109
Meydani-məhəbbətdə əhranələriz bizlər.
132
“Dilbəra, dildə sənin mehri-rüxün can kimidir,
Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.”
(Şah İsmayıl Xətai. 1486-1524)
Arizi-yanaqların lalələnibdir nə gözəl,
Dodağın üstə xalın bəs niyə mərcan kimidir.
Görünüb, gah yox olur qaşlarının incə Ayı,
Qara zülfün üzünə, bəlkə, nigəhban kimidir.
Qaşların üstə əcəb xal kimi bir nöqtə durub,
O ki, ey karivanım, hüsnünə sarban kimidir.
Demə, Xətai bizə, ey Ata, şah dərsi verib,
Ona hər təvəccöhüm şahanə Şirvan kimidir.
133
― Ey Ay ilə Gün üzünə heyran, gecə-gündüz,
Vey çərxi-fələk başına qurban, gecə-gündüz.”
(Zayei Bağdadi.XVII əsr)
Yıxdın bu könül mülkümü, ey bivəfa, neyçin,
Məndən danıĢa qəhr ilə dövran, gecə-gündüz?!
Məcnuni-misal tərk elədim Leylayi-kuyin,
Səhralar ola ömrümə ünvan, gecə-gündüz.
Könlümdəki sənsən mənə daim qonaq, ey Ģux,
Könlündə niyə özgəsi mehman, gecə-gündüz?
EĢqinlə yanıb atəĢi-hicrana od ollam,
110
Məndən od ala duzəxi-niyran, gecə-gündüz.
Pərvanə kimi baĢına dönnəm sənin, ey Ģəm,
Oduna yanıb kül ola bu can, gecə-gündüz.
Zayeiyə Bağdad necə göz yaĢları tökdü,
Ağlar Ataya bir günü ġirvan, gecə-gündüz.
134
“Xabi-qəflətdən oyansın eşqi-dildar istəyən,
Bülbüli-şuridə olsun vəsli-dildar istəyən.”
(Həbibi. İndiki Göyçay r-nu, Bərgüşadkəndi.
Səfəvilər Sarayının məliküş-şüarasıolub XV-XVI əsrlər)
Çəkilsin eĢq meydanından canın qurban etməyən,
Götürsün əl canü-baĢdan ürəkdən yar istəyən.
Saqi, doldur camı içək canı-canan eĢqinə,
Rəzin qızı meyi istər könlü xummar istəyən.
Demə, bağü-gülüstanda bülbüli-zar neyləyir,
YığıĢsın dildar baĢına dili-dilzar istəyən.
Ey Həbibi, bu meyvə ki, Göyçayda qan rənglidir,
AĢiqlərin al qanıdır, bilməzmi nar istəyən?!
ġirvanilər yurdumuzun ilhamlıdır hər yeri,
Qoy buyursun bu cənnətə könlü əĢar istəyən.
Süfrəsi tək açıq qəlbli bir Ģairdir Ata da,
Qəlbimizdə oruc açsın könlü iftar istəyən.
135
“Əriyib hicrin ilə ta ürəyim qan olmuş,
111
Yıxılıb cismi-bədən xakilə yeksan olmuş.”
(Faiz Göyçayi. Potu kəndi. 1888-1938)
Neçə dərdü-ələmi çəkdirib ol şux bizə,
Nə olaydı eşidək ki özü peşman olmuş.
Haradan bilsin o şux səhrayi-Məcnun nə demək:
Tökülən göz yaşımız üstünə leysan olmuş.
Çəkər azadeyi-dil Yusifi-Misri vətənə,
Nə qədər Züleyxayi-eşq ona zindan olmuş.
Hər əsrdə, ey Ata, bir bəlalı şair olub,
Onu da doğan ana bəlalı Şirvan olmuş.
136
Ey dil, bu könül itkisi bir karımız oldu,
İlqarı pozuq şuxlara inkarımız oldu.
İllərlə dözüb gözləmiş idik nöbaharı,
Yağdı təzə dənlər telə ilk qarımız oldu.
Hər kimlə ki biz dost idik öz aləmimizdə,
Dost bildiyimiz kimsələr əğyarımız oldu.
İçdikcə könül qəmlərini mey kimi hərdən,
Dərdi-dilimiz öz dili-dilzarımız oldu.
Ol qədri cəfa verdi bizə yari-bivəfa,
Əğyari-ədu dilində gövtarımız oldu.
Ey saqi, bizə meykədələr küncü də bəsdi,
Mey süz, bu qədəh son qəmi-qəmkarımız oldu.
112
Ey Ata, nihan cövr elədikcə bizə dövran,
Meyxaneyi-mey dəhrdə aşkarımız oldu.
137
YetiĢ, ey Mürği-səhər, könlümü pərvazə gətir,
Mənim öz gül eĢqimi bülbüli-avazə gətir!!
Ələyib qar baĢıma gör necə bu dövrani-dun,
Məni al qıĢdan özün nöbahari-yazə gətir.
Bil ki acgözləri bu dünyada torpaq doyurub,
Bizə təğyiri bütün nəfsləri azə gətir.
Aç o balü-pərini, sənlə uçum məvayə,
Məni yerdən götürüb, o ərĢi-əlayə gətir
Saqiya, mənlə bölək bu köhnə mey ləzzətini,
Yenə bu gülfami-mey ilə könül sazə gətir.
Məni mey məclisi qurtarsa əzabdan qutarar,
Gəti xum ilə Ģərab, yanında bir kasə gətir.
Oxu, ey bülbüli-zar, qəlbimi qəmdən uzaq et,
Anan ölsün, demədim sən də məni yasə gətir.
Ey Ata, mənayi-söz hikmətin ürfanə danıĢ,
Arı tək güllərə qon, mənalar əlfazə gətir.
138
Bir kiĢi durmaz əgər öz sözünün üstündə,
Bir kiĢi deyil o kəs öz özünün üstündə.
Hər kəsin dəyərincə sözlərinin qiyməti var,
Dostları ilə paylaş: |