Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   10   11   12   13   14   15   16   17   18

öz yerində. Görəsən, bizdən 20-30 qat artıq mə-
vacib alan və həmişə aza qane olmağı məsləhət
görən Atakişi müəllim özünü bizim yerimizdə
təsəvvür edə bilirmi? Yox. Hələ eşitmişəm ki,
yavaş-yavaş özünün şəxsi biznesini qurmağa
başlayıb...
“Simsiz telefon” danışdıqca, faktları bircə-
bircə ortaya çıxardıqca Atakişi müəllimin sifətinin
görünməyən tərəfləri açılır, açıldıqca adamların
hissləri də coşurdu. Onlar elə bu dəqiqə Atakişinin
qəbuluna getmək, “sandığı açıb, pambığı tökmək”
istədilər. Bu vaxt Arzumanın telefonu zəng çaldı.
İçəridə səs-küy var idi deyə, bayıra çıxıb cavab
verdi. Nə eşitdisə cəld içəriyə qayıdıb dedi:
– Ay camaat, qulaq asın, hələ heç yerə gedə
bilməyəcəksiniz, yəni bunun bir mənası yoxdur,
boşuna zəhmət çəkməyin.
– Niyə? – hamı birdən təəccüblə soruşdu.
– Ona görə ki, Atakişi müəllim artıq bir neçə
qohum-əqrəbası ilə Həcc ziyarətinə yola düşüb.
Elə bil camaatın üstünə su ələndi. Hamının
əli üzündə qaldı. – Atakişi müəllim hara, Həcc zi-
yarəti hara?! – deyə təəccübləndilər. – Yəqin
Allah-Taala qəbul eləməz, – dedilər. Bu vaxt
“Zakon Eldar” işə qarışdı:
75
SİRLİ ƏMƏLİYYAT


– Ay camaat, elə deməyin, qurban olduğum
Allah hər şeyi görən və biləndir. Atakişi müəl-
limin layiq olduğu qiyməti də, inşallah, Allah-
Taalanın özü verəcək.
– Amin!!! – deyə hamı bir ağızdan dilləndi.
Cəmi beş-altı dəqiqə keçmişdi ki, “simsiz
telefon”a daha bir zəng gəldi. Xəttin o başından
danışan adam həyəcanlı səslə Atakişi müəllimin
faciəli şəkildə öldüyünü xəbər verirdi. Amma bəd
xəbərin ardınca şad xəbər də gəlmişdi. Müalicəsi
uğurla başa çatan Hacı Qəzənfər iki-üç gündən
sonra yenidən müəssisənin rəhbərliyinə qayıda-
caqdı.
Aprel 2014
76
NƏRİMAN MAHMUD


Elmirin kobudluğu
Elmiri yuxudan yataqxananın süpürgəçisi
oyatmışdı. Süpürgəçi qadın otağın qapısını açıb
içəri girəndə gözünə ilk sataşan, masanın
üstündəki araq şüşəsi olmuş, bir az irəlidə, qapının
arxa tərəfindəki çarpayıda isə Elmiri görmüşdü.
Amma bu cavan oğlan yatmış adamdan daha çox,
dünyasını dəyişmiş insanı xatırladırdı. Onu bu
vəziyyətdə görən süpürgəçi xanım əvvəlcə
diksinib geri çəkilmiş, lakin Elmirin yerindən tər-
pənərək qəribə səslər çıxarması qadını cəsarətə
gətirmişdi. O, dayanıb nə baş verdiyini aydın-
laşdırmaq istədi. Masanın, çarpayının və ümumi-
likdə otağın səliqəsiz vəziyyətdə olması, üstəlik,
Elmirin pal-paltarlı yatması onun sərxoşluğundan
xəbər verirdi.
Qadın bir-iki dəfə çağırsa da, heç nə başa
düşülməyən qırıq-qırıq səslərdən başqa bir şey
eşidə bilmədi. Süpürgəçi xanıma yalnız orası
məlum oldu ki, artıq özünü idarə edə bilməyən
oğlan araqdan zəhərlənib. Cəld aşağı düşüb təcili
tibbi yardım çağırdı. Çox çəkmədi ki, həkim gəlib
çıxdı. Müayinədən sonra Elmirin həqiqətən də
77
SİRLİ ƏMƏLİYYAT


zəhərləndiyi aşkar edildi...
Elmir gözlərini açanda özünü xəstəxanada
gördü. Başının üstünü kəsdirən həkim və tibb
bacıları ilk tibbi yardımdan sonra onun ayılmasını
gözləyirdilər. Elmir özünə gələndə üç-dörd litr ilıq
su ilə mədəsini yuyub təmizlədilər. O, həkimin
təyin etdiyi dərman preparatlarını qəbul edib
yenidən yuxuya getdi. Cəmi bir neçə günlük
müalicədən sonra xəstəxanadan çıxan kimi
işlədiyi çayxanaya qayıtdı. Amma çayxana sahibi
yeni işçi qəbul etmişdi.
Elmirin əlindən gələn bir iş varsa, o da fəh-
ləlik idi. O, vaxt itirmədən şəhərdəki “qul bazarı”
adlanan yerlərdən birinə gəlib müştəri gözləməyə
başladı. Çox keçmədi ki, xarici markalı avtomobil
qarşısında dayandı. İçəridən qırx-qırx beş
yaşlarında bazlı-burutlu bir kişi çıxıb üç nəfər
fəhlə seçdi. Elmir də həmin o üç nəfərin içərisində
idi. Kişi onları avtomobilə əyləşdirib Bakı
kəndlərinin birindəki bağ evinə gətirdi.
Fəhlələr bir hektara yaxın sahəni çör-çöpdən
təmizləməyib belləməli idilər. Bundan ötrü onlara
üç gün vaxt verilmişdi. Elmirgil gecəni gündüzə
qatıb verilən tapşırığı vaxtında yerinə yetirdilər.
Ev sahibi də buna görə onlara əvvəlcədən
78
NƏRİMAN MAHMUD


şərtləşdikləri qiymətdən artıq zəhmət haqqı verib
yola saldı. Bu, onun çayxanada üç gün ərzində
qazandıqlarından təxminən yeddi-səkkiz dəfə
artıq olardı.
Elmir artıq neçə gündən bəri getmədiyi
yataqxanaya qayıtmaq, yarımçıq qalmış araq
şüşəsinin axırına çıxmaq istədi. İki yüz qram kol-
basa, bir çörək, iki-üç dəstə də göy-göyərti alıb
yataqxanaya qayıtdı. Araq şüşəsini masanın
üstündə görməyəndə dünya başına fırlandı sanki.
Bir qədər axtarmalı oldu. Əyilib paltar şkafının al-
tına baxdı. Araq şüşəsini tapıb masanın arxasına
keçdi. Bu dəfə lap əməlli-başlı yeyib içib dərin
yuxuya keçdi. Səhər tezdən vaxtında oyanıb yeni
iş yerinə – “qul bazarı”na getdi. Axşama qədər
gözləsə də müştəri tapa bilmədi.
Elə bil bazarı birdəfəlik bağlanmışdı
Elmirin. Sonrakı beş-altı gündə də bir qəpiyin
yiyəsi olmadı. Gözlərini yumub qazandıqlarını
havaya sovururdu deyə, pulu da tükənmək üzrə
idi. Üzünə üz qaralığı çəkib kəndə qayıtmaq
istədi. Əvvəlcə şəhərə işləməyə gələrkən, atasının
verdiyi öyüd-nəsihət yadına düşdü. Necə deyər-
lər, “mindiyi eşşəkdən düşməyə” utansa da, son-
radan nə fikirləşdisə verdiyi qərarı qətiləşdirdi.
79
SİRLİ ƏMƏLİYYAT


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə