Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   2   3   4   5   6   7   8   9   ...   18

saf işləri ərindən gözləsə də, sözün başına ip
salmaq, hələ baş verməyən hadisəni qabaqlamaq
istəmədi. Səhəri birtəhər açıb, ustalar gələnə qədər
təmir olunacaq otaqları boşaltmağa başladı. Can-
polad isə iş yerindən ustaları da özü ilə götürüb
təmir üçün lazım olan tikinti materiallarını almağa
yollandı...
Artıq bir aya yaxın idi ki, Canpoladın evində
təmir işləri gedirdi. Bir-iki günə yekunlaşacaqdı.
Ev sahibinin könlüncə alınsın deyə, ustalar təmir
üçün can qoymuşdular. Amma bu bir ayda Can-
polad qəpik də verməmiş, hər dəfə bir bəhanə ilə
ləngitmiş, əlavə işlər gördürmüş, təmir tamamilə
başa çatandan sonra, “mənim sizə borcum yox-
dur” - deyib ustaları qapıdan qovmuşdu. Ustalar
da bir aya yaxın onun qapısına ayaq döymüşdülər.
Ustaların əziyyəti, ah-naləsi sanki kişinin
vecinə də deyildi, dediyini deyib dururdu. Kiməsə
şikayət etməyə yerləri də qalmamışdı fağırların.
Axırda cana doyub son dəfə Canpoladın qapısına
gələrək: - Evin başına uçsun, içində salamat yaşa-
mayasan, çəkdiyimiz əziyyət haramın olsun, irin-
qan olub burnunun deşiklərindən gəlsin, - deyib
əl çəkmişdilər. Canpolad da ucadan qəhqəhə
çəkib: - Nə halal-haram salmısız, alə, cəhənnəm
7
SİRLİ ƏMƏLİYYAT


olub gedin burdan, - deyərək onları yenə də qapı-
dan qovmuş, üstəlik polislə hədələmişdi. Nargilə
də ərinin xasiyyətinə bələd olduğu üçün bir tərəfə
qısılıb için-için ağlamış, nə vaxtsa bu insafsızlığın
əvəzi olaraq başlarına gələcək bəlanı gözləmişdi.
Qadın gecənin birində vahiməli yuxu da görmüş,
səhərisi gün yuxusu çin çıxmış, işlədiyi məktəbdə
ikən evinin və ərinin tamamilə yandığını eşit-
mişdi. Səs-küy eşidib yanğını söndürməyə gələn
yaxın qonşuların dediyinə görə, günorta saat-
larında evə gələn Canpolad onların təkidinə bax-
mayaraq, alovlanan mənzilə daxil olub pullarını
xilas etmək istəyərkən yanıb külə dönmüşdü.
Yanvar 2014
8
NƏRİMAN MAHMUD


Şahverdinin aqibəti
Cəmi qırx altı yaşı olsa da, Bəndalı müəllim
dünyanın hər üzünü görmüşdü. Hələ gənc
yaşlarından üzü bəri eyni məktəbdə müəllim
işləmiş, halal zəhməti ilə özünə ev-eşik qurmuş,
ailəsini dolandırmışdı. Amma sovet hökumətinin
tifaqı dağılandan sonra çoxları kimi, o da
dolanışıq sarıdan korluq çəkirdi. Məktəbdən aldığı
əmək haqqı ailənin cəmi on günlük xərcini güclə
ödəyirdi. Uşaqları böyüdükcə xərcləri də özləri ilə
birlikdə böyüyür və Bəndalının dərd-səri də
artırdı. Çox fikirləşdikdən, götür-qoydan sonra
müəllimliyin daşını atıb, xırdavat alverinə girişdi.
Amma bu da Bəndalı müəllimin işinə yaramadı.
Deyəsən, alver-zad onluq deyildi. Necə
deyərlər, əli gətirmirdi alverdə. İki-üç ay başını
alverlə qarışdırıb, ticarətin də daşını atdı. “Eşşəyə
minmək bir, düşmək isə ikinci eyibdir”, - deyib
yenidən məktəbə qayıtmağa da utandı. Hardan
ağlına yerləşdisə, fəhləlik eləyib başını dolandır-
maq qərarına gəldi. Səhərin gözü açılmamış yuxu-
sundan durar, şirintəhər elədiyi çayla bir tikə
şor-çörəyini yeyib evdən çıxar, xeyli işsizin hər
9
SİRLİ ƏMƏLİYYAT


gün toplaşıb müştəri gözlədiyi, camaat arasında
“qul bazarı” deyilən yerlərdə qaş qaralana qədər
dayanardı. Hərdən evə bir qəpik belə gətirməsə
də, bəzən elə olurdu ki, bir “yağlı” müştəri
çıxaraq, onu avtomobilinə əyləşdirib, özünün
həyətyanı sahəsinə aparar, axşama qədər işlədər,
sonra da qaneedici zəhmət haqqı ilə yola salardı.
Və bu da Bəndalı müəllimin ailəsinin beş-on gün-
lük xərcini ödəyərdi.
Amma müştərilərin hamısı belə olmurdu. O,
yüz manatlıq iş üçün otuz-qırx manat verib yola
salan insafdan kasıb “yağlı”müştərilərlə də
qarşılaşırdı. Eləsi də olurdu ki, bir-iki saat
işlədəndən sonra nəyisə bəhanə edərək “xox”
gəlib evdən pul-parasız qovurdu. Beləcə, Bəndalı
“bəy verən atın dişinə baxmazlar”, - deyib başını
ala-babat dolandırırdı.
Bir dəfə Bəndalının başına indiyə qədər gör-
mədiyi, necə deyərlər, xoruz səsi eşitməyən qəribə
bir iş gəldi. “Qul bazarı”nda dayanıb hər gəlib-
gedənə müştəri kimi baxan Bəndalı müəllimin
bəxti günortaya kimi gətirməmişdi. Günortadan
az keçmişdi ki, qara rəngli BMW qəflətən
qarşısında dayandı. Sürücüdən əlavə qabaq otura-
caqda bir qadın da əyləşmişdi. “Bazar” yoldaşları
10
NƏRİMAN MAHMUD


bir anda avtomobilin üzərinə şığıyaraq, onu
dövrəyə alıb xidmətlərini təklif etdilər. Sükanın
arxasında əyləşən sil-çopur, kələ-kötür sifətli, bir
az da şişman bədənli, özünü Şahverdi kimi təqdim
edən zəhmli kişi başını pəncərədən bayıra çıxarıb
hamını nəzərdən keçirdi. Bir xeyli baxıb domba
gözlərini nədənsə Bəndalı müəllimin sifətinə
tuşladı. Şəhadət barmağının işarəsi ilə onu çağırıb
avtomobilə əyləşdirdi. Üzünü hələ də BMW-nin
ətrafında dayanan adamlara tutaraq, “bir nəfər ki-
fayətdir”, - deyib avtomobili işə saldı...
BMW Bakı kəndlərinin birində, hündür
hasarlı həyət darvazasının ağzına yetişəndə
gündüz saat dörd olardı. Şahverdi avtomobildən
düşmədən idarəetmə pultu vasitəsilə qapını açıb
BMW-ni birbaşa geniş, yaraşıqlı həyətə sürdü. Ev
sahibinin həyətində qələbəlik idi. Xüsusi zövq və
səliqə ilə salınmış qalın kölgəli üzüm çardağının
altında zəngin süfrə açılmışdı. Masanın arxasında
təxminən eyni ölçüdə iki nəfər orta boylu, yoğun
peysərli, sallaq qarınlı kişi oturmuşdu. Yerdə
qalan digər ikisindən biri nisbətən arıq və uzun
boylu, o birisi isə normal bədənli, səliqəli geyin-
miş, qalstuklu, amma sir-sifətdən azca eybəcər,
gözləri porsuq gözünə bənzər bir kişi idi. Həmin
11
SİRLİ ƏMƏLİYYAT


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə