Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

122 
 
Birbəbir pozub onun yerində cananı yazım. 
 
 Çəkil, ey badi-səba, dəymə könül rövnəqimə, 
 Öz sinə dəftərimə zülfi-pəriĢanı yazım. 
 
 Mənə min bir sitəmi veribdi bu taleyi-dun, 
Tanrıma Ģikayətə Azərbaycanı yazım. 
 
  Atayam, ərseyi-eĢq içrə bu gün mənəm Seyid, 
  Adımı tarixə son eĢq qəzəlxanı yazım. 
 
 
                                                     152 
                                       “Bir namə, ey qələm, o məhi-Mehribana yaz, 
                           Məzmuni-naməni, kərəm et, aşiqanə yaz!” 
                                  (Məşədi Azər Buzovnalı. Bakı. 1870-1951;  
 dahi  ustad Ə.Vahidin müəllimi) 
 
 Azəri-atəşə qalanmışdır əhli-Kərəm, 
 Əsli-zat ol şuxə halımı yanə-yanə yaz. 
 
  Badeyi-bəzmimizi pozmuş neçin ki gərdun, 
  Badə sınmış, könül qopmuş, bitmiş peymanə yaz. 
 
  Zər qədrin  zərgər bilər, sözə xiridar gərək, 
  Qalmaz əyaq altda heç şəhvari-dürdanə yaz. 
 
   Əhli-arif,  Ata, bir  xoş Seyidi-aşiqdir
  Özü hürr, sözü hürdü, həm mərdü-mərdanə yaz! 
 
                                                        153 


123 
 
                                  “Edim, Yarəb, nə çarə, məndən ol cananım ayrıldı, 
                                   Bu hicrandidə canımdan o şirin canım ayrıldı.” 
                                        (Məşədi xanım Leyla  Zərgərli. Bakı. 1892-1912. 
                                       Şair Seyid Zərgərin həyat  yoldaşı olub, 20 yaşında  
                                        dünyasını dəyişib) 
 
 Etməyim neçin nalə mən canımdan ol can ayrıldı? 
 EĢq ocağın eyləyib tərk, könüldən canan ayrıldı. 
 
Bir Leylayi-eĢqə biz ki vermiĢ idik könüldə yer, 
          Nə oldu kim, səbəb birdən könüldən mehman ayrıldı? 
 
 Çək ol tiği-qılncını, ġah Ġsmayıl, baĢlar üstən, 
 Dağıtma bu sünnət əhlin, Bakıdan ġirvan ayrıldı. 
 
Yalanlarla doldu dünya, qardaĢlar qardaĢa atdı, 
 Quyuda qaldı etibar, Yusifdən Kənan ayrıldı. 
 
 Gətir gülçin meyi-gülfam, ey sağəri-dust, bir tez ol
 Əhdi-peyman getdi əldən, könüldən peyman ayrıldı. 
 
           Bir Məcnuni-eĢq uzaq səhraları məskən etməz, 
 Öldü ol aĢiqi-sarban, yolundan karvan ayrıldı. 
 
 Ey Ata, gəl Seyyid üçün Leylayi-eĢq ilə ağla, 
Tərk edib öz nəxcirini,seyddən Ceyran ayrıldı. 
PS: Ceyran xanım Seyid Əzimin həyat yoldaĢı olub,  o da Ģairə 
  MəĢədi Leyla xanım kimi həyatdan çox gənc ikən köçüb. 
Qəzəldə  hər iki faciəvihadisəyə iĢarə edilib. 
 
 
 


124 
 
                            154 
  Meyi-zövqi-zərafət zümreyi-ürfanə layiqdir, 
  Kəmalü mərifət, əlbəttə ki, insanə layiqdir.” 
                  (Mirzə Əbdülxalıq Yusif. Bakı. 1853-1924) 
 
 Oturub durduğun hər bir kəsi yaxşı tanı, ey dost, 
 Axmağa dostluğa kütl, aqilə fərzanə layiqdir. 
 
  Sözünün üstən qaçar zaman-zaman hər nakişi, 
  Kəzzaba riyai-kizb, mürvətə mərdanə layiqdir. 
 
  Məkr ilə pərdələnmiş vaizi-dun Haqq nə bilər, 
  Mənsur tək Həqq söyləyən darül-divanə layiqdir. 
 
 Meyi-gülfam ilə könlün xoş eyləyər arif olan
 Dünya malın dərd etməsə, sağər peymanə layiqdir. 
 
 O gözəllər ki Söz bilib, işarədən anlar dili, 
 Əhli-arif onlardı ki, əhli-Şirvanə layiqdir. 
 
                             Yusifi də, ey Ata, gəl yad elə, xoş olar Vahid, 
          Züleyxayi-eşq düşən Yaqubi-Kənanə layiqdir. 
 
 
                             155 
Sızlayar əhvalıma sübhə qədər tarım mənim, 
 Təkcə tarımdı qara günlərdə dildarım mənim.” 
  (Məhəmmədhüseyn Şəhriyar Behcət Təbrizi. 1906-1988; 
  tərcümə: Ə. Mübarizindir.) 
 
 Saqiya, al Ģərabdan süz dərdimi mey dağıtsın,  
 Meyxanələr küncüdü çünki qəmxarım mənim. 


125 
 
 
 Ömrümü vəfasız bir yar yolunda fəda verdim, 
 Yox imiĢ yanında bir zərrə etibarım mənim. 
 
O güli-həmrayə ki bülbüli-bir Ģeyda idim, 
 Nəhayət,  qismət oldu xara gülizarım mənim. 
 
 Çalma, bu tarı bu gün, ey tarizən, qan ağlaram
 QırılmıĢ tarın kimi tel-tel bu ilqarım mənim. 
 
Qurdum taxt könüllərdə Füzulimtək, Seyidimtək, 
Yetmədim sənə Vahid kimi ġəhriyarım mənim!! 
 
Hər günü ərĢə bülənd olsa da  ah-əfğanım, 
Atayam, Allahımdır,  dadi-xilaskarım mənim! 
 
                                                                    156 
Ey gül, sənə aĢiq yenə də bu həzar oldu, 
Güldükcə həyat aləmimiz növbahar oldu. 
 
Yaz fəsli könül bağçamızın gülləri açdı, 
Əğyari-dunun ömrü, günü ahu-zar oldu. 
 
Göz yaĢı töküb çaylara çox ağladı son qıĢ, 
Dağlar dəyiĢib rəngini al laləzar oldu. 
 
Məcnununam, ey Ģux, Ģükür vəslinə yetdim, 
Hicrində yanan indi də, bil, intizar oldu. 
 
Leylayi-məhəbbətlə bizə qoĢuldu ellər, 
Məcnuni-könül munisimiz Ģanlı yar oldu. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə