Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   10   11   12   13   14   15   16   17   18

dünyasında toy-bayram havası çalınan Kərəməli
idi. Amma kimsənin sübutu yoxuydu deyə,
üstünə getmək istəmirdi. Kərəməli də ki, işini
ehtiyatlı görmüş, hadisə yerində heç bir iz qoy-
mamış, dəlil-sübut üçün ipucu verməmişdi.
Yanğınla bağlı tək verdiyi bir şey varsa, o da
ağızucu təsəlli idi.
Kərəməli Bahadıra boğazdan yuxarı dil-
ağız eləyib evinə qayıtdı. Adəti üzrə illərdən bəri
yığdığı pullara baxmaq istədi. İçərisindəki pulla
birlikdə iri sellafon torba yoxa çıxmışdı. Özü
kimi əlləm-qəlləm olan13 yaşlı oğlu Nəsibdən
şübhələnən Kərəməli onu yanına çağırdı. Uşağı
dilə tutub şirnikləndirdi, bahalı velosiped vəd
verdi. Bu qədər var-dövlətin içərisində atasının
xəsisliyinin əzabını yaşayan Nəsib də illərdir həs-
rətində olduğu velosipedə susayıb gizlətdiyi
pulun yerini nişan verdi. – Pulları srağagün gecə
qonşumuz Bahadır əminin ot tayasının altında gi-
zlətmişəm, - dedi. Oğlundan bu sözü eşidən
Kərəməli tappıltı ilə yerə sərilib canını tapşırdı.
Onun dəfn mərasimində on beş-iyirmi nəfər
yaxın-uzaq qohumdan, bir də özü kimi üç-dörd
əlləm-qəlləm kənd adamından başqa kimsə yox
idi.
Mart 2014
64
NƏRİMAN MAHMUD


Sirli əməliyyat
Hava bərk soyuq idi. Tikintisi hələ tam başa
çatmamış hündürmərtəbəli binalardan birində
gözətçi işləyən Mirzəbala kişi gecə növbəsindən
çıxıb evə tələsdi. Yolun o tayına yenicə keçmişdi
ki, sağ böyrəyində ağrı hiss elədi. Yaxınlıqdakı
aptekə dönüb əczaçı xanımın məsləhəti ilə bir
qutu ağrıkəsici həb aldı. Bayıra çıxıb həblərdən
birini barmağının köməyi ilə boğazına, ordan da
mədəsinə ötürdü. Təxminən 100-120 metrlikdəki
dayanacağa çatana qədər ağrıları tədricən keçib
getdi. Avtobusa oturub evə yollandı. Yaşadığı evin
dördüncü mərtəbəsində yerləşən mənzilinə yenicə
ayaq basmışdı ki, ağrıları təzədən başladı. Bir yan-
dan da gecənin yuxusuzluğu onu əldən salmışdı.
Əhəmiyyət verməyib mətbəxə keçdi. – Boş şey-
dir, keçib gedər, - dedi. Yüngülvari səhər yeməyi
yeyib yatağına uzanmaq, gözünün acısını almaq
istədi. Elə bu vaxt arvadı Sərəngül xanım geyim-
kecimli başının üstünü kəsdirdi. – Dur ayağa,
xəstəxanaya gedirik, - deyə ərklə üstünə qışqırdı.
Mirzəbala da eyni tonda cavab verdi:
– Boş ver, ay arvad. Nə xəstəxana, nə həkim,
65
SİRLİ ƏMƏLİYYAT


qoysana bir hovur yatıb yuxumuzu alaq?
– Yaxşı, uşaqlıq eləmə, qalx ayağa, bax,
budur, deyirəm, sənin bu tənbəlliyin başına əngəl
olacaq, - deyə Sərəngül əl çəkmədi.
Elə bil Mirzəbalanın tırı tutmuşdu. Yenə də
inadından dönmədi. İki ayağını bir başmağa
dirəyib, “gərək yatıb yuxumu alam, sonrasına da
baxarıq” – dedi. Daha arvad da inad eləməyib əl
çəkdi. – Qoy yatıb dincəlsin, bir az yuxusunu
alsın, nahardan sonra zorla da olsa həkimə
apararam, - deyə sakit səslə öz-özünə deyindi. Və
mətbəxə keçib nahara hazırlıq gördü. Mirzəbala
da elə bil bayaq böyrəyi ağrıyan adam deyildi,
xorna çəkib şirin-şirin yatırdı. Arvadı onu yuxu-
dan oyadanda saat 3-ə yenicə işləmişdi. Mirzəbala
oyanıb üz-gözünü turşutdu. Sərəngül ərini heç
vaxt belə görməmişdi. Oyanan kimi cəld ayağa
qalxar, bayıra çıxıb havasını dəyişər, sifətinə
gülümsər ifadə verərdi. İndi Mirzəbalanı belə
göründə narahat oldu. – Nə olub, ay kişi, yenə
ağrıyırsan? – deyə nigarançılıqla soruşdu.
– Hə, bu zəhrimara qalmış yenə tutdu, bir az
ağrılarım var, - dedi.
Sərəngül daha sözü uzatmayıb, onu mətbəxə
səslədi. Bişirdiyi borşu isti-isti qarşısına qoydu.
66
NƏRİMAN MAHMUD


Mirzəbala da çox sevdiyi borşdan iki boşqab
yeyib kəmərinin altını bərkitdi. Üstündən də bir
stəkan çay içib yenidən yatağına uzanmaq istədi.
Amma Sərəngülün fikri bu dəfə qəti idi. Yarızor-
yarıxoş, Mirzəbalanı geyindirib qabağına qataraq
xəstəxanalardan birinə apardı. Qarşısına çıxan
tibb bacılarının birindən böyrək həkimini soruşdu.
Tibb bacısı da elə birbaşa Arif adlı həkimi məs-
ləhət gördü. Və nədənsə sevincək onların
qabağına düşüb dediyi həkimin kabinəsinə gətirdi.
Həkim də xəstəni görcək sevindi. Gözlərinin və
başının hərəkəti ilə tibb bacısından razılığını
bildirdi. Göz-qaş eləyib yola saldı. Sonra gələn
adamlara tərəf dönərək: - xəstə hansınızdır, - deyə
soruşdu. Mirzəbala ağzını açmağa macal tap-
mamış, Sərəngül cavab verdi. Başının işarəsi ilə
ərini göstərib dedi:
– Doktor, Allah sizdən razı olsun, xəstə bu
kişidir, böyrəyindən şikayəti var, özü gəlmək
istəmirdi, zorla gətirdim. Necə deyərlər, az işdən
çox iş əmələ gəlir, dedim bəlkə ciddi məsələdir.
Həkim eynəyini masanın üstündən götürüb
gözünə taxdı. Sərəngülü də, ərini də oğrun-oğrun
süzdü. Qayıdıb Mirzəbaladan soruşdu:
– Kişi, nə məsələdir, böyrəklərin çoxdanmı
67
SİRLİ ƏMƏLİYYAT


ağrıyır? Ağrılar şiddətlidirmi, əsasən hansı tərəf
və nə vaxtlar ağrı verir?
– Doktor, səhərə yaxın sağ böyrəyimdə
yüngülvari ağrı hiss elədim, bir ağrıkəsici alıb
qəbul edəndən sonra sakitləşdi, arada yenidən
ağrımağa başladı. Amma indiyə qədər elə bir ağrı
hiss etməmişəm. Hazırda da ağrılarım yoxdur.
Həkim gülümsəyib dedi:
– Bu sizə elə gəlir, əslində çox ciddi bir
xəstəliyin əlaməti də ola bilər. Hər halda ultrasəs
müayinəsindən keçsəniz yaxşı olar. Nəticəni isə
gətirərsiniz, baxaram.
– Əlbəttə, əlbəttə, doktor, indi müayinədən
keçər, – Sərəngül dilləndi. – Allah köməyiniz
olsun, - dedi. Və əri ilə birlikdə kabinədən çıxıb
müayinə otağına yollandı. Müayinədən keçib
yenidən Arif həkimin yanına qayıtdı. Həkim də
diaqnozun nəticəsinə baxıb alnını turşutdu,
ardınca başını buladı. Onun bu hərəkəti Sərəngülü
qorxuya saldı. Təlaş içərisində soruşdu:
– Doktor, siz Allah, düzünü deyin, qorxulu
nəsə var?
– Qorxulu deyəndə ki, təcili əməliyyat olun-
malıdır, amma narahatlığa əsas yoxdur, ümid-
varam ki, yaxşı olar, - deyə Arif həkim bildirdi...
68
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə