MüNDƏRİcat


İstifadə olunmuş ədəbiyyat



Yüklə 1,29 Mb.
səhifə8/13
tarix26.09.2017
ölçüsü1,29 Mb.
#1919
1   ...   5   6   7   8   9   10   11   12   13

İstifadə olunmuş ədəbiyyat:


  1. Американская традиция: крестовый поход за "свободную Россию", 13.03.2008, http://www.washprofile.org/ru/node/7507

  2. Francis Fukuyama, “The End of History and the Last Man” Free Press – 1992, 446 pp.

  3. Steven Weber, Naazneen Barma, Matthew Kroenig, Ely Ratner, How Globalization Went Bad, Foreign Policy, January/February 2007, 5 pp.

  4. The National Security Strategy of the United States of America, the White House, Washington - 2002, 35 pp.

  5. The National Security Strategy of the United States of America, the White House, Washington – 2006, 54 pp.

  6. Xəlilov S. Sivilizasiyalararası dialoq. Bakı, “Adiloğlu” nəşriyyatı, 2009. – 256 s.



The claims on the control of the world from unique center

and unipolar world system

(summary)


The articles analyses the claims of the global power centers on the control of the world from unique center, positive and negative sides of the unipolar world system.

Grounding on the theoretical objective laws of the international relations system, 3 fundamental approach reflecting the nature of the “globalization under unipolarity” were suggested and more stable models of the interstate relations were put forward on the basis of these approaches. Restoration of the balance in the international system by sharing globalizations’ burden was specially investigated.


Keywords: unipolar, policy, globalization, control

Dünyanın tek merkezden yönetildiği iddiaları ve

tekkutuplu dünya sistemi

(özet)
Bu makalede dünyayı tek bir merkezden, küresel güç merkezleri tarafından yönetildiği iddiaları incelenmektedir. Burada uluslararası ilişkiler sisteminin genel kuramsal yasalarına dayanarak tekkutuplu küreselleşmenin özelliklerini yansıtan üç temel yaklaşım biçimi önerilmektedir. Bu yaklaşım biçimlerine dayanarak dev­let­ler­arası ilişkilerin daha dayanıklı modelleri önerilmektedir. Makalede uluslararası sistemde küreselleşme yükünün paylaştırılması ve dengenin ayarlanması üzerinde özellikle durulmaktadır.
Anahtar kelimeler: tekkutuplu, siyaset, küreselleşme, yönetilme

Претензии на управление миром с единого центра и мировая однополярная система

(резюме)


В этой статье исследованы претензии на управление миром глобальными силовыми центрами с единого центра. Опираясь на теоретические закономерности системы международных отношений, предложены три фундаментальных подхода, отражающие характер «однополярной глобализации», и на основе этих подходов были выдвинуты более стабильные модели межгосударственных отношений. Особое внимание уделено распределению груза глобализации и урегулированию баланса в международной системе.


Elm fəlsəfəsi




Müasir dövrdə elm və dünyagörüşü:

paradiqmaların əvəzlənməsi



Səlahəddin Xəlilov

Elm fəlsəfədən ayrıldıqdan sonra elmi və fəlsəfi dünyagörüşləri nisbi müstəqil inkişaf yolu keçmiş və bir-birindən xeyli dərəcədə uzaqlaşmışlar. Tə­biətin getdikcə daha kiçik hissələrini olduqca müxtəlif münasibətlər və əla­qələr müstəvisində tədqiq edən elm vaxtaşırı qayıdıb dünyanın ümumi el­mi mənzərəsini yaratmağa çalışır. Yəni elmdə bir tərəfdən sürətli dife­ren­si­al­laşma getdiyi halda, digər tərəfdən inteqrativ proseslər də gedir. Lakin elm­də inteqrasiya gerçək təbiətin, bütövlükdə dünyanın taleyi, məqsədi və funk­siyalarını araşdırmaq iqtidarında deyil. Bu əslində fəlsəfi dünya­görü­şü­nə aid olan bir məsələdir. Elmdə inteqrasiya isə ayrı-ayrı fənlər çərçivəsində əldə edilmiş olduqca müxtəlif səpkili biliklərin qruplaşdırılması, vahid sis­tem halına salınması və bu biliklər əsasında dünyanın yeni elmi model­ləri­nin qurulması şəklində həyata keçir. Əlbəttə, hər bir yeni model çərçi­və­sin­də müxtəlif elm sahələrinin əldə etdiyi elmi informasiyanın bir araya gətiril­mə­si və dünyanın bu cür yaradılan elmi mənzərəsində üstün mövqe tutan mü­əyyən ahəngin transformasiyası, bu və ya digər makroqanuna­uy­ğun­luq­la­rın aşkar edilməsi arada qalan boşluqları da deduktiv metodla doldurmaq üçün imkan yaradır. Yəni bütövün ahəngi hissələrin tədqiqi üçün oriyentir olur, yeni istiqamət açır.

Elmdə diferensiallaşma əsasən empirik tədqiqatlar və induktiv metodlar vasitəsilə həyata keçirildiyi halda, inteqrasiya prosesi yeni, daha mükəmməl və əhatəli nəzəriyyələrin yaranması sayəsində mümkün olur. Belə böyük nəzəri sistemlərin konkret fiziki proseslərə şamil edilməsi, proyeksiyası empirik materialdan, təcrübədən gəlməyən ideya və hipotezlər üçün meydan açır ki, sonradan onların yoxlanması üçün qoyulan eksperimentlər müsbət nəticə verirsə, bu da həmin nəzəriyyənin düzgünlüyünü göstərən əlavə arqumentə çevrilir.

Fəlsəfi dünyagörüşü isə daha böyük miqyası əhatə etdiyinə görə, hər bir yeni fəlsəfi təlimin baxış bucağından dünyanın elmi mənzərəsi də fərqli görünür. Amma təəssüf ki, fəlsəfi təlimlərlə ümumi elmi nəzəriyyələrin əlaqələndirilməsi sahəsində arzu olunan səviyyədə işlər aparılmamışdır. Daha doğrusu elmi paradiqmaya təsir edə biləcək yeni fəlsəfi təlimlərin formalaşması istiqamətində tədqiqatlar çox ləng gedir. Yəni nə vaxtsa ayrılmış elm və fəlsəfə arasında məsafə getdikcə artır və bəzən uçurum dərəcəsinə çatır: sanki hərə özü üçün imiş. Bununla belə ən son dövrlərdə fəlsəfi dünyagörüşündə baş verən dəyişikliklər artıq elmi düşüncə tərzinə təsir etməyə bilməz. Filosofların 2500 il öncə işləyib-hazırladıqları atomistik struktur nəzəriyyəsi elm üçün ancaq XX əsrin əvvəllərində xüsusi əhəmiyyət kəsb etdi və atom fizikası yarandı.

İndi fəlsəfi fikrin başqa bir ideya mənbəyi aktuallaşmışdır. Əsasən Şərq düşüncəsi üçün səciyyəvi olan ruhun prioritetliyi üzərində qurulmuş yeni təlimlər dinin və fəlsəfənin sərhədlərini keçərək elmin fundamental prinsiplərinə də təsir göstərir.

XX əsrin böyük fiziklərindən biri V.Heyzenberqin fikrinə görə, bütün bəşər tarixi boyunca ən böyük kəşflər həmişə fərqli təfəkkür sistemlərinin kə­sişməsi zamanı edilir (Bax: 3, 10). Bu fikri bir tərəfdən Şərq və Qərb düşüncə tərz­lə­ri­nin kəsişməsi, digər tərəfdən ənənəvi və modern düşüncənin vahid məx­rə­cə gətirilməsinə aid etmək olar. Həmin dövrün başqa bir böyük fiziki Maks Born isə belə deyir: «Bizim nəsil yunan atomistlərinin o vaxt səpdiyi to­xum­la­rın məhsulunu indi yığır» (Bax: 2, 96). Həqiqətən də, qədim yunan filosofları­nın mü­cər­rəd elmi-fəlsəfi ideyaları elmin öz təbii tarixi inkişaf xətti ilə gəlib çat­dığı məqamları iki min il qabaqlamışdı. O dövrün fəlsəfi fəhmi ilə söy­lə­nən bəzi ideyalar isə elm tərəfindən hələ də mənimsənilməmiş, elmi me­tod­lar­la is­bata yetirilməmişdir. Bununla belə, «qədim fəlsəfələr bugünün elmi­nə çıraq tut­­maqda davam edir» (Əbu Turxan). F.Kapra da belə hesab edir ki, dün­ya­nın fiziki quruluşunu izah edən nəzəriyyələrin təməl prinsipləri hətta yunanlardan daha çox, Şərq mistisizmində ifadə olunmuşdu (3, 17).

Pifaqorun və onun davamçılarının dünyanın ahəngini ədədlər arasında münasibət kimi izah etmək cəhdləri sonrakı minilliklərdə riyazi münasi­bət­lə­rin əslində doğrudan da təbiətdən qaynaqlandığını və ya bəlkə də hissi dün­­yadakı qanunauyğunluqların əsasında durduğunu getdikcə daha çox is­ba­ta yetirmiş, insan, təbiət və ruh arasındakı vəhdətin daha bir təcəssümü ki­mi formalaşmışdır. B.L.Van der Vardenin yazdığı kimi, pifaqorçulara görə, ri­yaziyyat insanın ilahi duyğularını ifadə edir: «Pifaqorçular riyaziyyatla di­ni ayin kimi məşğul olur, ona Allaha yaxınlaşmağın vasitəsi kimi baxırdılar» (1, 146).

Henrix Volkov yazır: «Pifaqorun dünya haqqındakı təliminin mahiyyəti – riyazi təşkil olunmuş kosmosdur. Onlar üçün qeyri-üzvi təbiətdən başlayaraq ağıla, nəfsə, tanrılara qədər bütün varlıq öz ifadəsini rəqəmlərdə tapır. Bütün cisimlər riyazidir, bütün rəqəmlər maddidir, cismanidir, «dünyəvi» yaradılışın izlərini daşıyırlar» (2, 127).

Riyaziyyat fərqli bir dünya və ya məhz bizim dünyanın bir modelidir.

Elmə verilən təriflər içərisində onun mahiyyətini ən gözəl ifadə edən tərif belə səslənir: “Elm ümumilər arasında əlaqəni öyrənir”. Bəli, məhz ümumilər arasında. Cismani dünyada biz ayrı-ayrı hadisələrlə, təzahürlərlə rastlaşırıq. Burada hər şey təsadüfi kimi görünür. Qanunauyğunluqlar ancaq ümumilər arasındakı münasibətdə üzə çıxır. Və bu münasibət ədədlər arasında nisbət kimi də ifadə oluna bilir.


Geosentrik sistemdən heliosentrik sistemə keçidin əsasında olan bütün digər elmlər üçün önəmli olan hansı prinsipial dəyişiklik dururdu? Yəni bu iki sistem ancaq göy cisimlərinin öyrənilməsi, yəni astronomiya və ya kosmoqoniya kontekstindəmi əhəmiyyətli idi, yoxsa burada biz bütövlükdə dünyagörüşü səviyyəsində ortaya çıxan daha böyük bir fərqin ancaq astronomiyada üzə çıxan konkret konstatasiyası ilə rastlaşırıq?

Əgər Yer dünyanın mərkəzidirsə, yəni bütün göy cisimləri hərəkət etdiyi halda, Yer sükunət halındadırsa, onda insanların müşahidə etdiyi mexaniki və fiziki hərəkətlər koordinat başlanğıcı sükunətdə olan və ancaq məlum qüvvələrlə hərəkətə gətirilən hadisə kimi öyrəniləcəkdir. Burada iki başlanğıc şərt nəzərdə tutulur. Birincisi, Yerlə bağlı olan bütün ölçmə sistemləri sükunətdə olduğundan cismin sükunət halı daha dayanıqlı və əsas haldır, hərəkət isə sonradan, təsirlə yaranır və təsir kəsilən kimi cisim yenə də sükunət halına keçir. Başqa sözlə desək, bu ölçü sistemində sükunət mütləq, hərəkət nisbidir. Aristotel dövründən bəri cisimlərin hərəkəti məhz təməl rolunu oynayan sükunət halına nəzərən ölçülmüş və xüsusi olaraq formulə edilməsə də, bütün hərəkətlərin ancaq bəlli qüvvə təsiri ilə mümkün olduğu qəbul edilmişdir.

Q.Qaliley və İ.Nyutonun elmi düşüncəyə gətirdiyi ən böyük yeniliklərdən biri mexaniki hərəkətlərin təkcə sükunət halında olan koordinat sistemlərinə nəzərən deyil, həm də bərabərsürətli və düzxətli hərəkətdə olan koordinat sistemlərinə nəzərən eyni xarakterdə olduğunu irəli sürmək fikrinə düşmüşdür. Yəni bərabərsürətli düzxətli hərəkət halının sükunət halına ekvivalentliyi prinsipi irəli sürülməklə əslində bəlli bir sükunət halı inkar edilmişdi.

Başqa sözlə desək, bununla həm də sükunətin nisbiliyi prinsipini irəli sürmüşdü. Adətən bu yenilik hərəkətin nisbiliyinə yeni baxış kimi dəyərləndirilir. Biz isə burada məhz sükunətin nisbiliyi prinsipini daha önəmli bir kəşf kimi qeyd etmək istərdik.

Qalileyin xidməti mexanika və fizika tarixində habelə elmi dünyagörüşünün inkişafında yeni mərhələ kimi, bir inqilab kimi dəyərləndirilir. Lakin biz bu yeniliyi məhz geosentrik sistemdən heliosentrik sistemə keçidi təmin edən elmi dünyagörüşü bazası kimi də dəyərləndirmək istərdik. Düzdür, Kopernik Qalileydən bir əsr əvvəl yaşamışdır və Kopernikin kəşfi kimi təqdim olunan heliosentrik sistemin astronomiya kontekstində ideya əsasları ondan da xeyli əvvəl Nəsirəddin Tusi və İslam dünyasının başqa mütəfəkkirləri tərəfindən verilmişdi, bütün bunlar hələ fiziki proseslərin dünyagörüşü əsası kimi ortaya çıxmamışdı. Bu əsas məhz Qaliley tərəfindən yaradıldı. Biz nəyə görə Qaliley mexanikasını heliosentrik sistemlə əlaqələndiririk? Çünki bu zaman Yerin Günəş ətrafında hərəkəti qəbul olunur və Yer kürəsi üzərində baş verən hadisələr daha artıq Yerin dəyişməz görünən dayanıqlı hissələrinə nəzərən hərəkət kimi təsbit oluna bilmir. İndi obyektlərin hərəkət trayektoriyasının üzərinə həm də Yerin öz hərəkətini gəlmək tələb olunur. Bu hərəkətlərin toplanması isə böyük dolaşıqlıq yarada bilərdi. Bir tərəfdən heliosentrik sistemi və Yerin hərəkətini qəbul etmək, digər tərəfdən də heç nə olmayıbmış kimi, bütün mexaniki yerdəyişmələri yenə də sükunətə nəzərən dəyişmə kimi qəbul etmək daha mümkün deyildi. Bax, elmi dünyagörüşünün belə bir böhranı şəraitində çıxış yolunu Qaliley göstərdi.
Yeni dövrdə elmi düşüncənin əsasında duran başlıca ideyalardan biri təcrübə və induktiv metod olsa da, təcrübi yol ilə alınan biliklərin ümumiləşdirilməsindən riyazi modellər qurulması və fikrin yenidən ümumidən xüsusiyə hərəkəti, yəni bu modeldən çıxan və hələ təcrübədə yoxlanmamış ideyaların təcrübədə sınaqdan çıxarılması nəzərdə tutulur.

Əgər Aristotel təliminə görə biliklər hissi təcrübənin ümumiləşdirilməsindən alınırdısa, Yeni Dövrün elmi düşüncə tərzinə görə fikrin iki əks istiqaməti bir-birini tamamlamalıydı. Və bu zaman induktiv, yoxsa deduktiv metodun daha vacib olması deyil, onların hər ikisinin iştirakı və bir birini tamamlaması elmiliyin əsas şərti kimi ortaya çıxır.

Dünyanın ümumi elmi mənzərəsi yaradılarkən dünyanın vahid ahəngdar bir sistem olması, onun universal qanunauyğunluqları haqqında təsəvvürün qəbul olunması kimi bir dini-fəlsəfi konsepsiya ayrı-ayrı şeylər və təcrübi faktlardan intixab olunan biliklərin sadəcə toplanması yolu ilə əldə edilə bilməzdi.

Əgər Qaliley Aristotelin elmi-fəlsəfi təlimində ancaq hərəkətsiz yer üzərindəki hadisələrin hissi-təcrübi yol ilə qavranılması ideyasından fiziki qanunların bütövlükdə kainat miqyasında bərqərar olması və universal xarakter daşıması ideyasına doğru inqilabi bir keçid etmişdirsə, İ.Nyuton təkcədən ümumiyə (universala) və ümumidən təkcəyə yönəlmiş elmi düşüncə yollarının vahid bir mənzərəsini yaratmağa nail olmuşdur. Lakin Nyuton deizm mövqeyindən çıxış etmək məcburiyyətində idi. Nyutona görə dünya Allah tərəfindən yaradılmış və universal qanunlar əsasında əbədi fəaliyyətdə olan bir mexanizmdir ki, bu dünya mexanizmini işə salmaq üçün “ilk təkana” ehtiyac var idi. Belə dünyagörüşü elmi və dini yaxınlaşmaların sinkretik bir modeli kimi götürülə bilər və orta əsr islam fəlsəfəsində İbn Sina tərəfindən irəli sürülmüş konsepsiyaya nisbətdə əslində bir addım geri getmək kimi dəyərləndirilməlidir. Belə ki, İbn Sina “ilk təkan” ideyasından deyil, əbədi universal hərəkat ideyasından çıxış edirdi.

Bununla belə, elm tarixinə Nyutonun 1-ci qanunu kimi daxil olan ətalət prinsipi, Aristotel fizikasının Qaliley-Nyuton fizikası ilə əvəz olunması Avropada elmin yeni məcrada inkişafına böyük təkan verdi.

Amma bu prinsip göy cisimlərinə tətbiq olunduqda başqa bir sual da ortaya çıxırdı. Yerin hərəkətini bərabərsürətli düzxətli hərəkət kimi qəbul etmək olardımı? Çünki dairəvi hərəkətin radiusu nə qədər böyük olursa-olsun, dəqiq hesablama zamanı onun düzxətli hərəkətdən fərqli olduğu ortaya çıxmalıdır. Bax, bu baxımdan yanaşdıqda əyri xətlə düz xəttin hansı şərtlər daxilində ekvivalent götürülməsinin mümkünlüyü məsələsi hələ də öz qəti həllini tapmamışdır. Riman fəzası və Laboçevski fəzası həndəsədə bir inqilab idi. Bu təlimlər Eynşteynin nisbilik nəzəriyyəsi ilə bir-birini tamamlasa da, yeni dünyagörüşünün, yeni elmi paradiqmanın formalaşması hələ tamamilə başa çatmamışdır.

Bununla belə, çoxölçülü fəza, fəzanın əyilməsi haqqında ideyaların özü­nü doğrultması, habelə qeyri-evklid həndəsəsinin elmdə və praktikada təs­diqlənməsi bu yeni paradiqmanın artıq xeyli dərəcədə qərarlaşdığını göstərir.

Biz isə elmi inkişafın indiki mərhələsində özünü yeni-yeni büruzə verən daha bir paradiqma dəyişikliyi ərəfəsində olduğumuzu nəzərə çarpdırmaq istərdik. Necə ki, Yerin sükunətdə götürülməsi bir cür dünyagörüşünün təməl prinsipi olur, Yerin hərəkətinin qəbul edilməsi isə bütün hadisələrin yenidən dəyərləndirilməsini tələb etməklə başqa bir dünyagörüşünün əsasına çevrilir. ... Hərəkət və sükunət anlayışlarına müna­si­bət dəyişir və s. Eləcə də dünyanı necə varsa, o cür də qəbul etmək, yəni onun guya elə əzəldən var olmasını və əzəldən məhz bu cür olması ideyasını ak­siom kimi qəbul etmək bir cür dünyagörüşüdür, dünyanın nə vaxtsa ya­ra­dıl­dığını və dünya nizamının da məhz bu yaradıcılığın məhsulu olduğunu qə­bul etmək başqa br dünyagörüşüdür. Bütün klassik təbiətşünaslıq birinci möv­qedən çıxış edir ki, bu da fəlsəfədə ya materialist baxışa, ya da deizm prin­sipinə uyğun gəlir. Yəni dünyanın indiki nizamının, bütün proseslərin əsa­sında duran ahəngin, qanunauyğunluqların nə vaxt və necə isə ya­rad­ıl­ma­sı məsələsi istisna olunur. Lakin bu məsələni qəbul etdikdə (“Yerin də öz hə­rəkəti var imiş” tezisinə bənzər surətdə) və dünyada indi müşahidə et­di­yi­miz nizamın heç də əbədi-əzəli və dəyişilməz bir şey olmayıb, bir ya­radılışın məhsulu olması mövqeyindən çıxış etdikdə vəziyyət xeyli dəyişir. Yəni prinsipcə bu nizamın nə vaxtsa olmadığını, nə vaxtsa başqa cür olduğunu və ya nə vaxtsa başqa cür ola biləcəyini də nəzərə almaq lazım gəlir. Ən azı dünya bir yaranış prosesində götürülməli olur. Yəni tamamilə mümkündür ki, bu yaranış indi də davam edir. Yəni indi müşahidə etdiyimiz nizam mütləq bir hal olmayıb, hərəkətdə, yaranışda (stanovlenie) və ya tərsinə tənəzzüldə, pozulmada olan bir proses kimi götürülə bilər. Onda bu hazır nizam donuq, statik bir hal kimi deyil, hərəkətin, prosesin bir məqamı kimi götürüləcəkdir. Bu məqam əslində kainat kontekstində kiçik bir zamanı əhatə etsə də, bizim həyatımızla müqayisədə elə böyük bir zamandır ki, bu zaman intervalında biz müşahidə etdiyimiz nizamı şərti olaraq stabil, dayanıqlı götürə bilərik. Halbuki daha böyük zaman intervalında baxılsa, hansı isə təkamül (pрoqress) və ya tənəzzül (reqress) prosesi aşkarlanar ki, onun da bəzi kritik nöqtələri məhz bizim yaşadığımız dövrə düşərsə, biz onu ənənəvi nizam mövqeyindən izah edə bilməyəcəyik. Ona görə də belə hadisələr ya təsadüf, qəzavü-qədər, ya da dərki elmin indiki inkişaf səviyyəsində mümkün olmayan hadisə, anomaliya kimi dəyərləndirilir.

Əslində yeni paradiqmanın doğuşu üçün vaxt çoxdan yetişmişdir. Sinergetikanın yaranması ilə xaosun əvvəllər heç ağla da gəlməyən potensial imkanlarının açılması qayda nizam anlayışlarına da müəyyən düzəliş verilməsi ehtiyacını ortaya qoydu. Belə ki, xaos müəyyən bir kontekstdə kosmosa, başqa kontekstdə isə loqosa qarşı qoyulan və birinci halda kainatda, təbiətdə nizamsızlığı, ikinci halda fikirdə nizamsızlığı ifadə edən bir anlayış kimi öz birmənalı statusunu itirərək həm də kosmik nizamı və aydın fikri doğura biləcək ana bətni kimi qəbul edilməyə başladı.

.

ƏDƏBİYYAT




  1. Ван дер Варден Б.Л. Пробуждающаяся наука, М., 1959.

  2. Волков Г. У. колыбели науки. М., 1971.

  3. Капра Ф. Дао физики. К.: «София», М.: ИД «Гелиос», 2002.



Science and world view in the modern time:

the interchange of paradigms

(summary)
In the modern time on the one hand the sciences was separated from the philosophy and the the result of the differentiation of the syncretic world view was the emergence of various sciences. On the other hand the development of sciences occasinally caused to changing of the general view of the world and to reshaping of the world. Consequently, the change in the world view is not the continual evolution process only but discrete process, too. The interchange of scientific paradigms manifest itself in the philosophy of science and the scientific world view, too. This article explores the connection between the comeback to the Eastern philosophy and the formation of new scientific paradigm.
Keywords: paradigms, science, East, philosophy

Modern dönemde bilim ve dünya görüşü:

paradıgmaların yer değiştirmesi

(özet)
Modern dönemde bir taraftan bilimler felsefeden ayrılmış ve senkretik dünya görüşü ayrımlaşarak çeşitli bilimlerin ortaya çıkmasıyla sonuçlanmıştır. Diğer taraftan, bilimlerin gelişmesi zaman zaman dünyanın genel bilimsel manzarasının değişmesine ve bilimsel dünya görüşünün tekrar biçimlenmesine neden olmuştur. Dolayısıyla, dünya görüşündeki değişiklik sadece süreklilik arzeden bir evrim süreci değil, aynı zamanda kesintili bir süreçtır. Bilimde paradigmaların yer değiştirmesi aslında bilim felsefesinde ve bilimsel dünya görüşünde de kendi göstermektedir. Makalede Doğu felsefesi düşüncesine geri dönüşle yeni bilimsel paradigmanın biçimlenmesi arasındaki ilişki incelenmektedir.
Anahtar kelimeler: paradıgmalar, bilim, Doğu, felsefe

Наука и мировоззрение в современную эпоху:

смена парадигм

(резюме)

В статье анализируется связь между возвратом к философской мысли Востока и формированием новой научной парадигмы. Отмечается, что, с од­ной стороны, от философии отделились различные науки, синкретическое ми­ровоззрение, дифференцируясь, привело к возникновению отдельных на­ук. С другой стороны, развитие частных наук приводит к периодической сме­не научной картины мира, преобразованию научного мировоззрения. Дру­ги­ми словами, изменение мировоззрения представляет собой как непрерывный, так и дискретный эволюционный процесс. Обосновывается идея, согласно которой смена парадигм в науке на деле находит свое отражение и в философии науки, научном мировоззрении.
Ключевые слова: парадигмы, наука, Восток, философия
Elmi-fəlsəfi həyat

Təbrik
8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan Res­pub­likası Prezidentinin sərəncamı ilə Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi, əsərləri, keç­diyi fəaliyyət yolu və yetişdirdiyi neçə-neçə tələbələri ilə çoxlarına nü­mu­nə olan

fəlsəfə elmləri doktoru Zümrüd xanım Quluzadə



əməkdar elm xadimi

fəxri adına layiq görülmüşdür.

Zümrüd xanımı bu yüksək ad münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılıq sevinci arzu edirik.

Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının



beynəlxalq miqyasda tanınması
Bu günlərdə ölkəmizdə ictimai elmlərin böyük uğuru hesab edilə biləcək şad xəbər alınmışdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) 2003-cü ildən başlayaraq buraxdığı "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı elmi jurnalların indeksləşdirilməsi üzrə beynəlxalq İndex Copernicus'un siyahısına daxil edilmişdir.

Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda du­ran ən aktual vəzifələrdən biridir. Bunun yollarından biri alimlərimizin al­dı­ğı elmi nəticələrin xarici nəşrlərdə işıq üzü görməsidir. Bu baxımdan, azər­baycanlı elm adamlarının beynəlxalq miqyasda tanınmış və yüksək elmi imicə malik olan jurnallarda çap olunması böyük nailiyyətdir. Lakin təəssüf ki, bizim özümüzün dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilən və bey­nəl­xalq elmi göstəricilər siyahısına salınan jurnallarımız yox dərəcəsindədir. İc­timai və humanitar elmlər sahəsində indiyədək heç bir jurnal beynəlxalq in­deksasiya qurumları tərəfindən tanınmamışdır. Ona görə də "Fəlsəfə və so­sial-siyasi elmlər" jurnalının beynəlxalq status alması elmi icti­maiy­yə­ti­mi­zin sevincinə səbəb olmuşdur.

Xatırladaq ki, jurnalın Redaksiya Şurasına dünyanın bir sıra ölkələrini təmsil edən görkəmli elm adamları daxildir. Redaksiya Şurasının sədri, akademik Ramiz Mehdiyev, jurnalın baş redaktoru - AMEA-nın müxbir üz­vü Səlahəddin Xəlilovdur. Jurnalda Azərbaycanın və xarici ölkələrin ta­nın­mış filosoflarının, politoloq və sosioloqların elmi məqalələri dərc olunmaqla ya­naşı, klassik fəlsəfi irs də dilimizə tərcümə edilir, türk dünyasının müasir dü­şüncə sahibləri oxucularımıza müntəzəm surətdə təqdim olunur, qabaqcıl el­mi-fəlsəfi məktəblərin iş təcrübəsinin yayılması məqsədi ilə AFSEA-nın və jurnalın təşəbbüsü ilə beynəlxalq forumlar keçirilir, Azərbaycan alim­lə­ri­nin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin öl­kə­miz­də işıqlandırılmasına geniş yer verilir.

Heç şübhəsiz ki, Azərbaycanda çıxan jurnalın beynəlxalq elmi icti­ma­iy­yət tərəfindən maraqla qarşılanması ölkəmizdə gedən ictimai-siyasi və iq­ti­sadi inkişaf proseslərinin daha bir təzahürüdür.

Jurnalın Redaksiya Şurasına və işçi qrupuna daha böyük yaradıcılıq nailiyyətləri arzulayırıq.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə