Мяним йухуларымда мяня дедикляринин анламы нядир


Eşq və müqəddəslik duyğusu



Yüklə 2,18 Mb.
səhifə3/10
tarix01.11.2017
ölçüsü2,18 Mb.
#7985
1   2   3   4   5   6   7   8   9   10
Eşq və müqəddəslik duyğusu

Gənclik hisslərin aşıb-daşması, sevginin, arzuların par­­dax­lanıb çiçəklənməsi ilə səciyyələnir. Bizim gənclərin ya­ra­dı­cılığına baxanda, ilk baxışda hər şeyin başında məhz sev­gi­nin durduğunu zənn etmək olar. Bu baxımdan, bəl­kə də, gəncliyin fəlsəfəsini məhz sevgi ilə başlamağın da­ha məntiqli ol­duğunu düşünmək olardı. Bizim sevgini sona sax­la­ma­ğı­mı­zın öz səbəbi var. Belə ki, bu gənclərin sev­gisinin kökü yu­xa­rı­da nəzərdən keçirdiyimiz hisslərlə – qorxu, cəngavərlik, tən­ha­lıq və s.-lə – sıx bağlıdır. Yəni içində bu qədər ziddiyyətlər da­şıyan, bu qədər mürəkkəb düşüncələr içində vurnuxan bir in­sanın sevgisini təcrid olun­muş, ayrıca gözəl bir hiss kimi nə­zər­dən keçirmək düz­gün olmaz. Digər tərəfdən, həyat adlanan qı­sa bir za­man kəsiyində yalnız ilk məhəbbətin aldadıcı pa­rıl­tı­sın­dan gözləri qamaşmağa imkan tapan bir gəncdən dərin bir məhəbbət ummaq və onu digər hisslərin başına qoy­maq da doğ­ru bir nəticəyə gətirib çıxartmaz. Bununla be­lə, deyilənlər heç də bu gənclərin gözəl bir məhəbbətə qa­dir olmadıqları de­mək deyil. Sadəcə, onların sevgisi bir sı­ra özünəməxsus key­fiy­yətlərə malikdir ki, gəncliyin fəl­sə­fə­sinin tamamlanması üçün mütləq nəzərə alınmalıdır. Elə isə gənclik fəlsəfəsində sev­gi, eşq nədir?

Bəli, doğurdan da, bu gənclərin yaradıcılığında ilk nə­­zə­rə çarpan sevgidir. Ancaq bu sevgi özünün uşaqlığı, saf­lığı ilə se­çilir. Bu, hələ dünyanın çirkablarına bat­ma­mış, ikiüzlülük­dən uzaq, maddiyyatın «ləl-cəvahiratına» bü­rünməmiş bir sev­gi­dir. Məsələn, istər Bayronun, istər Ler­­montovun, istər Müş­fi­qin, istərsə də Ülvinin sevgi şe­ir­­lərinin ünvanı onlarla gö­zəllərdir. Lermontov yazır:
Gedir – bütün hərəkətləri,

Dinir – hər cizgiləri,

Hisslərlə, ədayla doludur,

Bir ilahi sadəliklə doludur.1
Müşfiq:
Sənin mərhəmətli, dolğun gözlərin

Mənim hisslərimi məndən də dərin

Necə anlatmada bilməm, şirin qız?2
Ülvi:
Baxışları sirli nağıl

Gözlərindən alov yağır.

Tez-tez sağa-sola baxır,

Bu qız görən hara gedir?3

Bu gənclərin şeirlərində hər şey hiss etmək müm­kün­­dür: görüşmək sevinci, ayrılıq qüssəsi, gözəlin təsviri, bu­sənin şi­rinliyi, sərt baxışın acılığı və s. Hamısı hisslər səviyyəsində! Heç bir məsuliyyət, heç bir cavabdehlik, heç bir sabah ar­zu­la­rı, heç bir düşüncə, heç bir dərinlik! Əs­lin­də, bunu qəlbin, kö­nü­lün gözəlliyə təbii meyli və ya uşa­ğın sevimli, qeyri-adi bir şe­yə qarşı ilk sövq-təbii reak­si­yası, yəni əlini uzadıb götürmək, onu dadmaq istəyi ad­lan­dırsaq daha doğru olar. Məhz uşağın. Bu­rada heç bir hiy­lənin, heç bir vəhşi ehtirasın, qara niyyətin, xə­bis plan­la­manın izini tapmaq olmaz.

Hisslər oynaqdır. Gənc eyni səmimiyyətlə müxtəlif gö­­­zəl­lərin sehrinə düşür, vurulur, aşiq olur, ancaq bir yer­də qə­rar tuta bilmir. Maraqlı bir haldır ki, istedadlı uşaq­lar daha na­dinc olurlar. İçlərində qaynayan enerji, ətrafla har­­moniya­ya can atma meyli, eyni zamanda, sabit ol­ma­yan emosiyalar, ət­rafındakı hadisələrə qeyri-ciddi mü­na­si­bət. Bu nədir? Dayaz dü­şüncə? Kyerkeqorun fikrinə gö­rə, «günah – inkar deyil, nə isə müsbət bir şeydir»1 və «gü­nahın pozitivliyi məhz Allahın qar­şısında olmaqdır».2 Mə­lum olduğu kimi, uşaq diqqət tələb edən­də, öz var­lı­ğı­nı ətrafındakılara çatdırmaq istəyəndə na­dinc­lik edir. Kyer­keqor da bu nadincliyin daha böyük miq­yas­da edil­mə­sinin daha böyük səbəbinin olduğuna işarə edir. La­kin na­dinclik yalnız öz varlığını eşitdirmək ehtiyacından yox, həm də içindəki yükdən azad olmaq istəyindən ola bilər. Ye­nə Kyer­keqor bildirir ki, «mütəəssir olan Allah qar­şı­sın­da özü olmaq istəyəndə və ya olmaq istəməyəndə gü­nah işlədir».3 De­mə­li, gənci nadinclik etdirən həm də çiyinlərindəki ağır yük­dən azad olmaq və ya bir az da olsa onu unutmaq istəyidir.

O gəncdir. Təbiət öz gücünü göstərir, hisslər qay­na­yır, co­şur, sevib sevilmək arzusu oyanır. Lakin ma­raq­lı, eyni za­man­da, qəmli bir şey müşahidə edilir: bir belə sev­gi şeirlərinin mü­əllifini sevgi sevindirə bilmir. Həyat ta­rixçəsindən məlum ol­duğu kimi, həmişə gözəl qadın­la­rın əhatəsində olan Ler­mon­tov nədən yazır ki,


Nə olsun ki, kimi isə sevirəm,

Sevgi mənim həyatımı bəzəmir.1
Nədən yaşının sevib sevilən vaxtında Ülvi deyir ki,
Hər həvəs, hər həyəcan məgər sevgimi?

Aldatma özünü, ki, məni.2
Bəli, ilk baxışda həyatlarındakı hisslərin güclü ol­ma­­sına baxan, bu yaradıcı gənclərin eşq haqqında çoxlu şe­ir yazdığını güman edir. Əslində isə bu şeirlər ayrı-ayrı ha­disələrin, ötəri hə­yəcanların qısa təsvirlərindən başqa bir şey deyil. Əsl sev­gi­ni – ruhun mahiyyətini təşkil edən, bütün varlığın, yaradılışın sə­bəbi olan, insanı adi canlı sə­viy­yəsindən ucaldıb İnsan edən qüv­vəni isə hələ tanı­mır­lar. Bunu onların yaşı, təcrübəsi rəva gör­mür. Hər varlıq özündən daha kamilə meyl edir. Süh­rə­vər­di­nin də qeyd etdiyi kimi, «hər naqis nurun kökündə özündən yük­sək nura qarşı eşq, hər ali nurun kökündə isə özündən aşa­ğı­dakına qarşı qaliblik (idarəçilik) var».3 Gənc də bütün ru­hu ilə özündən yüksəkdəkinə böyük bir sevgi, eşq duyur. Yəni onun ruhu sevgi ilə dolub-daşır. Onun hər gün rastlaşdığı və mü­vafiq olaraq təsvir et­di­yi sevgilər isə hiss səviyyəsindən o ya­na keçmir. … Və bu isə on­la­rı qane etmir. Gənclərin duy­duq­ları ilahi harmoniyanın, gözəl­li­yin ya­nın­da bu keçici his­s­lər o qədər kiçik, əhəmiyyətsiz, zə­if gö­rü­nür ki, düşünmədən on­dan uzaqlaşırlar. Bu sə­bəb­dən onlar mad­diyyatın hüdudları boy­da olan bu sev­gi­dən bir ruh düşgün­lü­yü ilə, bəd­binliklə yazırlar. Ler­mon­tov mələyin qucağında bu dün­ya­dan köç edən bir gənci belə təsvir edir:
Bu dünyada o çox əziyyət çəkdi,

Ürəyi min bir arzuyla doluydu.

Səmanın möhtəşəm səslərini

Yerin sıxıcı nəğməsi əvəz edəmmədi.1
Həmin qəmli notlar Müşfiqdə də hiss olunur:
Olmadan aşikar doğduğu yerdən,

Böyük tanrı kimi düşmüş nəzərdən,

Çöhrəsi gülməyən xarabalardan

Daha qəmli, izsizdir eşqim!
Ülvi isə sevginin sevinc gətirməməsinin səbəbini onun «qo­calmasında» axtarır:
Qocalmaz, sevgi qocalmaz,

Ürək, ümid qocalmasa,

Qocalmaz, sevgi qocalmaz,

Onu qocaldan olmasa.2
Gəncin ehtiyacı hissə deyil. Onların özündə bu, ki­fa­yət qə­­dər­dir. Əslində, onun ehtiyacı, bütün digər ya­şıd­la­rı kimi, ta­mam­lan­mayadır. Şellinq yazır: «Yalnız insan­da bir söz de­yi­lir ki, o, başqa şeylərdə də var və tam de­yil­mir. Söylənmiş söz­də isə ruh özünü açıqlayır, yəni actu ki­mi var olan Allah».1 Gəncin məhz bu sözə ehtiyacı var. Bunu isə ilahi aləmdən bi­xə­bər, yalnız zahiri gözəlliyi ilə alışıb yanan həmyaşıdında ta­pa bilmir. Bayron yazır:
Bəs qadın? Mən səni ümid,

Təsəllim, hər şeyim sanardım.

Mən necə cansız bir daşa döndüm,

Sənin siman qəlbimin səsinə kar olanda.2
Və gənc yalnız zahiri zövqü oxşayıb mənəvi aləmə isə ki­çicik bir nur belə verməyən bu yalançı hissə nifrət edir, onu puç sayır. Lermontov şikayətlənir:
Sevgini, nifrəti dərk etmək

Bir dəfə ondan çərənləmək üçündür…3
Ülvi isə qarşısındakına ümumiyyətlə onu unutmağı töv­siyə edir:
Ürəyim deməyir gözüm deyəni,

Baxma ki, eşqini gözündən alıb.

Bəlkə də sevərdim, ay gözəl, səni,

Heyif ki, ürəyim erkən ovlanıb.4
Bütün bu ruh düşkünlükləri gənci öz dünyasına qa­­pıl­ma­ğa sövq edir. Məsələn, Ülvi qarşısındakından bir dün­­ya, bir sonsuzluq umur, amma … öz dünyasından ayrılmadan:
Bircə anlıq baxışında,

Bu dünyanı umuram mən.

Səni görmək istəyəndə,

Gözlərimi yumuram mən. 1
Gənclərə xas sevgini «özündə qapanma», hər şeyə öz kö­nül evindən dəyər verib, özü kimi zənn etmə kimi key­fiy­yət­lər­lə təsvir edən S.Xəlilov onu qısa qapanma ad­lan­dırır – alim­lərin uzaq qaç­dığı, şairlərin isə böyük şövq­lə tərənnüm et­di­yi qısa qapanma.2 Filosofun dedikləri ək­sər gənclərin «sev­gi­sinin» çox dəqiq şərhidir. Doğurdan da, sevgisi hisslər sə­viy­yə­sində boğulub qalan gənclər öz dün­­yalarında yaratdıqları xə­yalın gücündən, sehrindən heç cür azad ola bilmirlər. Hər şey onun təsiri altına dü­şür və gənc həqiqi sevginin nə ol­du­ğu­nu bilmədən özü­nün qaladığı yalançı odda yanıb kül olur.

Bizim gənclər isə bu qısa qapanmaya düşmürlər, düşə bil­­mirlər. Əvvəla, onların könül dünyası elə dərin, elə zən­gin­dir ki, ora­dan verilən dəyər də çox yüksək olur. Məhz bu də­yə­rin nə­ti­cə­si­dir ki, ruh özünə bir həmdəm tapa bilmir, gözəl qaş-göz iki gündən sonra onu bezdirir. İkincisi, onlar öz «sev­gi­sinin» təsvirində nə qə­dər hissə qapılıb, onların gözəlliyini tə­rənnüm etsələr də, onların hə­yatında aparıcı rol ağılın olur, his­sin deyil. Ümumilikdə götü­rən­də gənc sanki bir dəryadır və bu sevgi təlatümləri yal­nız onun sət­hində, üst qatında baş ve­rir. Dərinliklə­rin­də isə başqa bir həyat, başqa bir aləm var və okeanın – gən­cin əsl mahiyyəti həmin aləm­də­dir. Bəli, hisslər güc­lü­dür, lakin üzdədir. Düşüncə isə dərindir və sa­hi­bi­ni bü­tün­lüklə hisslərin itaətinə düşməyə qoymur. Bundan baş­qa, əvvəlki başlıqlardan da məlum olduğu kimi, bu gənc­lər nə qə­­dər romantik, xəyalpərvər olsalar da, öz cəmiy­yət­lərinin əy­risini-dü­­zünü daha yaxşı hiss edirlər, onun bü­tün çə­tinlik­lə­ri­ni öz üzə­r­lə­rində «sınaqdan keçirməklə» on­lara reaksiya ve­rir­lər. Başqa söz­lə de­sək, öz zirvəsindən cə­miyyəti seyr edən gəncin düşüncələri əks tə­rəfin gər­gin­li­yini duyduğuna görə, «nor­mal elektrik cərə­ya­nı» da yaranır.

Nəhayət, üçüncüsü, bu gənclərin daşıdıqları mü­qəd­dəs mis­siya onlara yalnız öz könül dünyalarına qa­pa­nıb qalmağa im­kan vermir. Gəncin başqa bir qüvvə qar­ş­ı­sında duyduğu mə­suliyyət, cavabdehlik hisslərin ça­ğırı­şın­­dan daha ağırdır, da­ha tələbkardır. Bu səbəbdən də onun şəxsiyyətində bir ikilik se­zilir, sevgisinin ən sə­mi­mi anın­da belə öz sevgilisinə tamam yad bir insan təsiri ba­ğış­laya bilir. Əlbəttə, bu, onun istəyi ilə baş verən bir pro­ses deyil. Bu, onun daim axtarışda olan mən-i­nin dar çər­­çi­­və­dən genişliyə çıxmaq istəyidir. Dediklərimizdə san­ki bir ziddiyyət var. Həm sevginin yalnız hisslər səviy­yə­sin­də olduğunu və hisslərin dərinliyə enmək qüdrətində ol­­madı­ğı­nı deyirik, həm də gəncin öz sevgisi üçün geniş üfüqlər axtar­dı­ğını iddia edirik. Əslində isə bu, maddi dünyadan başlayan hiss­lərin ruh səviyyəsində bir son­suz­luğa qo­vuşmaq ehtiya­cı­dır. Ülvi bu duyğuları necə gözəl çatdırır:
İlki varsa, sonu yoxdu sevginin,

Sevgi böyük bir dəryadı, səmadı.

«İlk»im daşa dəydi, «son»um…! – deyənin,

Ürəyi də «ilk-son» arasındadı.1
Sonsuzluğun ənginliyini hiss edən gənc bir sonlu var­­lı­ğı, o nə qədər dünya gözəli olsa da, sevə bilmir, sev­gi­si­ni bu dar hü­dud­la­ra sığdıra bilmir. S.Xəlilov yazır: «Son­suz hissin son­lu varlığa yö­nəldilməsi sözün müs­tə­qim mənasında məc­nun­luq­dur».2 «Mə­c­nun­luq» öz mən-in­dən keçməyi tələb edir. Bu gənclərin mən-i isə on­suz da onların ixtiyarında deyil.

Maraqlıdır, gənc bütün bunları yaşayırsa, yalançı his­s­lə­rin, hə­yəcanların sevgi olmadığını bilirsə, nədən yeni «sev­­gi­lər» ax­ta­rı­şı­na çıxır? Yuxarıda da qeyd etdiyimiz ki­mi, axtarış gəncin hə­ya­­tı­nı stimullaşdıran, onu sınmağa qoy­mayan bir duy­ğudur. Gəncin axtardığı sevgidir, son­suz­luq­dur, əbə­diy­yət­dir, ülviyyətdir. Şel­linq yazır: «Sev­gi­nin sirri ondadır ki, o, elə əkslikləri birləşdirir ki, on­ların hər biri özü üçün ola bi­lər­di, ancaq yenə də olmur və ola da bilmir».3 Bir daha təkrar edi­­rik: gəncin bir insan ki­mi tamamlanmağa, kamilləşməyə eh­ti­yacı var. Lakin S.Xə­lilovun da dediyi ki­mi, «insan təkcə tə­rəf-müqabillə deyil, onun simasında dünya harmoniyası ilə vü­sal tap­ma­ğa ça­lı­şır…».4 Bu baxımdan, bizim gənc bəd­bəxt­dir. Onun cis­ma­ni tərəf-müqabilləri çoxdur, əsl könül yol­da­şı isə yox­dur. O, içindəki böyük sevginin ünvanını tapa bil­mə­­diyi üçün əzab çəkir. De­yi­lən­lərdən sonra Ler­mon­tovun nə de­­mək istədiyi də aydın olur:


Gələcəyə qorxu ilə baxıram

Keçmişə qüssə ilə boylanıram.

Edama yollanan cinayətkartək,

Ətrafda doğma bir ruh arayıram.1
Yaxud Müşfiq:
Fəqət yabançıdır coşqun ruhuma,

Elimə, ölkəmə, təbi-şuxuma

Mənasız gözəllik, mənasız gözəllik!2
Ülvi də öz ruh həmdəmini insanların deyil, ulduzla­rın ara­sından «tapır»:
Heç bilmirəm yenə mənə nə olub,

Görürəm gözümdə özümü yalnız.



Ah, necə də alicənab ulduzdur,



İstəmir ki, bu tufanda tək qalam.3
Amma gənc həm də əzab çəkdirir – onu sevənlərə. O, göz­lə görülən, amma əllə tutulmayan günəş şüasına oxşayır. Baş­dan başa sevgilə yoğrulmuş bu gəncin sevgisini qazana bil­məmək, bu aşıb-daşan sevgidən bir pay ala bilməmək bö­yük əzabdır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, tarixdə bəzi gənclərin «bəx­ti gətirib» – onlar özlərini tamamlaya bi­lən bir dost, həm­fikir ta­pa biliblər və bu fakt onların hə­ya­tın­da əvəzsiz rol oy­nayıb. Gənc nə qədər təbiətcə gənc olsa da, onun tə­fək­kü­rünü, dünyaya ba­xışını gənc ad­landır­maq olmur. Məhz bu sə­bəbdən onları ta­mam­laya bi­­lən tə­rəf-müqabil də yaşca on­lar­dan çox böyük, artıq hə­­­yatın müdrikləşdirdiyi insanlar olur. Onu da əlavə edək ki, gən­cin düşüncələrini cilalayan tərəf-müqabilin «dəst-xətti» müt­ləq gəncin yaradıcılığında özünü göstərir. Mə­sə­­lən, Puş­kinin sev­gi mə­kanında Yevgeni Oneginlə ya­na­şı, Tat­ya­na La­ri­na da var. Bu, tə­sadüf deyil. Bu, Puş­ki­nin sir­li ün­vanlara yazdığı şeirlərindəki hər hansı bir xa­nı­mın tə­siri, daha doğrusu, Puşkinin onun vasitəsilə tanıya bil­diyi ali sev­gidir, ülviyyətdir. Tarixdən başqa bir misal. Şel­­linqin həya­tın­da və yaradıcılığında ondan yaşca çox bö­­yük, ümu­miyyətlə al­man romantizmi və fəlsəfi ədəbiy­ya­­tın­da xüsusi ro­la malik Ka­rolina Şleqelin müs­təs­na yeri var. Onunla evli olduğu müd­dətdə (1799-1809) yara­dı­cı­lı­ğının ən məhsuldar dövrünü ya­şa­yan və fəlsəfəsinin zir­və­sinə qalxan Şellinqin Karolinanın və­fa­tın­dan sonra (1809) «bədii yaradıcılığı, demək olar ki, ta­ma­mi­lə dayandı və yal­nız kafedradakı çıxışları Almaniya­ya tə­fək­kürlərin keç­­­miş hökmdarını xatır­la­dır­dı».1 Əlbəttə, bu xoş­bəxt­lik hər gəncə qismət ol­mur. Bunun üçün həmin cə­miy­yət­də hər şeydən əvvəl yüksək təfəkkürlü, onu mənən tamam­la­ya, ucalda biləcək insanın olması, bu dünyanın xaosunda on­­ların rastlaş­ma­sı və cəmiyyətin bütün qınaqlarına və ma­ne­ə­­lərinə sinə gərmələri lazımdır.

Reallaşmamış sevgi gəncin «ünvan axtarışını» baş­qa səm­­tə yönəldir – ona Mütləq həqiqətdən daha kamil xə­bər ve­rə bilən bir «ünvana» – Allaha. Sührəvərdi yazır: «Şövq ba­ca­rıq­lı zatları Nurlar Nu­runa aparır. Ən tam şövq ali nura cəzb və ucalmaqla ta­mam­la­nır» .1 Bəli, məhz bacarıqlı, yəni hə­ya­tın yalançı pa­rıl­tı­la­rından gözü qa­maşmayan, dünya xao­sunn­da öz yolunu itirməyən, öz Sevgisini min bir sevgi arasında qo­ruyub saxlaya bilən in­san eş­qin ali zirvəsinə qalxa bilər. Gənci bütün varlığı ilə eh­tiva edən, öz nurlu sonsuzluğunda əri­dib yox edən, çi­yin­lərindəki yükü yün­gül­ləşdirən, gözəl­ləş­di­rən, içini mü­qəd­dəslik duyğusu ilə işıq­lan­dı­ran İlahi eşq. Şel­lin­qin de­di­yi kimi, «…ilahi sevginin şüaları düşür və mənəvi hə­ya­tın zərifliyə, ilahi gözəlliyə ülvi çevrilməsi baş verir».2

Bu ali sevgi onların bütün varlığına elə hakim kəsilir ki, mü­raciət etdikləri hər bir obyektə, istər mürəkkəb ol­sun, istər­sə də adi şeylərə məhz bu gözlə baxırlar. Ma­raq­lı­dır ki, bu işıq­la baxanda, əslində insanların mürəkkəb­ləş­­dirdiyi bu hissi dün­yanın bütün sadəliyi, adiliyi üzə çı­xır. Və belə aydın olur ki, lap Ülvi deyən kimi, «bu «adi­lər» içərisində bircə şey mü­rək­kəbmiş: hər şeyin adi ol­ma­sı. Bəli, adi kənddə iki cür adam­lar – adi yaxşılar və adi pis­lər yaşayarmış. Adi yaxşılar adi işlər görürmüşlər, tikib qu­rur­larmış. Adi pislər də adi işlər­lə məşğul olurmuş, sö­küb dağıdırmış».3

Belə güman etmək olar ki, öz ətrafında özünə həm­dəm ta­pa bil­məyən gənc məcbur olub ilahi aləmə üz tu­tur. Bir növ hə­yat­dan küskün olan rahiblər, dərvişlər ki­mi. Lakin bu be­lə deyil. Kyer­koqor yazır: «İnsan nəfs və bə­dənin sintezi idi, ey­ni zamanda həm də müvəqətti və əbə­dinin də sintezidir».1 Məhz özündə əbə­diyyətin bir zər­rə­sini daşıması, ilahi aləmlə sıx əlaqədə olması və həmin alə­min işığında maddi dünyanın nöq­sanlarını, yalan pər­də­­lərini sezməsidir ki, gəncə imkan ver­mir bu cismani, his­si aləm­də özünə həmdəm tapsın. Yəni əsl Gözəlliyi gö­rə­ni bu dünyanın ke­çici gözəllikləri ovutmur, ta­mamlaya bil­mir. Axtardığını bu məh­dud dünyada tapa bil­mə­yən üz tu­tur Allahın onun üçün açdığı alə­mə: ya səslərin, ya söz­lə­rin, ya da rənglərin harmoniyasına. Ən əsası isə bu alə­mə keçid gəncə həm də fəlsəfənin, müdrikliyin qatlarını açır. Təsadüfi deyil ki, Şellinq fəlsəfəni «azad sevgi»2 ad­lan­­dı­rır və bildirir ki, «fəlsəfə qətiyyət tələb edir – qətiyyət isə hə­mi­şə hər hansı bir istiqamətdə son həddir, – fəl­sə­fə­nin təbiəti bu­dur ki, təfəkkürün zirvəsinə yüksəlsin. Onun uçu­şuna bila­va­si­tə və ya dolayısı ilə mane olanda isə o, doğ­ma vətəni, qayanın ucu əlçatmaz olan qəfəsdəki qar­ta­la dönür».3 Belə məlum olur ki, gözəl hisslərdən doğan bu duyğu – sevgi təfəkkürün dərin qat­larına qədər aparır. Zahirdən batinə, bədəndən mən-ə qə­dər uzanan bu yolun əslində özü sevgi üzərində mövcuddur.

Gəncin qarşısında açılan üfüqün genişliyinə bax! İla­­hi eşq və Fəlsəfənin ənginliyi! İdrakı və təfəkkürü ilə mü­­qəd­dəs­li­yin zirvəsinə yüksəlmək imkanı! Bu üfüqlərin fət­­hinin nəti­cə­si­dir ki, Motsartın musiqisi sadəcə bir not yığ­nağı deyil, illərdir, əsr­lərdir insanı ilahi harmoniyaya qo­­­vuşduran bir sehrdir; Bet­hovenin doqquzuncu simfoni­ya­­­sı yalnız könülləri oxşamır, həm də düşündürür. Bu üfüq­­lərin fəthinin verdiyi qüdrətdir ki, Sührəvərdi Aris­to­te­­­lin fəlsəfəsini öz işraqilik fəlsəfəsi üçün bir postamentə dön­­dərib üzərində möhtəşəm bir hikmət ucalt­dı. Bu üfüq­lə­rin fəthinin sirridir ki, Bayronun, Puşkinin, Ler­mon­to­vun, Müşfiqin, Ülvinin qələmindən qopan zərrələr çir­kab do­­­lu, keşməkeşli illərin, ədəbi çiçəklənmələrin, tənəz­zül­lə­rin arasında öz parıltısını saxlayıb bərq vurmaqda davam edir.

Qurani Kərimin ayələrindən birində deyildiyinə gö­rə, «…Rəb­bimin kəlamları üçün dənizlər mürəkkəb olsa və bir o qə­dər də üstünə gəlsə Rəbbimin kəlamları bit­mə­dən onlar tü­kə­nər (Quran 18/109). Bir qüdsi hədisdə isə de­yi­lir ki, «Mən giz­li bir xəzinə idim, tanınmaq istədim və xəl­qi yaratdım». Həl­lac onu Allahlıq iddiasına düşməkdə gü­nahlandıranlara de­yir: «Xeyr, Rəblik iddia etmirəm. …Y­a­zan Allahdır, Al­lah­dan başqa ya­zan­mı var? Mən və əl sadəcə alətik, başqa bir şey de­yilik».1 Əsrlər sonra bən­zər bir «etirafı» Şellinq də edir: «Şəx­sini yalnız şəxsi mü­a­li­cə edə bilər və Allah insan olmalıdır ki, insan Allaha qa­yıt­sın».2 Bethoven də yazdıqlarının ona Al­lah tərəfindən diq­tə edildiyini bildirir… Yaradan Özünü bü­tün gözəl va­si­tələrlə, bütün ülvi, müqəddəs üsullarla tanıdır və bu­nun üçün saf, təmiz ruhlar seçir və bəxş etdiyi dərin hik­məti, ülviyyəti çatdırmaq üçün o ruhlara YARATMAQ qüd­rə­ti verir. Şellinq deyir: «Məxluqda ilk başlanğıc vahidin öz-özü­nü yaratmaq cəhdidir və ya əsasın (təməlin) ira­də­si­­dir. İkin­ci başlanğıc sevginin iradəsidir ki, onun vasi­tə­si­lə təbiətə söz deyilir və onun vasitəsilə Allah özünü şəx­siy­­yət edir».1 Bə­li, məhz bu yaradanların yaratdıqları ilə in­­sanlar Yaradanı ta­nı­yır, Onun gözəlliyinin, möhtəşəm­li­­yinin şahidi olur.

Beləliklə, həm bizim gənclərin eşqi, sevgisi haq­qın­da dü­şüncələrimiz, həm də ümumiyyətlə gənclik fəlsəfəsi bit­di. Hər halda bizim qələmimizdən qopan kəlmələr bit­di. Yu­xa­rı­da qeyd etmişdik ki, sevgini sona saxlamaqda bir məq­sədimiz var. Məqsədimiz hər şeyin ucunu sevgiyə, yə­ni gözəl ülvi bir son­suzluğa bağlamaq idi. Sevgi bizim gənclərin əmanətini – mis­siyyasını nurlandırır, cazi­bəsi­ni artırır, onun …ağırlığını azal­dır, qara notlarının çox­lu­ğu­nu gizlədir. Axı bütün dərin ­fək­kürlərinə, müdrik­liklərinə baxmayaraq, onlar gəncdir, buna eh­tiyacları var!



Nəticə
Fəlsəfə elə bir zirvədir ki, hər təfəkkürü, hər ya­ra­dı­cı­lığı, hər dünyagörüşü ora aid etmək düz olmazdı. O ba­xım­dan, bə­zi­lərinə də «gəncliyin fəlsəfəsi» ifadəsi ilk ba­xış­da bir-birilə uyuş­­mayan iki fərqli sözün eklektik bir­ləş­mə­si kimi görünə bi­lər. Bəs əslində necədir?

İnsan ömrünü fəlsəfə tarixinə bənzətsək gəncliyi onun or­ta əsrləri hesab etmək olar. İdeyaların çoxusunun do­ğulub in­kişaf et­di­yi, bəzilərinin isə rüşeymlərinin ya­ran­­dığı orta əsr­lər. Hələ coğ­ra­fi məkanın Şərq və Qərb de­yə iki qütbə bö­lü­nüb bir-birinə düşmən kə­silmədiyi, qə­dim hikmətlərin yeni hik­mətlərlə üzvi şəkildə çul­ğa­la­şıb bir-birini ən kamil şəkildə ta­mamladığı orta əsrlər. İr­ra­sio­nal id­rakın, mistik təfəkkürün ra­sional təfəkkürlə sıx əla­qəli olduğu, ilahi duyğuların çox vaxt maddi tələbatları öz təsiri altına aldığı, hət­ta onun in­ki­şa­fı­na maneçilik ya­ratdığı orta əsrlər.

Hər kəsin qəbul etdiyi bir fakt da var ki, fəlsəfə ta­ri­xin­də ən zəngin, ən mürəkkəb, ən ziddiyyətli dövr də orta əsr­lərdir. Təd­qiqat obyekti kimi ən çox müraciət edilən bu dövr olsa da, hə­lə də qaranlıq səhifələri, hələ də oriji­nal­lığını qoruyan qatlar qa­lan orta əsrlər. Nəhayət, onu da əlavə edim ki, orta əsrlərin bü­töv mənzərəsini yarat­maq üçün bütün bu deyilən cəhətlər pa­ralel, eyni za­manda, bir-birilə əlaqəli şəkildə tədqiq edil­məlidir.

Əlbəttə, orta əsrlər haqqında çox fikir söyləmək müm­­­kün­­dür, lakin bu, sadəcə, gə­lişi gözəl sözlər, yaxud tə­sadüfi bir bən­zət­mə deyil. Bun­lar həm də reallığın bü­tün zid­diy­yət­lə­ri­ni öz nurlu mə­­nə­viy­yat­larında əri­dib öz əza­bı, qüssələri ilə saf, tər-təmiz ide­ya­lar bitirən gəncliyin təsviridir. Yəni biz məhz orta əsrləri gəncliklə «ya­xın­laş­dıran» xüsusiyyətlərdən danışdıq.

Dediklərimizlə bir faktın aktuallığını vurğulamağa ça­­lı­şı­rıq: gəncliyin məhz fəlsəfi aspektdən öyrənilməsi həm gənclərin özü, həm fəlsəfə üçün xüsusi əhəmiyyət daşıyır.

Təqdim edilən əsərdə biz gəncliyin fəlsəfəsini bü­tün­­lük­lə əhatə etməsək də, bir neçə məsələni paralel və qar­şılıqlı əla­qə­li şəkildə araşdırmışıq. Əvvəla, gəncliyə xas bir sıra xüsu­siy­yətlər vardır ki, məsələn, üsyankarlıq, nadinc­lik, qısa müd­dət­də bir neçə sahə dəyişmək həvəsi və s., on­ların əsl mahiy­yətini aydınlaşdırmaqla, onlara müna­si­bət də və təbii ki, on­la­ra göstərilən reaksiyalar da fərqli ola bilər. Digər tərəfdən, bir fak­tın üzərində dönə-dönə dayanmalı olduq ki, əhəmiyyətinin bö­yüklüyünü göstərə bilək. Bu, cəmiyyətin gəncin həyatında oy­nadığı roldur. Cəmiyyət istər istedadların öz vaxtında, za­ma­nında par­la­ma­sı, reallaşması üçün uyğun şərait yaradan, is­tər yara­dı­cı­lıq axtarışlarında olanlara düzgün, xeyirli isti­qa­mət ve­rən, istər sevgilərin, təfəkkürlərin tamamlan­ması üçün nü­mu­nə ola biləcək yüksək təfəkkürlü şəx­siy­yət­lər yetiş­di­rən, is­tərsə də kimliyindən, yaşından, cin­sin­dən asılı ol­ma­yaraq İn­sa­na, müqəddəslik duyğusuna dəyər ve­rən bir fak­tor ol­ma­lı­dır. Əks halda gəncin bizim təhlil et­dimiz xü­susiyyətlərində bir çat, naqislik yaranır və şəxsiyyət şikəst qalır.

Üzərində dayanmaq istədiyimiz cəhətlərdən biri də gəncin ruhunun ilahi aləmlə bilavasitə əlaqəli olmasının vacib­li­yi­dir. Xüsusilə qeyd edək ki, bu, həm gəncin mə­nə­vi aləminin tə­mizliyi, həm düşüncəsi ilə ruhunun bir-birini ta­mamlaması, həm də ruhunun nəbati, heyvani mər­tə­bə­dən insani mərtəbəyə yük­səlməsi üçün ən birinci şərt­dir. Ən əsası isə, bu, gəncin ən pri­mitiv hisslərdən ən ali duy­ğu­lara, müqəddəslik zirvəsinə, fəl­səfi təfəkkür sə­viy­yəsinə yük­sələ bilmək imkanıdır.

İkinci cəhətin vacibliyini vurğulamaq üçün yalnız onu əla­və edək ki, məhz ruhunun Allahla bilavasitə əla­qə­li ol­ma­sı­dır ki, insanı cəmiyyətin çirkabından qurtara bi­lir, onu məhv ol­maqdan qoruyur. Bu olmayanda isə gənc olmayanda isə özü təmiz cəmiyyəti korlaya bilər və cə­miy­yət üçün bir nöq­sa­na çevrilər.

Nəhayət, biz bu əsərdə insana məxsus hər bir duy­ğu­nun məhz gənclik mərhələsinin olmasını vurğulama­ğa. Əs­lində de­diyimiz yeni bir şey deyil. Lakin yenilik onun özü­nəməxsus qanunauyğunluqlara malik olmasını gös­tərməyə çalışmaqdır. Mə­sələ burasındadır ki, əvvəla, hər hiss müxtəlif yaşlarda fərq­li nəticələrə gətirə bilər. Təsa­dü­fi deyil ki, psixologiyada hər yaşın özünə xas hiss­lə­rini öy­rənməyə xüsusi diqqət yetirilir. Bu baxımdan, on­ların fəl­səfi aspektdən də öyrənilməsi az əhə­miyyətli deyil.

Digər tərəfdən, elə düşüncələr var ki, onlar məhz gənc ya­şa məxsusdur və onları öz zamanında demək va­cib­­dir. Heç kə­sə gizli deyil ki, bir çox hallarda məhz gəncliyə xas olduğu üçün bəzi fikirləri, ideyaları «boş şeydir, ke­çib gedər», – deyə kə­nara atırlar. Əlbəttə, bu yaşda de­yi­lənlə nisbətən kamil yaş­da deyilənlər eyni tə­rə­zi­yə qo­yul­maz. Lakin bu, heç də onun dəyərsizliyinə də­la­lət et­mir. Gəncliyin insan həyatında öz ye­ri olduğu kimi, gənc­liyin fəlsəfəsinin də insan təfək­küründə öz yeri və əhə­miyyəti var.


Son söz əvəzi

Mən heç vaxt Ülvi haqqında bir sətir belə yaz­ma­mış­dım. Dü­şünürdüm ki, heç yazmayacam da. Duyduq­la­rı­ma, dü­şün­dük­lərimə qələmin gücü çatmaz deyirdim. Əs­lində qələm güc­lü­dür, ancaq güclü əldə və güclü ürəklə. Mən nə ürəyimdə hə­min təpəri, nə də öz əlimdə həmin gücü hiss edirdim.

Bu gün də o gücü hiss etmirəm. Düzdür, «Gəncliyin fəl­səfəsini» Ülvini nəzərdə tutaraq, onu düşünərək baş­lamış­dım. Yazdım da. Ancaq tək Ülvidən yox. Buna ye­nə ürək elə­mə­dim. Amma Ülvi bütün yazının fonunda, kö­kündə, bu­da­ğın­da, çiçəyindədir. Mozaika kimi bütün ya­zılarıma səpələnib. An­caq bütöv yazıya baxanda onun gəncliyinin fəlsəfəsini, müd­rikliyinin gəncliyini görə­cək­lər. Mən bu kitabda Ülvini və ülvi gəncləri ad­dım-addım, sətir-sətir ta­­nıt­mağa çalışdım. Sonda bir Ülvi das­tanının – ülviyyət dastanının alınacağına ümid edərək.
Ülvi!

Bu, sənin məndən gözlədiyin kitabdır. Bu kitabı sən istə­miş­din, ona görə mən də sənin sevdiyin şairlərə, filosoflara, sə­nin seçdiyin mövzulara müraciət etdim. Sən illər idi göz­lə­yir­din məni. Mənim bu yaşıma və düşüncə səviyyəmə gəlməyimi göz­ləyirdin. Gəldim və yazdım. Bir vaxtlar evimizə pianino alı­nanda sənin gözəl ifana baxıb: «məni də öyrət», – deyə xa­hiş elədim. «Əlimə bax, özün öyrən», – dedin. Elə də elədim. İn­di də elə oldu. Mən yal­nız sənin «əlinə baxdım». Sən isə yal­nız kənardan baxıb, ye­ri­nə düşən düzgün «notları» ax­tar­ma­ğı­ma baxıb yün­gül­cə gülümsədin, qımışdın. Sonralar pianinoda ifam­dan ra­zı qalırdın. Yəqin burda da səni razı salan «notlar» vu­ra bilmişəm.


Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə