Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir


Uğurun sirri uşaqlıq illərində gizlənir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

 

Uğurun sirri uşaqlıq illərində gizlənir  

 

Adətən  uğurun  və  ya  uğursuzluğun  sirri  uşaqlıq  illərində  gizlənir.  Uşaqlıq 



xatirələrimizdən  bəzisini  sevə-sevə  yadımıza  salırıq,  bəzilərini  isə  bilə-bilə 

görməzdən  gəlirik.  Məhz  görməzdən  gəldiyimiz  xatirələr  “qaranlıq 

mağaralarımızda gizlənmiş canavarlarla” doludur. 

 

Toğrulla söhbətimizə kitabım üçün vacib hesab etdiyim sualdan başlamaq istədim: 



“Uşaqlıq  illərinizi  yada  salanda  beyninizdə  hansı  xatirəniz  canlanır?”.

 

Bir  qədər 



fikrə gedib əlini yanağına apardı və heç tərəddüd etmədən dedi:

 

-



 

Anamın vurduğu silləni xatırlayıram. 

-

 

Sizə niyə sillə vurmuşdu? 



-

 

Məktəbdə  rəngli  təbaşir  satıb  pul  qazandığımı  öyrəndiyi  üçün.  O,  bu  cür 



işlərlə məşğul olmağımı istəmirdi. Başqa valideynlərin ailəmizin vəziyyəti ilə bağlı 

pis  düşünmələrini  istəmirdi.  Rəngli  təbaşirləri  rəsm  müsabiqəsində  qazanmışdım. 

Ağlıma  gələn  ilk  şey  bu  təbaşirləri  satmaq  olmuşdu.  Məktəbdə  oxuyan  bütün 

uşaqlar şəkil çəkmək üçün onlardan istifadə edirdi. Tələbat böyük idi. Mənim isə 

bir  qutu  təbaşirim  var  idi.  (Toğrul  bir  qədər  fasilə  etdi.)  Ailəmizin  vəziyyəti  çox 

çətin  idi.  Qardaşımla  mən  məktəbə  gələn  digər  uşaqlar  kimi  deyildik.  Bunu  hiss 

edirdim. Onlar kimi geyinmirdik. Onlar kimi  məktəb yeməkxanasında rahat otura 

bilmirdik.   Hələ  də  yadımdadır,  başqa  masada  oturub  bulka  yeyən  uşaqlara 

baxırdım. “Niyə onlar yeyə bilir, mən isə baxmaqla yetinirəm”, - deyə öz-özümdən 

soruşurdum. Bulkanı öz pulumla alıb yeyə biləcəyim günü tez-tez xəyal edirdim.  

Toğrul qəflətən gülməyə başladı. Onun nə üçün güldüyünü anlamağa çalışdım:

 

-



 

Deyəsən, yadınıza nəsə düşüb.   

-

 

Silləni  yediyim  günü  xatırladım.  Həmin  gün  satdığım  təbaşirlərin  pulu  ilə, 



nəhayət  ki,  bulka  yeyə  bilmişdim.  Sevincim  çox  çəkməmişdi.  İştahla  yediyim 

bulkanı  anamdan  yediyim  sillə  əvəzləmişdi.  Bilmirdim  ki,  valideynlərim  günün 

sonunda  təbaşirləri  satdığımı  öyrənib  məni  danlayacaqlar.  Anam  məktəbdə 

müəllimə  işləyirdi.  Məktəbdə  söz-söhbət  olmasın  deyə,  məcbur  etdi  ki,  bütün 

pulları  uşaqlara  qaytarım.  Kiçik  yaşımdan  anladım  ki,  valideynlərim  nə  etdiyimi 

bilsələr,  rahatlıqla pul  qazana bilməyəcəyəm.  Növbəti  satışlarımı  valideynlərimin 

ruhu incimədən etdim.   

-

 



Atanız bu barədə nə düşünürdü? 

-

 



Atam?!... 


Toğrul  fikrə  getdi.  Hər  bir  oğul  üçün  ən  vacibi  atanın  gözündəki  tərəzidir.  Bu 

tərəziyə  ayaq  uydurmaq  və sabit qala bilmək  əksər hallarda mümkünsüz  görünür. 

Ataların bizimlə fəxr edə bilməsi üçün bəzən bir ömür bəs etmir. 

 

-



 

Atam  o  qədər  işləyirdi  ki,  nəyisə  düşünməyə  belə  vaxtı  qalmırdı.  Həm 

universitetdə dərs deyirdi, həm də dülgərlik edirdi. Hər gün evə gətirdiyi iri taxta 

parçalarını xatırlayıram. Sifarişləri çox olanda  onların bir hissəsini elə universitet 

otaqlarındaca çatdırmağa çalışırdı. Bütün bunları edirdi ki, evdə yeməyimiz olsun. 

Təhsilimiz.  Tərbiyəmiz.  Sağlam  qidalanmağımız.  Bu  üç  səbəb  onu  dayanmayan 

mexanizmə  çevirmişdi.  Qazandığı  pul  ilə  özünə  ayaqqabı  almağa  belə  qıymırdı. 

Ayaqqabısındakı  deşiyi  görəndə  pis  olurdum.  Bir  dəfə  yağışlı  havada  ayağı  su 

olmasın  deyə,  ayaqqabının  içinə  salafan  qoymuşdu.  O  zaman  söz  vermişdim  ki, 

işləyib ona bir cüt yeni ayaqqabı alacağam.  

Toğrul xatirələrini danışdıqca atasını və anasını çətin günlərdən keçərkən təsəvvür 

etməyin acısını yaşayırdı: 

 

“Valideynlərim inanırdılar ki, bizə onların həyatından fərqli həyatı yaşamaq nəsib 



olacaq.  Onlar  qardaşımla  məni  gözəl,  qayğısız  günlərə  hazırlayırdılar.  Çox 

sevinirəm ki, həm atam, həm də anam indiki vəziyyətimi görə bilirlər”.

 

Növbəti  sualımı  soruşacaqdım  ki,  Toğrulun  telefonuna  zəng  gəldi.  Danışığından 



anladım ki, görüşümüz yarımçıq qalacaq. 

 

“Məni üzrlü hesab edin, təcili işim çıxdı. Söhbətimizə bazar ertəsi davam edərik, 



həm də komandamızı daha yaxından tanımış olarsınız”, - dedi. 

 

Onunla birlikdə binadan çıxdıq. Yenə bir taksinin qapısı açıldı və ilk görüşümüzün 



pərdəsi başladığı səhnə ilə bağlandı.  

Axşam  evə  gələndə  çox  yorulmuşdum.  Çarpayıya  uzanıb  Toğrulun  ilk 

görüşümüzdə  mənə  danışdıqlarını  düşündüm.  Onun  uşaqlığını  beynimdə 

canlandırmağa  çalışdım.  Birdən  yadıma  Alamo  qalasının  şəkli  düşdü.  Qarışıq 

fikirlər içərisində hiss etmədən yuxuya getdim. 

 

 



 

 

 



 


 

Birinci yuxu - Ölüm satan uşaq

 

“Bu masada yalnız mənimlə birlikdə ac qalmış, çətin vaxtlarımda yanımda olmuş 



insanlar oturub yeyə bilər” - P.E 

 

 

Gecə saat 00:24



 

Partlayış səsinə oyandım. 

 

Gözlərimi  açanda  əlimlə  başımı  tutub  yerə  uzanmışdım.  Ətrafımda  qala daşlarını 



və  əlində  tüfəng  tutan  əsgərləri  gördüm.  Anlamadığım  dildə  qışqıran  əsgərlərin 

sözləri  ilə  güllə  səsləri  bir-birinə  qarışmışdı.  Tək  deyildim.  Yanımda  biri 

dayanmışdı.    Qalaya  hücum  edən  əsgərlərdən  fərqlənirdi.  Əyninə  toxunma  jaket, 

cins  şalvar  və  ağ  idman  ayaqqabısı  geyinmişdi.  Uzun  və  qıvrım  saçları  olan  bu 

adamın başı qan içində idi. Hər iki əlində tutduğu tapançalardan atəş açaraq məni 

hücum  edən  əsgərlərdən  qorumağa  çalışırdı.  Yerdən  qalxıb  qorxu  və  tərəddüd 

içində soruşdum:

 

-



 

Biz haradayıq? 

-

 

Alamoda.  



-

 

Bəs sən kimsən? 



-

 

Mənə  diqqətlə  bax!  Səncə,  kimə  oxşayıram?  (Gülməyə  başladı.)  Adımı 



bütün dünya  tanıyır. İnsanlar  mənə  Don  Pablo deyir.  Mən  Pablo  Emilio  Eskobar 

Qaviriyayam. Kolumbiya dövlətinə və qrinqolara qan udduran Medellin kralıyam.  

-

 

Axı bu qalada nə işimiz var? 



-

 

Həyatın  işlərini  məndən  soruşma.  (Əlini  yuxarıya  qaldırıb  dedi.)  Yəqin  ki, 



göydəki  səninlə  danışmaq  istəyir.  Bunları  düşünmə.  Qalanın  ən  yuxarı  hissəsinə 

gedək. Orada səni bir neçə nəfər gözləyir.  

-

 

Bir neçə nəfər? Axı sizinlə nə işim ola bilər ki?! 



-

 

Sən qeyri-adi insanlar axtarırdın. Bu qalaya tarixə düşmüş 100 nəfər sığınıb. 



Onların hər biri səninlə ayrıca danışacaq. Tələs!  

  Pablo  atəş  aça-aça  bizi  qala  divarlarından  sağ-salamat  uzaqlaşdıra  bilmişdi. 

Qalanın  yuxarı  hissəsinə  çıxanda  atışma  dayanmışdı.  Pablo  mənimlə  yuxarıya 

qalxa-qalxa söhbətinə qaldığı yerdən davam etdi:

 

-

 



Bazar günü gənc oğlanla müsahibənizə qulaq asırdıq. Söhbətləşdiyin gəncin  

anası  məktəbdə  təbaşir  satdığına  görə  ona  sillə  vurmuşdu.  Sizi  dinləyəndə  öz 

doğma  anam  yadıma  düşdü.  Qazandığım  ilk  pulları  görəndə  mənə  bir  söz 

deməmişdi.  Əksinə,  tərifləmişdi.  Yadımdadır  ki,  məktəbdən  qayıdıb  idman 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə