Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə10/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Sortları: Pervomayski. Bu sortun kolunun hündürlüyü orta hesabla 50 sm-ə kimidir, Gövdəsi düz durandır. Çox budaqlanan və orta dərəcədə yarpaqlanandır. Gövdə və yarpaqları yaşıl rənglidir. Çiçəkləri açıq çəhrayı və çətiri sıxdır. Mərkəzi çətirində orta hesabla toxumların sayı 30-a qədərdir, Toxumları olduqca iri, yumru-kürəvi formalı və tutqun boz rənglidir. 1000 ədəd toxumun çəkisi 5-7 qramdır. Tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinə kimi 40-50 gün, toxumların yetişməsinə 80 -100 gün vaxt tələb edir.

26 - B. Bu sortun kolunun hündürlüyü 60 sm-dək olub, gövdəsi düzduran və zəif budaqlanandır. Gövdə və yarpaqları açıq yaşıl, çiçəkləri açıq çəhrayı rənglidir. Çətiri olduqca sıx və mərkəzi çətirində 50 ədədə qədər toxum əmələ gətirir. Toxumları xırda, yumru, kürəvi formalı, üzəri zəif qabırğalı, rəngi isə sarı-bozumtuldur. 1000 ədəd toxumunun kütləsi 4,76 -6,96 qram arasında dəyişilir. Orta yetişən sort olub ərzaqlıq yetişkənliyinə -dək 45-55 və fizioloji yetişkənliyinə kimi 82-102 günədək vaxt tələb edir.

247-1. Bu sortun kolu yığcam olub, hündürlüyü 70 sm-ə kimidir, Gövdəsi düzduran, zəif budaqlanan və kifayət qədər sıxdır. Gövdə və yarpaqları açıq yaşıl rənglidir. Çiçəkləri açıq çəhrayı rənglidir. Çətiri olduqca sıxdır. Mərkəzi çətirində toxumların sayı 55-ə kimi olur, Toxumları iri və yumru – kürəvi formalı, rəngi isə açıq-bozumtul rənglidir, Orta hesabla 1000 ədəd toxumun kütləsi 6,4 qramdır. Orta gecyetişən sortdur, Ərzaqlıq yetişkənliyinədək 73-80 gün, fizioloji yetişkənliyinə kimi 84-105 gün vaxt tələb edir.

Yerli Gəncə. Bu sortun kolunun hündürlüyü 65 sm olur. Gövdəsi əsasən düz duran və orta dərəcədə budaqlanandır. Gövdə və yarpaqlan tutqun-yaşıl rənglidir. Qrup yarpaqları kök boğazından olduqca sıx əmələ gəlir, Rəngi tutqun qonuru antosian piqmentliyə çalır. Qrup yarpaqları demək olar ki, torpaq səthində üfüqi vəziyyətdə yerləşir, Yarpaq və saplaqları bir çox sortlara nisbətən qalın, ətirli, həm də xoşagələn dada malikdir. Ərzaqlıq hissəsi olan saplaq, yarpaq və zəif zoğunu biçdikdən sonra bir neçə gün təravətini itirmədən yaxşı qalır, Çiçəkləri cəzbedici ağımtıl-çəhrayı rəngli və çətiri iri həm də sıx yerləşir. Mərkəzi çətirində toxumların sayı 40-60 ədəd arasında dəyişir, Toxumları orta irilikdə olub, əsasən kürəvi formalı və tutqun qəhvəyi-boz rəngə çalır. 1000 ədəd toxumun kütləsi 5,2- 6,5 q olur. Ən tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinədək 35-45 gün, fizioloji yetişkənliyinə kimi 60-90 gün vaxt tələb edir.

Torpağın seçilməsi. Səbzə tərəvəz bitkiləri torpağın münbitliyinə, münbitliyinə strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya digər üzvi gübrə ilə) yaxşı gübrələnmiş və ya üzvi çürüntülərlə zəngin, yaşayış məntəqələrinə yaxın alaqsız, su ilə təmin olunmuş və bərabər suvarıla bilən sahələrdə yerləşdirmək lazımdır. Baş soğan, sarımsaq, xiyar, kartof, paxlalı və bostan bitkiləri keşniş bitkisi üçün ən yaxşı sələflərdir.

Torpağın hazırlanması. Keşniş səpiləcək torpaq sahəsi sələf bitkilərindən azad olan kimi, bitki qalıqlarından təmizlənməli və üzləmə aparılmalıdır. Üzləmədən 15-20 gün sonra hektara 25-30 ton peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq kalium gübrəsi verilir və 25-30 sm dərinliyində dondurma şumu aparılır. Тorpaq qatının qalınlığı imkan vermədikdə şumun dərinliyi onun qalınlığına uyğunlaşdırılır. Erkən yazda tarlaya çıxmaq mümkün olan kimi sahə dişli mala ilə malalanır və kultivatorla yumşaldılır. Payız-qış müddətində torpaq çox sıxlaşmış olarsa, səpinqabağı ikiləmə aparılır. Sahə çox kəltənli olduqda kultivasiyadan əvvəl və ya ikiləmədən sonra diskli mala ilə kəltənlər əzilməlidir.

Yay və payızda keşniş toxumunu səpmək üçün ayrılmış sahə sələfdən azad olan kimi suvarılır, torpaq yetişdikdə (arat çıxan kimi) 25-30 sm dərinliyində şumlanır. Sələf bitkisi altına peyin və fosfor gübrəsi verilməmişsə şum qabağı hektara 25-30 ton peyin çüruntüsü, 300- 350 kq superfosfat və 100-150 kq kalium gübrəsi verilir. Sələf bitkisi gübrələnmiş olduqda göstərilən miqdar 40-50% azaldılır.

Hər iki səpin müddətində səpinqabağı hektara 1,5-2,0 sentner ammonium şorası verilib, kultivatorla 10-12 sm dərinliyində torpağa qarışdırılır və sahə dişli mala ilə malalanır.

Тoxumun səpinə hazırlanması və səpini. Səpin üçün ayrılmış toxumun təsərrüfat yararlılığı hökmən müəyyənləşdirilməlidir. Cücərmə faizindən asılı olaraq səpin normasına düzəliş-verilir və səpinə 10-15 gün qalmış qranozan və ya ТMТD ilə quru halda dərmanlanır.

Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və ya əl toxumsəpənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum traktora qoşulan səpici maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir. Lentdə cərgəaraları

29 sm, lent araları isə 60-70 sm saxlanır.

İlboyu arası kəsilmədən məhsul almaq keşniş toxumu fevralın ikinci yarısı-martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər 10-15 gündən bir səpilir.

Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın ikinci yarısı və dekabr ayında (qışqabağı) da səpmək olar.

Göstərilən səpin müddətləri respublikanın aran rayonlarına aiddir. Dağətəyi və dağlıq rayonlarda keşnişin yaz səpini 15-25 gün gec, yay-payız səpini isə 10-12 gün tez aparılır.

Keşniş bitkisindən keyfiyyətli məhsul almaq üçün onun toxumlarının səpin normasına riayət edilməlidir. Birinci sinif toxum keyfiyyətlərini nəzərdə tutmaqla hektara səpin norması 12-16 kiloqramdır. Тoxumlar 1,5-2,0 sm dərinliyə səpilməlidir.

Qulluq işləri. Keşniş əkinlərinə qulluq cərgəaralarında torpağın yumşaldılmasından, alaq otlarının təmizlənməsindən, suvarmadan və yemləmədən ibarətdir. Cərgəaralarında torpaq yumşaldılmalıdır ki, torpaqda nəmlik saxlansın və su ilə hava nisbətinin pozulmasına yol verilməsin. Yumşaltma hər dəfə suvarmadan və güclü yağışlardan sonra aparılır.

Əkinlər bitkilərin tələbatına uyğun olaraq optimal nəmlikdə saxlanmalıdır. Suvarmaq lazım gəldikdə lent aralarında şırımlar açılır (şırımaçanla) və lentlər ləklərdə olduğu kimi suvarılır. Keşniş bitkiləri az su hopdurma üsulu ilə suvarılmalıdır. Bitkilər zəif böyüdükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yemləmə aparılır. Kalium gübrəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini artırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium şorası və 100 kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırılır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün qalmış görülməlidir.



Yığım. Keşniş, bitkilərinin boyu 15-18 sm-ə çatdıqda məhsul yığımına başlanmalı və çiçək zoğu əmələ gələnə qədər qurtarmalıdır. Bu bitkilər kök boğazından bir qədər aşağıdan biçilir, torpaqdan və yararsız yarpaqlardan təmizlənir, 200-250 q-lıq dəstələrə bağlanır. Səliqə ilə təmiz yeşiklərə və ya kisələrə doldurularaq satışa göndərilir. Dəstə bağlayarkən ehtiyatlı olmaq lazımdır ki, bitkilər əzilməsin.

Keşniş bitkisinin hektardan məhsuldarlığı orta hesabla 200-250 sen arasında olur. Lakin, qranulometrik tərkibcə yüngül olan münbit torpaqlarda, vaxtında və yaxşı qulluq edildikdə daha artıq məhsul görürmək olar. Bitkinin yerüstü hissəsi, meyvəsi yetişən vaxt biçilib, dərz-dərz bağlandıqdan sonra açıq havada qurudulur. Qurudulmuş hissələrin xırmanda döyülüb sovrulması nəticəsində meyvələr başqa hissələrdən təmizlənib ayrılır və xüsusi kisələrə doldurulub tədarük məntəqələrinə təhvil verilir.



ACI NANƏ ( İSTİOT NANƏSİ )

Əhəmiyyəti. Acı nanə (istiot nanəsi) həm qiymətli tərəvəz, həm də əhəmiyyətli dərman bitkisidir. Onun tərəvəz kimi zərif zoğ və yarpaqlarından istifadə edirlər. Nanənin körpə zoğ və yarpaqlarında 2-3%, çiçək qrupunda 6 %, gövdələrində 0,2 - 0,4% efir yağı olur ki, onun da 42-92% - ni mentol təşkil edir. Başqa maddələrlə yanaşı onun yarpaqlarında xeyli askorbin turşusu, karotin və rutin vardır. Nanənin zərif zoğ və yarpaqları təzə halda salat, həm də qurudulmuş halda müxtəlif xörəklərin hazırlanmasında duza, turşuya qoyulmasında ədviyyə kimi istifadə olunur. Ondan ətirli içkilər, qənnadı və ətriyyat məmulatları istehsal edilir.

Acı nanə həm elmi, һəm də xalq təbabətində geniş istifadə olunur. Belə ki, ondan hazırlanan nanə arağı (nanə cövhəri) və spirt ekstraktı sancı, ürək döyünməsi, ürək zəifliyi, iştahasızlıq, qusma və s. xəstəliklərə qarşı tətbiq edilir. Qeyd etmək lazımdır ki, Abşeronda peyvənd üsulu ilə yetişdirilən hər iki növ nanənin zərif, xoşagələn ətirli iyi vardır. Acı nanənin süfrəmizdə və xörəklərimizin tərkibində ədviyyat tərəvəzi kimi geniş istifadə olunmasının çox mühüm müalicə əhəmiyyəti vardır. Elmi əsasda öyrənilib müəyyən edilmişdir ki, acı nanənin tərkibində bir sıra vacib üzvi maddələr vardır ki, onlar orqanizmdə maddələr mübadiləsini normallaşdırır, mədə-bağırsaqda əmələ gələn spazmanı və köpməni aradan qaldırır, həzm prosesinin fəaliyyətini artırır. Bundan əlavə, acı nanə böyrək və sidik yollarını dezinfeksiya edir, qusmanı və ürəkbulanmanı dəf edir və ürək-damar sisteminin fəaliyyətini artırır. Odur ki, acı nanədən xörəklərimizdə geniş istifadə etmək son dərəcə faydalıdır.

Acı nanədən müasir təbabətdə bir sıra qiymətli müalicə preparatları hazırlanır. Bu preparatlar ürək-damar sistemi xəstəliklərində, xroniki mədə-bağırsaq xəstəliklərində, eləcə də böyrək və sidik yollarının iltihabında çox gözəl müalicəvi təsir göstərir. Acı nanənin yağı validol, valokardin, Zelenin damcısı kimi vacib, ürək xəstəliklərində çox işlənən dərmanların tərkibinə daxildir. Bundan əlavə acı nanə yağından alınan mentol miqren xəstəliyinin müalicəsində çox faydalı dərmandır. Azərbaycanda becərilən nanə bitkisindən daha geniş istifadə olunmalıdır.

Tarixi, yayılması və məhsuldarlığı. Nanənin Azərbaycanda ümumiyyətlə 5 növünün olduğu göstərilir. Bunlardan 4- ü yabanıdır. Acı nanəyə isə dünyanın heç bir yerində yabanı halda təsadüf olunmur. O mədəni bitki olub, orta əsrlərin axırlarında ingilis botanikləri tərəfindən iki növ yabanı halda yayılan yarpız nanəsini bir-birinə peyvənd etməklə yetişdirilmişdir. O tarixdən etibarən həmin bu nanə “əkilən nanə” adını almış, xoşətirli iyinə və çox qiymətli kimyəvi tərkibinə görə, əvvəlcə Avropa ölkələrinə, sonralar isə bütün dünya ölkələrinə yayılmış və hazırda bir çox ölkələrdə geniş miqyasda becərilir. Acı nanənin vətəni İngiltərə hesab edilir. Burada o XVI əsrdən becərilir. Rusiyaya 1887 ci ildə gətirilmiş, sənaye üsulu ilə becərilməsinə isə 1892- ci ildən başlanmışdır. Hazırda Krasnodar vilayətində onun əkin sahəsi 8 min hektara yaxındır. Hektardan quru kütlə məhsuldarlığı 0,8-1,0 tondur. MDB-də əkilən nanə Ukraynada, Şimali Qafqazda, Voronejdə və Belorusda sənaye əhəmiyyətli dərman bitkisi kimi geniş sahədə becərilir.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Nanə dalamaz (Lamiaceae) fəsiləsinə, nanə (Mentha), cinsinə acı nanə növünə (M. piperitta L.) daxildir. Hündürlüyü yarım metrə çatan qol-budaqlı çoxillik kökümsov gövdəli ot bitkisidir. Kökümsov gövdələri torpaq altda çox şaxələnir və saçaqlı əlavə köklər verir. Kök və kökümsov gövdənin əsas kütləsi torpağın üst 10-30 sm-lik qidalı qatında yerləşir. Gövdələri sayca çox, düzduran, dördkünclü - lansetvari, səthi xırda qırışıqlı, kənarları bütöv dilimli, rəngi açıq yaşıl, tünd yaşıl, bəzən bənövşəyi-yaşıl olur. Qarşı-qarşıya düzülmüş, tünd-yaşıl rəngli yarpaqları vardır. Nəzəri cəlb edən qırmızı-bənövşəyi rəngli xırda çiçəkləri gövdəsinin zirvəsində dəstə-dəstə yerləşmişdir.

Çiçəkləri ikicinsli, çəhrayı və yasəməni rəngli olub boru şəkillidir. Çiçək qrupu sünbülvari süpürgədir. Meyvəsi qutucuqdur. Toxumları xırda qəhvəyi rənglidir.

Nanə soyuğa davamlı, işığa orta tələbkar, uzun gün bitkisidir. Torpağın münbitliyinə və rütubətinə tələbkardır. Yüngül, münbit və rütubətli torpaqlarda yüksək məhsul verir. Acı nanənin bütün hissələri, xüsusən yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir.

Acı nanənin bir çox növləri və çeşidləri vardır. Lakin onun iki növü bütün dünyada məşhurdur. Onlardan birinə qara nanə, digərinə və ya ingilis nanəsi deyilir.

Qara nanənin gövdəsi və yarpaqlarının damarcıqları qırmızı-bənövşəyi rəngdə olur. Buna baxmayaraq hər iki nanə xoşagələn zərif ətirli iyə və eyni kimyəvi tərkibli efir yağına malikdir. Qara və ağ nanə ancaq peyvənd və ya çoxalma üsulu (kök vasitəsilə) ilə yetişdirilir. Bu iki səbəbdən irəli gəlir: birinci, hər iki nanə çox vaxt toxum yetişdirmir; ikinci, toxumlarından yetişən nanə isə öz nəslinə xas olan ətirli iyə malik olmur. Bu çox qəribə olsa da həqiqətdir.

Acı nanə vegetasiyasında aşağıdakı inkişaf fazalarını keçirir: cücərtilərin əmələ gəlməsi, tam cücərtilərin alınması, budaqlanma, qönçələmə, çiçəkləmənin başlanğıcı və tam çiçəkləmə. Axırıncı faza texniki yetişkənliklə üst-üstə düşür. Vegetasiya müddəti 80-100 gündür. Vegetasiyanın əvvəlində acı nanə yavaş böyüyür. Budaqlanma fazasında böyümə sürətlənir, qönçələmədə maksimuma çatır. Çiçəkləmə zamanı isə böyüməsi yavaşıyır.

Acı nanə istiliyə çox tələbkar deyildir. Yazda havanın temperaturu 3-5 0C olduqda inkişafa başlayır. Onun böyüməsi üçün optimal temperatur 18-20 0C hesab edilir. İsti yay aylarında budaqlanması zəifləyir və yağlılığı azalır. Kökləri -13 0C şaxtaya dözür. Torpaqda temperatur 2-3 0C olduqda kökləri inkişafa başlayır. İnkişafa başlamış köklərin şaxtaya davamlılığı azalır. Soyuqların qayıtması onların məhvinə səbəb ola bilər. Acı nanənin cücərtiləri – 8 0C-yə dözə bilirlər.

Acı nanə işıqsevən, uzun gün bitkisidir. Bitkinin yarpaq səthi nə qədər çox işıqlansa məhsuldarlıq və yağın tərkibindəki mentolun miqdarı bir o qədər çox olar. Acı nanə nəmliyə də tələbkar bitkidir. Nəmlik normasının 80 % qədər nəmliyin olması onun üçün optimal nəmlik hesab edilir. Torpağın münbitliyinə tələbkardır. Yüngül, gillicəli, qumsal, münbit və rütubətli çaybasar torpaqlarında yüksək məhsul verir. Qumlu, çınqıllı, ağır və bataqlaşmış torpaqlarda becərilməsi məsləhət görülmür. Torpaq mühitinin optimal reaksiyası – pH 5-7 hesab olunur. Əgər acı nanə hektardan 4, 36 ton yaşıl kütlə verərsə, o bu kütlə ilə torpaqdan 98,1 kq azot, 34,2 kq fosfor, 44,2 kq kalium aparır. Acı nanə altına vermək üçün azotun nitrat forması, ammonium formasına nisbətən daha yaxşı hesab edilir.



Sortları. Respublikamızda tərəvəz məqsədi ilə yerli nanə sortlarından о cümlədən Gəncə nanəsindən istifadə olunur. Tərkibində mentolu çox olan nanə sortlarına Krasnodar - 2, Prilüks - 5, Yüksəkmentollu – 1, Kuban -6, Dərman -1və s. daxildir. Sortlar bir-birindən kolunun yığcam və dağınıq olması, gövdəsinin rəngi və hündürlüyü, yarpaqlarının rəngi, forması və səthinin düz yaxud qabırğalı olması, tərkibindəki efir yağı, о cümlədən mentolun çox olması, gövdəsinin zərifliyi və xoşa gələn dadı ilə fərqlənir.

Becərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Nanə bir yerdə bir neçə il becərilə bilər. Onun üçün ən yaxşı sələf payızlıq dənlilər, paxlalılar və çoxillik otlar hesab edilir.

Gübrələnməsi. Əsas gübrə kimi hektara 20-60 ton peyin N45P45K45 dozasında mineral gübrələrlə birlikdə yaxud da hektara 90-120 kq hesabı ilə azot, fosfor və kalium gübrələri verilməlidir.

Torpağın hazırlanması. Payızda nanə əkən rayonlarda sələf bitkiləri yığıldıqdan sonra torpaq 27-30 sm dərinlikdə şumlanıb malalanır və vərdənələnir. Açıq cücərtilərin alınması üçün 1-2 yerüstü əməliyyat aparılır. Nanə əkilməzdən qabaq torpaq kultivasiya edilir, mala çəkilir sonra isə əkinə başlanır. Yaz əkini üçün torpaq payızdan hazırlanır. Dondurma şumu aparılır, yazda isə malalanır və əkin qabağı kultivasiya (10-12 sm dərinlikdə) ilə birlikdə malalanma aparılır. Əkinqabağı hektara 8 litr hesabı ilə treflan herbisidi verilir.

Əkin. Acı nanə demək olar ki, toxum əmələ gətirmir. Ona görə də onu kökümsov gövdələri ilə və yaxud da şitilinin bölünməsi yolu ilə çoxaldılır. Kökümsov gövdələr payızda xüsusi anaclıq plantasiyalarda 1-ci il üçün hazırlanır. Onu KPM-2 maşını ilə qazıb çıxarırlar.

Sənaye texnologiyası ilə becərmədə təmizlənmiş xırdalanmış, müxtəlif uzunluqda olan kökümsov gövdələr kövşənlə birlikdə əkilir.

Yaz əkini üçün kökümsovlar 1,3-1,5 m enində ləklərdə saxlanılır. Onları 15-20 sm qalınlığında yığaraq üzərini sellofan və torpaqla (10-15 sm) örtüb üstünə 15-20 sm qalınlığında saman tökülür. Saxlama üçün optimal temperatur 1-3 0C hesab edilir. Yazda ləklər açıldıqda əkin materialı seçilir. Sağlam kökümsovlar xırdalanır və əkin yerinə göndərilir. Kökümsovların xırdalanması və əkinə hazırlanması işi qısa müddətdə yerinə yetirilməlidir ki, onların qurumasına yol verilməsin. Əkin materialını (şitilləri) keçən ilki plantasiyada bitkilərin hündürlüyü 8-12 sm-ə çatdıqda hazırlayırlar. Onun özünün kökü və ana bitkinin kökündən kiçik bir hissəsi olmalıdır. Əkin materialı ( şitillər) əllə çıxarılır. Şitillər hər 100 ədədi bir dəstə olmaqla bağlanır, kökləri torpaqdan təmizlənir və əkmə yerinə göndərilir. Ukraynanın Şimal rayonlarında nanəni tez-tez şaxta vurduğuna görə onu yazda ilkin yazlıqlarla eyni vaxtda əkirlər. Moldovada, Krımda və Krasnodar vilayətində ən yaxşı əkin müddəti payızın axırı (oktyabrın axırı, noyabrın əvvəli) hesab edilir.

Kökümsovları əl ilə və yaxud da şitiləkən maşının köməyi ilə 70 sm cərgəarası olmaqla əkilir. Əl ilə əkində dibdolduran alətlə şırım açılır oraya bir və ya iki cərgə şitil qoyulur və torpaqla örtülür. Mexanikləşdirilmiş əkin üçün isə KRN- 4,2 kultivatoruna xüsusi qurğu PP-6 qondarılmaqla ondan istifadə edilir. Hektara kökümsov sərfi 1,2-1,5 tondur. Şitillər yazda 6-8, payızda isə 10-12 sm dərinliyə basdırılır. Əkindən dərhal sonra sahə vərdənələnir.

Şitillər isə sahəyə SKN-6A markalı şitiləkənlə hektara 100-110 min bitki olmaqla əkilir.

Əkinlərə birinci ili qulluq. Alaqları məhv etmək məqsədi ilə cücərtilər alınmamışdan qabaq 2-3 dəfə malalama aparılır. Nanə əkinindən 3-6 gün sonra və cücərtilərin alınmasına 5-6 gün qalmış herbisidlərdən üç xlorasetat natrium (11-17 kq/ha), prometrin (6-8 kq/ha), linuron (3-8 kq/ha) və başqa herbisidlər tətbiq edilir. Cücərtilər alınandan sonra tam budaqlanma zamanı 2-3 dəfə cərgəarası becərmələr və 1-2 dəfə alaqların əllə vurulması aparılır. Birinci kultivasiya 6-8 sm, ikinci 10-12 sm, üçüncü isə 6-7 sm dərinlikdə yerinə yetirilir.

Yığımdan qabaq iri alaqlar və nanə sahəsini çirkləmədən qıvrım və göyümtül nanələr məhv edilir.



Əkinlərə ikinci il qulluq. Acı nanə bir yerdə bir neçə il becərilə bilər. Zəif çirklənmiş sahələr yığımdan 1 ay sonra N135P180K135 dozasında gübrələnir. Gübrələr mala ilə torpağa basdırılır. Erkən yazda isə yuxarıda göstərilən herbisidlərlə çilənmə və 1-2 dəfə cücərtilər alınmasından qabaq malalanma aparılır. Belə olduqda alınmış nanə cücərtiləri yaxşı inkişaf edir və alaqları üstələyir.

Güclü çirklənmiş sahələrdə isə ən yaxşı üsul sahənin təkrar şumlanmasıdır. Təkrar şum payızın axırında torpaqda kifayət qədər nəmlik olduqda ön kotancıqlı, diskli kəsici alətləri olan kotanla, sahənin eninə olmaqla, 16-18 sm dərinlikdə aparılır. Kotanla eyni aqreqatda ağır mala olmalıdır. Təkrar şumdan əvvəl əsas şum altına verilən normalarda üzvi və mineral gübrələr verilir. Qazılıb çıxarılmış kökümsovlar təmizlənir və əkin üçün istifadə edilir. Sonra torpaq ağır, dişli vərdənə ilə vərdənələnir. Erkən yazda torpaq cücərtilər alınana qədər və alındıqdan sonra malalanır. Cücərtilər alınmasından 5-6 gün qabaq yuxarıda göstərilən herbisidlər tətbiq edilir. Cücərtilər alındıqdan sonra buketləmə aparılır. Əvvəlki cərgələrin eninə olmaqla yeni cərgələr açılır, 40 sm-lik kəsimlər, 20 sm-lik buketlər əldə olunur. Sonra cərgəarası becərmələr və alaqların əllə vurulması həyata keçirilir.

Nanəyə ən çox nanə mənənəsi, tor gənəciyi, nanə yarpaqyeyəni, nanə birəsi, xəstəliklərdən isə pas, antraknoz, unlu şeh, və septorioz ziyan vurur. Onlarla mübarizə məqsədi ilə aqrotexniki (növbəli əkinə əməl edilməsi, yüksək aqrotexnika və s.) və kimyəvi tədbirlər həyata keçirilir. Pas xəstəliyinə qarşı 3-4 dəfə Bordo mayesi ilə çiləmə, unlu şehə qarşı isə kükürd tozu və yaxud kükürdlü preparatlarla tozlama aparılır.

Nanə məhsulu bütövlükdə bitkinin yerüstü yaşıl hissəsi və ya quru yarpaqları hesab edilir. Yığıma çiçəkləmə fazasında başlamalı və onu qısa müddətdə 7-10 günə başa çatdırmaq lazımdır. Nanə JBA-3,5 A markalı maşınla 6-8 sm hündürlükdən biçilib sahəyə tökülür. Onların nəmliyi 30-45 %-ə endikdə yığılır və işlənməyə göndərilir. Burada o havada quru-kütləsi alınana qədər qurudulur və taxıl kombaynına xüsusi əlavələr edilməklə onlarda xırdalanır.


MÖVZU: 12. YEM ƏHƏMİYYƏTLİ TEXNİKİ BİTKİLƏR, AMARANT, ONUN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Mühazirənin planı:

  • Tərkibi və müalicəvi xüsusiyyətləri.

  • Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  • Amarantın yayılması.

  • Amarantın yem əhəmiyyəti.

  • Amarantın səpini.

Ədəbiyyat

  • Cəfərov M. İ. və başq. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

  • Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” , 2013, 184 s.

  • Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  • Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  • Musayeva T. H. Gəncə - Qazax bölgəsində amarant (Amaranthus L.) növlərinin fizioloji-biokimyəvi xüsusiyyətləri. K/t elm. nam. … dis. avtoreferatı: Gəncə, 2001, 21 s.

  • Yusifov Ə. N. və başq. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

  • Г. С. Посыпанов и др. «Растениеводства», М:, «Колос», 2006, ст. 611

  • П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

  • Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

YEM ƏHƏMİYYƏTLİ TEXNİKİ BİTKİLƏR, AMARANT, ONUN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ


Tərkibi və müalicəvi xüsusiyyətləri. Amarant tərkibində şəkərin az, zülalın isə çox olması ilə xarakterizə edilir. Onun tərkibində makroelementlərdən K (1,2 %), Ca (2,5% ) P (0,2%), mikroelementlərdən Si (0,8%) və Mg (1,1%) toplana bilir. Tərkibində həmçinin biogen elementlər hesab olunan bor, dəmir, manqan, titan və sink kimi elementlər də vardır. Hüceyrəsində 14 % öz maddəsi, 18 %, protein, 18 % şəkər vardır. Amarantın bəzi növlərinin tərkibində 3 %-ə qədər rutin və ya P vitamini vardır ki, bunlardan da askorutin, flakorbin və s. alınmasında istifadə olunur. Həmçinin tərkibində pektin maddəsi də vardır.

Amarant toxumlarının qidalılıq dəyəri tərkibində zülal çox olduğu üçün priotet qida bitkilərindən üstündür. Həmin zülallar aminturşuları ilə yaxşı balanslaşmış vəziyyətdədir. Dənində 8 % - ə qədər yağ, 10 %-ə qədər skvalen aşkar olunmuşdur. Skvalen kosmetik vasitələrin əsas komponenti hesab olunur və texnikada işlədilir.

Yarpaqlarında qida və müalicəvi vasitə hesab olunan nişasta, C, E, A vitaminləri, piqmentlər, pektinlər və mikroelementlər vardır. Tərkibindəki qida maddələrinin miqdarına görə tərəvəz kimi istifadə olunan amarantın göstəriciləri ispanağa uyğundur, lakin zülalı ondan çoxdur. Maraqlı faktdır ki, Hindistan, Afrika və Asiya ölkələri əhalisinin istifadə etdiyi bitki zülalının 50 % -ini amarant zülalı təşkil edir. Qiymətli xüsusiyyətlərinə görə qənnadı istehsalçıları hələ 1930-cu illərdə amarant toxumlarından əla pryanik, piroq, peçenye istehsal etmişlər.

Amarant mədə - bağırsaq, öskürək, baş ağrısı, sarılıq, kolit qəbizlik və s. xəstəliklərin müalicəsində də istifadə edilir.

Amarant yağı (skvalen) dəri hüceyrələrini dağılmaqdan güclü mühafizə edir. Ona görə də kosmetikada geniş tətbiq olunur.

Amarant zülalı insanların qidasına daxil edildikdə tam qiymətli, balanslaşdırılmış amin turşuları tərkibi yaradır. O insanların qidasında vitaminlər, mikroelementlər və zülal çatışmazlığı zamanı qəbul edilən tərəvəz bitkisidir. Ona görə də amarant yarpaqları geniş istifadə olunur. Ondan salat, şorba, qarnir və s. hazırlanır.

Amarantın yaşıl yarpaqları müxtəlif məhsullara zülal qatqısı kimi yararlıdır.

Amarantın qurudulmuş yarpaqları da istifadə edilir. Qurutmaq üçün ancaq cavan yarpaqlar (uzunluğu 20 sm) yığılır, 20 sm-lik topalarla sərilərək təbii yolla kölgədə qurudulur. Ondan şorbalara qatmaq, konserv bağlamaq, desert yeməklər və s. hazırlanmasında istifadə edilir.

Amarant yarpaqlarından və toxumlarından ən çox yemək hazırlanması reseptləri (nüsxələri) Argentina xalqlarına mənsubdur.

Amarantın körpə cücərtiləri onkoloji xəstəliklərin müalicəsində məsləhət görülür. Xalq təbabətində o, amarantın, rutin, karationoidlər və s. bioloji aktiv maddələrin mənbəyi kimi də qiymətləndirilir. Amarantın toxumları səpildikdən 4-5 həftə sonra cücərti verir. Qrunt suları səthə yaxın olmayan sahələrdə amarant il boyu məhsul verir. Onu quraq isti və duzlu torpaqlarda da becərmək olar.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə