Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Nisəbəyimin
tənhalığı
Kazım sanki qaragünlü doğulmuşdu. İki
yaşında ikən atası iş dalınca xarici ölkəyə üz tut-
muş, cəmi üç ildən sonra qara xəbəri gəlmişdi.
Beş yaşından tək anasının himayəsində yaşayan
Kazımın sevincli, bəxtəvər günləri az olurdu.
Hələ sağ ikən atasının aybaay göndərdiyi və
anası Şəlalənin də yaman günlük üçün yığıb
saxladığı pul da tükənmək üzrə idi. Hamının na-
muslu, qeyrətli qadın kimi tanıdığı gəlin, bir
müddətdən sonra üzüqara yoxsulluğun özünü
göstərəcəyini düşündükcə az qalırdı ki, başını
itirsin. Zavallı qadın münasib iş də tapa bilmirdi
ki, gözünün ağı-qarası olan balaca Kazımı halal
zəhmətlə böyüdüb boya-başa çatdırsın.
Hara əl atırdısa əli boşa çıxırdı Şəlalənin.
Kasıblıq da yavaş-yavaş boz sifətini göstərirdi.
Hər şeydən xəbərsiz uşaq isə öz aləmində idi.
Çox vaxt çölə-bayıra çıxmırdı deyə, əyin-başını
qonşu uşaqlarla müqayisə etmir, artıq nim-
daşlaşmış pal-paltarının dərdini çəkmirdi.
49
SİRLİ ƏMƏLİYYAT


Anasının bir neçə gün əvvəl ucuz qiymətə aldığı
oyuncaq tapançasını, bir də “Nuh əyyamından
qalma” balaca oyuncaq “Mercedes”ini heç nəyə
dəyişməzdi. Amma boz üzünü göstərən təkcə
kasıblıq deyildi. Eyni sifəti əvvəllər tez-tez onlara
gəlib gedən, fəqət atasının ölümündən sonra
ayaqlarını kəsən qohum-əqrəba da göstərirdi. Bir-
iki yaxın qohum varıydı ki, onlar ayaqlarını təmiz
kəsməsələr də, gediş-gəlişi seyrəltmişdilər.
Şəlaləni kasıblıqdan çox elə bu dərd üzürdü. O,
balaca Kazımı, adamlığını hələ sona qədər itir-
məyən qaynı Ağakişiyə, daha doğrusu, onun ar-
vadına tapşırıb, iş tapmaq ümidi ilə səhər tezdən
evdən çıxar, günorta, bəzən də axşama yaxın evə
dönərdi.
Yaşadığı rayon mərkəzində Şəlalənin ayaq
döymədiyi dövlət idarəsi qalmamışdı ki, heç ol-
masa həftənin bir-iki gününü istirahətdə keçirib
vaxtını övladına sərf edə bilsin. Özəl müəs-
sisələrdə isə şərtlər çox ağır idi, axşama, bəzən də
gecə yarısına qədər işləmək lazım gəlirdi. Elələri
də vardıydı ki, uzun iş saatı ilə bərabər əmək haqqı
da az olurdu. Amma qadını üzən bu da deyildi.
Özü və azyaşlı oğlundan ibarət ailəni dolandırmaq
üçün belə müəssisələrin verdikləri məbləğ kifayət
50
NƏRİMAN MAHMUD


edirdi. Şəlalənin heysiyyatına toxunan bir şey
varsa, o da damarlarında qeyrət əvəzinə ehtiras
dolanan bəzi harın, əxlaqdan, mənəviyyatdan
kasıb kişi müdirlərin iş axtaran qadınlara əxlaqsız
təklifləri idi. Əlacı olsaydı belələrini öz əlləri ilə
boğub öldürər, ya da qohum-qardaşına deyər,
onlar da bir əncam çəkərdi. Ancaq tərslikdən
qadın ata-anasının tək övladı idi. Qohum-əqrəba
da ki, yaralı barmağa yaramırdı.
Düzdü, qaynı Ağakişi bir az xoşqeyrət olsa
da, atılıb-düşməyi, hay-küy salmağı, hədə-qorxu
gəlməyi, bir sözlə, yağmasa da guruldamağı vardı.
Di gəl ki, adında “kişi” sözünü gəzdirdiyinə bax-
mayaraq, arvadağız idi Ağakişi. Eşitdiklərini
ağzında ilinməyə qoymaz, elə dərhal da arvadı
Nisəbəyimə çatdırardı. Nisəbəyim də ki, elə bil
söz poçtalyonu idi. Aldığını bütün rayon boyu
ötürərdi. Şəlalə də bilirdi ki, ağzıgöyçəklər sözü
ucuz alıb baha satacaq, eşidib bilən xəbərin başına
ip salıb “urus afçarkası” kimi gəzdirəcək, ortada
bir şey yox ikən hərənin ağzından bir avaz çıxa-
caqdı. Ona görə abırına qısılıb dərdini içində
gəzdirdi. Və elə gəzdirə-gəzdirə də günlərin
birində yatağa düşdü. Xəzan yarpağı kimi gündən-
günə saralıb soldu.
51
SİRLİ ƏMƏLİYYAT


Qardaşının yadigarı idi deyə, nə qədər olsa
da Ağakişinin Kazıma və onun anasına ürəyi
yanırdı. Şəlalə yatağa düşəndən həm xoş qeyrətinə
bir az sərtlik qatmış, həm də ürəyi yuxaya dön-
müşdü. Qadına söz də vermişdi, uşağı himayəsinə
götürəcək, yaxşı baxacaq, öz övladlarından ayır-
mayacaqdı. Amma bu, Ağakişinin saydıqları idi...
Şəlalə dünyasını dəyişmişdi. Ağakişi də söz
verdiyi kimi, balaca Kazımı himayəsinə götür-
müşdü. İlk vaxtlar anasının xiffətini çəkən, kür-
rüyünü eləyən uşaq isə yavaş-yavaş əmisinə də,
əmisinin arvadına da öyrəşir, əmisi uşaqlarına
qaynayıb qarışırdı. Kazımın rəhmətlik atasının
mülkünü öz adına sənədləşdirən Nisəbəyim də in-
safən pis baxmırdı uşağa. Amma məktəb yaşı
çatanda elə bil arvadın, necə deyərlər, tutması
tutdu. Kazımın dərsə getməsini əngəllədi. Ərinin
başını tovlayıb, - çəlimsiz uşaqdır, qoy bir il də
keçsin, baxarıq, - dedi. Ağakişi qəlbində razı ol-
masa da, gözlərini çırpışdırıb susdu. Bundan sonra
uşağın qara günləri başladı.
Kazımın dördüncü sinifdə oxuyan əkiz əmisi
uşaqları – Əfqan və Nuranə səhər tezdən məktəbə,
Ağakişi də işə yollanandan sonra Nisəbəyim gün
verib işıq venrmirdi Kazıma. İnsafı getdikcə
52
NƏRİMAN MAHMUD


gödələn qadın qarğıdalı sütülü kimi ütürdü onu.
Böyük yerinə də işlədirdi, uşaq yerinə də. Əfqanla
Nuranə məktəbdən evə dönəndə zor-xoş onların
qulluğunda durardı. Düzdü, Ağakişinin yanında o
qədər də “ağ” eləmirdi Nisəbəyim. Kişi evə
gələndə Kazıma bir az dinclik verirdi. Yazıq
uşağın ağzı göydə idi ki, əmisi evə tez gəlsin və o
da ayaqlarını qatlayıb bir hovur otursun. Belə gün-
lər isə az olurdu. Amma həftələr, aylar ötdükcə
Nisəbəyim əvvəl Ağakişinin yüngül beynini çe-
virdi, sonra da rəngləri bir-birinə qatdı, “ağ” elədi.
Axırda Kazım əmisindən də ümidini üzdü.
Toranlı-boranlı bir gündə evi tərk edib getdi.
Uşağın evdən qaçması Nisbəyimin vecinə də
deyildi. Amma işdən gec qayıdan Ağakişinin
soraq eləmədiyi, gəzmədiyi yer qalmadı. Gecədən
xeyli keçmiş geri qayıtdı. Nə illah elədisə yata
bilmədi, səhərə kimi yerində ilan kimi qıvrıldı.
Səhər tezdən oyanıb düşdü rayonun canına.
Gördüm deyən olmadı Kazımı. Uşaq elə bil yağlı
əppək olub göyə çəkilmişdi. Ağakişi bu dəfə də,
əli ətəyindən uzun, evə döndü. Ağlına əlli fikir
gəlirdi. Gözləri yer görmürdü, bütün fikri-zikri
Kazımın yanındaydı. Qəflətən vahiməli səs eşidib
başını qaldırdı. Dərsdən çıxıb evə qayıdan
53
SİRLİ ƏMƏLİYYAT


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə