Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

65 
 
 
         Dünyada deyirlər ki, çoxlarından huĢiyaram, 
Bu necə ayıqlıqdı, sonsuz bir xab içindəyəm. 
 
Məzlumun göz yaĢından aləmi daĢqın, sel alıb, 
Mənəm o Nuh gəmisi, tamamən ab içindəyəm. 
 
Oxuyub alim olub çoxları boĢ kağız ilən, 
 Anadan olan gündən min bir kitab içindəyəm. 
 
 Dinləmək istəmirəm bülbüli-bədxuları heç, 
 Rövzeyi-cənnətimdə əsil rübab içindəyəm. 
 
 Demin, Ģəm baĢına çox dolanmıĢdır pərvanələr, 
                      Manqalı köz-köz olan bağrı kabab içindəyəm. 
 
                       ―Mahuri-Hindi‖,―Bayat-Qacar‖ı, ―ġahnaz‖ı, 
                                                               keçib, 
Ey Ata, ―Məsiha‖ tək―ġur‖la―Rəhab‖ içindəyəm. 
 
 
                                                66 (7) 
Nə veribdir alacaq bivəfa cananə bizə? 
 Eyləyib min cürə qəsd indiyəcən canə bizə. 
 
Bu gecə zülmətində kimdi gedən Ģamə sarı, 
Nə bilir oddan özgə öyrədə pərvanə bizə? 
 
Ġbn-Səlamə uyan Leyliləri nədən sevək, 
Hələ Məcnun da durub söyləyə divanə bizə. 
 
Cəmi aləm qapayıb üzümüzə qapıların, 
Bəlkə, bir qapı aça meykədə, meyxanə bizə. 
 
ĠçmiĢik Ģamü-səhər unutmaqçın dərdimizi, 
                     Min Ģərab eyləməyib bir tikə peymanə bizə. 


66 
 
 
Yusifi-Misr kimi düĢmüĢük eĢqin oduna, 
 Yoxdu bir Züleyxamız baĢ çəkə zindanə bizə. 
 
Ataya  qədir bilən xəlqimiz qiymət verəcək
Verə bilməzsə də, bu qiyməti zəmanə bizə. 
 
                          67 
Zülfünə əli çatmasa, yar, Ģanələr ağlar, 
ġəminə sənin yanmasa, pərvanələr ağlar. 
 
Məcnuna dönən könlümə az zülm elə, ey Ģux, 
Halıma mənim gör necə  biganələr ağlar. 
 
Öz bağçamızın, bağımızın tər gülüsən sən, 
Həmra üzünü görməsə yaz, rənalar ağlar. 
 
EĢqinlə cünun oldum Aran səhralarında, 
Məcnunu qoyub, tövrümə fərzanələr ağlar. 
 
 TiĢəmlə sənin qəlbini mat eylədim, ey ġah, 
Mən Fərhadi-qurbanına boĢ xanələr ağlar. 
 
Yıxdın bu könül mülkünü, ey zalimi-dövran
ġahmarı görüb gəncimə viranələr ağlar. 
 
Bir gün bu Ata dünyanı tərk eyləsə, ey dil, 
Ardınca baxıb, meykədə-meyxanələr ağlar. 
 
                          68 (38) 
Yenə min ağı qatdı bəd ruzigar badəmizə. 
 Süzüldü mey yerinə min ahu-zar badəmizə. 


67 
 
 
 Nə vaxtdı tərk eləyib, döndəribdi bizdən üzü, 
 Zəhərli hicran qata güli-rüxsar badəmizə. 
 
Biz  könül evi uçmuĢ rindu-xərabatilərik, 
                      Bu uçuq könlümüzdü bizə qəmxar badəmizə. 
 
         Gün gedir, ömür gedir, gözləməyirbizi zaman; 
          Diləyən çoxdu əcəb səbrü-qərar badəmizə? 
 
          Toxunan  çox olubdu qəlbimizə indiyəcən, 
          Toxunan yoxdu, Ģükür, bəzmi-kənar badəmizə. 
 
Qoy bizi seyr eləsin ulduzlu, aylı gecələr, 
Sübhədək keĢikçiyik çeĢmi-bidar badəmizə. 
 
Ey Ata, bu zəmanə gözəlləri atdı bizi, 
Olsun eĢq, bizlə qalan dost-vəfadar badəmizə. 
 
 
                           69 (39) 
 EĢq olmasa, bir aĢiqi-canan ola bilməz. 
 Qəlb istəməsə, göz yara heyran ola bilməz. 
 
 Yoxsa oxuyan bülbülü gülzari-çəməndə
 Min gül açıla, güllü gülistan ola bilməz.  
 
  AĢiq ki edə bilməsə yar vəslinə ümmid, 
  O eĢqi-məhəbbətdə heç hicran ola bilməz. 
 
Min türfə gözəllər ki çəkər Məcnuna dövrə, 
Yardan savayı Leyliyə mehman ola bilməz. 
 
Canan da gərək aĢiqinin xoĢ edə könlün, 
 Sevdadan uzaq həyatda dövran ola bilməz. 
 


68 
 
Min huriyi-qılman eləyə Fərhadı dəvət, 
Yardan savayı aĢiqə ünvan ola bilməz. 
 
 Bir aĢiqi-yar olmasa Namiq Atabəy də,  
Dillərdə gəzən Ģeyrü-qəzəlxan ola bilməz. 
 
                                  70  
Uca Tanrı, özün qoru bizi hər cür bəlalərdən, 
Əduyi-əğyaridən gələn min cür xətalərdən. 
 
ġəhid getdi Qarabağın davasında bəy-oğlanlar
 Nə gözləsin Vətən indi, fərar etmiĢ gədalərdən? 
 
Bürüyübdür gülizari bu gün Ģaxta, çovğuni-qar, 
Açarmı gül bağçamız zəif düĢən ziyalərdən? 
 
Varmıdır Möminələr, Cəlaliyyə, Zübeydələr?..  
Doğa bu yurdumuza Atabəyli fədalərdən!! 
 
 Körfəzi-Kəngəridən ta Dəmiri-Dərbəndəcən, 
Gələr də Azəriyə ġah Ġsmayıl Atalərdən. 
 
Oxu, Tar! Gülə bir də zəfərlərlə Ana Vətən
 Sari sim zilə qalxa döyüĢ ruhlu sədalərdən. 
 
          Səslə, Ġlham, Atabəy Ordusuna ərən çağır: 
                           Düzək  Ģah beytlərə qılınc üzlü nidalərdən!!. 
 
 
                                     71    
  Nə ki baĢdan yuxarı baĢda duran var qələm, 
 Verib hər hökmü baĢa, çıxardar qərar qələm. 
 
Bizə Adəm verəcək olsa, nə ki hökmü-qərar, 
                               Salar qüvvədən onu bir Pərvərdigar qələm. 
 


69 
 
 Söz ağızdan ki çıxar, sovrulub yellərlə gedər
Eləməz heç özünü boĢ söz ilə xar qələm. 
 
 QıĢın ən qarlı çağı bülbüli-Ģeydamızkən, 
Gül kimi xəndan olar ömürdə gülzar qələm. 
 
  BaĢ ağır gələr isə, öz bədənilə çəkidə, 
 Olar öz Vətənindən bir tərki-diyar qələm... 
 
 Könül ki ġirin üçün düĢə dağa Fərhad tək, 
 Əyməz baĢ Xosrova bir tiĢeyi-vüqar qələm. 
 
Atabəy gədaların önündə əyməzkən baĢ, 
Saxlayar könlün uca əlində əĢar-qələm.  
            PS: M.Füzulinin  ―Qələm‖ rədifli qəsidəsinin  
   təsiri ilə yazılıb: 
 -Sipehr-mənzilata, ol Füzuliyi-zarəm 
  Ki, hali-zarımı yazınca oldu zar qələm. 
 
 
                              72                                           
Nə qədər ömrüm var sürrəm yalnız bir can ilə. 
Ayıramam canı candan, canım candır canan ilə. 
 
Gəl məni imtahana az çək, fələk, Məcnun mənəm: 
 Leyladan əl çəkmərəm min ayrılıq, hicran ilə. 
 
Neylirəm xoĢ günləri, eĢq olsa da cövri-cəfa, 
         Sürərəm ömrü, günü  ömrüm boyu əfqan ilə. 
 
QıĢ ötər, yaz qayıdar, açılar min güli-rəna, 
          Sulanar bağü-bağça gözlərimdən giryan ilə.   
 
 Seyid  50 yaĢda idi nöqtə qoyanda qəzələ, 
  150 il çıxmaz deyə kimsə ismi-ġirvan ilə. 
 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə