Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   2   3   4   5   6   7   8   9   ...   18

sağda isə cəmi bir manatı vardı. Olub-qalan pu-
lunu bu gün keçirəcək ad günü üçün xərcləmişdi.
Nəcəfqulu onları da çıxarıb stolun üstünə düzdü.
Qayıdıb torbasını boşaltmaq istədi, amma serjant
imkan vermədi. Nədənsə mənalı-mənalı gülüm-
səyib çox yumşaq tonda dedi:
– Zəhmət çəkməyin, mən özüm baxaram.
Nəcəfqulu etiraz etmədi. Ağacanov sellafon
torbanın içərisindəkiləri (orda Nəcəfqulunun ad
günü üçün aldığı hədiyyələr, müxtəlif ərzaqlar var
idi) bir-bir çıxarıb stolun üstünə yığdı. Hər şey
Nəcəfquluya tanış gəlsə də, kibrit qutusunu
görəndə gözləri kəlləsinə çıxdı. Əlini uzadıb onu
götürdü, qeyri-ixtiyari olaraq silkələdi. Səs kibrit
dənələrinin səsini xatırlatmırdı. - Bu nədir, lənət
olsun şeytana, axı mən torbaya kibrit qutusu qoy-
mamışdım, - deyib bir anlığa hərəkətsiz, səs-
səmirsiz dayandı, özünü itirdi. Amma dərhal da
gücünü toplayıb cəsarətə gəldi. Qutunu açıb
baxdı. İçərisində indiyə qədər görmədiyi quru, bir
qədər də yaşıl rəngə çalan ota oxşar nəsə vardı.
Qutudakı narkotik maddə idi. Nəcəfqulu belə
şeyləri görməsə də adını çox eşitmiş, lap əvvəldən
qorxduğu hadisə gəlmişdi başına. Amma sakit
dayanmadı. “At ölənə qədər otlayır”, - deyib
27
SİRLİ ƏMƏLİYYAT


özünü müdafiə etməyə çalışdı:
– A bala, Allaha and olsun ki, mən ömrümdə
belə şey görməmişəm. Bəlkə siz deyəsiniz, bu
nədi?
Ağacanov əvvəlcə başını bulayıb kinayə ilə
güldü. Sonra sifəti birdən-birə ciddiləşdi, hirslənib
özündən çıxdı:
– Özünü hiyləgərliyə qoyma, guya bunun
narkotik maddə olduğunu bilmirsən?
Nəcəfqulunun şübhələri düz çıxmışdı. Qutu-
dakı doğrudan da narkotik maddə idi. Serjantın da
bunu təsdiqləməsi kişinin canına qorxu salmışdı.
Nə qədər and-aman eləsə də xeyri olmur, bayaq
başı ciblərini tökməyə qarışanda kibrit qutusunu
torbaya atan Ağacanov ona “inanmırdı”.
İndi onu sakit, başıaşağı adam kimi tanıyan-
lara, iş yoldaşlarına, dost-tanışa, qohum-əqrəbaya,
arvad-uşağa nə cavab verəcəkdi, necə başa sala-
caqdı ki, cibinə heç vaxt kibrit qutusu qoymayıb,
narkotik aludəçisi olmayıb. Bu suallar Nəcəfqu-
lunu üzürdü. O, fikirləşir, yol axtarır, çıxış yolu
tapmayıb yenidən yalvarırdı. Ağacanov bu dəfə
səsinin tonunu aşağı saldı:
– Kişi, görürəm, yaxşı adama oxşayırsan,
yəqin bu da bir təsadüfdür. Amma iş gedib
28
NƏRİMAN MAHMUD


“yuxarılara çatsa” vəziyyətin çox ağır olacaq.
Mən sənə kömək etmək istəyirəm. Nə deyirsən?
Nəcəfqulu bir az ürəkləndi:
– Qurban olaram sənə, ay oğul, burax, çıxıb
gedim.
– Dayı, belə buraxa bilmərəm axı, bir balaca
“hörmət” eləmək lazımdı.
Nəcəfqulu lütün birisi idi. Serjantın tələb et-
diyi iki min manatı indiyə kimi yuxuda da gör-
məmişdi. Heç qohum-əqrabası da özündən
fərqlənmirdi. Vəziyyəti belə görüb dinməz-
söyləməz həbsini gözlədi. Elə bu vaxt rəis otağa
daxil oldu. Onu başdan ayağa süzüb baxışlarını
tabeliyində olan serjantın gözlərinin içinə dikdi.
Qayıdıb yenidən Nəcəfquluya baxdı. Nə fikir-
ləşdisə “kişi, azadsan, gedə bilərsən”, - dedi.
Nəcəfqulu da uzun-uzadı təşəkkürünü bildirib
arxasına baxa-baxa otaqdan çıxdı. Rəis dərhal
Ağacanovun üstünə düşdü:
- Adə, neçə dəfə demək olar ki, bu camaatı
nahaqdan şərləmə. Başına gələn müsibətlər sənə
dərs olmadı?
Serjant utanırmış kimi başını aşağı salladı.
Elə bu vaxt aşağıdan – perrondan bərk səs-küy
gəldi. – Get bax gör, nə səs-küydür orda, sənin
29
SİRLİ ƏMƏLİYYAT


məsələnə sonra baxarıq, - deyə rəis ona göstəriş
verdi. Ağacanov cəld bayıra çıxdı, aşağı düşmək
üçün eskalatora tərəf götürüldü. Ayağı büdrəyib
yıxıldı, başı zərblə üzüaşağı hərəkət edən eskala-
torun dəmir pilləkənlərinin tinənə dəydi. Təcili
yardım həkimi hadisə yerinə yetişəndə artıq gec
idi. Polis serjantı dünyasını dəyişmişdi.
Fevral 2014
30
NƏRİMAN MAHMUD


Qaraxanın
faciəli ölümü
Məhəlləyə xəbər yayılmışdı ki, bəs,
Sarabəyim xalanın gözünün ağı-qarası, tək oğlu
Qaraxanı öldürüblər. Əvvəl-əvvəl heç kəs bu
xəbərə inanmadı. Çünki Qaraxanı hamı yaxşı
tanıyırdı, lap uşaqlıqdan heç kəslə işi olmazdı. İn-
diyə qədər də, necə deyərlər, kimsənin toyuğuna
“kiş” deməmiş, bir adama da sataşmamışdı.
Dindirəndə dinər, dindirən olmasaydı kəlmə də
kəsməzdi. Mələsə mal deyərdilər, danışmasa lal.
Axı onunla kimin nə işi ola bilərdi ki? Bir tərəfdən
də Sarabəyimin əhvalında, davranışında dəyişiklik
zad yox idi. Elə bil oğul itirən anaya oxşamırdı.
Amma iki bir-üç bir künc-bucağa çəkilib danışan-
ların, xəbərdən xəbər tutub bir yerə toplaşanların
sayı artdıqca bu ölüm xəbərinə camaatın münasi-
bəti də dəyişirdi.
Adamların çoxunu çaş-baş salan isə cəmi bir
neçə aydır ki, hərbi xidmətdən qayıdan Qaraxanın
son üç həftədə məhəllədə görünməməsi idi. Mü-
nasib bir iş də tapa bilməmişdi ki, gözə
dəyməməsinin səbəbini onda görsünlər. Heç kəs
31
SİRLİ ƏMƏLİYYAT


də ürək eləmirdi ki, gedib xəbərin yalan, ya da düz
olduğunu Sarabəyimdən soruşsun. Camaat fikir-
ləşməkdə ikən hamının “Xəbərçi Qasım” ad-
landırdığı orta yaşlı bir kişi özünü, qaranəfəs,
adamların içərisinə təpdi. Adamlar da onu görçək,
elə bil qurbağa gölünə daş atıldı, hamı səsini içinə
salıb susdu, Qasımın danışmasını gözlədi. Qasım
da bir azca, necə deyərlər, “pramoy” adamıydı,
sözün dal-qabağına baxmayıb, necə gəldi, birbaşa
guppuldadardı. Özünü camaatın içərisinə salar-
salmaz, səsinin cır yerinə salıb hündürdən
soruşdu:
– Ay camaat, bilirsiniz nə baş verib?
– Nə baş verib ki? – deyə pırtlaşıq saqqallı
Xanlar adlı başqa kişi sanki bir az laqeydcəsinə,
bir qədər də qısqanclıqla dilləndi. Hələ üstəlik öz
ürəyində: - adını da “xəbərçi” qoyub, amma bu
boyda həngamədən, zurna-balabandan indi xəbər
tutur, - dedi. Xəbərçi Qasım da sanki adamın
ürəyini oxuyurmuş kimi, elə birbaşa mətləbə
keçdi:
– Qaraxan Suriyada öldürülüb!
Sanki camaatın üstünə su ələndi. Hamı
başını aşağı salıb susdu. Amma bu dəfə də sükutu
Xanlar pozdu. Acıqlı-acıqlı dedi:
32
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə