Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   10   11   12   13   14   15   16   17   18

ölmüşdü. Cəmilə də ərinə qoşulub fəryad qopardı.
Tamaranın vaxtilə ona dediyi, “ay qız, başına at
təpməyib ki, bu nə hərəkətdir, yeddi ildən sonra
Allah sənə övlad bəxş eləyib, gəl bu işə haram
qatma” sözləri qulaqlarında cingildədi.
May 2014
85
SİRLİ ƏMƏLİYYAT


Yetimin qisası
Zamiq hələ iki yaşında ikən avtomobil qəza-
sında atasını itirmiş, bir il sonra anası Gülyaz
dünyasını dəyişmişdi. Kimsəsiz qalan uşağın xala
və dayı sarıdan da bəxti gətirməmişdi. Gülyaz
ailənin tək övladı idi. Ata tərəfi isə nəsillikcə kasıb
həyat yaşayırdı.
Zavallı uşağı himayəsinə götürüb böyütmək
istəyən çox olsa da, əksəriyyətin buna imkanı çat-
mırdı. Məsləhət-məşvərətdən sonra həmin o ək-
səriyyət ümidini Zamiqin böyük əmisi Fərmana
bağlamış, hamının nəzərləri ona yönəlmişdi.
Çünki o biri doğmalara, qohum-qardaşa baxanda
dolanışıq sarıdan bir az fərqlənirdi. Necə deyər-
lər, onların yanında “toya getməli” idi. Amma
sözlə ifadə etməsə də, Fərman əvvəlcə narazı
olduğunu hərəkətləri ilə onlara qandıra bildi. Bu
vaxt elə bil hamının üstünə su ələndi. Baxışları ilə
Fərmanı məzəmmət elədilər, gözləri ilə yeyib
tökdülər kişini. O da sanki bu qəzəbli baxışlardan
qorunmaq üçün kənara çəkilib xəyala getdi. Son-
radan nə fikirləşdisə qohum-əqrəbanın yanına
qayıtdı. Bir az əvvəlki Fərmandan əsər qal-
86
NƏRİMAN MAHMUD


mamışdı, gözləri gülürdü. Qaranquşlar baharın
gəlişini müjdələdikləri kimi, o da tamamilə başqa
ovqatda təkrar gəlişi ilə hər kəsi sevindirdi. Üzünü
onlara tutub dedi:
- Əlbəttə, bir az əvvəl baş verənlər anlaşıl-
mazlıq idi. Deyəsən, bir-birimizi yaxşı başa
düşməmişik. Biz qardaşımızın yadigarını hi-
mayəmizə götürüb saxlamağa borcluyuq. Şəxsən
mən buna hazıram.
Fərmandan bu sözləri eşidən qardaşların
üstündən sanki ağır yük götürüldü. Birlikdə
bacıları Səbinənin evinə yollandılar. Bu həmin
Səbinə idi ki, Gülyaz rəhmətə gedəndən sonra
müvəqqəti baxmaq üçün uşağı cəmi üç-dörd ay
əvvəl evləndiyi ər evinə aparmışdı. Uşağın bibisi
əvvəl onu heç kəsə vermək istəməsə də, qardaşlar
əl çəkmədilər. – Ay qız, düzdü, Valeh yaxşı
adamdı, amma ərin olsa da, bizdən bir-iki köynək
uzaqdır, belə, xətrinə dəyməsin, yad oğludur, bir
də ki ayıbdır, el-oba bizi qınayar, - dedilər. Səbinə
də istehza ilə cavab verdi. - Əlbəttə, Valeh çox
gözəl insandır, bilirəm ki, uşağa bizdən də yaxşı
baxacaq, - dedi. Və bir az təhər-töhmət, tənə-filan,
bir az da dil-ağız elədi. Amma yenə qardaşının
beyninə batmadı ki, batmadı. – Zamiqi mən
87
SİRLİ ƏMƏLİYYAT


aparmalıyam, - deyib durdu. Söz verdi ki, onu öz
uşaqlarından ayırmayacaq.
Fərman uzun çək-çevirdən sonra uşağı alıb
evə gətirdi. Söz verdiyi kimi, yaxşı baxdı. İnsafən
arvadı Şəkər də Zamiqə öz övladı kimi yanaşırdı.
Amma uşağın məktəb yaşı çatanda elə bil Fər-
manın beyninin qurdu tərpəndi. Dərsdən çıxanda
gəzinti adı ilə onu hər gün götürüb evdən çıxar,
bir yerdə daldalanıb təzə paltarlarını dəyişər,
əvəzində tamamilə nimdaşlaşmış, cırılıb sökülmüş
paltar geyindirər, yarı xoş, yarı könülsüz şəhərin
küçələrində diləndirər, özü də kənardan müşahidə
edərdi. Zavallı uşaq hərəkətləri ilə etirazını
bildirəndə, ona hədə-qorxu gələr, “bax, kiməsə
desən, özünü ölmüş bil”, deyərdi. Zamiq də
qorxusundan başını aşağı salıb “işini” görər,
dilənib-dolanmaqla əldə etdiyi pulların hamısını
əmisinə təhvil verərdi. Bundan kimsənin xəbəri
də olmazdı...
Aylar, illər ötdükcə arıq, çəlimsiz Fərmanın
qarnı un yemiş ulaq kimi şişir, ailəsindən xəbərsiz
ailə büdcəsi də artırdı. Artdıqca da necə deyərlər,
gözləri yer görmür, hədəqəsindən çıxırdı. Uşaq
vaxtı qonşunun ona verdiyi sınıq-salxaq
velosipeddən başqa minik adında heç nə gör-
88
NƏRİMAN MAHMUD


məyən Fərman indi bir az köhnə də olsa, normal
görünüşlü inomarka avtomobil almışdı. Yaşına
görə səkkizinci sinfə getməli olan, artıq belə həyat
tərzinə öyrəşən Zamiq isə səhər tezdən təkbaşına
evdən çıxar, yığdığı pulları axşamlar yenə də
əmisinə verər, növbəti gün yenidən dilənməyə
yollanardı.
Bir dəfə dilənərkən Zamiq tükürpədici səs
eşitdi. O da hamının getdiyi tərəfə qaçdı. Fər-
manın yüksək sürətlə idarə etdiyi avtomobil
“KAMAZ” markalı maşının arxasına çırpılmış,
ailə üzvləri həlak olmuş, özü isə ağır bədən
xəsarəti ilə xəstəxanaya çatdırılmışdı. Hadisədən
sonra bibisi Səbinənin evində qalan Zamiq özəl
şirkətlərin birində işə düzəlsə də, ayağının biri
dizindən yuxarı amputasiya olunan Fərman dilən-
məyə başlamışdı.
May 2014
89
SİRLİ ƏMƏLİYYAT


İsfəndiyarın
kitab əhvalatı
82 yaşlı İsfəndiyar kişi ömrü boyu dəmir
yolda fəhlə işləmişdi. Yaşının və işinin çox hissəsi
də keçmiş sovet hökumətinin, yəni SSRİ-inin vax-
tına düşmüşdü. Fəhlə olsa da, hələ gənc yaşların-
dan kitab oxumağa meylli idi. Darısqal evinin bir
küncündə şəxsi kitabxana da düzəltmişdi özü
üçün. Şənbə və bazar günlərindən başqa gündəlik
səkkiz saatlıq ağır dəmiryol işindən, yol
təmirindən sonra evə qayıdar, yorğunluğunu aza-
cıq alıb kitab rəfini eşələyər, birini götürüb oxu-
yardı. Özü də çox sürətli oxumağı vardı
İsfəndiyarın. Yorunuq-ərinik vaxtında orta həcmli
kitabı cəmi iki günə oxuyub sona çatdırardı. Qeyri
iş günlərində isə oxuduğu kitabın axırına əsasən
elə həmin günü çıxardı.
İsfəndiyarın bir adəti də var idi ki, çox vaxt
şənbə və bazar günlərində özünü ya parka, ya da
hansısa yaşıllıq əraziyə salar, götürdüyü kitabı da
elə ordaca oxuyardı. Tay-tuşlar, dost-tanışlar da
hərdən başına yığışıb bir-birindən maraqlı söz-
90
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə