Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

ayaqqabımın  olmadığına  görə  çox  ağlamışdım.  Həmin  axşam  anam  gedib 

mağazadan ayaqqabı oğurlamışdı. Düşünə bilirsən? Məktəb müəllimi övladı üçün 

ayaqqabı oğurlayır. Bəlkə də, onu qınayacaqsan, amma biz Rioneqro övladlarıyıq.  

Əlində tutduğu silahlara baxmayaraq, etiraz etdim: 

-

 

Amma bu səbəb onun oğurluq etməsinə haqq qazandırmır.  



-

 

Deyəsən,  sən  də  pambıq  içində  böyümüş  şahzadələr  kimi  düşünürsən. 



Oğurluq  nədir  ki?!  Əgər  sənin  hər  günün  ölməmək  üçün  mübarizədirsə,  orada 

oğurluq  etməkdən  danışmaq  yersizdir.  Üstəlik,  sən  heç  Rioneqroda  olmamısan. 

Ailəmiz isə orada sağ qalmaq üçün illərlə çabalayıb.  

-

 



Pulu halallıqla qazanmaq lazımdır. Haram pul heç kimi xoşbəxt etmir.  

-

 



Dediyin  sözlər  hər  gün  ac  yatmağa  məcbur  olan  yeddi  uşaq  üçün  heç  bir 

məna daşımır. Bu yeddi uşağın üçüncüsü olmuşam. Ailəni dolandırmaq üçün hər 

yola  əl  atmışıq.  Anam  müəllim,  atam  isə  fermer  olub.  Onların  qazancı  Rioneqro 

üçün zarafat idi. Mənim uşaqlığım olmayıb. Heç nəyim olmayıb. Kiçik yaşımdan 

çevik  düşünməyi  öyrənmişəm.  Əgər  ətrafında  qazanmaq  üçün  heç  nə  yoxdursa, 

diqqətlə baxmalısan. Diqqətlə baxdım və ətrafımda ölüm gördüm. Mən də “ölüm” 

satmağa başladım.  

-

 



Başa düşmədim. Ölümü necə satmaq olar? 

-

 



Bizim torpaqlarda həyatı tərk edənlər və etməyə hazırlaşanlar çox idi. Bu isə 

saysız-hesabsız  məzar  daşı  deməkdi.  İlk  böyük  pullarımı  oğurladığım  məzar 

daşlarının satışından qazanmışam. Anamın özü də oğurlayıb, ona görə bu işin pis 

olduğunu  dilinə  gətirməyib.  Tərbiyəmiz  sadə  bir  qanunla  işləyib  -  “Nə  edirsiniz 

edin,  sağ  qalın!”.    Atam  isə  etdiklərimizi  görməzdən  gəlib,  özünü  fermasına 

qapamışdı.  Bütün  dünya  məni  tanıdı.  Bircə  atam  mənə  görə  utandı.  Rioneqroda 

yaşayan heç kim idim. Medellin kartelinin baronuna çevrildim. Amerikaya satılan 

“zəhər”in 80 faizini mənim adamlarım təşkil edirdi. Pulum o qədər çoxaldı ki, nə 

edəcəyimi bilmədim. 

-

 



İnsanlara “zəhər” satmaq nə qədər düzgündür? 

-

 



“Zəhər”  kimi  həyatı  yaşamaq  nə  qədər  düzgündürsə,  bu  da  o  qədər 

düzgündür.  Üstəlik,  mən  vasitəçi  idim.  Bilərək  zəhərlənmək  istəyənlərə  kömək 

edirdim. Kasıbların bunu etmək üçün pulları olmurdu. (Yüksək səslə güldü.)  

-

 



Axı  sən  Kolumbiyada  yaşayan  minlərlə  günahsız  insanın  ölümünə  səbəb 

olmusan!  

-

 

Həmin  insanlar  gec-tez  aclıqdan  öləcəkdilər.  Mən  də  ya  onlar  kimi  can 



verməli idim, ya da öldürməli idim. Mən yaşamağı seçdim.  

-

 



Axı  səni  illərlə  təqib  edib,  sonda  öldürdülər.  Ölümünü  az  qala  bayrama 

çevirdilər. 

-

 

Həqiqi  quldurlar  bizim  kimi  insanların  kölgəsində  qalmağı  çox  sevirlər. 



Onlar  bu  “zəhərin”  alqı-satqısına  göz  yumurdular.  Ədalət  tərəzisini  və  ədalətin 

görmə  qabiliyyətini verilən pulun sayı tənzimləyir. Ədaləti pulumla aldım, ədalət 




ilahəsini  isə  fahişəmə  çevirdim.  Bilirsən,  əslində,  pul  ilə  hər  şeyi  almaq 

mümkündür. Bu həyatda hər şeyin bir qiyməti var.  

-

 

Xoşbəxtliyi ala bildinmi?  



-

 

Xoşbəxtlik?! Bu, mənimlə müzakirə ediləcək mövzu deyil. Bu mövzunu səni 



qalanın  dua  otaqlarında  gözləyən  adamlarla  müzakirə  edərsən.  Mənim  işim  səni 

onların yanına götürməkdir. Amma inan ki, pul ilə alına biləcək hər şeyi almışam. 

(Pablonun üzündə təbəssüm yarandı.) Oğlum Xuan ilə zooparka gedib onun üçün 2 

milyon dollara fil almışdım. İnsanların üzünü görməli idin. 800-dən çox evim olub. 

Bu evləri görməli idin.  

-

 



Hansı evdə həqiqətən yaşaya bildin? Çəkinmədən və qorxmadan hansı evdə 

ailənlə vaxt keçirə bildin?  

-

 

Məni anlaya bilməzsən. Pablo Emilio Eskobar Qaviriya heç nədən qorxmur. 



Hər kəs məni axtarırdı. Dövlət, polis, qrinqoların kəşfiyyatı. Amma mən rahatlıqla 

Medellin  küçələrində  gəzirdim.  Çünki  ölməkdən  və  Eskobar  olmaqdan 

qorxmurdum.  Kolumbiya  küçələrinin  gözləri  və  qulaqları  mənə  məxsus  idi.  Hər 

şeydən  və  hər  kəsdən  xəbərim  var  idi.  O  qədər  pulum  vardı  ki,  onları  üst-üstə 

düzsəm, Tanrı qatına rahatlıqla çıxa bilərdim.  

-

 



Amma sonda səni vurub Tanrının qatından endirdilər. (Etiraz etdim.) 

-

 



Cəsədimin üstündə şəkil çəkdirən çaqqallara bu qələbəni yaşatmadım. Məni 

bitirən gülləni öz başıma özüm sıxmışam. İllər sonra oğlum Xuan bunu hər kəsə 

rəsmi şəkildə bəyan edib. Amma insanlar onu eşitməzdən gəliblər. (Oğlu barəsində 

danışandan  sonra  dərindən  ah  çəkdi.)  Mariyanı,  Xuanı,  Manuellanı  bir  daha 

görmək üçün hər şeyimi verərdim. İndi isə vəzifəm səni qalanın yuxarı hissəsinə 

sağ-salamat  çatdırmaqdır.  Mənə  həmin  dua  otaqlarına  girmək  qadağan  olunub. 

Yerimə dua etsən, məni sevindirərsən. Bəlkə, o zaman ailəmə qovuşa bildim.  

-

 



Tanrı hər kəsi bağışlayandır. Məncə, səni də nə vaxtsa bağışlayar.  

-

 



Medellin  insanları  üçün  Tanrının  özü  elə  mən  olmuşam.  Onlar  mənə  dua 

ediblər.  Onlar  məndən  yardım  istəyiblər.  Hazırda  göydəki  ilə  razılığa  gələ 

bilmirəm. Bəlkə də, bir gün o da mənim şərtlərimi qəbul edəcək. (Əlini qarşıdakı 

iri  qapıya  tərəf  qaldırdı.)  Mənim  yolum  burada  bitir.  Dua  otağında  isə  səni  çox 

vacib görüş gözləyir. Həmin gənclə müsahibəni mütləq davam etdir. Bir gün o da 

çox  böyük  insan  olacaq.  Onun  barəsində  yazdığın  kitabı  bütün  dünya  oxuyacaq. 

Qarşıda ikinizi də inanılmaz günlər gözləyir. Bu günlərə hazır olun!  

-

 



Dayan, hara gedirsən?  

Sualımı cavabsız qoyan Pablo əlini çiynimə atdı: “Bəlkə də, anam vaxtında mənə 

sillə  vursaydı,  çox  fərqli  həyatım  olardı”.  Sonra  dua  otağının  qapısını  açıb, 

özünəməxsus  əmin  addımlarla  yanımdan  uzaqlaşdı.  Dua  otağına  girməzdən  öncə 

sonuncu dəfə onu görmək istədim. Dəhlizin sonuna baxdım. O, meksikalı əsgərlərə 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə