Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
  1   2   3   4   5   6   7   8   9   10   11


 


Giriş 

 

Növbəti  kitabını  yazmağa  hazırlaşan  müəllif  iş  həyatında  uğurlar  qazanmış  bir 



gənclə görüşməyə başlayır. Yazıçı gəncdən “məktəbdə öyrədilməyən həqiqətləri” 

və insanı xoşbəxt edəcək formulun sirrini öyrənib, onu öz oxucuları ilə paylaşmaq 

istəyir.  

 

Müəllif  görüşlər  zamanı  qəhrəmanından  müsahibələr  alır  və  həyat,  pul,  insan 



münasibətləri  ilə  bağlı  maraqlı  fikirlər  eşidir.  Gənclə  söhbətlər  təkcə  müəllifin 

fikirlərini qarışdırmır. Yazıçı hər görüşdən sonra həm də qəribə yuxular görməyə 

başlayır.

 

Yuxuda  hadisələr  Alamo  qalasının  içində  baş  verir.  Meksikalıların  hücumuna 



məruz qalan qalaya 100 nəfər sığınıb. Qalanın yuxarı hissəsində 13 dua otağı var. 

Hər otaqda müəllifi bir nəfər gözləyir. 

 

Öz  dövrlərində  əvəzsiz  işlər  görmüş  bu  şəxslər  yuxuda  müəllifə  bir  sıra  etiraflar 



edirlər.  Yazıçı  onlarla  söhbət  zamanı  öz  suallarına  cavab  tapır,  amma  eyni 

zamanda daha çətin və çıxılmaz suallarla üz-üzə qalır.  

 

Hər  görüşdən  sonra  müəllif  yuxuya  getməyə  və  oyanmağa  tələsir.  Çünki  yuxuda 



qeyri-adi  insanlarla  söhbətin,  oyananda  isə  iş  adamını  uğurlu  edən  sirli  sousun 

reseptini tapmağın həyəcanı onu gözləyir. 

 

On  ikinci  görüşdə  maraqlı  hadisə  baş  verir.  Gənc  oğlana  həyatının  ən  böyük  iş 



təklifi gəlir. Həmin təklifi dəyərləndirmək üçün görüşü ertələməli olan qəhrəman 

növbəti gün  başqa ölkəyə uçur. Kitabı bu hadisə ilə tamamlamaq istəyən müəllif 

sonuncu görüşdən sonra on üçüncü yuxunu görür...

 

Kitabın  əsas  süjet  xətti  həm  iş  adamının,  həm  də  müəllifin  psixoloji  dünyasının 



təsviri ilə başlayır.  

Bu  əsər  iş  dünyasını  və  tarixi  şəxsiyyətləri  fərqli  prizmadan  görmək  istəyənlər 

üçün yazılıb. 

 

Şəxsi inkişaf, tarix və insan psixologiyası bir kitabda görüşsə, nə baş verər?



 

Sizi bu kitab ilə üz-üzə qoyuram. Xoş qiraətlər! 



 

 

 


23 Fevral, 1836-cı il 

 

Alamo döyüşü

 

ABŞ ordusunun Meksika tərəfdə qalan qüvvələri işğal olunmuş əraziləri tərk edir. 



Geridə qalmış 100 nəfərlik dəstə Alamo qalasına sığınır. 1500 nəfərlik ordusu ilə 

general Antonio Lopez de Santa Anna qalanı mühasirəyə alır. 

 

Mühasirənin  13-cü  günündə  general  Santa  Anna  qaladakı  əsgərlərə  təslim  olmaq 



şansını  yaradır.  Qaladakı  qüvvələrin  başçısı  Uilyam  Barret  Trevis  təklifə  cavab 

olaraq generalın əsgərlərinə atəş açır.  

Beləcə,  13  günlük  mühasirədən  sonra  qalada  olan  əsgərlərin  yarısı  öldürülür, 

təslim olanlar isə edam edilir. 

 

Bir əsr sonra Texas əyalətinin rəsmiləri Alamo qalasının yerləşdiyi ərazini alırlar 



və həmin sahəni əyalətin tərkib hissəsinə qatırlar. Çox keçmir ki, Alamo qalası və 

ətraf ərazilər Texasın ən çox ziyarət edilən turistik məkanına çevrilir.

 

Texasda  yaşayan  yerlilər  hər  dəfə  bu  döyüş  barədə  danışarkən:  “Alamonu 



unutmayın!”, - deyirlər. Əyalət tarixində ən böyük məğlubiyyət məhz bu döyüşdə 

baş versə də, onlar özlərinə ağlabatan təsəlli də fikirləşiblər:

 

“Dünən  bu  ərazidə  məğlub  olmuşuq.  Bu  gün  bu  ərazi  vasitəsi  ilə  pul  qazanırıq. 



Texaslılar hətta uduzsalar belə, pul qazanırlar”. 

 

Bu gün Alamo texaslılar üçün həm utanc, həm də fəxarət mərkəzidir.



 

Bəs bizə bu iki hissi eyni anda yaşadan təcrübəmiz varmı?

 

Suala  cavab  tapmaq  üçün  Meksika  və  Texasdan  uzaqlarda,  Bakıda  yerləşən 



Malakan bağına tərəf gəlmək lazımdır. 

 

 



 

 

 

 

 

 


 

23 Fevral, 2009-cu il 

 

Malakan bağında sonuncu gəzinti

 

Toğrul  Malakan  bağının  yaxınlığında  yerləşən  ofisindən  küçəyə  çıxır.  Hər 



addımında  bənizi  daha  da  solğunlaşmağa  başlayır.  Nəfəs  almağı  çətinləşsə  də, 

addımlarının sürətini azaltmır. 

 

Bir müddət sonra marketə daxil olur və çox keçmir ki, əlində plastik qab və qaşıqla 



parka  tərəf  irəliləyir.  Skamyalardan  birində  əyləşib  qabın  qapağını  açır.  İştahsız-

iştahsız  paytaxt  salatını  yeməyə  başlayır.  Arabir  gözünü  salatdan  çəkib  bağda 

oynayan  uşaqlara  zilləyir.  Onların  gülüş  səsi,  əyləncəsi  Toğrulu  daha  da 

qəzəbləndirir. Qabın içinə apardığı sonuncu qaşıqla birgə fikrə gedir: 

 

“Vaxt var idi, əlçatmaz görünürdün. İndi səni asanlıqla alıb yeyə bilirəm. İş adamı 



olanda qarşıda məni nələrin gözlədiyini bilmirdim. Sən demə, pul bu işin ən asan 

tərəfi  imiş.  Sən  demə,  pulu  qazanmaq  və  itirmək  çox  asan  imiş.  Çətini  hörməti 

qazanmaq  və  onu  itirməmək  imiş.  Çətini  verdiyim  qərarların  məsuliyyətini 

daşımaq imiş.  

Birlikdə  işlədiyim  insanların  məsuliyyətini  daşımaq  çətin  oldu.  Müştərilərimin 

etibarını  və  hörmətini  itirdim.  Axı  mən  sadəcə  istədiyim  vaxt  səni  alıb  yemək 

istəyən  uşaq  idim.  Necə  oldu  ki,  hər  şey  bu  qədər  dəyişdi?  Necə  oldu  ki,  səni 

əvvəlki tək iştahla yeyə bilmirəm?”.

 

Öz-özü  ilə  danışan  Toğrul  bir  müddət  skamyada  əyləşib  uşaqları  izlədi.  Sonra 



ayağa qalxıb əlindəki qabı və qaşığı zibil qutusuna atdı.

 

Yanından  ötüb  keçən  insanların  gülüşünə  və  söhbətlərinə  məhəl  qoymadan  ofisə 



tərəf addımladı. Bu, onun Malakan bağında sonuncu gəzintisi idi.  

Toğrul  21  yaşında  həyatla  vidalaşmaq  istəyirdi.  O,  çıxış  yolunun  olmadığını 

düşünürdü.  

 

Ofisin qapısını açıb dəhlizə daxil oldu. Tavandan sallanan və onu gözləyən kəndirə 



baxdı.  Həyatdan  tutunmalı  olduğu  yaşda  bu  kəndirdən  tutunub  birazdan  son 

nəfəsini verəcəkdi.  

Toğrulun  hissləri  qarışmışdı  –  daxilindəki  ümidsizliklə  hirs  bir-biri  ilə  mübarizə 

apararkən o, qərarını vermişdi. Kreslonu dəhlizə gətirib üstünə çıxdı. İpi iki əli ilə 

tutub  başına  keçirdi.  Dəhlizin  güzgüsündən  özünə  baxdı.  İdman  ayaqqabılarını, 

cins şalvarını və toxunma jaketini gördü. Qıvrım saçlarına bir neçə dəfə toxunub 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə