Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

Əfqanla Nuranə atasını görüb, yolu o taya keçmək
istəyərkən, yüksək sürətlə hərəkət edən “Mer-
cedes” markalı avtomobilin ön hissəsinə dəyib bir
neçə metr kənarda asfalta çırpılmış, yerindəcə
keçinmişdilər. Ağakişi də uşaqların müsibətinə
dözməmiş, ürəyi partlayıb ölmüşdü...
Üzücü tənhalığın çox sürətlə qocaltdığı
Nisəbəyim bir nəfər rayon sakininin dələduzluq
yolu ilə ələ keçirdiyi mənzilindən bayıra atılaraq,
səfil həyat sürməyə başlamışdı. Gecəni evlərin
zirzəmilərində keçirər, gündüzlər üzünü gizlədib
dilənərdi. Axır vaxtlar yolunu tez-tez, xüsusilə də
səhər çağlarında rayon prokurorluğunun yer-
ləşdiyi binanın qarşısından salardı. Elə həmin
vaxtlarda 25-26 yaşlarında səliqə ilə geyinmiş bir
gənc avtomobildən düşərək qadının ovcuna kağız
pul basıb, binaya daxil olardı. İyirmi il əvvəl
Nisəbəyimin evini tərk etməyə məcbur olan
həmin gənc Kazım idi.
Fevral 2014
54
NƏRİMAN MAHMUD


Yad havalı qadın
Natiq kədərli görünürdü. Elə bil dünyanın
bütün dərdini ürəyinə yükləmişdilər. Dindirən ol-
saydı yaz buludu kimi dolmuş gözlərinin yaşını
tökəcəkdi. O, son bir ayda onsuz da düz-əməlli
gəlir gətirməyən dükanın qapısını qıfıllayıb evə
tələsdi. Yan-yörəsinə baxmadan addımladı.
Qayğılı-qayğılı aranı dağa, dağı arana daşıyırdı
sanki.
Nadir fikirli olduğundan hara getdiyini özü
də bilmirdi. Bir də başını qaldırıb özünü dükan-
dan xeyli kənardakı dayanacaqda gördü. Yenicə
dayanmış avtobusa minmək istəyirdi ki, ayaq
saxladı. Deyəsən, işlətdiyi dükanın gətirdiyi gəlir
hesabına bir neçə il əvvəl aldığı “Opel” markalı
minik avtomobilini yaddan çıxarmışdı. Tez geriyə
qayıtdı. Dükanın qarşısında saxladığı “Opel”ə
oturub mühərriki işə saldı. Vaxtilə baha qiymətə
aldığı əla təmirli mənzilinin dəmir darvazasına nə
vaxt çatdığını da hiss etmədi. “Opel”i həyətə salıb
birbaşa qaraja sürdü. Ömür-gün yoldaşı Lətafət
xanım səs eşidib pəncərədən boylandı. Ərinin belə
erkən qayıtmasından əndişələndi. Bayıra çıxmasa
da elə ayaqüstəcə dayanıb onu gözlədi. Bayaqdan
55
SİRLİ ƏMƏLİYYAT


diqqətlə başdan-ayağa süzdüyü əri, ayaqlarını
mənzilə yenicə basmışdı ki, əlüstü soruşdu:
- Nə əcəb tez gəldin?
- Heç, başım bərk ağrıdı, bu vəziyyətdə
işləyə bilmədim. Bir də ki...
Natiq sonuncu cümləsini tamamlamadı.
Keçib divanda əyləşdi. Lətafət ərinin izahatına
inanmadı. Qadın haqlı idi. Onsuz da son iki-üç
həftədə dükanın əvvəlki qədər gəlir gətirmədiyini
bilirdi. Bir də ki, Natiq həmişə gündəlik qazancın
yalnız cib xərcliyi üçün kiçik bir hissəsini
özündən ötrü ayırar, yerdə qalan hissəsini də
gətirib Lətafətə verərdi. Lətafət də sevinə-sevinə
pulları alar, üç yerə bölərdi. Həmin o üç hissədən
birini yalnız özünün nəzarət edə biləcəyi yerdə
saxlayar, ikinci hissəni ailənin gündəlik xərci üçün
ayırar, yerdə qalan əhəmiyyətli hissəni isə xüsusi
olaraq özünə götürərdi. Beləliklə, əli hər gün pulla
oynayardı qadının.
Lətafət xanım ali təhsilli müəllim olsa da,
universiteti bitirdiyi ildən başlayaraq cəmi üçcə il
ixtisası üzrə işləmişdi. Natiqlə evlənəndən sonra
ərinin yaxşı qazancı olduğu üçün onu işləməyə
qoymamışdı. Sovet hökuməti dağılandan az sonra
ərinin açdığı dükandan gələn gəlir qadın üçün ki-
fayət edirdi. Natiq işdən qayıdan kimi qabağına
56
NƏRİMAN MAHMUD


qaçar, kişinin qulluğunda dayanardı. Bir ana kimi
uşaqlarını da çox sevirdi Lətafət xanım. Amma
son bir neçə ayda gəlirin xeyli azalması qadının
xasiyyətində dəyişiklik yaratmışdı. O, tez-tez əsə-
biləşir, bəzən səbəbsiz yerə uşaqlarını da qarğıyır,
deyinmək üçün bəhanə gəzirdi sanki. Hətta ərinin
üzünə qayıtdığı vaxtlar da olurdu Lətafətin. Necə
deyərlər, elə bil süpürülmüş yerdən “dava kağızı”
axtarardı qadın.
Ailənin büdcəsi getdikcə azaldığına baxma-
yaraq, Natiq çox sevdiyi arvadının işləməsinə hələ
də razı deyildi. Qadın öz istəyini bir neçə dəfə
eşitdirmişdi ərinə. Artıq dükanı çox ucuz qiymətə
icarəyə verib taksi sürücüsü işləyən Natiq də
həmişə eyni cavabı vermişdi. İndi isə bıçaq
sümüyə dirənmişdi. Düzdü, ailənin vəziyyəti o
qədər də böhranlı deyildi. Əvvəlki kimi cah-calallı
yaşamasalar da bəzən normal, bəzən də orta
səviyyəli yaşayışı vardı ailənin. Amma həmişə əli
pulla oynamışdı deyə, qadın indiki vəziyyətlə
barışmaq istəmirdi. Tez-tez hirs-hikkəsini ərinin
üstünə tökürdü ki, bəs camaatın arvadları işləyir,
nə vaxta qədər kor qız kimi evdə oturmalıyam.
Kişi də baxıb gördü ki, Lətafətin əsəbləri gündən-
günə korlanır, ailədə dava-dalaş olur və bu da artıq
yetkinlik yaşına çatmış uşaqlara pis təsir göstərir.
57
SİRLİ ƏMƏLİYYAT


Ona görə canını dişinə tutub işləməyə razılıq
verdi. Lətafət də gedib məktəblərdən birində
müəllim işlədi...
Qadının müəllimlikdən aldığı əmək haqqı
dükanın əvvəllər gətirdiyi gəlirlə müqayisədə çox
cüzi olsa da, ailənin xərclərini ödəyirdi. Amma
əvəzində Natiqin anasından əmdiyi südü burnun-
dan gətirirdi Lətafət. Düzdü, ilk maaşını alana
qədər qadın özünü normal aparırdı. Amma əmək
haqqı rəsmi qaydada artmasa da, məktəb direk-
torunun hansı yollasa qadının maaşına nəzərə
çarpan əlavələr etməsi onun davranışına da təsir
etmişdi. Lətafətin həm xasiyyətində, həm də
geyim-kecimində ciddi dəyişiklik hiss olunurdu.
Natiq də əvvəl-əvvəl abırına qısılıb o qədər də
açıb ağartmırdı. Oğlu Elxana və qızı Aynişana
görə, həm də ailənin dağılmaması xatirinə
dözürdü.
Ancaq necə olsa da, Natiq kişi xeylağıydı,
vaxt uzandıqca arvadının geyiminin aşağıdan
yuxarıya doğru qısalması onu haldan çıxarırdı.
Kişini əndişəyə salan həm də adi bir orta məktəb
müəlliminin əmək haqqının müəmmalı şəkildə
getdikcə artması idi. Lətafətin paltarlarının
gödəlməsi ilə maaşının artımı arasında hansısa
əlaqə axtarmağa başlamış, düz beşinci ayın
58
NƏRİMAN MAHMUD


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə