Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 2,18 Mb.
səhifə6/10
tarix01.11.2017
ölçüsü2,18 Mb.
#7985
1   2   3   4   5   6   7   8   9   10
«…Qəlbin dərrakəsi ilə

danışan filosof…»
prof. Səlahəddin Xəlilovun

«Məhəbbət və intellekt. Fəlsəfi esselər»

kitabı haqqında düşüncələr

Tanınmış Azərbaycan filosofu, professor Səlahəd­din Xə­lilovun «Məhəbbət və intellekt. Fəlsəfi esselər» adlı yeni ki­ta­bı işıq üzü görüb. «Elmdən texnikaya və mə­nə­viy­yata», «El­mi-tex­niki tərəqqi və onun sosial-iqtisadi nə­ti­­­cələri», «Fəl­sə­fə­dən siyasətə», «Lider. Dövlət. Cəmiy­yət», «Təhsil, təlim, tər­bi­yə», «Şərq və Qərb. Ümumbəşəri ide­a­la doğru» və s. ki­tab­la­rında qlo­bal məsələləri, cəmiy­yə­tin inkişafı problemlərinin həl­lini, el­min, mədəniyyətin qa­nunauy­ğun­luq­ların­ı araşdıran bir ali­min daha çox bə­dii ədəbiyyatın müzakirə obyekti olan, hət­ta bə­zən şair­lə­rin təxəyyülünün meyvəsi hesab edilən mə­həb­bət möv­zu­su­na (bu, intellekt kontekstində olsa belə!) mü­ra­ciət et­məsi məndə müəyyən dərəcədə heyrət və maraq do­ğurdu.

Müəllif etiraf edir ki, o, hələ 30 il qabaq məhəbbət və in­tellekt haqqında yazmaq istəmiş, lakin müəyyən sə­bəb­­lər­dən fikrindən daşınmışdır. Maraqlıdır ki, söhbət «əql­lə sə­rin­ləş­dirilən yanar məhəbbətdən» (s. 109) gedir, yə­ni in­tel­lek­tin mə­həbbətindən və ya məhəbbətin intel­lek­tin­dən! Filosofun öz söz­ləri ilə desək, o, «sosial müstəvidə mə­həbbətin duyğusal kom­­ponenti ilə yanaşı, əqli kom­po­nen­tinin də inkişafı» olan şəx­­siyyət azadlığının yüksək tə­za­hüründən (s. 106-107) yazır.

Kitabın məzmunu ilə tanışlıqdan belə məlum olur ki, mə­­həbbət bu gün elm və mə­də­niyyətin ən aktual və həl­li vacib prob­­lemləri qədər əhəmiyyətli, hətta onlardan bir pil­lə yu­xa­rı­da dayanan bir fenomendir. Onun haq­qın­da məhz bu sə­viy­yə­də və bu kontekstdə danışmaq mə­həb­bə­tin əsl mahiyyətini açıq­­laya, onu bu gün düçar olduğu ba­ya­ğı­lıq­dan, sə­viy­yə­siz­lik­­dən, çürüntülərdən təmizləyə bi­­lər. Hələ neçə il əvvəl S.Xə­li­­lov mə­­qalələrinin birində ya­­zırdı: «Gözümüzün qabağında zə­­manə eşqi ehtirasın aya­­ğına ve­rir. Yeni «aşiqlər» peyda olur və dinə, millətə, adət-ənənəyə meydan oxuyur. Həyat ba­­ya­ğı­la­­şır. Böyük ideal­lar qərbləşmək pərdəsi altında qurban Veri­lir. Amma Qərb heç biz sandığımız deyil. Daha çox bayağıla­şan əs­lində çağdaş Şərqdir» (s. 102).1 Görünür, il­­lər sonra prob­­lemin nəinki həll edilmədiyini, əksinə, get-gedə böyü­dü­yü­­­nü, uçurumun da­­ha da dərinləşdiyini görən filosof bu mə­­sə­lə­­yə ayrıca bir kitab həsr etməyi qərara al­mış­dır və o, özü­nün bu addımını C.Cübranın bir fikri ilə əsaslandırır: «­yat onun qəlbini oxu­mağı bacaran müğənni tapa bil­­yəndə, onun dər­ra­­si ilə danışan filosof yaradır» (s. 7).

Müəllifin bildirdiyinə görə, «bu kitab öz məhəb­bəti­ni dərk etməyə çalışmayanlar, yaxud məntiq çərçivəsində mə­­həb­bə­­ti imitasiya etməyə çalışanlar haqqında, formala­rı, tərkib his­­sələri və digər mənəvi hadisələrlə əlaqəsi haq­qın­da esselər top­­lusudur» (s. 5). Belə bir incə möv­­zu haq­qın­da dü­­şüncələrini təqdim etmək üçün filosofun məhz bu üslubu seçməsi, zən­­nimcə, kitabın məzmununa müva­fiq­­dir. Belə ki, yüz öl­çü­lüb bir biçilən, mürəkkəb fəlsəfi sis­temləri, konsepsiyaları eh­ti­­va edən monoqrafiyalardan fərqli olaraq esse daha kiçik həcm­­li olsa da, bir hissin, bir duy­ğunun nəticəsi kimi daha kon­­kret, daha sadə və daha səmimi olur.

«Məhəbbət və intellekt» kitabında altı esse var və mü­­əllif mə­həbbəti idrak prosesi işığında, dinlə müqayi­sə­də və s. kon­teks­tlərdə şərh etsə də, onun mahiyyətini elə bi­­rinci essenin ikin­ci cümləsində açır və onu ünsiyyətin ən ali forması olan «qəlb­lərin təması» (s. 11) adlandırır.

«Məhəbbət duyğusu» adlı ilk esse sıraca birinci gəl­sə də, gü­man etmək olar ki, ya­zılma tarixinə görə o, di­gər­lərindən son­radır. Belə deməyə mənə əsas verən, bu­ra­da mü­əllifin mə­həb­bət haqqında fikirlərinin bir növ ye­kun­larını, gəldiyi nə­ti­cə­lərini təqdim etməsidir: «Məhəb­bət digər duyğularla yanaşı, müs­təqil mövcud olan sadə duy­­ğu kimi. Altıncı duyğu! Kimdə isə var, kimdə isə yox. Mə­həbbət – qəlb yarım­çıq­lığın­dan do­ğan bir hiss – ta­mam­lanmaya ehtiyac… Məhəbbət – ya­rım­çı­ğın bütöv­ləş­mək əz­mi! Məhəbbət – hissənin tama, yarımçığın bü­tövə doğ­ru hərəkəti! Məhəbbət – vahidin əzəmətinə, bü­tö­vün gö­zəlliyinə, tamın harmoniyasına heyranlıq!» (s. 21). Yu­xa­­rıda da bildirdiyimiz kimi, kitabda məhəbbətlə bağlı ən ali və ən aşağı məsələlər müzakirə və təhlil edilir, birinci es­se isə özündə ümumiyyətlə kitabın ruhunu ehtiva edir.

Kitabda vurğulamaq istədiyimiz ilk əhəmiyyətli xü­su­siy­yət­lə­rin­dən biri müəllifin məhəbbət fenomenini Şərq və Qərb kon­tekstində şərh etməsidir. Düzdür, bu problem so­nuncu es­se­də ayrıca təh­lil edilir, lakin Şərq və Qərb tə­fək­kürlərinin (bu­rada həm klassik, həm də müasir dövr əha­tə edilir) məsələ ilə bağlı qarşılaşdırılması və müqa­yi­sə­si bütün kitab boyu da­vam edir.

Hər şeydən əvvəl bildirim ki, S.Xəlilovun mövqeyi bir şərq­li mövqeyidir. Bu, apardığı müqayisəli təhlillərdən düz­gün nə­ticə çıxardan, məsələni vəziyyətə, şəraitə, dövrə, sə­bəblərə mü­vafiq olaraq araşdırıb dəyərləndirən bir möv­qedir. Ola bil­sin ki, S.Xəlilovun məhəbbət haqqında dü­şüncələri şərqli tə­fək­kürünün məhsuludur deməyim bə­zi oxucular (hətta müəl­li­fin özü belə!) tərəfindən bir­məna­lı qarşılanmasın. Fikrimi və eh­timal olunan mənfi müna­si­bət­lərin yersizliyini əsas­lan­dırım.

S.Xəlilovun mövqeyi klassik Şərqə yeni baxışdır, yə­ni o, öz düşüncələrini ha­zır­da dəbdə olan avropalaşmaya deyil, müd­rik Şərqə üz tutaraq əsaslandırır. Eyni zaman­da, o, mü­a­sir dövrdə bir çox məsələlərdə Şərqdən daha aktiv olub onu ar­xada qoyan Qərb təcrübəsini milli-mə­nə­vi invariantlarda təq­dim etməyə çalışır, Qərbin müsbət cə­hətlərini «şərq­ləş­di­rir». Bəli, məhz Qərbi təqlid etmək­dən çəkindirirək, orada möv­cud olan xeyirli xüsusiyyət­lə­ri Şərqə gətirmək niy­yətindədir.

Bundan başqa, məhəbbətin öz mahiyyətinə layiq yük­­sək qiy­mətini məhz Şərqdə aldığını, həqiqi eşqdən yaz­­maq istə­yən­də Qərbin bu gün də Şərq mütəfək­kir­lə­ri­nə üz tutduğunu nə­zərə alsaq, dediyim sözləri palçığa bat­mış bir dürrdən çox­la­rı kimi S.Xəlilovun da üz dön­dər­mək əvə­zinə, onun dəyərini an­la­yıb, onu təmizləyib yeni­dən par­latmaq istəyi kimi də yoz­maq olar.

Bunu belə desək yəqin daha doğru olar: müəllif Qərb­də aş­kar, Şərqdə isə hələ də sirli pərdə arxasında sax­la­nılan və bu sə­bəbdən də acınacaqlı şəkildə təhrif edilən ül­vi hisslərin üzə­rin­dən «pərdəni» qaldırmağa çalışır. An­caq o bunu Qərbdəki ki­mi ifrata varmadan edir. Məsələn, şərq­li qadınların da qərb­li həmcinsləri kimi öz hü­quq­la­rı­nı bilib alçal­mamaq­larının tə­rəf­darı olmaqla yanaşı, fi­lo­sof onu da vurğulayır ki, «ba­ki­rə­lik də, mənəvi saflıq, tə­miz­lik də gözübağlı saxlanmaqla yox, hiss­ləri şüurlu su­rət­də idarə edəcək bir səviyyəyə yüksəliş sa­yə­sin­də qo­ru­nub saxlanmalıdır. Lakin yüksəliş özünü açmaqla, açıq-sa­çıq olmaqla qarışıq salınmamalıdır. Çadranın atılması müs­­təqim mənada başa düşülməməli, üzlərin yox, göz­lə­rin açıl­ması ön plana çəkilməlidir» (s. 121).

S.Xəlilov məhəbbət (iki şəxsin münasibətindən tut­muş, və­təndaş sevgisinə qədər), ailə məsələləri ilə bağlı Qərb­­də gö­rü­lən işləri, atılan addımları bəyənsə də, ora­da­kı kimi mə­həb­bə­ti yerə endirmir, klassik Şərq şairləri kimi in­­sanı yüksəyə qal­dırır: «Sevgini sevgidən başqa cür duy­maq mümkün de­yil… Məhəbbətin duyulması yenə mə­həb­­­bətdir. Bütün qalan hal­larda tərəf-müqabil sənin hə­qiqi böyük sevgindən, hiss­lə­ri­nin dərinliyindən xə­bər­siz­dir. O, sənin münasibətini ancaq bir fakt kimi, hadisə ki­mi dərk edir, amma hiss etmir. Çünki qəlb­dən qəlbə hələ yol yoxdur. Yolun olması isə qarşılıqlı mə­həb­bət adlanır» (s. 24).

Müəllif Qərbin «planlaşdırılmış ailələrindən» fərqli ola­raq ailənin bir harmoniya, kamilliyə aparan yolun bir mər­­hə­lə­si olduğuna əmindir: «Bütövlük ancaq insan təbi­ə­tinin fərqli təzahürlərinin birləşməsi sayəsində əldə edil­miş olur. Birliyə, vəh­dətə, harmoniyaya meylin əsasında isə, bir tərəfdən, ge­ne­tik-bioloji yaradıclıq instinkti da­ya­nır­sa, digər tərəfdən, bu, in­sanın təbiətə, daha doğrusu, tə­biətdəki ahəngə, harmoniya­ya məftunluğunun xüsusi ha­lıdır. İnsan təkcə tərəf-müqabillə de­yil, onun simasında dün­ya harmoniyası ilə vüsal tapmağa ça­lışır…» (s. 85).

S.Xəlilov Qərb və Şərq ailələri arasında kiçik, ancaq mə­­sə­ləni kifayət qədər açan bir müqayisə də aparır: «Qərb­də ev­lə­nənlərin istifadəsində real ictimai mühitdən, ha­kim mənəvi də­yərlər sistemindən, üstün ictimai rəydən, ai­lə iqtisadiyya­tın­dan, hətta psixoloji və fizioloji bilgi­lər­dən çıxış edən, əməli hə­yat­da yararlı, mükəmməl bir ailə-mə­həbbət təlimi vardır» (s. 98). «Şərqdə isə «normal mə­həb­bət» konsepsiyası yara­dıl­ma­yıb; görünür, bir əskiklik sa­yılıb. Ona görə, ailə quran gənc­lə­rin zehnində və əməli is­tifadəsində onlara yardımçı ola biləcək heç bir örnək, tə­limat yoxdur» (s. 99).

Doğurdan da, Şərqdə yazılmayan, ancaq daha bö­yük cid­diyyətlə riayət edilən «daşa yazılı» bir ənənə var və bu­nun ya­nında «kağız üzərindəki» qanuna ehtiyac hiss edil­mir. Eyni za­manda, Şərqdə iki şəxs arasındakı müna­si­bət (hələ ailə!) elə sir­li, pak bir məqam hesab edilir ki, onun geniş müzakirə ob­yekti olmasının, qanuniləşməsi­nin, sosiallaşmasının onun üzə­ri­nə kölgə salacağından eh­ti­yat edirlər.

Qərbdə məsələyə daha rasional və real mövqedən ya­­naş­ma­nın üstünlüyünü bildirən müəllif yazır: «Bəli, Qərb sevgisi ra­sionallaşmış və görünür bunun sayəsində dif­ferensiallaşmış sev­gidir. Yəni ancaq sevginin obyekti də­yişmir, onun xarak­te­ri də, məzmunu da dəyişir. Mə­sə­lən, vətən sevgisi daha «ay işı­ğın­dan» deyil, dövlətçilik şüurundan, vətəndaşlıq qürurundan qi­dalanır» (s. 112). «Şərqdə də ictimai şüur, mövcud əxlaq nor­maları, adət-ənənə məhəbbət hissinə təsir edən amillər sıra­sın­dadır, la­kin burada məhəbbətin fərdilik dərəcəsi, məh­rəm­li­yi yük­sək olduğundan daha çox iç dünyasına aid olmuş, so­si­al­laş­mamışdır» (s. 112-113).

Burada müəllif heç cür fərdilikdən uzaqlaşıb icti­mailəşə bil­məyən insanın müvafiq olaraq öz şəxsi prob­lem­ləri, mə­na­fe­yi çərçivəsindən kənara çıxıb vətəndaş ola bil­məməsi fə­la­kə­tin­dən danışır. Eyni zamanda, S.Xəlilov ra­sional mövqenin ha­zırda Qərbdə necə müsbət nəticələr ver­diyini faktlarla gös­tər­sə də, bu mövqenin heç də Qərb tə­fəkkürünün məhsulu, spe­sifikliyi hesab etmir: «Belə dü­şün­mək ki, Şərq həmişə duy­ğu­sal olmuş və əqlin rolunu də­yərləndirməmişdir, – səhv olardı. Əksinə, rasionalizm ilk dəfə Şərqdə təşəkkül tapmışdır» (s. 109).

Bunu bilən və şərqlilərə də çatdırmaq, onların yad­da­şını «təzələmək» istəyən filosof bu gün Qərb təfək­kü­rü­nün məh­su­lu hesab edilən «insanın hüquq və azadlıqları», «gen­der» problemlərini H.Cavidin, C.Cabbarlının hə­lə ke­­çən əsrin əv­vəl­lərində qaldırdıqlarını və məhz milli ru­ha müvafiq həll et­dik­lərini bildirir: «Böyük ədiblərimiz hə­lə o vaxt bir addım qa­ba­ğa getmiş və cəmiyyətin ya­rat­dı­ğı çəpərləri uçurmaq tələbi ilə kifayətlənməyərək is­tək­lə­rin özünü yüksək mənəvi pilləyə qal­dırmaq, qadağaları kö­nüllülüklə, könlün ucalığı ilə əvəz et­mək mövqeyindən çıxış etmişlər» (s. 121).

Göründüyü kimi, S.Xəlilov istər məhəbbət anla­yı­şı­na, is­tər­sə də ailə münasibətlərinə olsun, hər iki bölgəyə xas fi­kir­lə­ri, ən əsası isə real həyati təcrübənin müsbət və mən­fi cə­hət­lə­ri­ni açıq şəkildə ortaya qoyur və bununla bir növ oxucuya dü­şün­mək üçün material verir. Əlbəttə, ilk ba­xışda bir çox hal­lar­da üstünlüyün daha çox Qərbə ve­ril­diyini düşünmək olar. La­kin bu üstünlük daha sabit bir cə­miyyət quruluşuna və bu sa­bitlikdə məhəbbətə də yer ay­rılmasına aiddir. Yəni müəllif bir növ məhəbbətin lirik, ro­mantik simvoldan daha çox, real hə­yatın ülvi və gözəl bir parçası olduğunu xatırladır və onu qu­ru simvol­luq­dan, dolayısı ilə ikiüzlülükdən xilas olunma­sı­nın vacib­li­yi­ni vurğulayır.

Kitabda vurğulanmalı olan ikinci cəhət məhəbbətin «təs­ni­fatının» aparılmasıdır. Yeri gəlmişkən, yuxarıdakı dü­­şün­cə­lər­imizin də davamı olaraq bildirək ki, Şərqdə sev­­gini, mə­həb­bəti həmişə ən gözəl, yüksək ifadələrlə tə­rənnüm edib, soyuq mü­hakimələri ona «yaraşdırmayıb­lar». Bu baxımdan, S.Xəli­lo­vun «təsnifatını» Qərbə məx­sus bir addım kimi də dəyər­lən­dir­mək olar.

Müəllif ilk məhəbbət, eyniyyət məhəbbəti, ta­mam­la­ma mə­həbbəti kimi növləri göstərməklə yanaşı, hər bi­ri­nin həm müs­bət, həm də mənfi tərəflərini göstərir. Mə­sə­lən, ilk məhəb­bət zamanı «duyğuların qapanmasını, elek­trik­lənməsini, can­lan­masını, …əslində özündə qapanma­sı­­nı» (s. 25) nəzərə ala­raq, onu «qısa qapanma» ad­lan­dı­rır. Maraqlıdır, çoxlarının ül­vi hisslər kimi göylərə qal­dır­dı­­ğı, paklığını, ülviliyini ön pla­na çəkdiyi bir məhəbbətdə mü­əllif məhz onun qısa müd­dət­li­yi­ni, faydasızlığını, hətta təh­lükəsini vurğulayır!

Valideyn məhəbbətini isə «yaradıcılıq məhəbbətinə» – «ya­­radanın öz yaratdığına sevgisi»nə bənzədir və onun «ge­­ne­tik eyniyyət duyğusundan yaranmaqla yanaşı, həm də nar­si­sizm» (s. 74) olması qənaətinə gəlir.

Digərlərindən öz dərinliyi, insanın «mən»inin ka­mil­ləş­­mə­­sində oynadığı rolun əhəmiyyətinə görə fərqlənən «ta­mam­la­ma məhəbbətini» müəllif daha ali bir hiss kimi təq­dim edir, çün­ki o, «ümumdünya cazibəsinin də, bəşər nəs­linin davam et­məsinin də əsasında durur. Və bu hiss mənəvi dünyanın qey­ri-şüuri fəzasına aiddir. Onun ya­ran­ması da, uğurla so­nuc­lan­ması da taleyin, qədərin işi­dir» (s. 80).

İlk baxışda ziddiyyətli görünə biləcək daha bir mə­qam – ək­sər Şərq mütə­fək­kir­lə­rinin ciddi tənqidə məruz qoyduqları, ona qarşı mübarizəyə çağırdıqları şəhvət his­sinə S.Xəlilov «yu­xarıdan aşağı baxmağın, onu ancaq hey­­vaniliyin təzahürü hesab etməyin tə­rəf­darı deyil… Bu his­si anlamağın, dərk et­mə­yin» (s. 85) zəruriliyini iddia edir. Bu «dər­kin» nəticəsi kimi də şəhvəti heyvani və in­sa­ni mərhələlərə ayırır. «Mahiyyət eti­ba­­rı ilə iradənin daxili nəzarəti itirməsi, beyinin du­man­lanması» (s. 83) olan hey­vani ins­tinkt və «ülvi hisslərlə təmasda incələşən, nə­cib­ləşən, gözəlləşən; bir utancaqlıq, bir xə­fiflik, hətta bir hə­ya ilə tamamlanan» şəfqət və ülfət məqamı (s. 83) olan in­sani şəhvət.

Məhəbbətin bütün növlərində eyni olan iki məqamı vur­ğulamaq, zənnimcə, onların həqiqi mahiyyətinin açıl­ma­sına kömək edir. Məhəbbətin dəyəri məhz onun ağılla nis­bətindən asılıdır. Söhbətin mövzusu ənənəvi «kor mə­həb­bət» deyil, ağıllı, gözüaçıq məhəbbətdir, çünki «mənə­viy­­yatsız adamın ağıllı olması ziyan verdiyi kimi, ağılsız ada­mın da hissiyyatının güclü olması ziyanlıdır» (s. 108).

Nəhayət, «Məhəbbət və intellekt»in vurğulanmalı olan ən əhəmiyyətli tərəfi burada ilahi eşqə xüsusi yerin ay­rılmasıdır. S.Xəlilov yalnız ilahi eşqdən yazmır! Bu eşq bü­tün kitab boyu bütün məhəbbət növlərinin, ona ra­si­o­nal və irrasional münasibətin kökündə durur, gah açıq-aş­kar, gah da sətiraltı.

Yeri gəlmişkən, kitabın ən əhəmiyyətli tərəfi demək­lə, biz heç də digər cəhətlərin əhəmiyyətsizliyini vur­ğu­la­maq istəmirik. Məsələ burasındadır ki, ilahi eşq bütün sev­gilərin zirvəsi, kamillik nöqtəsi, onların tükənməyən mən­bəyidir. Eyni zamanda, onların saflığını, ülviliyini qo­ru­yan, nə qədər qəribə səslənsə də, aydın təfəkkürlə əla­qə­ləndirən mövkəm, qırılmaz bir bağdır. Qloballaşmanın, elmin, texnikanın yüksək templə inkişaf etdiyi, iqtisadi, siyasi hökmranlığın artdığı bir dövrdə ilahi eşqi gündəmə gətirmək, nəinki gətirmək, həm də onu soyuq qərbli mən­ti­qilə təhlil etmək, bir növ məhəbbətin əsl mahiyyətini, məq­sədini göstərməkdir: «eşq səviyyəsində idrak bütün in­sanlara aid olan hissi və məntiqi idrakdan yüksəkdə du­rur – idrakın ali məqamına aparır. Bu pillə daha çox də­rə­cə­də idrakın sezgi və vəhy məqamlarına uyğundur» (s. 31-32). Eşqi ucaldan ağıl və ağılı kamilləşdirən eşq! Eşqin öm­rünü insan ömrü qədər uzadan ağıl, ağıla yeni idrak qa­pıları açan eşq! Gözəl harmoniyadır! S.Xəlilov bu ali har­moniyadan danışır!

Hər hansı bir fikir söyləməzdən əvvəl onu da mütləq qeyd edim ki, söhbət, mü­əl­lifin öz sözləri ilə desək, «ruh­la­rın transformasiyasından, psevdoməhəbbətdən, ruh oğur­­luğundan» (s. 27), yəni özündən əvvəlki mütəfək­kir­lərin sözlərini mexaniki (nə qə­dər yüksək bacarıqla olsa da) ötürülməsindən getmir, S.Xəlilovun özünün «bütövə da­­xil olaraq bütövləşmək, vahiddə itərək vahidləşmək! Ta­­­­mın harmoniyasına daxil ol­maq, harmonik aləmin sa­ki­ni olmaq!» (s. 21) istəyindən və buna can atmasından gedir.

Məhəbbətin öz ayaqlarını yerə bərk basmasını (Qərb­də olduğu kimi) istəyən mü­əllif onun ruhunun idea­lı­nı başqa, uca bir məkanda axtarır: «Ən böyük ideal Al­la­hı ehtiva etmək deyil, Allah duyğusu ilə ehtiva olun­maq, ona tapınmaq, Ona sığınmaqdır. …Nəfs pillələri ilə qal­xaraq («nəfs üzərində qələbə çalaraq») ruh aləminə qo­vuş­maq, vəhy məqamına çatmaq, özünün Haqq ol­du­ğu­nu deyil, Haqqa qovuşduğunu, onun bir parçasına çev­ril­di­yini anlamaq duymaq – budur böyük səadət, budur kam almaq və budur kamala çatmaq!» (s. 69).

Göründüyü kimi, S.Xəlilovun düşüncələri bir növ ənə­nəvi müdrik Şərqin, təsəvvüfün eşq konsepsiyasının da­vamı kimi səslənir: «Bi­­zim əsl saf məhəbbət hesab et­di­yi­miz duyğu ənənəvi olaraq «platonik məhəbbət» ad­­lan­dı­rılsa da, nə Platon, nə də digər qədim filosoflar (elə son­ra­kılar da – K.B.) su­fi­lə­rin eşq konsepsiyası ilə müqayisə edi­lə biləcək hər hansı monumental təlim yaratma­mış­lar» (s. 7). Lakin müəllif yalnız qədim ənənənin kor-korana da­vamçısı kimi çıxış etmir. O, burada sufilərin əsas prin­sip­lərindən birinə nisbətən fərqli və özü­nə­­məxsus şərh ve­rir: sufilər bir dam­la­­nın dəryaya qovuşmasından da­nış­dıq­­ları halda, S. Xəlilov bildirir ki, «fərdi mə­həb­bə­tin ila­hi məhhəbətə qovuşması iki damlanın əvvəlcə bir dam­la­da birləşməsi və dəryaya bir­likdə qatılması kimidir… Ru­hun ruha qovuşması daxili mənəvi yüksəliş gətirir» (s. 51-52). Başqa sözlə desək, müəllif təcrid olunmaqdan, za­hid­lik­dən yazmır. Onun sevgisi cəmiyyətin bir üzvünün, eyni za­manda, ülvi bir mahiyyətə malik İnsanın sevgisidir.

Bu, nə Qərbdəki kimi insanı yalnız maddiyyat çər­çi­və­sində saxlamaqdır, nə də Şərq­dəki kimi onu ancaq göy­lər­də, xəyallarda yaşatmaq! Bu, insanı göylərə qaldıran ila­hi eş­qin yerdə başladığına məntiqli şəkildə inan­dır­maq­dır! Doğurdan da, kamilliyə yol zahir­dən batinə, ra­sio­nal­dan irrasionala istiqamətlidirsə, eşq niyə fərqli yol keç­mə­li­dir ki?! «Qovuşma təcrübəsini» (idrak prosesini) mər­hə­lə­-mərhələ yaşaması damlaya qovuşmanı daha dərindən dərk etdirməzmi?!

Beləliklə, «Məhəbbət və intellekt» haqqında düşün­cə­lərimizə xitam verərək bildirək ki, S.Xəlilovun ki­ta­bın­da həm insana ilahi eşqi yaşadan ruh, həm də bu ruhla qo­şa inkişaf edən və mənəviyyatı zənginləşdirən bir təfək­kür təhlil edilir. Müəllif Qərbdə yerlə sürünən, Şərqdə isə xə­yallardan heç cür real həyata keçə bilməyən məhəb­bə­tin əslində maddi bədəni ilə bu dünyanın, ruhu ilə ilahi alə­min sakini olan insanın əsl mahiyyətini təşkil etdiyini gös­tərir; cəmiyyətin inkişafına xidmət etməyin, öz hüquq­la­rını tanımağın, məhəbbəti dərk etməyin ilahi eşqi ya­şa­ma­ğa nəinki maneçilik törətmədiyini, hətta bu rasional ad­dımların kamilləşməyə aparan yolda zəruri bir mərhələ ol­duğunu təsdiqləyir.

Bundan başqa, S.Xəlilovun kitabı bir növ Şərqə ye­ni ruh vermək cəhdidir. Son zamanlar Qərb müasir­ləş­mə­nin, yüksək inkişafın, Şərq isə geriliyin, fanatlığın, dur­ğun­luğun az qala simvoluna çevrilməkdə və bu rəy get-ge­də sabitləşməkdədir. Müəllif həm Qərbə, həm Şərqə məx­sus yüksək keyfiyyətləri göstərməklə yanaşı gənclərə – se­­vib-sevilmək çağında olanlara yeni bir yol da gös­tə­rir. Baş­qa sözlə desək, filosof inkişaf üçün müasir Qərbə de­­yil, klassik Şərqə də deyil, müdrik Şərqin ülvi ruhu ilə sa­bit Qərb təfəkkürünün vəhdətini yaratmağı tövsiyə edir.






Esselər


Eşq
Sən bilirsən eşq nədir?

Bilmək lazım deyil! Onu yaşamaq lazımdır! Heç bir söz­lə alovun necə yandırdığını təsvir etmək mümkün de­yil! Yanmaq lazımdır!

Sən bilirsən necə yanırlar?

Özünü odun hökmünə vermək lazımdır! İradəsiz ol­maq, müqavimət gös­tərməmək, özün üçün nə isə axtar­ma­maq lazımdır! Cavab gözləmə! Mükafat gözləmə! Tap­maz­san peş­man olarsan… Təslim olmazsan acı çəkər­sən. …Axı orda sən yoxsan, ancaq od var. Oda çevril! Bütün­lük­lə onun hökmünə düş, yan, vəssalam!

Sən bilirsən aşiq kimdir?

Gözü, dili, ürəyi olmayan… O, hər şeyini sevgilisinə ve­rib… İndi onun əvəzinə o, görür, danışır, hiss edir… Əgər o, bir anlığa da olsa özünə aid bir şeyi düşünsə, de­məli, ….onu uzun müddətə itirir, deməli, özünü itirir…

Deyirlər bir adam var imiş, həmişə ulduzlara qalx­maq, onların işığını yaxından görmək is­tə­yir­miş. O, gecə- gün­düz bunu düşünüb, Allahdan həmişə bunu istəyirmiş. Bir gün adam hiss edir ki, ayaqları yerdən üzülüb ul­duz­la­ra tərəf uçur. Sevincindən dünyada hər şeyi, hətta dün­ya­nın özünü də unudur. Ulduzlara lap az qalmış ani ola­raq düşünür: «Bu mənim nəyimə lazımdır ki?» Bu, bir an, anın milyondan bir hissəsi müddətdə şimşək kimi çaxdı… O, ulduza çatmadan yerə yıxıldı… Və bir də heç vaxt ora qal­xa bilmədi, gecə-gündüz gözlərini ulduzlardan çəkmə­yib, yenə Allaha yalvarsa da… O, hətta ürəyində əvvəlki is­tə­yi, təşnəni də yarada bilmirdi… Yalvaran, istəyən an­caq dili idi, könlü isə susurdu.

Sən bilirsən sevgi nədir?

Sevgi könüldə bir dəfə yandırılan və heç vaxt sön­mə­yən işıqdır. O işıq hər tərəfini nura qərq edir, hər kəsi cəlb edir, ancaq hər kəs cürət edib o nurlu otağa girmək is­­tə­mir, yanmaqdan qorxur, işıqdan gözlərinin kor ol­ma­sından qorxur…, qayıdıb çıxa bilməyəcəyindən qorxur…

Sən bildinmi eşq nədir, sevgi nə?!

Eşq oddur! Sevgi nurdur!

Odsuz-ocaqsız yandıran eşq odu həm bədəni bürü­yür, həm ruhu. Bədən ruhsuz yananda od hər şeyi yan­dırıb kül eləyir. Bu, sondur!

Ruh yananda nur artır. Bədən bu ocağın istisində isi­nir, yalnız könül gözünün gördüyü bu nurla o da du­yur, baxır. Bu, başlanğıcdır…!

Sən bilirsən könül nədir?

Könül sevgi dolu bir varlıqdır… Könül maddi bədə­ni ruhi cazibənin hökmünə verən iradədir… Könül hey­va­ni instinkləri ilahi vəhdətlə əvəz edən qüvvədir… Kö­nül insana insanlığını xatırladan yaddaşdır…

Aşiq olan nədir? Ürəkmi? Könülmü? Eşqə düşmən, hədd olaraq ağıl götürülür… Sevənin soyuq düşüncəsi olmur deyirlər… Su od tutub yananda onu nə söndürə bilər? Ağıl aşiq olanda onu nə ilə susdurmaq, sakitləşdirmək olar? Ağıl dönüb könül olanda nə etməli?



Mən
«Mən» ilahi aləmlə əlaqə, insanın ilahi, saf bir baş­lan­ğıcının mövcudluğuna dəlildir. Yaradanın bütün ilahi si­fətlərinə sahib olan insan həm də Ondan yaradıcılıq key­fiyyəti alıb: Allahın təyin etdiyi bir çərçivə daxilində, ver­diyi istedad, bacarıq vasitəsilə yaratmaq, var etmək. Nə­lər yaratmayıb bəşər?! Allahın yaratdığına öz təfək­kü­rü­nün də məhsulunu qatmaqla bənzərsiz sənət şedevrləri, Al­lahın verdiyi təbiətə paralel ikinci təbiət!

Bir «mən» yüksək ideyalarla yaşayır, digəri sadə bir in­san, milyonlardan biri olmaq istəyir. Biri ruhunun ən yük­sək məqamında oturub, İnsan olmağın bütün ma­hiy­yə­tini duyur, digəri bir ot, bir ağac kimi qayğısız, var­lı­ğın­dan bixəbər olmağa üstünlük verir.

İki «mən»in müharibə zolağı! Biri azadlığa, digəri mə­suliyyətə çağırır. Biri İnsanlığı, digəri vətəndaşlığı xa­tır­ladır. Biri ülviyyəti, gözəlliyi, digəri sərt qanunları, cə­miy­yətin tələblərini öyrədir. Biri sadəcə «mən»dir, di­gə­ri­nin vəzifəsi çoxdur: valideyn, övlad, tələbə və s.

Ürəyin daha böyük hissəsi ürəyin istəmədiyi şeylərə ay­rılır. Kiçik, gizlin hissəsi də ürəyin öz istəklərinə. Ürə­yin istəmədiyini edəndə daha böyük ürəklə girişirik – ürək­sizliyi gizlətmək üçün. Ürəyin istəyini isə çəkinə-çə­ki­nə, gizlincə edirik – ürəyin böyük həvəsini ört-basdır et­mək üçün. Elə isə bu ürək kimə, nə üçün xidmət edir?




Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə