Nəriman mahmud siRLİ ƏMƏLİyyat (İbrətamiz hekayələr) “Yeni Poliqrafist” mmc bakı 2016



Yüklə 372,12 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix28.08.2018
ölçüsü372,12 Kb.
#65128
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

tamamında əmək haqqını alaraq, ikinci növbədən
çıxıb evə qayıdan arvadı gözünə birtəhər
dəymişdi. Elə bil hallanmışdı qadın. Hətərən-
pətərən danışa-danışa ayaqqabısını soyunub qapı-
dan içəriyə girər-girməz Natiq acıqlı-acıqlı
soruşdu:
- Bu nə görkəmdi, heç utanırsan uşaqlardan?
Lətafət elə bil bu sözü gözləyirdi. Qapının
ağzındaca bomba kimi partladı. “Gül ağzını” açıb
otuz iki dişinin dibindən gələni yağdırdı. – Belə
əcəb eləyirəm, özüm bilərəm, üst-başımın, dil-do-
dağımın, kef-damağımın vəkili deyilsən ki, - dedi.
Amma dişinin dibindən gələn təkcə “xoruz səsi
eşitməmiş” rəngbərəng söyüş-filan deyildi. “Gül
ağzı” həm də spirt qoxuyurdu. Natiq daha səsini
içinə salıb susdu. Lətafət də öz-özünə xeyli
deyinib, donquldanıb sakitləşdi. Elə pal-paltarlı
çarpayının üstünə uzanıb yuxuya getdi...
Natiq həmin gecəni düz-əməlli yata bilmədi.
Səhərə qədər o yan bu yana çevrildi, arvadının
hərəkətlərini xəyalına gətirdikcə yanıb yaxıldı.
Nəhayət qəti qərara gəldi. Elə günü sabahdan
boşanma ərizəsi ilə məhkəməyə müraciət
edəcəkdi. Amma yetkinlik yaşına çatmış uşaqların
sonrakı taleyini düşünəndə qarayanız bənizi xəzan
yarpağı kimi saraldı, ürəyi yuxaldı. – Yaxşısı
59
SİRLİ ƏMƏLİYYAT


budur ki, bir az da gözləyim, bəlkə arvadın kön-
lünə insaf düşdü, uşaqlara yazığı gəldi, - deyə
fikrindən daşındı. Ancaq Natiq yanılmışdı. Lətafət
getdikcə azğınlaşır, əri ilə, uşaqlarla istədiyi kimi
rəftar edirdi. Qadına elə gəlirdi ki, hansı “havanı”
çalsa, əri də, uşaqları da həmin “havaya” köklən-
məli idi. Sanki Natiqin acığına geyimini təkcə
aşağıdan yuxarı deyil, həm də yuxarıdan aşağıya
doğru getdikcə qısaldırdı.
Lətafət yanılmışdı. Artıq nə Natiq, nə də
uşaqlar onun “havasına” oynamaq istəmirdilər.
Çünki qadının çaldığı “hava” özümüzün deyildi,
yad eldən ixrac olunmuşdu. Natiq də fikrini
qətiləşdirmişdi: ya Lətafət “havanı” dəyişdirməli,
ya da nikah şəhadətnaməsində dəyişiklik aparıl-
malıydı. Qadın isə fikrində qəti idi, çaldığı “ha-
vanı” dəyişdirməyəcəkdi. Artıq boğaza yığılan
ərinin boşanma qərarı da halını dəyişdirmədi
Lətafətin. Qadın ümidini Elxanla Aynişana
bağlamışdı. – Qoy olsun, belə yaxşıdır, onsuz da
uşaqlar mənimlə qalacaqlar, - deyirdi. Amma
qadın yanılmış, məhkəmə prosesində hər iki uşaq
Lətafətdən imtina etmişdi, məktəb direktoru da
vəzifəsindən kənarlaşdırılmışdı.
Mart 2014
60
NƏRİMAN MAHMUD


Kərəməlinin
paxıllığı
Bahadır kişi bir az kasıbyana yaşasa da,
kəndin sayılıb seçilən adamlarından idi. Heç kəslə
işi olmaz, kimsənin paxıllığını çəkməzdi.
Ağsaqqallığı, ağıllı məsləhətləri də vardı.
Dilindən acı söz çıxmaz, əlindən bəd işlər
gəlməzdi Bahadırın. Hərdən imkan tapanda
özündən kasıblara yardım əlini də uzadardı. Belə
xasiyyətinə görə üç-dörd nəfər hal-qılıqsız
adamdan savayı, kənd camaatının hamısı onun
hörmətini gətirər, məsləhətlərinə qulaq asar, bir
sözünü iki eləməzdi. Bu da həmin o üç-dörd
nəfərin xoşuna gəlməzdi.
Amma bu azlığın içərisində Kərəməli adında
birisi varıydı ki, zalımlığı, eqoistliyi, paxıllığı və
necə deyərlər, əlləm-qəlləmliyi ilə kənddə ad
çıxarmışdı. Yetdiyinə yetər, yetmədiyinə daş
atardı. Ancaq Kərəməlinin daldan atdığı daş da
çox vaxt topuğa yox, xoşlamadığı adamların bir-
başa ürəyinə dəyər, qəlbini qırar və sanki o da
bundan ləzzət alardı. Bir sözlə, Kərəməlidə zərrə
qədər də insaf və mürvət, mərifət və qanacaq yox
idi. Dədə-babasından qalma var-dövlət, pula çe-
61
SİRLİ ƏMƏLİYYAT


virdiyi qır-qızıl onu quduz it kimi qudurtmuş,
cızığından çıxartmışdı. Özündən başqa heç kəsin
irəli getməsini, var-dövlət sahibi olmasını
istəmirdi. Kərəməli həm də həddən artıq xəsis idi.
Yığdığı pulları xərcləməyə, övlad-uşağına sərf et-
məyə əli gəlməzdi.
Kərəməli evdə saxladığı pulunun say-
hesabını da itirmişdi. Və qəribə idi ki, belə bəd
xasiyyəti ilə gündən-günə varlanır, bu da kənd ca-
maatını təəccübləndirirdi. Daha “paxıl artmaz”
kimi atalar sözünə, el məsəllərinə inanmırdılar.
Bahadır kişi isə adamları səbirli olmağa çağırır,
“bunu bilin ki, yerin-göyün sahibi var, belə get-
məz”, - deyə camaatı inandırmağa çalışırdı. Onun
axır vaxtlar tez-tez işlətdiyi bu kəlmələr
Kərəməlinin də qulağına çatmış və Bahadıra
əməlli-başlı ziyan vuracağına söz vermişdi.
Amma hardan başlamalı? Sanki savab iş görəcək-
miş kimi buna görə elə hey fikirləşir, yuxu da yat-
mırdı.
Pul saymağı yaxşı bacarsa da, Kərəməli
savadsızın biri idi. Məktəbin canı ondan qurtarsın
deyə, “tramvay altında qalmış” “3” yazıb attestat
versələr də, dördüncü sinifdən bu yana kitab üzü
açmamışdı. Kitab-dəftər görəndə elə bil qutuda
ilan görərdi. İllah da ki, dəqiq elmlərdən, xüsusilə
fizikadan lap zəhləsi gedərdi. Dərsdə uc-qulağın-
62
NƏRİMAN MAHMUD


dan eşitdiyi Nyutonun adı çəkiləndə sanki var-
dövlətinə, qır-qızılına, bir sözlə, mirasına sahib
çıxdığı dədə-babasının goruna söyərdilər.
Arximedin adı gələndə elə bil başına bir vanna
qaynar su tökərdilər. Bu adamla bağlı yaddaşında
ilişib qalan isə təkcə “evrika” sözü idi. İnsafən
bunun Azərbaycan dilində “tapdım” anlamına
gəldiyini də unutmamışdı. Amma indi Arximed
də, onun vannadakı kəşfi də karına gəlmişdi.
Gecənin bir aləmində “evrika, evrika”, - deyib
ucadan qışqırdı. Cəld ayağa qalxıb pal-paltarını
geyinərək evdən çıxdı...
Səhərin alaqaranlığında Bahadır kişinin
həyətinə çoxlu adam toplaşmışdı. Yaxın qonşusu
Kərəməli də həmin adamların içində idi. Yayın
cırhacırında Bahadırın min bir əziyyətlə biçib
tökdüyü, yığıb-yığmaladığı, toplayıb düzəltdiyi
böyük ot tayasına od düşmüşdü. Səhərin açıl-
masına təxminən iki saat qalmış baş verən
yanğından xəbər tutan qonşular, özlərini yetirib
əllərindən gələni etsələr də gec idi. Taya tamamilə
yanıb külə dönmüşdü.
Hər kəsin xeyir-şərinə yarayan Bahadır
kişiyə kimsənin ziyan vurması heç kimin ağlına
gəlmirdi. Kənd camaatının, elə Bahadırın da şüb-
hələndiyi bir adam varsa, o da adamlara qarışıb
təəssüflənən, zahirən kədərli görünsə də, iç
63
SİRLİ ƏMƏLİYYAT


Yüklə 372,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə