Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   10   11   12   13   14   15   16   17   18

Onsuz da kəndə qayıtmaq üçün pulu güclə çatırdı.
Nə qədər ki, cibindəki yol pulunu xərcləyib qur-
tarmamışdı, avtovağzala gəlib avtobusa oturdu...
Elmirin gəlişinə hamıdan çox atası sevin-
mişdi. Oğlunun təkidi ilə onu şəhərə iş arxasınca
yola salanda bir ata kimi doğru yol göstərmiş, şərt
də qoymuşdu. – Bax, budur, sənə tapşırıram, avara
uşaqlara qoşulma, heç kəslə işin olmasın, dilinə
içki dəyməsin, xəbərin olsun ki, içki evin xeyir-
bərəkətin göyə çəkir, - demişdi. Bir sözlə, yaxşıca
tərbiyə verib yola salmışdı. Elmir də şəhərə
gəlmək üçün onun dediklərinə əməl edəcəyinə söz
vermiş, atası da buna sevinmişdi. İndi kişi fikir-
ləşirdi ki, yəqin oğlu iki-üç günlüyə icazə alıb və
tezliklə işinin arxasınca şəhərə qayıdacaqdı.
Amma Elmirin cibində, necə deyərlər, “siçovul
oynadığını” bilmirdi. Üç gündən sonra oğlunun
şəhərə qayıtmadığını görən, üstəlik, onun bu müd-
dətdə əsəbi görkəmdə olduğu nəzərindən yayın-
mayan atanı maraq götürdü. Nahar vaxtlarının
birində söhbəti fırladıb ehtiyatla soruşdu:
– Oğlum, şəhərdə işlərin nə yerdədir, nə
əcəb bu qədər müddətə icazə veriblər, bəlkə bir
müşkülün var?
Atasının indi dedikləri onsuz da neçə gündür
80
NƏRİMAN MAHMUD


ki, ürəyindən qara qanlar axan Elmiri hövsələdən
çıxarmışdı. Yayı dartılmış oxa bənzəyirdi. Himə
bənd idi ki, kamandan çıxıb atası Qara kişinin al-
nından dəysin. Yumruğunu masaya döyəcləyib
üzünü ona tərəf tutaraq bağırdı:
– İndi deyirsən ki, bu xarabaya gəlməyək?
Yerini dar eləyirəmsə, cəhənnəm olub çıxıb
gedərəm. İşdən isə lap əcəb eləyib özüm
çıxmışam. Yəni sənin təqaüdündən mənə çatmır
ki? Aldığını göruna aparacaqsan?
Doğma oğlundan bu sözləri eşitməsi,
dünyanın hər üzünü görmüş Qara kişini narahat
eləsə də təəccüblənmədi. Elmirin kobud cavabı
ona cavan vaxtlarını xatırlatmışdı. O da atasına
qarşı eynən bu cür kobudluq edərdi.
Aprel 2014
81
SİRLİ ƏMƏLİYYAT


Sonrakı
peşmançılıq
Ağaverdi ilə Cəmilə altı ildən çox idi ki,
evlənmişdilər. Bu altı ildə gəzmədikləri yer,
müraciət etmədikləri həkim qalmamışdı. Yaxın-
uzaq ölkələrdə olmuş, adlı-sanlı həkimlərin müay-
inəsindən keçmiş, müalicə almışdılar. Neçə il
imkansızlara, əl-ayaqsızlara sədəqə paylamış, ağır
övliyalara nəzir-niyaz demişdilər. Amma övlad-
ları olmurdu ki, olmurdu. Onlar üçün fərqi yox idi,
oğlan, ya qız olsun. Ailənin gecə-gündüz dua et-
dikləri Allahdan tək istəyi o idi ki, evlərindən
körpə səsi gəlsin, həvəslə böyüdüb boya-başa çat-
dırsınlar, nəsil-nəcabətlərini davam etdirsinlər.
Nəhayət yeddi ildən sonra Allah-Taala onlara
övlad nəsib elədi.
Ağaverdi halal və ailəcanlı adam idi. Ar-
vadından bu xoş xəbəri eşidən kimi sevincindən
atılıb düşdü, dörd-beş il qabaq halal zəhmətlə
tikdirdiyi evin geniş otaqlarında özünə yer tap-
madı. Təkcə uçmağa qanadı yox idi kişinin. Vaxt
tamam olana qədər Cəmilənin yan-yörəsindən əl
çəkmir, böyür-başına fırfıra kimi fırlanırdı. Elə ki,
82
NƏRİMAN MAHMUD


vaxt yetişdi, arvadını doğum evinə aparıb, adlı-
sanlı həkimlərdən biri ilə danışdı. Bəri başdan
xəstəxana xadimələrindən, təmizliyə baxan
işçilərdən, tibb bacılarından tutmuş həkimə qədər
hamının “şirinliyini” payladı. Yeddi ildən sonra
övlad tapan Ağaverdi üçün fərq eləməsə də, doğu-
lacaq körpənin oğlan uşağı olması onu ikiqat
sevindirmişdi. Bunu ona doğum evinə gəlməzdən
bir neçə həftə öncə yoxlamadan keçən Cəmilə
demişdi.
Gələcək planının baş tutması üçün zəmin
hazırlamaqdan ötrü qadın öz ərini aldatmışdı.
Onun qız uşağı dünyaya gətirəcəyini, yoxlamadan
keçməyə birlikdə gəldiyi rəfiqəsi Tamaradan
başqa kimsə bilmirdi. Məhəllədə hamıya xəbər
çatmışdı ki, bəs, Cəmilə oğlan uşağına hamilədir.
Xəbər dolaşa-dolaşa gəlib Tamaraya çatanda təəc-
cüblənmiş və cəld rəfiqəsinin yanına qaçmışdı.
Cəmilə də ürək qızdırdığı Tamaraya hər şeyi eti-
raf elədi. – Bura bax, qadası, yəqin məni başa
düşərsən, açığını deyim ki, tibb bacısı ilə
danışmışam, imkan olsa dünyaya gələcək qızımı
oğlan uşağı ilə dəyişəcək, - dedi. Rəfiqəsi də onu
məzəmmət elədi. Qayıdıb dedi ki, ay qız, başına at
təpməyib ki, bu nə hərəkətdir, yeddi ildən sonra
83
SİRLİ ƏMƏLİYYAT


Allah sənə övlad bəxş eləyib, gəl bu işə haram
qatma.
Cəmilə sanki heç nə eşitmirdi, rəfiqəsinin
dediklərini qulağının birindən alıb o birisinə
ötürür, ordan da havaya buraxırdı. Kor tutduğun-
dan yapışdığı kimi, ağlına yerləşdirmişdi ki, ya
qismət, bundan sonra bir də övladı ola, ya olmaya,
yaxşısı budur, fürsət düşmüşkən məsələni birdəfə-
lik həll etsin. Tamara isə son dəfə uzun-uzadı
öyüd-nəsihət verib, təhər-töhmət eləsə də, xeyri
olmadı. – Bax, budur, sənə deyirəm, özün
bilərsən, amma axırda peşman olacaqsan, - deyib
rəfiqəsindən ayrılmışdı...
Körpənin dünyaya gəlməsindən bir həftə
vaxt ötmüşdü. Cəmilə evə buraxılacaqdı. O, tibb
bacısı və xadimələrdən birinin müşayiəti ilə
doğum evinin qarşısında gözləyən Ağaverdinin
gətirdiyi taksiyə əyləşib körpəni bağrına basdı.
Ağaverdi də cibindən bir “palazqulaq” 50-lik, bir
də 20 manatlıq əskinas çıxarıb birincisini tibb
bacısına, ikincisini də təmizlik işlərinə baxan
xadiməyə uzatdı. Evə ayaq basanda körpəni ar-
vadından alıb qucağına götürdü. Bir xeyli sifətinə
baxdı. Nə hiss elədisə qəflətən hönkürdü. Ar-
vadının ondan xəbərsiz dəyişdirdiyi körpə
84
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə