Мяним йухуларымда мяня дедикляринин анламы нядир


Əlcəzair – hisslər şəhəri



Yüklə 2,18 Mb.
səhifə9/10
tarix01.11.2017
ölçüsü2,18 Mb.
#7985
1   2   3   4   5   6   7   8   9   10

Əlcəzair – hisslər şəhəri

(Əlcəzair səfərindən təəssüratlar)
Bəzi şəhərlər öz tarixləri, ümumi auraları ilə nəyin isə rəmzinə çevriliblər: şəhərlər şəhəri, çaylar şəhəri, sirli şə­­hər, körpülər şəhəri, sevgi şəhəri. Yeri gəlmişkən, mən hə­­mişə Venesiyanı sevgilər şəhəri bilirdim, amma Əbu Tur­­xanın yazılarından birində İstanbul sevgilər şəhəri ad­la­nır. Müəlliflə qiyabi də olsa bir şeydə razılaşdım: in­sa­nın eşqi harada bədəni ilə ruhunu barışdıra bilirsə ora sev­­gi məkanıdır.

Əlcəzairə nərdivanlar şəhəri deyirlər. Şəhər uca bir da­ğın üzərində inşa edildiyindən hər tərəf müxtəlif çeşidli pil­ləkanlarla doludur. Sanki pilləkanlar evləri, küçələri bir­­­ləşdirmir, əksinə, evlər pilləkanların üzərindəki mə­qam­lardır. Bu bənzətmə təsadüfi deyil. Deyilənə görə, Əl­cə­­zair təsəvvüfün paytaxtı elan olunub. Əslində mən tə­səv­­vüf adlı sərhədsiz bir diyarın paytaxtını insanların qəlb­­ləri bilirdim. Ancaq Əlcəzair şəhərini daha yaxından ta­­nıyanda bu sözlərin səbəbini anladım.

Əlcəzair köhnəlmiş, saralmış, amma xoş xatirəsi olan fotoşəkilə oxşayır – Parisin fotoşəklinə. Tarixdən mə­­lum olduğu kimi, ölkə uzun müddət Fransanın müs­təm­­ləkəsi olub. Qəribədir, şəhərin zahiri də, ruhu da neçə əsr­lik düşməninin surətidir sanki. Hətta sakinləri belə za­hi­rən ərəb olsalar da, ruhən artıq fransızdırlar.

Bu deyilənlər Əlcəzairin görünən tərəfidir. Amma mə­­ni, sözün əsl mənasında, heyran edən onun görün­mə­yən tərəfi, batini oldu: bura hisslər şəhəridir: sevgi, nifrət, se­vinc, qüssə, laqeydlik, daha hansı isə uca və ya alçaq his­slər, ancaq hisslər.

Nə demək istədiyimi izah edim.

Əlcəzair əhalisinin əksər hissəsi İslam dininə etiqad edir. Son illər bütün islam ölkələrində olduğu kimi, bu­ra­da da sələfilərin və ya fundamentalistlərin sayı get-gedə art­­­maqdadır. Ölkədəki müsəlmanlar arasında dərin bir uçu­­rum yaranıb və o, gündən-günə böyüməkdədir. Mü­səl­­­man müsəlmana düşmən kəsilib və bu nifrət hissi elə açıq şəkildə büruzə verilir ki, insan dəhşətə gəlir: fərq qo­yul­­madan istənilən yerdə partlayışlar törədilir, qətllər baş ve­­rir, dinc əhali qırılır və …hansı isə üçüncü və gözə gö­rün­­məz bir qüvvə bundan faydalanır. Bu üçüncü qüvvəni gör­­mək və ondan müdafiə olunmaq üçün hisslər dün­ya­sın­dan ağıl, təfəkkür müstəvisinə keçmək lazımdır. Hiss­lər (istər nifrət olsun, istər sevgi) – yüngüldür, təfəkkür – ağır. Hisslər – qanaddır, təfəkkür – bu qanadlara taxılan qur­­ğuşun. Əlcəzairlilər səhra küləyi kimi yüngül olmağa üs­tünlük verirlər.

Əlcəzairlilər fransızlara da nifrət edirlər. Əsrlər boyu onları əsatirdə saxlayan bir xalq başqa hansı hissə la­yiq­dir ki? Ancaq bu nifrət gizli bir nifrətdir. Hələ də yüksək sə­viyyənin, mədəniyyətin rəmzi hesab edilən fransızlıq əl­cə­zairlilərin qanına, canına hopub. Küçədəki dilənçi belə fran­sızca dilənir! Fransızların əlcəzairlilərə qarşı törət­dik­lə­ri soyqırımı belə fransızca nəql edirlər. Buna görə də fran­­sızlara dərindən nifrət edəndə əlcəzairlilərin özlərinə də pay düşür bu nifrətdən. Bəlkə də bu özünənifrət hissi­dir ki, hələ də sıravi bir fransızın yanında özlərini əksik, na­­qis bilirlər, hələ də onları təlqin etməyə çalışırlar, …məhz belə olduqlarına görə də nə siyasi, nə iqtisadi in­ki­şafa nail ola bilirlər, elə surət olaraq qalırlar.

Əlcəzairlilər nifrətlə yanaşı bir də yüksək sevgi his­si­nə malikdirlər və öz sevgilərini elə ürəkdən, elə candan ya­şayırlar ki!

Bir statistik məlumata görə, Əlcəzairdə 40-dan çox su­fi təriqət var. Yerli sakinlər sufiliyi hava-su kimi mə­nim­­səyirlər. Bunu böyüklü kiçikli onların hamısının sufi musiqisini din­lədiklərində müşahidə etmək mümkündür: mistik mu­si­qinin ritmləri ilə yüksəkliyə, bütün materiya­dan ucalara qal­xır, gözəl, sirli hisslər yaşayırlar. Bu mü­hi­tin elə ecaz­kar, elə saf, elə ülvi bir havası var ki, ixtiyarsız ola­raq göz­lərini yumub bu ümumi harmoniyaya qoşulu­r­san, bö­yük bir sevgi dünyasına daxil olursan. Belə anda ilk dəfə gör­düyün bu insanlar sənə elə doğma, elə səmimi gö­rü­nürlər ki!

Yerli əlcəzairlilərə qədimdə azad ruhlu insan (səhv elə­­mirəmsə, «amazey») deyiblər. Onların ruhunun azad­lı­ğı musiqilərindən də hiss olunur – sonsuz səhralıqda qum də­­nələrini qabağına qatıb qovan, sərhəd, maneə tanı­ma­yan külək kimidirlər. Onların ruhunun azad olmasıdır ki, bir belə zülümlərə, əsatirə, soyqırıma baxmayaraq, xoş si­fət­­lərini, mehribanlıqlarını, səmimiyyətlərini qoruyub sax­­­la­ya biliblər. Yəqin ruhları hələ də sonsuz çöllərdə uçur ki, xarici sivil cəmiyyətlərin hiylələrinə, siyasi oyun­la­rına asanlıqla düşürlər və …maddi baxımdan uduzduq­la­rının fərqinə belə varmırlar.

Dediklərim yalnız üç gündə gördüklərimdir, daha doğ­rusu, hiss etdiklərimdir. Bu günlər ərzində sürətlə bir-birini əvəz edən, bəzən bir-birinə qarışan, insanı bütün­lük­lə öz hökmü altına alan hisslər çox güclü idi. Bütün ya­şanan ecazkarlığın, uca hisslərin arasında bir şeyi dərk et­dim: bütün bunlar yalnız hisslərdir! Əbu Turxan yazır ki, «hisslər dərk edilməmiş düşüncələrdir». Əlcəzair ən mü­­x­təlif, zidd hissləri ən yüksək səviyyədə yaşayır və heç bi­rinin mahiyyətinə varmır. O, ruhunda baş verənləri ağ­lı­­nın süzgəcindən keçirmir. O, sonsuz çöllərdə əsən azad ru­hunun göydələnlərin arasında əsə bilmədiyini hiss edir, ancaq bunun səbəbini anlamaq istəmir. O, nifrət edir, bu nif­rətlə yaşayır, ancaq bu nifrətin kökünü, nəticələrinin ki­mə xidmət etdiyini, kimlərin alətinə çevrildiyini anla­maq istəmir. O, sevir, yüksəlir, ancaq bu sevgidən fay­da­lan­maq istəmir. İstəmir, yoxsa bacarmır?

Əl­cəzair – təsəvvüfün paytaxtıdır. Bəlkə onun hiss­lər şəhəri olmağının əsas səbəbi budur? Bəlkə təsəvvüf əl­cə­zairliləri ruhlarının qayğısına qalıb, maddiyyatı unut­ma­ğa sövq edir? Və ya bəlkə əslində saf bir düşüncə tərzi olan təsəvvüf yalnız hisslər çərçivəsinə salınmaqla özü təh­rif edilir?

Əslində, həqiqət çox aydındır. Təsəvvüf İslam üzə­rin­də təşəkkül tapmış bir təfəkkür tərzidir. Buna görə də onun mərkəz nöqtəsində bütöv cəmiyyət yox, ayrı-ayrı fərd­lərin ruhları və təfəkkürləri durur. Söhbət sadəcə ruh­dan deyil, ruhu maddi bədəni ilə vəhdət təşkil edərək bü­töv bir cəmiyyəti irəli apara bilən İNSANdan gedir.

Əlcəzair – hisslər şəhəri olduğuna görədir ki, bu qə­dər təbii, mehriban, səmimi və… sadəlövhdür. Bu, məndə ya­ranmış təəssüratdır. Bəlkə də bir azərbaycanlı olaraq hər şeyi öz arşınımla ölçmüşəm?!



Əbu Turxanın «qısa qapanma» prinsipi haqqında qeydlər
İdeyanın doğum məkanı insanın daxilində, onun re­al­­laşma, təzahür məkanı isə insandan kənardadır. Yəni ide­­­yanın müəyyən maddiyyat qazanması üçün onun in­san­­­dan kənarlaşması zəruridir. İstər söz şəklində olsun, is­­­­tər emosiya, istərsə də maddi bir cisim kimi. Berdyayev ya­­­­zır ki, «idrak yadlaşmadır» və «idrak bizim cəmiyyə­ti­mi­­­­zin genişlənməsidir». Xəlilov isə bildirir ki, «Mən»i «bö­­­­­­­lüşmək üçün əvvəlcə maddiləşdirmək – ifadə etmək la­­­­zımdır. Bu isə xüsusi bir prosesdir ki, ona yaradıcılıq deyilir».

Yaradıcılıq – içində doğulmuş ideyanın dərki və onu re­allaşdırmaq cəhdidir. İdrak – öz ideyanın kənar ob­yekt­də «tanınması» və bu «tanışlığın» öz şüurunda inikasıdır. «Ta­nıma»nı həmçinin öz ideyanla kənardakı obyektin ide­yasının harmoniyası, uyğunlaşması da adlandırmaq olar. Məsələn, heykəltaraşın ideyası ilə qranitin «ide­ya­sı­nın» üst-üstə düşməsi nəticəsində gözəl bir heykəl yaranır. Yə­ni bu, müəyyən başlanğıcı (ideyanın doğulması), kul­mi­nasiya anı (ideyanın «tanınması») və sonu (inikası) olan bir sikldir. Bu mərhələlərdən biri olmazsa, ideya dərk olunmamış və ya reallaşmamış qalar.

İnsan doğulandan şüurlu-şüursuz şəkildə qarşısına məq­sədlər qoyur, ona can atır. Körpə yıxıla-dura ilk ad­dı­mı­nı atır, uşaq şirin uşaqlığından ayrılıb həyatın çətin dön­gələrinin «dolaşıq xəritəsini» oxuya bilmək üçün elm öy­rənir, təcrübə toplayır, gənc qarşısında qaldığı seçimlər üzə­rində baş sındırır, tədbirlər tökür və s. və i.a. İnsan məq­sədi qoyur və ona doğru addımlayır. Can atdığı ide­ya­nı bəzən öz beynində o qədər aydın canlandırır ki, ara­da keçəcəyi vasitələr ona kiçik, əhəmiyyətsiz gəlir. Rəs­sam­lar, heykəltaraşlar, yaradıcı insanlar kimi. Onlar yal­nız atacaqları sonuncu addımı görür, onu atacaqlarını dü­şünürlər və onu atmaq üçün hər şeyə hazır olurlar. Əs­lin­də, onlar öz məqsədləri fonunda bu «hər şeyi» heç nə bi­lirlər. Cəmiyyətdə belə adamlara Məcnun və buna bən­zər adlar qoyurlar. Yəni insan və ideyası o qədər bir-bir­lə­r­inə yaxınlaşırlar ki, aradakı vasitələr yoxa çıxır. Əbu Tur­xan yazır ki, «aradan maneənin götürülməsi «qısa qa­pan­maya» səbəb olur, son başlanğıcla birləşir». Belə mə­lum olur ki, maneə ideyaya kənardan baxmağa, onu so­yuq təfəkkürlə dərk etməyə, onunla birləşməyin nəticəsini qiy­mətləndirməyə imkan yaradır. Qısa qapanma – part­la­yışdır, məhvdir, başlanğıcın bir nöqtədə qalıb inkişaf et­mə­məsi və sonla bərabərləşməsidir. Əbu Turxan dedik­lə­ri­ni ilk məhəbbətlə əsaslandırır və zənnimizcə, inan­dırıcı­dır. Lakin diqqəti başqa bir şeyə yönəldək: bunu yaşayan in­sanın təfəkkür səviyyəsinə.

İlk məhəbbət dönəmi əsasən insanın hisslərinin ­fək­kür üzərində hegemon olduğu bir vaxtda – yetkinlik, ilk gənc­lik illərində baş verir. Yəni insan və ideyanı (sev­gi­si­ni) hisslər əlaqələndirir. O, öz ideyasını görür, eşidir, du­yur, onun doğmalığını, harmoniyasını hələ hissi səviyyədə ta­nıyır və bu hisslər o dərəcədə canlı olur ki, ideyanın – sev­gisinin obyektinin ondan kənarda olduğunu unudur. Əbu Turxanın da etiraf etdiyi kimi, insan «özünə qa­pa­nır» və «qarşı tərəf sənin üçün qaranlıq qalır». Başqa söz­lə desək, insanın yaşadığı iki ruhun harmoniyası olmur, yal­nız öz hisslərinin təkbaşına «oynaması» olur.

Hisslər yüngüldür və hakim olduqları hər şeyi yün­gül­ləşdirirlər. İnsan ideyasını dərk etməyə can atmır, ma­ne­ələri dəf etmir. O, öz ideyasının ideyasını (özünü deyil!) ya­şayır, onu həqiqət zənn edir, buna qəti əmin olur. Belə hal­larda təfəkkürün mövcudluğu arzuolunmazdır, çünki o, hisslərin ayaqlarından tutub yerə endirir, ideyanın ide­ya­sının sadəcə bir kölgə olduğunu göstərir, qarşı tərəfin bəl­kə də nə qədər yad olduğunu anladır və …insan əzab çə­kir. Yəqin bu səbəbdən, məhəbbət məcnunları yana-ya­na sevgi və ağılın bir-birinə düşmən olduğuna, sevginin ağ­lı kor etdiyinə inanmağa və inandırmağa, soyuq təfək­kür­lə dəli eşqin bərabər olmaqlarının mümkünsüzlüyünü sü­but etməyə çalışırlar.

Hisslər bədənə məxsusdur. Sevginin, o cümlədən, baş­qa bir həqiqətin yuxarıda dediyimiz bütün mərhələləri ya­şaması – əsl mahiyyətinin reallaşması dərk olunması, ­ni qısa qapanmadan qorunması üçün bu prosesdə ruhun ­tirakı zəruridir.

Hər insan bir ruha malikdir və bu ruh ancaq öz ide­ya­sını daşıya bilər! (Onu da əlavə edim ki, bir ideyaya ma­lik olması yalnız ruha aiddir, bədənə deyil. Əbu Tur­xan fəlsəfəsində bədən bir neçə ideyanın daşıyıcısıdır.) Ya­şa­nan harmoniya, doğmalıq isə ancaq iki ruh arasında müm­kündür. Əbu Turxan demiş, bu, «ruhun canlanma­sı­dır», yəni ruh tək olmadığını dərk edir, daşıdığı ideyanın ma­hiyyətinə varır, çünki müqayisə üçün əks tərəf var, öz ək­sini görmək üçün «güzgü» var. Onu da əlavə edək ki, bu «canlanma» bütünlüklə əks tərəfdən asılı olur və bu pro­ses qarşılıqlı şəkildə olduğu halda «canlanma» get-ge­də kamilləşir, ruhların daha dərin qatları işıqlanır. Filosof bu­nu «iki damlanın əvvəlcə bir damlada birləşməsi və dər­yaya birlikdə qatılması»na bənzədir və məhəbbəti «his­­sənin tama, yarımçığın bütövə doğru hərəkəti» ad­lan­dı­rır. İnsan həm malik olduğu ideyanın, həm də sev­di­yi­nin ideyasının mahiyyətini, onların məhz hansı cəhətlərlə bir-birini tamamladıqlarını, təmas nöqtələrini və bu nöq­tə­lərin hər iki ruh üçün hansı əhəmiyyət daşımasını dərk edir və bununla da öz sevgisini dərk etmiş olur. Bayaq xa­tır­latdığımız heykəltaraş kimi. Əbu Turxan yazır ki, «ru­hun ruha qovuşması daxili mənəvi yüksəliş gətirir». Bu, qa­na-qana sevməkdir! Bu, sevginin insana verdiyi neməti dərk edib dəyərləndirməkdir! Bu, iki könülün işığını bir­ləş­dirmək, artırmaqdır! Yəqin buna görə Şihabəddin Süh­rə­vərdi deyir ki, «kamal sahibi olmayan qafil həzz ala bil­məz. Hər bir həzzin qədəri kamillik dərəcəsindən asılıdır».

Biz sevginin iki halından danışdıq: hissi səviyyədə ya­şanan, yəni məcnunluqdan və ruhun iştirakı ilə hisslə tə­fəkkürün bir-birini tamamladığı sevgidən. Lakin sevg­i­nin üçüncü, daha mürəkkəb və əzablı bir halı da möv­cud­dur: təfəkkürün hisslər üzərində hegemon olduğu zaman ya­şa­nan sevgi.

Onu da qeyd etməliyik ki, söhbət maddi hisslərin, niy­yətlərin üstünlüyündən getmir. Belə olan halda yüksək sev­gi, saf məhəbbət olmadığına görə, onu ümumiyyətlə mü­zakirə mövzusundan kənarda saxlayırıq.

Diqqətə çatdırılmalı olan məsələ Əbu Turxanın öz mə­həbbət konsepsiyasında ilk iki haldan danışdığı halda, hət­ta bizim mövzudan kənarda qoyduğumuz məsələyə də ge­niş bir açıqlama gətirdiyi halda, qeyd etdiyimiz üçüncü hal­dan danışmır.

Bildirdiyimiz kimi, sevgi əsasən hisslərin «məkanı» sa­yıldığına görə, təfəkkür ora yaxın buraxılmır. Əbu Tur­xa­nın düşüncələrinin köməyi ilə sevginin mahiyyətinə bir də baxaq: «tamamlanmaya ehtiyac», «vahidin əzəmətinə, bü­tövün gözəlliyinə, tamın harmoniyasına heyranlıq», «ruh­­lar arasında körpü», «mənəvi kamilliyin təməlinin əsas şərti», «kamilliyə aparan yolun məqamı» və s. Deyi­lən­­lər hamısı insanın mahiyyətinə xas olan və açılmağa eh­­tiyac hiss edən zəruri hallardır. Maraqlıdır, insanın za­hi­­rində də özünü müsbət tərəfdən büruzə verən belə bir mə­­nəvi kamilləşmə yalnız hisslər səviyyəsində mümkün­dür­­mü? Yuxarıda qeyd etdik ki, mümkün deyil və ruhun iş­ti­rakının vacibliyini vurğuladıq. Elə isə alternativ sual ve­rək? Bəs yalnız təfəkkürlə belə bir yüksəliş, kamilləşmə mümkündürmü?

Əbu Turxanın bildirdiyinə görə, «alimlər qısa qa­pan­madan qaçır, şairlər isə onu vəsf edir». Yalnız alimlər de­yil, ağlına güvənən, həyatında təfəkkürü hegemon ola­raq qəbul edən hər kəs «qısa qapanmadan qaçır», tə­fək­kü­rün qurduğu möhtəşəm sarayı bir anlıq partlayışın yer­lə yeksan etməsindən qorxur. Əbu Turxan qısa qapan­ma­ya alternativ olaraq normal elektrik cərəyanının ya­ran­ma­sı üçün tənzimləyici müqavimətin zəruriliyini vur­ğu­la­yır. İdeyanın normal inkişaf etməsi üçün haqlı və xeyirli bir iraddır. Lakin digər bir tərəfdən, maneənin çoxluğu cə­rə­yana hansı təsiri göstərir? Mən fizik deyiləm, amma gü­man etmək olar ki, cərəyanın şiddətini azaldır, yəni işı­ğı zəiflədir. Düzdür, Əbu Turxan «güclü enerjinin təd­ri­cən işlətməyi» də xatırladır. Bu nədir? Hissin enerjisinin tə­fəkkürə xidmətimi? Ruhu bədənin xidmətçisinə çevir­mək­mi? Yaxud təfəkkürün dərk etdiyi böyük bir sevgini qı­rıq-qırıq, səpələnmiş halda yaşamasımı?

Diqqəti cəlb edən daha bir məsələ: sevgi iki ideyanın bir­ləşməsidir. Təfəkkürün qoyduğu süni maneələr, «qısa qa­panma» qorxusu hisslərin çərçivəsini həddindən artıq da­raldır və bu naqislik ümumi vəhdətə mane olur. Başqa söz­lə desək, hiss və təfəkkür, ruh və bədən bir-birindən təc­rid olunur və ruh öz əksini başqa bir ruhda görə bil­mir, deməli tamamlanmaqdan da məhrum olur. Rəssam, hey­kəltaraş və ya başqa bir yaradıcı insan can atdığı ide­ya­ya yalnız təfəkkürü ilə çata bilərmi? Yaxud onun çat­maq istədiyi ideyanı mahiyyətdən uzaq səpələnmiş ide­ya­lar əvəz edə bilərmi?

Maraqlıdır, təfəkkürün öz hakimiyyətini bölüşmək is­təməməsini, özünə qapanmasını, hissi heç bir vəchlə ya­xı­na buraxmamasını, Əbu Turxanın təbirincə, «tə­fək­kü­rün qısa qapanması» adlandırmaq olarmı?



Ruhların mərtəbələri
Qurani Kərimdə buyrulduğuna görə, ruh haqqında bilgi çox azdır və məlum olan yalnız onun Allah qatından olmasıdır. Əslində, bu iki kiçik ifadədə çox şey deyilir. Əv­vəla, onun haqqında bilginin az olması çox bilginin əl­də edilməsinin qadağan olunması anlamına gəlmir və bu, ruhun spesifik bir məzmuna malik olması deməkdir. İkin­ci tərəfdən, ruhun Allah qatından olması həm də in­sa­nın Allah qatı ilə əlaqəli olması deməkdir. Hər iki fi­kir­dən alınan nəticəyə görə, insan özünün Allah qatı ilə bu əla­qəsi haqqında çox az şey bilir və bu bilik çevrəsini ge­niş­ləndirməyə çalışır, çünki bu əlaqə onun mahiyyətini, in­sanlığını ehtiva edir.

Ruh haqqında bilginin az olması alimlərə daha çox şey deməyə imkan yaradıb və yaratmaqdadır. Ta-a qə­dim­dən bu günə kimi bəzən bir-birinə zidd, bəzən də bir-bi­rini tamamlayan düşüncələr deyilir, yazılır, ya­zı­lan­lar­dan nəticələr çıxarılır, bu günün mütləq hesab edilən hə­qi­qəti sabahın nisbi həqiqətlər zəncirinə qoşulur. Beləcə bu zəncir elə hey uzanmaqdadır.

Bəzi alimlər ruhu işığa, bəzisi efirə, bir başqası ha­va­ya bənzədib. Biri onu maddi bədənin mahiyyəti, mənası he­sab edib, bir başqası isə onu maddi bədənlə paralel şə­kil­də, hər biri müstəqil olaraq mövcud olduğunu bildirib. Bi­ri iddia edib ki, bədən öləndə ruh da ölür, digəri isə sü­but etməyə çalışıb ki, ruh da bədənlə bərabər ölümü da­dır, üçüncü biri isə bədən öləndən sonra ruhun başqa bir bə­dənə köçməsi haqqında bütöv bir fəlsəfi təlim yaradıb. Onu da əlavə edim ki, bu düşüncələrdən hər birinə dair çox­lu əsərlər yazılıb, bu ideyalar illər səddini keçərək bu gü­nümüzə çatıb.

Ruhun sayları da mübahisələr mövzusu olmuşdur. Bir sıra alimlərin fikrinə görə, hər bədəndə yalnız bir ruh olur. Bir bədən – bir ruh. Bəzi mütəfəkkirlər isə bir in­sa­nın bioloji və sosioloji xüsusiyyətlərini nəzərə alaraq onun üç ruha – nəbati, heyvani və insani (natiq) ruha malik ol­du­ğunu bildirmişlər. İnsanın yalnız maddi deyil, həm də emo­sional dəyişkənliyini, mənəvi baxımdan müxtəlif sə­viy­yələrin sakini ola bilmək imkanını nəzərə alaraq, onun bə­dəninə bir gündə, hətta bir saatda ayrı-ayrı ruhların da­xil ola bilməsi ideyasını irəli sürmüşlər. Məsələn, Əbu Tur­xanın fəlsəfəsinə görə, «ruh sanki alternativ ruhlar sis­te­midir. İnsan bir matrisadır».

Maraqlıdır ki, ruh haqqında danışanlar onun varlı­ğı­na, eyni zamanda ruhun insanın passiv bir tərəfi deyil, məhz aktiv və aparıcı bir hissəsi olduğuna inananlardır. Bu da təbiidir: inanmadığın bir şeyə başqasını da inan­dı­ra bilməzsən.

Məncə, hər insan yalnız bir ruha malikdir. Bu bir ruh mahiyyətcə sadə olsa da, daşıdığı yükə və keçdiyi pro­ses­lərə görə çox mürəkkəbdir.

Ruh bədənin daşıdığı məna, mahiyyətdir. Ruhla bə­də­nin arasında iki cür əlaqə mövcuddur: hiss və təfək­kür­lə – istər ayrı-ayrılıqda olsun, istərsə də bərabər şəkildə.

Hiss təfəkkürə nisbətdə daha primitiv və sadədir. Kör­pə uşağı və ya bir dəlini sevin­dir­mək, həyatdan məm­nun etmək çox da çətin deyil. Yaxud cəngəllikdə təbiətlə har­moniyada yaşayan bir apaçinin istər mənəvi, istərsə də mad­di tələbatını ödəmək bir taxta və ya daş bütə sitayiş, bü­tün canlılara xas hisslərinin yerinə yetirilməsi, qarşı­lan­ma­sı çərçivəsi daxilindədir. Bu əlaqə forması ruhun nəba­ti və heyvani keyfiyyətlərinin təzahür etməsinə şərait ya­ra­­dır. Deyilənlərdən hətta belə bir nəticə də çıxartmaq olar ki, bitkilərin və heyvanların da ruhları vardır və on­lar öz maddi formaları ilə yalnız hisslər vasitəsilə əla­qə­li­dirlər. Buna nümunə olaraq bitkilərin torpaqdan, hava­dan, günəşdən qidalanmaqla­rı­nı, mühitə uyğunlaşmaq­la­rı­nı, bəzilərində hətta özünümüdafiə instinktlərini, kobud mü­nasibətə və ya nəvazişə reaksiya verməklərini gös­tər­mək olar. Heyvanlar bitkilərə xas bu keyfiyyətlərin daha mü­rəkkəbinə malik olmaqla yanaşı, əlavə xüsusiyyətlərə də sahibdirlər: onlar öz taylarını axtarır, nəsil artırırlar – his­slər səviyyəsində.

Təsadüfi deyil ki, uşaqları güllərə və ya bəzi hey­van­la­ra bənzədirlər. Lakin bu müəyyən müddətə qədər da­vam edir – uşağın təfəkkürü inkişaf edib müstəqil fikir söy­­ləyənə, müstəqil yolunu axtarmağa başlayana qədər. Yə­­qin çoxları mənimlə razılaşar ki, belələrini nə qönçəyə bən­­zətmək olar, nə dovşana. Çünki belələri artıq insan ol­duq­­larını göstərirlər. Maraqlıdır ki, bir «vəhşi»1 və ya bir dəli ilə ünsiyyət qurmağa çalışanda məhz onun hiss­lə­rinə müraciət edir, onun hisslərini məmnun edirlər.

Şüur formalaşmağa, inkişaf etməyə başladıqca ruh və bədənin digər əlaqəsi də özünü göstərməyə başlayır və bu əlaqə sayəsində ruhun növbəti – insani qatı açılır. İn­san yalnız hiss etdiklərini deyil, düşündüklərini də büruzə ver­məyə, ifadə etməyə çalışır, həm də bu, yalnız hisslər va­sitəsilə və hisslər səviyyəsində yox, daha mürəkkəb üsul­larla – sözlə, rənglə, musiqi ilə, rəsmlə və s. və daha yük­sək formada baş verir.

Nəbati və heyvani ruh bədənə daha yaxındır, nəinki in­sani. Başqa sözlə desək, bu mərtəbələrdə ruh bədənə ta­be­dir, sonuncuda isə bədən ruha. Dediklərimizi kiçik bir sxemlə təsvir edək: – maddi bədən qara bir da­irədir. Nəbati ruh onunla tamamilə üst-üstə düşür. Əv­və­la ruhun ən aşağı mərtəbəsi, ikincisi, əsasən bədənin im­kan­larından asılı olduğu üçün, yəni burada bədənin tələ­ba­tı ruhu idarə edir. Heyvani ruh da maddi bədənlə daha çox «təmasda» olmasına rəğmən, bədəndən kənar tə­rəf­lə­ri də vardır. Buna heyvanlardan delfinin, atın, ca­na­varın, ma­ralın, bülbülün və s. qeyri-adi, «qeyri-hey­va­ni» hə­rə­kət­lərini, səslərini nümunə göstərmək olar. İnsani ruh hər iki­sini öz daxilində ehtiva etməklə yanaşı on­lardan fərqli, da­ha geniş və yüksək tərəflərə də malikdir. Kyerkeqorun da dediyinə görə, «mütəfəkkir … çox qəribə bir məx­luq­dur. O, gün ərzində yalnız bir neçə saat ağıllı olur, qalan vaxtlar isə insanla əlaqəli heç bir şeyi qalmır».

Bu, ruhun mərtəbələri və məqamlarıdır. Lakin sxem­­dən də göründüyü kimi, mərkəzdə maddi bədən du­rur. Bunun bir neçə anlamı var. Əvvəla, bu ruh (!) bu bə­də­nə (!) verilib, yəni on­lar vəhdətdədir və bu şəkildə insan ad­lanır. Təklikdə onların adı ruh və ya bədəndir, bə­ra­bər isə – insan. İkincisi, ruhun insani məqamı digər ilk iki mər­­təbəsindən imtina demək de­yil. Hər üç ruh təklikdə yal­­nız bir hissədir, birlikdə isə ruh tamamlanmış şəkil­də­dir. Bu­ra­da daha bir incə məqamı da vurğulamaq la­zım­dır: nəbati ruh sonrakı ruhlara ehtiyac duy­mur, ilk mər­hə­­lə bütöv inkişafdan xəbərsiz olduğu kimi. Heyvani ruh nə­bati ruha ehtiyacı ol­duğu halda insani ruhdan xəbər­siz­dir və onsuz da mövcud ola bilir. Nəhayət, insani ru­hun hər ikisinə ehtiyacı var: son mərhələnin ilk mərhələlərə eh­­tiyacı olduğu kimi. Bu, həm də o deməkdir ki, hisslərdə tə­­fəkkür olmadığı halda, təfəkkür hisslərdən qidalana bilir.

Gün ərzində ruhun mərhələləri bir neçə dəfə bir-bi­ri­ni əvəz edir… Lakin burada əhəmiyyətli bir məqam vur­ğu­lanmalıdır: ruhun mərhələləri arasında «gəzişmə» məhz so­nuncu mərhələsi kəşf olunan insan üçün mümkündür, yə­ni maddi məkandan, hisslər aləmindən kənara çıxıb ru­hun daha geniş imkanlarından istifadə edənlər və ən əhə­miy­yətlisi, ruh və bədəni arasındakı təfəkkür əlaqəsini dərk edənlər üçün.

Vurğulanması vacib olan digər məqam insanın gün­də­lik yaşantısında onun ruhunun mərhələlərinin təzahürü mə­sələsidir, yəni insanın hazırda hansı ruh daşıması onun gün­dəlik həyatında açıq-aşkar bəlli olur.

İnsan eyni bir hadisə ilə bağlı ruhunun müxtəlif mər­hələlərində verdiyi qərarlar, təbii ki, bir-birindən kəs­kin fərqlənə bilər. Hətta bu qərar heyvani və ya nəbati mər­hələyə aid olsa belə, onun məhz heyvani, yaxud insani ruh­da olan şəxsin verməsi böyük əhəmiyyət daşıyır.

İnsan daim insani məqamında qala bilmir. Nə qədər yük­sək səviyyə olsa da, o, ruhun yalnız bir məqamıdır. Bir bioloji, eyni zamanda, sosial varlıq olaraq insan öz ru­hunun müxtəlif vəziyyətlərə uyğun gələn halından çıxış et­məlidir. Bununla yanaşı, insanın öz ruhunun bütün mə­qam­larından xəbərdar olması da əhəmiyyətli şərtdir. Baş­qa sözlə desək, verilən qərarda ruhun tam şəkildə və ya na­qis olaraq iştirak etməsi qərarın nəticəsinə bilavasitə tə­s­ir göstərir. Bunu adi su içməkdən tutmuş, eşq və ya Al­la­ha iman məsələsinə qədər olan hallarda müşahidə etmək mümkündür.






Fəlsəfi hekayətlər


Vətən
Bir gözəl saray vardı. Sakinləri bu gözəllikdən zövq alıb, onun divarları arasında təhlükədən qorunurdular. On­­lar öz gözəl saraylarına nəğmələr qoşur, şeirlər yazırdılar.

Bir gün sakinlərdən biri bu gözəlliyi başqaları ilə bö­­lüşməkdən bezdi, onu ancaq özününkü eləmək istədi. Ha­mını qova bilməzdi, sarayı bütünlüklə oğurlaya, ya da mə­nimsəyə də bilməzdi. Onda o, bu gözəllikdən kiçik bir da­şı qoparıb götürdü. Gözəllik o qədər möhtəşəm, o qə­dər mükəmməl, o qədər böyük idi ki, bu kiçik daşın yox­lu­ğunu heç kim nə hiss etmədi, nə də görmədi. Bunu gö­rən digər sakin də həvəsləndi… o da bir taxta oğurladı. Ye­nə gözəlliyə xələl gəlmədi. Bir daş, ya bir taxta nə idi ki, bu əzəməti pozaydı!

Artıq əksər sakinlər bu saraydan kiçik ya böyük bir his­səni qoparıb aparıb kənarda özlərinə bir ev qurmuş­du­lar. Saraydan qopardıqları hissələr onların evlərinin bəzə­yi, dəyəri idi. Ancaq bu, onların evlərinin yeganə dəyəri idi, qalan hissələr heç bir dəyər daşımırdı, çünki başqa-baş­qa yerlərdən toplanıb üst-üstə toplanmış şeylərdən baş­qa bir şey deyildi. Saraydan götürdüyü hissə isə doğ­ma idi, onunla eyni tarix yaşamışdı, içində öz sakinlərinin ma­hiyyətini qoruyub saxlayırdı.

…Gözəl saray dəlik deşik bir xarabaya çevrilmişdi. Sa­kinləri artıq onu bəyənmirdilər, əslində bəyəniləsi bir ha­­lı da qalmamışdı. Oxunan nəğmələr də ancaq onun keç­­miş halı haqqında idi. Hər kəs ordan köçüb-qaçmaq is­­­təyirdi. Bir vaxtlar bu saraydan qopardıqları həmin də­yər­­li şeyi götürüb başqa bir saraya köçməyə yol ax­tar­dı­lar. Bu dəyərli şey başqa saraya köçmək üçün yeganə va­si­­tə idi. Heç kimin ağlına da gəlmirdi ki, oturduğu bu sa­ra­­yı təmir etsin, heç olmasa ondan götürdüyü hissəni geri qay­tarsın. Hər kəs fikirləşirdi ki, ondakı hissə bu yekə­lik­də xarabanı düzəltmək iqtidarında deyil. Haqsız da de­yil­di­lər.



Bir çiçəyin nağılı
Müdriklərdən biri deyib ki, «Bir çiçək bir aləmdi». Bu çiçəyin də bir dünyası, bir tarixi var.

Allah yaratdıqlarının hamısı gözəldir! O, bir çiçəyə məx­sus ola bilən bütün keyfiyyətlərə malik idi: məsum, ecaz­kar, incə, zərif, rənglərində gözəl bir harmoniya, tam açı­landa belə sirli-sehirli, min bir ləçəkli, hər ləçəyində min bir yaraşıq. Bu çiçək yaranmasına necə sevinirdi, se­vən­lərin əlində oxşandıqca necə nazlanırdı! Bəs necə! Se­vən sevənə ilk olaraq onu bağışlayırdı, sevgi rəngində idi axı – qıpqırmızı, eşq dolu, sevgi ilə döyünən ürək kimi.


Qərənfiləm mən,

Gözəl güləm mən,

Yaşıl yarpaqlı,

Bir sünbüləm mən.
Bir gün göy guruldadı, şimşək çaxdı. Lap nağıl­lar­da­kı kimi göy yerlə qovuşdu… hər yer qara boyandı. Çi­çək öz kiçik dünyasından nə qədər boylansa da qaradan baş­qa rəng görmədi. Sanki bütün rənglər silinmişdi yer üzün­dən. Sonra kimsə onu götürüb qapqara asfaltın üzə­rin­dəki qıpqırmızı qanın üzərinə qoydu, onu dörd tərəfə düz­dü, onunla bütün küçələri bəzədi. Hər yer qərən­fil­ləş­di… Çiçək anlayırdı ki, bu, kimə isə yenə də sevgi payıdır. Am­ma onu da anlayırdı ki, bu bəzəmə adi bəzəmə deyil… O yenə sevgi rəmzi idi, …amma bura kədər, göz yaşı da qa­rışmışdı. Çiçək qürur duydu ki, xalq öz qara günündə öz sevdiklərini yenə onunla son mənzilə yola salır. Başqa heç bir çiçəyə yox, məhz ona üz tutur. Bir vaxtlar o, se­vən­lərlə sevirdi, indi də onu dərdlərinə şərik olmağa, ağ­la­ma­ğa çağırırdılar, «ağla, qərənfil, ağla» deyirdilər, onun sı­nıq, boynu bükük, gözü yaşlı, qara yarpaqlı rəsmlərini çə­kirdilər, ona bayatılar qoşurdular…

Zaman ən yaxşı əlacdır, – deyirlər. Bir nəğmədə de­yil­diyi kimi: «Dünya köhnə dünyadır, sevgiləri təzədir». Ye­nə sevənlər yarandı. Yenə gənclər sevib-sevildi, bir-bi­rinə çiçəklər bağışladı. Xalq qara günlərin qaralığından çı­xırdı yavaş-yavaş, …ancaq nədənsə çiçəyin qara ləçəyini aç­maq istəyən yox idi. Artıq sevənlər onu bir-birlərinə ba­ğışlamırdılar, onu yalnız kədərli günlərdə xatırlayırdılar, onun al rəngini yalnız qan rəngi ilə müqayisə edirdilər, onu bir xoş gündə, saatda görəndə təəccüblənirdilər, tez giz­lədirdilər. Kimlərinsə ona ürəyi yanıb ona fərqli rəng­lər verdi: ağ, bənövşəyi, daha nə bilim nə rəng. Ancaq ye­nə əllər ona doğru qorxa-qorxa, titrəyə-titrəyə uzandı. Ye­nə də onu göz yaşlarına şərik olmağa çağırdılar. Sev­gi­nin yolları bağlanmışdı onun üzünə. Sanki o, elə bu kə­dər­lə, göz yaşı ilə qoşa doğulubmuş. İçindən bağırıb hər kə­sin yadına salmaq istədi ki, axı onun da sevən bir qəlbi var, o, matəm çiçəyi deyil, o, daha ağlamaq istəmir, o, əv­vəl­ki rəngli günlərinin qayıtmasını istəyir! Ancaq onu eşi­dən bir kimsə görmədi – onun satış yerlərini belə qə­bir­s­tan­lıqların girişlərində yerləşdirdilər.

Beləcə çiçəyin çiçəkli günləri bitdi. O, qayğılı, hər kə­sin dərdinə qalan bir …ürəyə çevrildi, içindən qara qan­lar axan, öz dərdinə şərik tapmayan bir ürəyə.

Çiçəyin yadına o qara günlərin ani bir mənzərəsi düş­dü. Kiminsə kiçik barmaqları onu qara asfaltın üzə­rin­dən götürüb bir şəkil albomunun vərəqləri arasında giz­lətmişdi. Uşaqlıq şəkilləri idi. Albomun vərəqləri bir də açıl­madı… və o, qaranlıqda qaldı. O vaxtlar çiçək bir şey an­lamamışdı. İndi anlayırdı. O qurumuş çiçək zamanı da­yan­dırmışdı, ya da bir nöqtə qoymuşdu… uşaqlığa, sev­gi­yə, rəngli dünyaya.

«Bir çiçək bir aləm imiş». Gözəl deyib Əbu Turxan. Am­ma maraqlıdır, öz qəmli tarixini qana-qana yaşayan çi­çəkdə çiçəyə məxsus keyfiyyətlər qalırmı? Ya da bu key­fiy­yətləri solmuş çiçəyə yenə çiçək deyilirmi?

Kiçik tonqalın nağılı
Ağıllı sevgi – çaya girirsən, o biri sahil görünür, çıxmaq imkanı sənə ümid verir.

Dəli sevgi – dənizə girirsən, o biri tərəf görünmür və səni cəlb edən məhz bu ənginlik, sonsuzluq,

səni cəlb edən – çıxa bilməmək əndişəsidir.
Əbu Turxan
Qarlı bir gecə. Meşənin içi ilə uzanan bir yol. Yolun kənarında xarab olmuş bir maşın və yarı yolda qalmış bir adam. O, kiçik bir tonqal qalayıb oturub kənarında: bu so­yuqda azacıq da olsa bir hərarət versin, gecənin zül­mə­tin­də bir işıq salsın, kimsəsiz vəhşi meşədə bir həmdəm ol­sun, ürpərdici səssizlikdə tənhalığını bölüşsün deyə. Sön­mə­sin deyə yolçu ara-sıra xırda çırpılar atır bu kiçik ton­qa­la… yanması üçün ümid verir. Bu an bu ocaq ona hər şey­dən çox doğmadır, yaxındır, onu dünyalara də­yiş­məz… bu an o qədər xoş, o qədər sakitdir ki, onun bit­mə­yini heç istəmir.

Amma sabah açılacaq, yolçu maşınını təmir etdirib yoluna davam edəcək, evinə – ocağının başına tələsəcək… Dü­şünməyəcək ki, arxada məhəbbətlə, ümidlə qaladığı ki­çik bir tonqal balaca bir çırpının həsrəti ilə soyuqdan sö­nüb-donacaq. Bu onu narahat etmir: o, tonqala özün­dən heç nə verməmişdi, verdikləri ətrafda atılıb qalmış çır-çırpı idi.… O, ürəyinin hərarətini evdəki ocağı üçün sax­layırdı, ora lazım idi.

…Görəsən mənim bildiklərimi o kiçik tonqal bilsəy­di, o yolçuya öz hərarətini verərdimi, onun tənhalığını bö­lü­şərdimi, onunla o qədər doğmalaşardımı, özünü onun bar­maq boyda quru çırpısına möhtac edərdimi?!

Açıq qapı
Mövlananın bir hekayəti var:

«Aşiq – gəlib sevgilisinin qapısını döyür. Sevgili soruşur:

– Kimdir?

– Mənəm.


– Get, vaxtsız gəlibsən, bura xam adamın yeri

deyil.


Aşiq gedir, bir müddət ayrılıq, həsrət odunda yanıb-qov­rulur. Yenidən qayıdıb qapını döyür.

– Kimdir? – deyə sevgili soruşur.

– Sənsən.


  • Mənsənsə, gir içəri, məkan dardır, iki adam

sığmaz».

Burada düşündürücü çox məqam var. Mənim diq­qə­timi isə açılmayan qapı cəlb etdi.

Bəzən bağlı qapı qırıq qanadların, qarşısı alınan ar­zu­ların rəmzi kimi təsvir edilir. Maraqlıdır, Mövlananın de­diyi qapı birinci dəfədən açılsaydı nə olardı? Yəqin hələ bər­kiməmiş, sınaqdan çıxmamış kövrək bir hiss reallığın ilk təkanından yıxılardı. Hələ hisslər səviyyəsində olan bir duy­ğu başqa bir hisslə sıxışdırılıb çıxarılardı. Eşq do­ğul­mazdı. Bağlı qapı eşq yaratdı?! Qəribə bir paradoks!

Mən səni tanıyanda mənim bütün qapılarım bağlı idi. Amma heç bir eşq yox idi. Heç açarım da yox idi. Əv­vəl mənə açarın yerini göstərdin. Tapanda necə se­vin­miş­dim. Qapını açıb içəri girəndə... səni gördüm. Təəc­cüb­lən­dim, sonra da təəccüblənməyimə təəccübləndim – orada sən­dən başqası ola bilməzdi axı, oranı səndən başqa ta­nı­yan da yox idi axı.

Səni gördüm, sevindim, ancaq qapının kandarından ke­çə bilmədim. Qorxdum. Yarana biləcək eşqdən qorx­dum. Elə bildim qapı açıq qalsa eşq də qorxub yaxın gəlməz.

Məni yaxına çağırdın, «Sənin ruhunun məkanı bu­ra­dır», – dedin, mən ürək eləmədim, amma çevrilib get­mə­dim də, ...ruhum qoymadı. Elə kandarda dayanıb durdum.

Zaman keçdi. Buranın doğmalığını, əzizliyini gör­düm, duydum, yaşadım və... yavaş-ya­vaş otağın içinə gir­dim. Sənə addım-addım yaxınlaşdım. Necə böyük səbrin var­mış! Nə mənim addımlarımı tələsdirdin, nə qalxıb qa­pı­ya yaxınlaşdın. Könül otağımın tən ortasında oturub mə­nim ruhumun məni sənə, daha doğrusu, məni mənə ya­xın­laşdırmağına tamaşa eləyirdin. Gözü arxadakı açıq qa­pıda qalan bədənimin necə böyük tərəddüdlərlə ruhu­ma təslim olmağının müşahidəçisi idi. Yalnız hərdən ar­xam­ca qapını örtməyi xahiş edirdin: gözümü arxadan çək­mək, yad gözlərdən qorunmaq, daha ürəklə irəli yeri­mə­yim üçün. Hər xahişdə mən bir addım geri dururdum, çün­ki deyilənləri bir an sonra öhdəsindən gələ bilmə­yə­cə­yim bir təhlükənin xəbərdarlığı kimi yozurdum. Sən daha onu da tərgitdin, yalnız sevgi dolu baxışlarınla mənim gə­li­şimi izlədin.

Artıq sənə lap yaxınlaşmışdım. Artıq nəfəsini hiss edir­dim, ürəyinin döyüntüsünü duyur­dum. Əlini uzatsan mə­nə çatardı. Ancaq nə sən əlini uzadırdın, nə mən... İki­mizin də gözü açıq qa­pı­da idi.

Onu örtmək üçün bir-birimizdən yenə aralanmalı idik. Bu daha neçə müddət ayrılıq deməkdi!

Onu örtmək üçün dəhlizdəkilərlə üzləşməli idik. Bu, neçə qınağ dolu baxışların altında əzilmək deməkdi!

Onu örtmək üçün yenə bədənin hökmünə düşməli idik. Bu, artıq nə qədər yol keçib yorulmuş, əldən düşmüş bir ruhun yenidən yaşanacaq tərəddüdlərdən, həyəcanlar­dan geri dönməmək təhlükəsi deməkdi!

Allah ruhu bağlı bir məkana salmaqla ona özü­nü­dərk, dünyanın ən gözəl hissini – eşqi yaşamaq imkanı ve­rib. Yəqin hələ bədən qazanmamış ruhlar yerdəki ruh­la­ra həsəd aparırlar. Bəlkə də eşq kimi bir oda düşdükləri üçün onlara yazıqları gəlir...



Əqlin könülə etirafı
Gəzdin-dolandın, yenə mənim yanıma qayıtdın. Ya­ra­landın, məğlub oldun, yenə sığınacağı mənim yanımda tapdın.

Məni sevmirsən. Səni incidirəm, aramızda barışıq yox­dur… ancaq səni məndən yaxşı kim başa düşər? Sənin ağ­rılarını məndən yaxşı kim duyar? Bunu sən də bilirsən, dö­­nür­sən yanıma, ancaq sevmirsən məni. Bəlkə də səni bu qə­dər yaxından tanıdığıma görə sev­mir­sən məni… Bəlkə də səni əzablardan qurtarmaq üçün incitdiyimə görə sev­mir­sən mə­ni… Bəlkə də ən romantik anında reallığı belə çıl­paqlığı ilə yadına saldığım üçün sevmirsən məni…

Mən də səni sevmirəm. Bütün maneələri keçə bil­di­yim halda, sənin qoyduğun həddi keçə bilmirəm. Bütün ruh­la­rın qapısı üzümə açıq olduğu halda, sən qıfıl üstdən qıfıl asır­san. Hər kəsin dilini bildiyim halda, sən hər gün mə­nim bilmədiyim yeni dildə danışırsan. Özümü hər kəsə sev­dirdiyim halda, sənə heç cür sevdirə bilmirəm.

Sevmirəm səni. Sən mənim zəifliyimin dəlilisən.

Sevmirəm səni. Sən mənim acizliyimin heç cür po­zul­mayan möhürüsən.

Sevmirəm səni, heç sevmirəm… Sən məni sev­mə­di­yin qədər – nə az, nə çox.

Amma sənə ehtiyacım var. Bu ehtiyacdan qurtar­maq üçün qaçıram səndən. Ancaq heç kim bu ehtiyacı ödə­­yə bilmir. Axtarıram, tapmıram, yenə sənin yanına qa­­yı­dıram. Bilirəm, sən də mənə olan ehtiyacından qaçırsan.

Bir-birimizə olan ehtiyacdan yenə bir-birimizə dö­nü­rük. Sevgi dolu bir dünyadan qopub bir-birimizin peş­man gözlərinə baxmaq üçün, sonsuz üfüqlərdən enib bir-bi­ri­mizin sınmış qol-qanadını seyr etmək üçün, işıq dolu aləm­dən çıxıb sönmüş alovumuzun külündə eşələnib qı­ğıl­cım axtarmaq üçün, bir-birimizin yarasını sarımaq üçün dönürük. Biz çoxdan buna alışmışıq. O qədər alış­mı­şıq ki, hər yeni addımımızı atanda da, hər yeni ruhla rast­laşanda da, hər yeni işıqla nurlananda da… gözümüz ar­xada, gec ya tez dönəcəyimiz yerdə qalır – acizliyimizin, məğ­lubiyyətimizin açıq-aşkar etiraf olunduğu, ümidlərin, ar­zuların amansızca gömüldüyü həmin məkanda.

Mən yoruldum. Sən də yorğunsan. Bağışla. Sən so­nun­cu dəfə öz rahatlığını tapmışdın, özünü diri-diri ölü­mə məhkum eləmişdin və …sakitləşmişdin. Mən də artıq sən­sizliklə barışmışdım. Olduğum nöqtədən tərpənmir­dim – nə irəli getməyin sevincini duymurdum, nə geri çə­kil­məyin acısını çəkmirdim… sakitləşmişdim. Dur­ğun­laş­mış­dıq, amma sakitləşmişdik.

Bağışla. Aldatdım səni. Yenə rahatlığını pozdum. Ye­nə incitdim səni. Sevmirəm səni, ancaq bunu sevmə­di­yi­nə belə etmək olmazdı. …Mən elədim.

Məni sevmədiyini nə deməkdən, nə də göstərmək­dən çəkinmirsən, ancaq indi o qədər yorulmusan ki, hətta nif­rətini belə büruzə verə bilmirsən. O qədər yorulmusan ki, yüngül bir mehdən yıxıldın. Bəlkə də yüngül deyildi, tu­fan idi, hər halda sən yıxıldın. Sənin sakitliyini mən poz­muşdum, mən də tutmalıydım səni. Tutmadım, tuta bil­mədim. Mən də yorulmuşam axı – həm özümü ayaqda sax­lamaqdan, həm də səni tutmaqdan.

İndi sakitcə sənin yanında diz çöküb sənin ağrıdan qıv­rılmağına tamaşa edirəm… Dilim gödəkdi, sözüm yox­­du. Sənə ümid verib qaldıran, sonra da yıxılmağına kənardan baxan birinin nə sözü ola bilər ki!

Səni sevmirəm ki, ürəkdən səni oxşayım, halına ya­nım, dərdini bölüm. Sən də məni sevmirsən ki, nə­va­ziş­lə­rim sənə məlhəm olsun, dərdini mənimlə bölüşmək is­tə­yə­sən. Amma mənim səndən, sənin də məndən başqa bir həm­dəmimiz yoxdur.

Bir-birini sevməyən iki həmdəm! Bir-birinin yarasını sa­rıya bilməyən, acısına tamaşa edən iki həmdəm. Bir-bi­rin­dən qaçıb xilas olmaq istəyən iki həmdəm. Sevməyə-sev­məyə həmdəmliyə məhkum olunmuş iki həmdəm…



Qırıq qanad
Bir mələk yarandı nurdan, işıqdan. Bir mələk yaran­dı ən gözəl hikmətdən. Bir mələk yarandı ən ali bir niy­yətdən.

Mələk nur payını ala-ala nurlandı, böyüdü, qa­nad­la­nıb pərvazlandı, göyün qatlarını gəzdi dolaşdı, özü ki­mi­lərindən başqalarını görmədi. Bir gün Yaradana yaxın bir məqamda bir qapı görüb ora girdi. Nə maraqlı yerdi bu­ra! Bura dolu idi ideyalarla, həqiqətlərlə! İlahi bir qüv­və ilə Vahid həqiqətin bu zərrələri min bir çeşidə salınıb ha­ra isə göndərilirdi. Ara-sıra geri dönən həqiqətlər də olur­du. Vətən həsrətindən alışıb-yanan bu həqiqətlər fə­rəh­dən başqa həqiqətlərlə qucaqlaşır, uçuşurdular.

– Hara gedir bu həqiqətlər?

– Aşağı, maddi dünyaya.

– Maddi dünyada nə var ki?

– İnsan.


– Nə səbəbə onlara göndərilir?

– Sən bilmirsənmi, Uca Yaradan hər şeyi onların xidmətinə verib?

– Bəs bunlar niyə rənglənir, çeşidlənir?

– Bu rənglər, çeşidlər gözlər üçündür. Həqiqətlər hər insana verilsə də, heç də hamısı onları dərk edib tanımır, rənglər aldadır onları. Allah insanlara könül deyilən bir şey də verib, onlar ancaq onunla baxanda bu rənglərin, çe­­şidlərin altındakını görə bilirlər. Görəndə bura yolları açılır. Bura qalxanda isə öz insanlıqlarının mənasını dərk edirlər.

– Bunlar nəyin həqiqətidir?

– Bilmirəm. Onu ancaq Allah, bir də Onun yerdəki xəlifəsi – İnsan bilir.

Mələk bu uçuşan sonsuz həqiqətləri tanımaq istədi, bu istəkdən qanadları nur saçdı:

– Mən də insan olmaq istəyirəm.

– Olmaz, Allah səni mələk yaradıb.

– Allah üçün imkansız bir şey yoxdur. O, bir şeyə «Ol» desə, olar.

Dua o qədər səmimi edildi ki, Allah eşitdi və «Ol», – de­di. Amma onun mələkliyi də əlindən alınmadı, kiçik şəf­faf qanadları, nurdan olan ürəyi yerində qaldı. Allah ona sadəcə …ağıl verdi, bildiyi bütün adları ona da öy­rət­di, bütün mələkləri, yaradılmışları ona səcdə etdirdi. Göy­lər­də heç kim bilmədi ki, bu, lütfdür, yoxsa sınaq.

Yerə enən mələyin gözləri əvvəlcə qamaşdı: burada nə çox rəng vardı, hər şey nə gözəldi, ilahi. Bir anlıq əvvəl gör­düklərini, eşitdiklərini – hər şeyi unutdu. Hər şeyi qu­caq­lamaq istədi, mənimdir deyə qışqırmaq keçdi ürə­yin­dən… Amma bu istək ürəyindəki nura toxunan kimi əri­yib yox oldu. Mələk hər şeyi xatırladı. Rənglərin altındakı işı­ğı sezdi, səs-küyün arasından harmoniyanı duydu… Ürə­yinin nuru daha da artdı, bu nurun işığında ta göy­lər­də­ki həmin qapını gördü… Kimsə onu itələdi:

– Yolumu kəsmə.

Yoldan ötən bir insan idi, işə tələsirdi, bir tikə çörək qazanmağa. Çəkildi, ancaq indi də başqasının rahatlığını poz­du. Ətrafa boylandı. İnsanlar qaynaşırdı. Hamı rəng­lərlə əlləşirdi, amma onların altındakına fikir verən yox idi. İstədi onlara gördüyü hə­qiqət aləmindən danışsın.

– Boş-boş dayanmaqdansa, bir işə yara, – deyə əlinə bir bel verdilər.

«Mən güllər əkəcəm, insanlara həqiqətləri xa­tır­la­dan güllər. Mən ağaclar əkəcəm, malik olduqları hikməti yadlarına salmaq üçün», – deyə sevincək düşündü.

– Burada bir quyu qaz, keçən olmasın, – əmr etdilər.

– Mən, mən…, – deyə kəkələdi. Kimsə ona əhəmiyyət ver­mə­di.

Qaza bilmədi, ürəyindəki nur qoymadı. Quyu qaza bil­mədiyini görüb:

– Hə, sən alimsən, – deyib əlinə qələm verdilər.

«Mən gördüklərimi, eşitdiklərimi yazacam, hər kə­sin könül gözünü açacam», – deyə sevincək qələmi gö­türdü.

İlk hərfindəcə onu saxladılar:

– Sənin yazdığın bizə maraqlı deyil, insanlar üçün ak­tual olan, cəmiyyətə xidmət edən şeylərdən yaz, – deyə əmr etdilər.

– Mən fikirləşdim ki…

– Sən fikirləşmə, bu sənə çörək verməz, sənə nə əmr edirlər, onu yaz.

Yazmaq istəmədi, amma… Mələk ac idi, susamışdı, üşü­yürdü… və yazdı. Nə dedilər onu yazdı. Nur dolu ürə­yi qana boyandı, şəffaf qanadları narahat-narahat xı­şıl­daş­dı. O, hər şeydən yazırdı, amma bu yazdıqlarında əv­vəl­lər görüb-eşitdiklərinin heç izi-tozu da yox idi. Ürə­yin­də­ki nur solğunlaşır, qolları daim məşğul olduğundan qa­nadları sızıldaşırdı.

– Bir az qanadlarımı açmaq üçün uçsam nə olar?

– Sən dəlisən. Bu kimə lazımdır? Qanadların çox in­cədir, günəş yandırar, – deyib qanadlarına qurğuşun bağladılar.

Əvvəllər qurğuşunun ağırlığını hiss etmirdi. İçində və­təninin həsrəti alışıb-yandıqca qanadları gərilir, ancaq heç cür bu ağır qurğuşundan qurtula bilmirdi. Bir gün son gücünü yığıb qanadlarını qaldırmaq istədi və …qur­ğu­şunun ağırlığından qanadları sındı, iki yanına düşdü.

İllər keçdi, mələk tanınmış bir alim oldu. Hamı onu sev­di, hörmət etdi, onu həqiqi alim, insan adlandırdı. Bir­cə o bilirdi ki, ora, yuxarı qalxmasa, o qapıdan girməsə in­san olmayacaq. Ancaq bilmirdi bu necə olur. Əllərini açıb Allahdan kömək dilədi.

Göydən onun yardımına gəldilər:

– Niyə sındırdın qanadlarını?

– Uçmaq istəyirdim.

– Sən insan olduğunu niyə unutdun? İnsanlar mə­lək­lər kimi uçmurlar, uçmaq istəyənlərin sənin kimi qa­nad­larına qurğuşun bağlayırlar. İnsanlar fərqli uçurlar. Axı Allah sənə bizə vermədiklərini verdi. Onlardan niyə is­tifadə etmədin?

– Bura fərqli bir yerdir. Orada yuxarıda hər şey gö­zəl­dir, ucadır, burada hər şey toza-torpağa bulanıb. Bu­ra­da MƏN yoxdur, müdir işçi var. Burada harmoniya yox­dur, əmr itaət var. Allahın əmri unudulub, insanlar əmr edir, Allaha deyil, insanlara itaət edilir. Hamı kardır, kordur, rənglərlə oynayırlar, həqiqətə baxan yoxdur.

Gözəl yerdə oturub gözəl qalmaq asandır. Bu toz-torpaqdan o ucalığa yüksəlmək ancaq insanın hünəridir.

Mələyin ürəyi sızıldadı, torpağa bulaşmış sınıq qa­nadları titrəşdi.

– Mən daha insan olmaq istəmirəm, yenə mələk olmaq istəyirəm.

– Gecdir. Səndə ağıl deyilən ağır bir yük var. Ondan düzgün istifadə etməyəndə sənin kimi qanadları sınır, nə insan olur, nə mələk.

– Bəs mən neyləyim?

- Bilmirəm, bunu ancaq insanlar bilir.

Mələk sınmış qanadlarına, onu ayrı düşdüyü vətə­ni­nə geri götürə biləcək yeganə vasitəsinə baxdıqca içindəki ümid­lərin telləri bir-bir sınırdı. Ürəyində bir nur zorla kö­zər­di: «Allah heç kəsə daşıya bildiyindən artıq yük vermir».

– Deməli, Allah mənə güc verib, mənim xəbərim yoxdur… hanı, hardadır? – ətrafa boylandı.

– Mən burdayam – içindən zəif bir səs gəldi. Ürəyi idi, ürəyinin içindəki könlünün səsi idi.

– Artıq gec deyilmi?

– Allah üçün zaman yoxdur. Bir şeyə «Ol» dedisə, olar.

– Mən neyniyim?

– Qoy ürəyindəki nur ağlına qarışsın, ağlının de­dik­lə­ri bu nurla yoğrulsun, ağır yükün sənin zinətinə çevrilsin. Sən insansan, mələk qanadlarına ehtiyacın yoxdur, kön­lün ağlına elə bir qanad ola bilər ki, ona heç bir qurğuşun bağ­lanmaz.

Mələk ilk dəfə idi könlünün səsini eşidirdi və bu səs­dən yenidən doğulurdu, …yeni qanadlarla, yeni arzularla və …insan kimi.

Mələk
Bu dünya qocalıb əldən düş­müş bərli-bəzəkli bir qarıya bən­zə­yir. O, günü-gündən ənlik-kirşanını ar­tırır, bu isə onu daha da ey­bə­cər­ləş­dirir, acizliyini qabardır.
Güclü leysan, dəhşətli şimşəklərin şaqqıltısı, in­san­ların vahimə dolu qışqırıqları bir-birinə qarışmışdı. Sanki dün­yanın axırı gəlmişdi. Dirilər ölülərə həsəd aparırdı. Yox! Bu insanların günahını nə sel, nə yağış yuya bilərdi. On­lar özləri özlərini belə əzablı ölümə düçar eləmiş, Al­lahın qəzəbinə gəlmişdilər.

Dəhşətli gurultu, qışqırıqlar arasında bir səs də var idi. Bu, ağlamaqdan səsi tutulmuş, küçük zingiltisini xa­tır­­ladan bir səs idi. Ancaq bu səsdə nə qorxu, nə də va­hi­mə var idi. Allah Təala təəccüblə qarışqa kimi qaynaşan adam­lara baxdı, bu səsin yiyəsini axtardı. O, uçuq divarın di­bində atılıb qalmış bir insan övladı idi. Balaca, kim­sə­siz, dünyaya təzəcə gəlmiş bir körpə idi. O, ətrafında baş ve­­rən dəhşətlərdən bixəbər süd üçün, isti ana qucağı üçün ağlayırdı.

Ulu Tanrının əmri ilə göydən yerə bir mələk endi. O, bu kiçik insanı qucağına alıb göyə qayıtdı. Allah Təala gü­nah, zülüm dolu bir ölkədə dünyaya gəlmiş bu gü­nah­sız körpəyə baxdı. Onun mübarək baxışlarından körpə nu­ra boyandı. İndi onun özü balaca bir mələyə bən­zə­yir­di. Ulu Tanrı buyurdu:

– O, özü özünə qalib gəlsə, xoşbəxtliyini tapacaq!

Allah Təalanın əmri ilə mələk körpəni yerə qay­tar­dı, özü də onunla bir yerdə – onu böyütmək üçün.

İllər boyu insanlardan uzaqda, ucqar bir yerdə, ki­çik bir daxmada qızcığaz böyüdü. Ceyranlar ona süd ver­di, şirlər təhlükədən qorudu, qartallar zirvələrdə uçmağı, çi­çəklər xəyala dalmağı öyrətdi.

Mələk insanı ucaldan, kamilləşdirən, gözəlləşdirən elm­lər barədə kitablar tapıb gətirir, qız da onları bir-bir oxu­yur, öyrənirdi. O, artıq gənclik çağına qədəm qoy­muş­du. Nəhayət, Ulu Tanrının əmri ilə onun insanların ya­nına qayıdacağı gün yetişdi.

– Sən sınaq dünyasına qədəm qoyursan. Öyrən­dik­lə­rin, hiss etdiklərin sənin yardımçın olacaq. Unutma ki, çə­tin anlarında da ürəyinə qulaq assan, düzgün yolu, ca­va­bı eşidərsən. Ancaq sənə bircə tövsiyəm var… İnsan­lar­la ehtiyatlı ol, onlar bəzən çox insafsız olurlar.

Qız başını qaldırıb təəccüblə, sual dolu baxışlarla ona nəsihət edən mələyə baxdı. Bu baxışlar məsum körpə ba­xışları idi: dumduru, tərtəmiz, sonsuz, saf körpə baxış­la­rı. Mələk məhəbbətlə, nəvazişlə bu insan övladına baxır və heç cür anlaya bilmirdi ki, Böyük Allah niyə onu in­san­ların yanına, günah dolu dünyaya qaytarır. Axı o, insandan çox, mələk idi.

Tənha, naməlum bir qızın şəhərə gəlişi və onun şə­hə­rin kənarındakı kiçik daxmada yerləşməsi hamıya həm ma­raqlı, həm də şübhəli göründü. Hamı ancaq ondan da­nışır, onun hərəkətlərini addım-addım izləyirdi. Gecələr, bütün şəhər yatandan sonra mələk qızın yanına enirdi. İnsanlar tərəfindən açıq qucaqla qarşılanacığını gözləyən qızın halı çox pərişan idi.

– Onlar niyə məndən şübhələnirlər?

– Şübhə insanın qanındadır.

– Axı mən onlara pislik etmək istəmirəm. Gör­mür­lərmi?

– Yox. Görmürlər. Onlar ancaq öz istədiklərini gö­rür­lər. Sən səbrli ol. Hər şey yoluna düşər.

Mələk qızın çox həyəcan keçirdiyini görüb, ona özü­­nü səyahət edən alim kimi təqdim etməyi məsləhət gör­­dü. Qız elə də elədi. Xeyri oldu. Əvvəl onu şəhər mey­da­­nında bilik sınağına çəkdilər. Alimlər ondan çox razı qal­­dılar. Bundan sonra ona münasibət büsbütün dəyişdi, hət­­ta yanına şagirdlər də qoydular. Onun gözəlliyi, sa­də­li­yi hamını valeh eləmişdi. Qızın uçmağa bircə qanadı çat­mırdı.

– İnsanlar nə yaxşıdır. Doğurdan da, Allahın sevgi­si­nə layiqdirlər.

Mələyin istehza ilə gülməyi onu özündən çıxartdı:

– Niyə gülürsən? Düz demirəm?

– Mən insanları Allah onları sevir deyə sevirəm.

– Yaxşı deyillərsə, niyə dünyanın əşrəfi sayılırlar?

Cavab xeyli uzandı.

– Sən insanları yaxşı tanımırsan. Bir müddət sonra nə dediyimi anlayacaqsan.

Şəhərdə qızın dost-tanışı çoxaldıqca onun mələklə mü­bahisələri də artırdı.

– Sənin ki, insanlardan zəhlən gedir, mənim qayğı­ma niyə qalırsan? Məgər mən insan deyiləm?

– Əmr Allah əmridir!

– Deməli, məni sevmirsən?

– Sən başqasan. Şeytan əməllərindən uzaq, Rəb­bi­min istədiyi kimisən.

Qız heç nə anlamasa da, susdu.

Zaman ötür, o, insanlarla daha çox yaxınlaşırdı. Mə­lək bu yaxınlıqdan çox narahat olurdu. Şeytan hər yer­də ona xətər toxuya bilərdi. O, çalışırdı qızı tək qoy­ma­sın. Onu hər şeydən qoruyurdu. Təcrid olunmuş qız ya­vaş-yavaş müşahidəçiyə çevrilirdi. O, kənardan in­san­ları olduğu kimi görür, tanıyırdı. Tanıdıqca, onda qəribə bir hal yaranırdı. Bu hal mələyi qane edirdi, çünki qız get-gedə insanlardan aralanmağa başlamışdı, hətta ürəyində onlara qarşı nifrət də cücərmişdi. Bir dəfə ondan insanlar haqqında təzə nə öyrəndiyini soruşanda o, başını aşağı salladı:

– İnsan yalan danışmağı çox xoşlayır. Bəzən də bu­na müqəddəs yalan deyir, – yavaşıyan səsi pıçıltıya keçdi.

Mələk acı-acı güldü:

– Daşdan, taxtadan keçib, indi də yalanı müqəd­dəs­ləşdiriblər.

– Bilirsənmi, onlar dünya nemətlərinə çox bağlıdır­lar, ona görə də çox şeyə, – səsini bir az da alçaltdı, – çox şeyə məcbur olurlar.

Hiss olunurdu ki, o, insanlara haqq qazandırmağa çalışır, ancaq bacarmır.

– Sən yüzdən birini heç görmürsən, mən isə bunu insan yaranandan bəri görə-görə gəlmişəm.

Qız imdad dolu baxışlarla mələyə baxdı. Bu ba­xış­lar­dan indi peşmanlıq, təəssüf oxunurdu.

– Onlar deyir, həyat mübarizədir.

Mələyin qıza yazığı gəlsə də, susmadı:

– Kiminlə? Öz-özləri ilə? Nə uğrunda?

Qız susdu. Bu susqunluq uzun sürdü, get-gedə də­rin­­ləşdi. Daha mələklə söhbətləri də kəsdi. O, şəhərə çıx­mır, şagirdlərindən imtina etmişdi və özünü tamam tən­ha­lığa qapamışdı.

Mələk qızın günü-gündən səssizcə solub-saraldığını gö­rür, ancaq heç bir kömək edə bilmirdi. Qız onunla kəl­mə belə kəsmirdi, elə bütün günü gözlərini boşluğa dikib dü­şünürdü. Nəhayət, bir gecə o, yerindən sıçrayıb mələ­yin önündə diz çökdü:

– Mənə kömək elə, mələk! Mən insan olmaq istəmirəm!

Mələk dəhşətlə geri çəkildi:

– Sən dəlisən? Nə danışırsan?

Qız altdan-yuxarı yalvarış dolu baxışlarla ona baxıb zülüm-zülüm ağladı:

– Mən insan ola bilmirəm, heç istəmirəm də.

O, əllərini göyə açıb yalvardı:

– İlahi, məni quru daşa döndər, qanadı qırıq quş elə, tapdanmış ota çevir. İlahi, məni insanlıqdan azad elə, – qız əl atıb saçlarını yolub üzünə dağıtdı, – Tanrım, məni bu sifətdə saxlama. Mənim günahım nə idi ki, mənə belə bir cəza verirsən?

Mələk irəli yeriyib qızın çiyinlərindən tutdu, lakin qız silkinib onun əlindən çıxdı və ayağa qalxdı. İndi onun göz­lərində ikrah, dəhşət dolu bir üsyan var idi. O, dala-da­la çəkilib birdən sürətlə qaçıb içəridən çıxdı. Mələyin də ardınca gəldiyini görüb özünü qoruyurmuş kimi əlini irəli uzatdı:

– Gəlmə, sən gəlmə! Mən özüm! Özüm baş aç­ma­lı­yam özümdən! Öz kimliyimi özüm tanımalıyam!

Mələk nə isə demək istəsə də ilahi bir iradə ilə sus­du. Qız qaçıb gecənin qaranlığında əriyib yox oldu. Bir­dən mələk arxasında xısın-xısın gülüş eşitdi və cəld çev­ril­di. Qarşısında onu – şeytanı gördü. Şeytan bic-bic göz vurdu:

– Kömək lazımdır?

Mələk nifrətlə üzünü çevirdi:

– Rədd ol. Sənin köməyin heç kimə lazım deyil.

– Belə sərt danışma. Mən neynəmişəm ki? Öz ara­mız­dı, sən onu elə bir hala qoymusan ki, bunu heç mən də bacarmazdım.

Mələk peşman-peşman susdu. Şeytan onun arxasına keçib qulağına pıçıldadı:

– İnsan onsuz da naşükürdü, üzüdönükdü, – sonra bərkdən qəhqəhə çəkdi, – əsl mənim malımdı.

– İtil cəhənnəmə. Dəymə ona.

Şeytan artıq yox olmuşdu, ancaq qəhqəhələri hələ də mələyin qulaqlarında şaqqıldayırdı.

Uzun müddət ölkə-ölkə gəzən qız artıq bir neçə ay idi ki, dağlardakı mağaraya çəkilib həmin ölkələrdən gə­tir­diyi kitabları oxuyur, öyrənir, yazır, gecələr isə dur­ma­dan Allaha dua edir, Ondan yardım diləyirdi. Mələk bir an belə onu tək qoymurdu, ancaq yaxınlaşmağa cürət də eləmirdi, elə qıraqdan-qırağa onun ətrafında dolaşırdı.

Gecənin səssizliyini qızın dua oxuyan pıçıltısı pozurdu. Sanki ətrafda hər şey susub onu dinləyirdi. Birdən qız dua oxumağını kəsib gözləri ilə kimi isə axtardı.

– Mələk? Burdasan?

Mələk oturduğu küncdən qalxdı:

– Burdayam.

O, ilk dəfə idi ki, qızın gözlərində dərya qədər sevinc görürdü, həyəcandan səsi titrəyirdi:

– Mən anladım.

– Nəyi?

– Haqqın həqiqətini. Haqq mənim içimi bürüyüb. Mənim ruhum azad oldu. Rəbbimə yolum açıldı. O nurlu yolu görürəm.



Mələk təəccüblə ona baxır, heç nə anlamırdı. Ancaq çox istəyirdi ki, qızın sevincini başa düşüb onu bölüşə bilsin.

O gündən qız şəhər-şəhər gəzir, meydanlarda nitqlər söyləyirdi. Onun hörməti günbəgün artırdı, təəssübkeşləri çoxalırdı.

Yorğun, uzun gündən sonra yatmış qızın başının üs­tün­də dayanmış mələk birdən onun ayaq tərəfində onu – lə­nətullahı gördü:

– Nə lazımdır sənə? – mələyin gözü nifrətlə parıldadı.

– Qorxma, buna dəymərəm. Doğrusu, dəyə bilmə­dim. – Şeytan qımışdı: – Ancaq buna əntiqə bir hədiyyəm var.

Mələk qəzəblə onun üstünə cumdu:

– Lənətə gələsiniz sən də, sənin hədiyyən də.

Havada ancaq qəhqəhələr qalmışdı.

Sübh tezdən oyanmış qız səs-küyə mağaradan çıxdı və …gözlərinə inanmadı. Dağın ətəyi izdihamla dolu idi. Onu görəndə hamı bir adam kimi diz çökdü. Əvvəl bir şey anlamayan qız sonra işin nə yerdə olduğunu anladı – onu müqəddəs qəbul edib, ona səcdə etməyə gəlmişdilər. Onu xüsusi imarətə köçürtmək, qulluğuna kənizlər vermək is­tə­­yirdilər. Bütün şəhər, bəlkə də bütün ölkə onun ayaqları al­tında idi. Qız onları başa salıb, özünün ancaq azad bir alim olduğunu sübut eləməyə çalışsa da, heç kim onu din­lə­mirdi. Onlar onun ayaqları dəyən yeri öpür, göz yaşları axı­dır, qədəmlərinə qızıl-gümüş tökürdülər. Qız ma­ğa­ra­ya çəkilib gözləməyi qərara aldı. O, ümid edirdi ki, ca­ma­at bezib çıxıb gedər. Lakin onlar günü-gündən artırdı, da­ğın ətəyində qurbanlar kəsirdilər. Qızın hansı isə sehrli bir qüv­vəyə malik olması barədə söz-söhbətlər çoxalır, hər ye­rə yayılırdı. Gecə-gündüz Allah Təalaya dua edən qız çı­xış yolu aradı, axtardı.

Sübh şəfəqləri doğanda qız mağaradan çıxdı və sıl­dı­rım bir qayanın üstünə qalxdı. O, dağın ətəyində mü­ti­lik­lə diz çökmüş insanlara deyil, uzaqlara, qızaran üfüqə baxırdı.

– Mən sizə Haqdan danışacam, – deyə qız bərkdən sö­zə başladı. Hər kəs susub onu dinləməyə başladı: – Bu hə­qiqət mənə ən gözəl neməti tanıtdı – eşqi. Həqiqi ülvi eşq, əzabı ilə könüllərə cənnət bəxş edən eşq! İnsanı ucal­dan, saflaşdıran eşq! Yalnız Haqq yolunda olub, öz in­san­lığını duyub onu ucaltmağa çalışanlara nəsib olan eşq! Mən deməsəm də, hamınız bilirsiniz ki, belə eşq sahibi olan­lar var. Az olsalar da, mövcuddurlar. Öz ucalıqları, ül­vi­likləri ilə qarşısındakının içində yuxuya getmiş insanı oya­dan kəslər mövcuddurlar. Mən inanıram, sizi də inan­dı­rıram ki, bu eşq girdiyi könülləri gülüstan eləyir. Siz ancaq könlünüzü o eşq üçün, o ülvi, haqq olan hiss üçün açıq saxlayın. Mən bu eşqi tanıdım və xoşbəxtəm, çünki o, mənim Rəbbimə olan yolumu açdı, onu nurlandırdı. Mən Rəbbimin hüzurundayam.

Artıq gözü heç nəyi seçməyən qız get-gedə daha bö­yük şövqlə, ilhamla danışırdı. Camaat çaşqınlıq içində pı­çı­ldaşır, key-key baxışırdı.

– Mən özümü sevdim Rəbbimi gördüm! Rəbbimi sevdim özümü gördüm…

– Bu, küfrdür, – camaat qəzəblə kükrədi: – O, şey­ta­na uyub, daşqalaq edin. O, dəlidi.

Hərə əlinə bir daş aldı. Qız susub yenə uzaqlara ba­xır­dı, sanki artan səs-küyü eşitmirdi, atılan daşları gör­mür­dü. Birdən qarşısında mələyi gördü:

– Sözüm aciz oldu, mələk. Mən gedirəm.

Mələk təşvişlə onun ətrafında hərləndi:

– Hara? Düş burdan. Bura təhlükəlidi. Bu cahillərə baş qoşma. Bunlar hamısı o lənətullahın işidi. Gedək başqa ellərə.

Qız başını buladı:

– Onlar heç nə anlamaq istəmədilər. Mən zərrə-zərrə parçalanıb insanların içinə dolmaq istəyirəm. Qoy, o nur par­çaları onların qaranlıq könüllərini işıqlandırsın, kor göz­lərini açsın. Qoy, içimdəki eşq onların soyuq ürək­lə­ri­ni isindirsin, onları insanlığa qaytarsın.

Mələk həyəcanla onun əllərindən yapışdı:

– Eləmə, burda durma. Səni öldürəcəklər. Axı sən gəncsən, hələ sevməlisən, sevilməlisən. Axı sən başqa yol da seçə bilərsən. Bu, özünəqəsddir, günahdır. Sən bu­nunla heç nə sübut edə bilməyəcəksən.

Qız qollarını geniş açdı, sanki uçmaq istəyirdi.

– Mənim içimdə elə bir məhəbbət var ki, onu heç bir insan qəbul edə bilməz. Qorxudar onu belə güclü hiss, yandırıb kül eləyər onu.

O, qarşısında vurnuxan mələyə baxıb gülümsədi. Onun gözlərində ilahi bir eşq odu yanırdı. Bu oddan onun vücudu da nurlanıb işıq saçırdı.

– Mənim ruhum azadlıq istəyir. Bu dar bədən onu sıxır, incidir. O, Haqqa qovuşub, nura bələnib, bədənim isə onun ayaqlarını cilovlayıb buraxmır. Ruhum azad ol­sa, daha çox şey bacarar.

Mələk də gülümsədi:

– Bilirsənmi, mən yaranandan gizli-gizli insanların pa­xıllığını çəkmişəm. Onlar şeytana uyanda onlara nifrət elə­mişəm. Mən heç cür anlaya bilmirdim ki, niyə Rəbbim sizi bizdən çox istəyir. Niyə Öz zərrəsini bizə verməyib, si­zə, məhz siz insanlara verib. İndi anlayıram. Bu illər ər­zin­də mən sənin yox, sən mənim bələdçim oldun. Mənə Haq­qın həqiqətini sən göstərdin.

Qəfil bir daş zərblə qızın dizlərinə dəyib onun mü­va­zi­nətini pozdu. Ağ göyərçin sayağı qız qayadan qopdu. Tor­paq öz övladına qucağını açdı. Al qan çılpaq qayaları xı­naladı, onları nura boyadı.

Mələk əllərini irəli uzadıb işıq saçan ruhu qucaqladı. İndi o, onu yenidən Ulu Tanrının hüzuruna aparmalı idi.




M ü n d ə r i c a t

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə