Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   2   3   4   5   6   7   8   9   ...   100

 
15
 
dövlətlərin yaranmasından qabaq insan cəmiyyətində mövcud olmuşdur. 
Bu zaman informasiya qarşıdurması silahlı qarşıdurmanın ayrılmaz ele-
menti kimi özünü göstərmişdir. Silahlı qarşıdurmadan əvvəl tərəflərin bi-
rinin öz tərəfdarlarının əhval-ruhiyyəsini qaldırması, qarşı tərəfin psixo-
loji  durumuna  təsir  göstərmək  üçün  müvafiq  informasiyaların  yayılma-
sından  istifadə  olunurdu.  İnformasiyanın  təsir  qüvvəsi  aydın  olunca  in-
formasiya qarşıdurmasının tətbiq sahələri də genişləndi. Xüsusilə, dövlə-
tin meydana gəlməsindən sonra informasiya qarşıdurmasına diqqət daha 
da  artırıldı.  Hazırda  informasiya  qarşıdurması  aşağıdakı  sahələri  əhatə 
edir: siyasi, diplomatik, maliyyə, iqtisadi, hərbi, kosmik və s. (4). 
İndi ictimai münasibətlərin elə bir sahəsi yoxdur ki, orada informasi-
ya  qarşıdurmasından  istifadə  olunmasın.  Son  zamanlar  informasiya tex-
nologiyalarının və vasitələrinin inkişafı informasiya qarşıdurmasının özü-
nün də təkmilləşdirilməsinə ciddi təkan vermişdir və hazırda informasiya 
dünyaya  tanınmağın,  dünyaya  nüfuz  etməyin  səmərəli  vasitələrindən 
birinə çevrilmişdir. 
İnformasiya qarşıdurmasının mahiyyətinə münasibətdə elmi ədəbiyyat-
da bir-birindən fərqli anlayışlar mövcud olsa da, onlar məzmunca oxşar-
dır. Elmi ədəbiyyatda olan qənaətlərin biri belədir ki, bir tərəfin qarşı tərə-
fin informasiya  mühitinə təsir etmək  və qarşıya  qoyulan  məqsədə  çatmaq 
məqsədi ilə öz informasiya mühitini qorumaq üçün xüsusi (siyasi, iqtisa-
di,  diplomatik,  hərbi  və  s.)  metod,  vasitə  və  üsullardan  istifadə  etməklə 
apardığı mübarizə formasıdır (5). Başqa bir elmi qənaət isə bundan iba-
rətdir ki, informasiya qarşıdurması–ictimai münasibətlərin bu və ya digər 
sferalarına təsir etmək və strateji ehtiyat mənbələri üzərində nəzarət əldə 
etmək üçün ictimai sistemlərin informasiya-psixoloji sferada rəqabətidir. 
Bu  rəqabətin  nəticəsində  rəqabət  tərəflərindən  biri  sonrakı  inkişaf  üçün 
üstünlük əldə edir, digəri isə bu üstünlüyü əldən verir (6). Sonra da əlavə 
edilir  ki,  informasiya  qarşıdurması  deyiləndə,  informasiya  sferasındakı 
mübarizə  başa  düşülməlidir.  Bu  zaman  qarşı  tərəfin  informasiyalarına, 
informasiya sistemlərinə və informasiya infrastrukturuna kompleks dağı-
dıcı  təsir  göstərilir.  Eyni  zamanda  həmin  tərəfin  öz  informasiya  sistemi 
də qarşı tərəfin üzərində informasiya üstünlüyünün əldə edilməsi və qo-
runmasıdır. 
Elmi  ədəbiyyatda  informasiya  qarşıdurmasının  iki  əsas  növü  təsbit 
olunmuşdur: informasiya-texniki qarşıdurma və informasiya-psixoloji qar-
şıdurma. İnformasiya-texniki qarşıdurmanın başlıca hədəfi informasiya tex-
niki  sistemlərinə,  məlumatların  ötürülməsi  sistemlərinə,  informasiyanın 


 
16
 
mühafizəsi  sistemlərinə  dağıdıcı  təsir  göstərmək  və  ya  onları  mühafizə 
etməkdir. İnformasiya-psixoloji qarşıdurma isə, əsasən, ictimai-psixoloji, 
siyasi  və  digər  humanitar  sahələri  əhatə edir. Konkret  olaraq informasi-
ya-psixoloji  qarşıdurmanın  təsir  obyektləri  aşağıdakılardır:  siyasi  və 
iqtisadi  qərarların  qəbul  edilməsi  sistemi,  ictimai  şüurun  formalaşdırıl-
ması sistemi, ictimai rəyin formalaşdırılması sistemi, qarşı tərəfin əhalisi-
nin və siyasi elitasının psixikası (7). 
Etnik münaqişənin informasiya qarşıdurması da informasiya-psixoloji 
qarşıdurma növünə aiddir. İnformasiya-psixoloji qarşıdurmanın yuxarıda 
sadalanan təsir obyektləri elə etnik münaqişənin informasiya qarşıdurma-
sının da təsir obyektləri kimi qəbul oluna bilər. 
Elmi  ədəbiyyatda  informasiya-psixoloji  qarşıdurmanın  təsir  obyekt-
lərinin  (hədəflərinin)  daha  geniş  təsviri  ilə  rastlaşmaq  mümkündür  (8). 
Bildirilir ki, informasiya təsiri göstərilməsi  mümkün  olan  istənilən  obyekt 
(hədəf)  informasiya  qarşıdurmasının  obyekti  ola  bilər.  Bu  baxımdan in-
formasiya qarşıdurmasının təsir obyektləri kimi aşağıdakılar göstərilir: 
– informasiya cəmiyyətinin ictimai münasibətlər sistemi; 
– informasiya cəmiyyətinin siyasi münasibətlər sistemi; 
– informasiya cəmiyyətinin psixoloji münasibətlər sistemi. 
İnformasiya qarşıdurmasının obyektləri arasında aşağıdakılar vardır: 
– insanların fərdi və kütləvi şüuru;  
– ictimai-siyasi sistemlər və proseslər; 
– informasiya infrastrukturası, informasiya və psixoloji dəyərlər.  
Psixoloji  dəyərlər  elmi  ədəbiyyatda  aşağıdakı  kimi  qəbul  edilir:  cə-
miyyətin  dəyərlər  sistemi,  dəyərlər  sisteminin  psixoloji  tolerantlığı,  in-
sanların şüurunun psixoloji tolerantlığı (yəni insan psixikasının daxili və 
xarici dağıdıcı təsirlərə qarşı dözümlülüyü), insanların psixoloji sağlam-
lığı, insanın psixiki sağlamlığının tolerantlığı. 
Bütün bu sadalananları da ümumi şəkildə etnik münaqişələrin infor-
masiya qarşıdurmasının obyektlərinə (hədəflərinə) aid etmək olar. Amma 
etnik  münaqişələr  ictimai-siyasi  münasibətlərin  konkret  sahəsi  olduğu 
üçün onun informasiya qarşıdurmasının hədəflərinin də konkretləşməsini 
aparmaq  mümkündür.  Burada  milli  dəyərlər,  milli  ruh,  milli  heysiyyət, 
milli tarix, milli münasibətlər, milli yaşam tərzi, dini dəyərlər və s. daha 
geniş şəkildə hədəf götürülə bilər. Bu prosesdə, xüsusilə, o elementlərin 
hədəfə götürülməsinə geniş diqqət ayrılır ki, onlar millətçilik hisslərinin 
qızışdırılmasına,  milli  müstəsnalığın  qabardılmasına  və  publikanın  mil-
lətçilik mövqeyində səfərbər olunmasına təsir göstərsin. 


 
17
 
Hədəf  seçilmiş  obyektlərə  göstərilən  təsirin  səviyyəsi  istifadə  edilən 
vasitələrdən, forma və metodlardan, informasiyanın inandırıcılığından və 
s. asılıdır. Amma bu sahədə aparıcı rol heç şübhəsiz ki, informasiya qar-
şıdurmasını  həyata  keçirən  qüvvələrdən  asılıdır.  Elmi  ədəbiyyatda  bu 
qüvvələr informasiya qarşıdurmasının subyektləri adlanırlar. İnformasiya 
qarşıdurması bu subyektlər tərəfindən həyata keçirilir və qarşıya qoyulan 
məqsədə  çatmağın  əsas  məsuliyyəti  də  bu  subyektlərin  üzərindədir.  İn-
formasiya-psixoloji  qarşıdurmanın  subyektlərinə  aşağıdakılar  daxildir: 
dövlət; dövlət ittifaqları və koalisiyaları; beynəlxalq təşkilatlar; qeyri-qa-
nuni  silahlı  birləşmələr;  terror,  ekstremist,  radikal-siyasi  və  radikal-dini 
təşkilatlar; transmilli  korporasiyalar, media korporasiyaları və s. (9). Yu-
xarıda qeyd edildi ki, informasiya qarşıdurmasının obyekti – mənəvi-psi-
xoloji təsir göstərilməsi mümkün olan hər bir obyekt, o cümlədən fərd də 
ola bilər. Bu baxımdan informasiya qarşıdurmasının subyekti də mənəvi-
psixoloji  təsir  göstərmək  imkanı  olan  hər  bir  subyekt,  o  cümlədən  fərd 
ola bilər. Xüsusilə bugünkü texnoloji imkanlar buna şərait yaradır. Lazı-
mi qabiliyyəti olan hər bir fərd elektron-informasiya vasitələrinin köməyi 
ilə böyük bir auditoriyanı təsir altında saxlaya bilər. Dağlıq Qarabağ mü-
naqişəsinin  nümunəsində  qeyd  etmək  olar  ki,  diasporalar,  ictimai  təşki-
latlar, könüllü toplular, kütləvi tədbirlər, mədəniyyət və incəsənət kollek-
tivləri informasiya qarşıdurmasının subyektləri rolunda çıxış edə bilərlər. 
İnformasiya qarşıdurmasının başqa subyektlərinə nisbətən, etnik mü-
naqişələrin informasiya qarşıdurmasında obyekt və subyektlərin qarşılıqlı 
əlaqəsi daha genişdir. Çünki bu münaqişənin informasiya qarşıdurması-
nın  subyektləri,  subyekt  olmaqdan  əvvəl  informasiya  qarşıdurmasının 
obyektləri rolunda çıxış edirlər, lazımi informasiya təsirlərinə məruz qa-
lırlar  və  onların şüurunda və  baxışlarında  etnik  münaqişənin  məqsədlə-
rindən irəli gələn dəyişikliklər baş verir. Dağlıq Qarabağ münaqişəsi nü-
munəsində qeyd etmək olar ki, bu münaqişənin başlanğıcında ilk növbə-
də erməni əhalisi, erməni ictimai-siyasi qurumları, erməni diasporu güclü 
informasiya hücumuna məruz qoyuldu, onlarda millətçilik hissləri qızış-
dırıldı, Azərbaycan ərazilərinin işğal edilməsi niyyətləri onların beyninə 
yeridildi. Sonra isə bu qüvvələr erməni millətçilik təbliğatının subyektinə 
çevrildilər. Başqa sözlə, informasiya qarşıdurmasında obyekt-subyekt trans-
formasiyası  məqsədyönlü  şəkildə  aparılır  və  bununla  geniş  informasiya 
qarşıdurması üçün zəmin hazırlanır. 
Mütəxəssislərin  fikrincə,  informasiya  qarşıdurmasının  subyektləri 
aşağıdakı əlamətləri ilə xarakterizə olunurlar: 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə