ev tikilir, körpü salınır, maşın düzəldilir, xəstə insan müalicə olunur), bu isə həmin 

sənət sahiblərinin fəaliyyət və həyatını təmin etməyə imkan verir (hökumət bu barədə düşünməsə belə). 

Böyük (fundamental) elmin inkişafı maliyyə və təşkilati köməkdən asılıdır; elm, əksər hallarda öz 

məhsulunu birbaşa sata bilmir, o, həyatda üz-üzə gəldiyimiz gündəlik problemlərin həlli ilə deyil, həyatın 

və təbiətin müəyyən modelləri ilə məşğul olur. Əldə olunan ən qiymətli nəticələrin belə həyatda tətbiqi 

uzun sürə bilər (tətbiq olunmazlar da mövcuddur). Elm və yüksək texnologiyaların bir-birinə qovuşduğu 

günümüzdə artıq elmi deyil, elmi-texnoloji inqilabdan danışmaq doğrudur (İKT, nanotexnologiya,...); bu 

inqilabda gərək ki, həm alimlər, həm də texnoloqlar iştirak edirlər.  

Elmin inkişafı ilə kapitalizmin inkişafı sanki bir-birinə dəstək oldular. Elm demokratiyanın, müstəqil 

fikrin inkişafında böyük rol oynayır; yəni elm öz azad fikir təbiətinə görə mütləq hakimiyyət ideyasına 

qarşı duran cərəyandır.Milli Məclisi zooparka və ya zoosirkə bənzətmək – bu, əlbəttə ki, “hər kəs fikrini 

söyləməkdə sərbəstdir” prinsipinə uyğundur (bu, insanların çoxunda gülüş və təbəssüm doğurur). Lakin 

deyiləcək söz savaşa, böyük nifrətə yol açacaqsa, onu deməmək lazımdır.Qərb dünyasında müsəlmanların 

hissinə toxunan, məsələn, Məhəmməd peyğəmbərə qarşı hücumları “dəyərləri təhlil etməyə, onlara şübhə 

etməyə hər kəsin haqqı var, bu, demokratiyadır” deyə müdafiə etməyə və ya yumşaltmağa çalışırlar. 

Lakin, məsələ bundadır ki, bu hücumlar şübhə və dəyərlərin təhlili kimi deyil, ağır təhqir kimi qəbul 

olunur (hətta mömin olmayan müsəlmanlar tərəfindən də). 

Elm və fəlsəfə 

Elmin tarixini öyrənərkən qarşılıqlı əks (zidd) adlandırıla bilən iki hadisə görürük: gah zahiri (görünən) 

mürəkkəblik arxasında sadəlik gizlənir, gah da tərsinə, sadə görüntü özündə fövqəladə mürəkkəblik 

gizlədir 

(Анри Пуанкаре. О науке. «Наука», Москва,  1983; стр. 95). 

Fəlsəfə qədimdə, nisbətən də orta əsrlərdə geniş mənada düşüncə sistemi, zəka fəaliyyəti idi, hər şeyi 

əhatə edirdi (etməyə çalışırdı). Çağdaş zamanımızda fəlsəfə elm deyil, yəni yeni bilik sistemi yaratmır. 

Fəlsəfədə və müxtəlif sənət növləri müxtəlif, bir-biri ilə yola getməyən, çarpışan görüşlərdən, 




konsepsiyalardan ibarətdir. Burada doğru və yalan əlamətləri tam müəyyən olunmur. Henri Bergson: 

“İfşa” etdiyimiz “yalanlar”ın içində bir sıra “həqiqətlər”in olduğunu anlayırıq. Fəlsəfə tarixi elm və din 

arasında dalğalanmışdır...Nietzsche: bütün başlanğıc problemləri metafizikadır.Fəlsəfədən ən tez ayrılan 

elm, yəqin ki, riyaziyyat idi. Riyaziyyatın özündən də ayrılanlar oldu – musiqi, astronomiya, fizika!)

 

Elmin vəzifəsi bu obyektiv gerçəkliyi meydana çıxarmaq və izah etmək, və mümkünsə, həyatımızı daha 



gözəl etmək üçün bu gerçəklikdən istifadə yollarını müəyyən etməkdir. Bu yolda mühəndislik və tibb kimi 

tətbiqi elmlər mühüm rol oynayır. Sənayeləşmə dövrünə qədər elm əsasən təbiətlə dil tapmağa çalışırdısa, 

sonra onu dəyişdirməyə, bir çox hallarda da ona hücum etməyə başladı.Elm izah edir, texnologiya icad 

edir deyə bilərik. Elm və texnologiya bir-birinə ideya, mövzu və material verir.  



           Geniş mənada elm 

Bəs “qeyri-dəqiq”, “fundamental olmayan” bilik sahələrində, sənət növlərində nə baş verir, onların 

gerçəkliyə münasibəti necədir? “Sənət” sözün dar mənasında bacarıq, vərdiş tələb edən insan 

fəaliyyətidir. Daha geniş mənada isə “sənət” duyğulara qanad verən, xüsusi ritm və ahəngə malik 

əsərlərin yaradılmasıdır, hiss, duyğu və zəkanın birgə səyləri ilə aşkar edilən gözəlliyin tərənnümüdür, 

duyğu və düşüncələrin bədii-estetik ifadəsidir. Musiqi, ədəbiyyat, rəsm, heykəltaraşlıq, teatr, kino bu 

qəbildən sənət/incəsənət  növləridir. Bəzən “sənətlər” (ingiliscə: arts) və “incə(gözəl)sənətlər” (fine arts) 

yaxın mənada işlənilir. “Sənətkar” sözü həm ümumi (“adi”) sənətlə məşğul olanlara, həm də musiqi, 

ədəbiyyat və digər sahələrdə xüsusi hünər göstərmiş şəxslərə aid edilir.  

Konkretlik və aydınlıq gətirmək üçün ədəbiyyata müraciət edək. Homer`in “İliada” və “Odisseya” 

əsərlərindən sonra nə qədər kitablar yazılsa da, onlar “İliada” və “Odisseya”nı oxumağı heç cür əvəz edə 

bilmir. Homer, Nizami, Shakespeare, V. Hugo, Balzac, L.Tolstoy, Dostoyevskiy, M.F. Axundov və R. 

Taqore`un əsərləri bu gün də oxunur, onları ümumiləşdirən, öz içinə alan əsərlər yoxdur. Hər sənət əsəri 

təklikdə, öz-özlüyündə mövcuddur, bitmişdir. Burada təbiət elmlərinə xas olan biliklərin üst-üstə gəlməsi, 

ümumiləşdirilməsi, bir-birinin içinə girməsi baş vermir. Əsas səbəb bədii ədəbiyyatın məntiqlə, kəmiyyət 

analizi ilə əldə olunan biliklərdən deyil, hisslərin ifadəsindən ibarət olmasıdır. Hisslər isə çox fərdidir, onu 

Homer bir cür, M.F. Axundov başqa cür ifadə etmişdir. Hərdövrün, hər yazıçının öz təkrarsız məhsulu var. 

Hər dövrdə yazılanlar, yaradılanlar orijinal əsərlər kimi öz-özlüyündə yaşayırlar.İnsana təbiətdə rast 

gəlinməyən keyfiyyətlər – məqsəd, istək, arzu, hirs, ehtiras,.. xasdır. İnsan təbiəti sirlidir, o, öncədən tam 



görünə bilən deyil. Tarix də belədir, determinist deyil; gələcək çoxvariantlı və çox mürəkkəb olduğuna 

görə nələr baş verəcəyini öncədən tam görmək mümkün olmur. 

Ədəbiyyatda müəyyən inkişaf olsa da (məsələn, yeni janrların meydana çıxması kimi), bu, dəqiq 

elmlərdəki kimi tərəqqi ilə, yəni üst-üstə yığılmaqla əvvəlkini öz içinə alan keyfiyyətcə yeninin meydana 

çıxması ilə nəticələnmir. Ədəbiyyat obyektiv olan bir gerçəkliyin kəşfi ilə məşğul olmur. Hər yazıçının öz 

təxəyyülü, öz subyektiv gerçəkliyi var. Bu yerdə “ədəbiyyat elm deyil, ədəbiyyat sənətdir” fikri aydın 

olur. Beləliklə, ədəbiyyatda və incəsənətdə dəyişmə var, inkişaf var, amma tərəqqi yoxdur. 

 

Elm mütəşəkkil və əsaslandırılmış biliklər sistemidir. Bu, geniş mənada elm anlayışıdır və bu mənada 



humanitar və sosial elmlər adı ilə tanınan biliklər sistemi mövcuddur. Bunların bir qismi dəqiq elmlərin 

metodlarından qismən, bu və ya başqa dərəcədə istifadə edir. Digərləri əsasən təsviri-hissi metodlar 

vasitəsilə bilik sistemi qurmağa çalışırlar. İqtisadiyyat və maliyyə sahələri çoxdan humanitar meydanı tərk 

etmiş, riyazi metodlarla silahlanmış və tədqiqat üsullarına görə təbiət elmlərinə çox yaxın olmuşlar. 

“İqtisadiyyat üzrə Nobel mükafatı almaq ümidi yalnız riyazi model qurmaqla yeni istisadi 

qanunauyğunluq tapanlarda ola bilər“ fikri böyük etiraz doğurmamalıdır. 

Sosial elmləri “üçüncü mədəniyyət” kimi şərh edənlər də var (təbiət və humanitar elmlərdən sonra). Bəzən 

humanitar elmlər mədəni mirasın öyrənilməsi kimi, sosial elmlər isə  cəmiyyəti təhlil edib yol göstərən 

bilik sistemi kimi qələmə verilir. Tarixi bu mənada humanitar elmlərə də, sosial elmlərə də aid edənlər 

var.İnsani dəyərlər də elmin (geniş mənada elmin) mövzusuna çevrilə bilir, bu dəyərlərlə təbiət elmləri 

deyil, fəlsəfə və din, ümumiyyətlə isə humanitar və bir sıra sosial elmlər məşğul olur. Faktların seçimi və 

onların dəyərlər əsasında şərhi humanitar elmlərin ana xəttini təşkil edir. 

 

B.

 

Yazı və kitab 

 

Yazının kəşfi 

 

Bəşəriyyətin ən böyük kəşfi nədir? Bəşəriyyətin əldə etdiyi, qazandığı ən böyük uğur nədir? Dünyanı 



dəyişdirən əsas güc nədir? Bu eynigüclü sualların çox müxtəlif cavabları ola bilər. Hərə öz 

dünyagörüşünə, düşüncəsinə, təcrübəsinə, inamına görə öz cavabını verəcək. Və cavabların çoxu da düz 

olacaq, çünki bəşəriyyət böyük yol keçib, çox böyük uğurlar qazanıb, bir kəlmə ilə, tək bir səbəblə onu 



Yüklə 207,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə