Növbəti kitabını yazmağa hazırlaşan müəllif iş həyatında uğurlar qazanmış bir



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix28.06.2018
ölçüsü0,63 Mb.
#52312
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

atəş açıb yüksək səslə qışqırırdı: “Mən Pablo Emilio Eskobar Qaviriyayam! Bu adı 

unutmayın! Bütün dünya bu adı tanıyır!”. Bunlar onun dediyi son sözlər oldu.

 

Əsgərlərin  gözünə  görünməmək  üçün  tez  otağa  daxil  olub  qapını  bağladım. 



Qapının  iri  və  möhkəm  olması  içimdə  müvəqqəti  rahatlıq  yaratdı.  Otağın  düz 

mərkəzinə böyük şəkil qoyulmuşdu. Axı bu, necə ola bilərdi?!  İsanın Emmausda 

şam  yeməyini  təsvir  edən  məşhur  şəkil  gözümün  qarşısında  idi.  Otağın 

divarlarından  8  müxtəlif  şəkil  də  asılmışdı.  Onları  dünyanın  ən  məşhur  və  ən 

orijinal saxtakarı çəkmişdi. Bu tabloları gördüyümə inana bilmirdim.  

 

Şam yeməyini təsvir edən şəklə yaxınlaşdım. Bir qədər fikrə getdim. “Bu şəkillərin 



Alamo  qalasında  nə  işi  var?”,  -  deyə  fikirləşdim. Düşüncələrimə  o  qədər 

qapılmışdım ki, arxamda dayanan insanın fərqinə varmadım. O, bir az da yaxınıma 

gəlib pıçıldadı: “Deyəsən, şəkillərim diqqətini çəkib”. 

 

Donub qalmışdım. O, qarşımda dayanmışdı. 



 

Adam: “1947-ci ildə bütün dünya bu şəkilləri və məni müzakirə edirdi. Bu əsərlər 

mənim  üçün  həm  utanc,  həm  də  fəxarət  səbəbidir”,  -  deyib  məni  silkələməyə 

başladı.  O qədər silkələdi ki, anidən yuxudan ayıldım.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Fəsil 2

 

İkinci görüş - Bir oyuncağın hekayəsi  



 “Unutmayın ki, siz etməsəniz, sizin yerinizə bunu mütləq başqa biri edəcək. Həyat 

gözləyənləri sevmir. Edənləri sevir.” 

 

Növbəti  dəfə  ofisə  gələndə  çox  fərqli  ab-hava  vardı.  Burada  qızğın  iş  gedirdi. 

Ofisin dəhlizi yenicə gətirilmiş avadanlıq və parçalarla dolu idi. Daxil olduğum ilk 

otaqda  iki  nəfər  işləyirdi.  Otaqda  oyuncaqlar  üçün  nəzərdə  tutulmuş  müxtəlif 

aksessuarlar  yığılmışdı.  Hazır  olan  oyuncaqlar  üçün  xüsusi  rəf  qoyulmuşdu.  Bu 

qeyri-adi  oyuncaqlar  sürreal  və  sevimli  heyvanlara  bənzəyirdi.  Uşaqlıqda  anamın 

işlədiyi oyuncaq fabrikinə tez-tez getdiyim üçün belə oyuncaqların keyfiyyətini və 

qiymətini  təxmin  edə  bilirdim.  Toğrul  işçiləri  ilə  salamlaşıb  məni  onlara  təqdim 

etdi. Sonra mənə tərəf dönüb soruşdu: 

 

-



 

Necədir? Oyuncaqlar barədə nə düşünürsünüz? 

-

 

Çox fərqli və maraqlıdırlar.  



Cavabımdan sonra Toğrul onların hazırlanma prosesi ilə bağlı detalları izah etməyə 

başladı.  Sən  demə,  oyuncaqların  bir  çoxunun  skeletini  və  qəlibini  özü 

hazırlayıbmış.  

“Bu  layihəyə  hobbi  olaraq  başlamışdım.  Sonradan  biznesə  çevirdim”,  -  dedi. 

İşçilərin fikirlərini yayındırmamaq üçün Toğrulun şəxsi otağına keçdik. Oyuncaq 

qutularının üstündə “Nafantano” yazılmışdı. Bu sözün mənasını öyrənmək istədim:

 

-

 



“Nafantano” nə deməkdir? 

-

 



Bu  söz  ailə  adlarımızın  ilk  hissələrinin  cəmidir.  Həyat  yoldaşım, 

oğlum  və  mən  birlikdə  “Nafantano”  olduq.  Başqa  adları  da  yoxladıq,  amma 

nədənsə bu, daha çox xoşumuza gəldi.  

-

 



Ümumiyyətlə, ideya, dizayn və konsept olaraq çox gözəl düşünmüsünüz.  

Toğrul  sözlərimdən  sonra  fikrə  getdi,  daha  sonra  söhbətə  qaldığı  yerdən 

davam etdi: 

- Əslində, bu oyuncağın ideyasını başqa ölkədə yaşayan gənc və istedadlı bir 

rəssamda  görmüşdüm.  Onun  şəkilləri  və  əl  işləri  ilə  tanış  olanda  çox 

həyəcanlanmışdım.  Hazırladığı  konseptlərdən  birini  sifariş  etmişdim.  Sifarişim 

gələndə  çox  məyus  olmuşdum.  Çünki  daha  artığını  gözləyirdim. “Mən  oyuncağın 

daha  yaxşısını  hazırlayıb,  bu  işi  daha  böyük  biznesə  çevirə  bilərəm”,  -  deyə 

düşündüm. Həmin rəssama birlikdə işləməyi təklif etdim. O isə təklifimi rədd etdi. 



Çünki  satışlardan  özünü  dolandıracaq  qədər  qazanırdı.  Daha  çox  qazana  bilərdi, 

amma istəmədi. 

 

-

 



Belə çıxır ki, onun ideyasını mənimsəmisiniz.  

-

 



İdeya gözəl ola bilər, amma onu böyütmək və real biznesə çevirmək sürət və 

bacarıq tələb edir. O rəssamda ideya var idi. Məndə isə sürət və bacarıq.  

-

 

 Sürət deyəndə, nəyi nəzərdə tutursunuz?  



-

 

Düşünmə  və  icraetmə  sürətini.  Əgər  bu  iki  sürət  yoxdursa,  insan  daim 



uduzur. O rəssam da uduzdu. İdeyanı düşünən 1 dollar, icra edən 10 dollar, satan 

100  dollar  qazanır.  Ona  50  dollar  qazanmaq  şansını  yaratdım.  Di  gəl  ki,  qəbul 

etmədi.  

Fikrə getdiyimi görüb gülümsəyərək soruşdu:

 

-

 



Siz də məni ideya oğrusu hesab edirsiniz? 

-

 



Nə gizlədim, belə düşünürəm.   

-

 



Gəlin sizə sual verim. Bu gün dünyada tanıdığınız hansı iri şirkət başqa bir 

şirkətin  ideyalarını  mənimsəmədən  rəqabətə  tab  gətirə  bilir?  Stiv  Cobs  və  Bill 

Qeyts  kimilər  mələk  olsaydılar,  dünyada  heç  bir  innovasiya  olmazdı.  “Kseroks” 

şirkəti  hər  ikisinin  qurbanına  çevrildi.  Yəqin  ki,  Stivin  bir  gün  qəzəblə  Billin 

ofisinə girib, onu “Macintosh” əməliyyat sistemini mənimsəməkdə ittiham etdiyini 

bilirsiniz. Qeyts, sizcə, ona həmin an nə cavab vermişdi?  “Səndən fərqim yoxdur. 

Vaxtı  ilə  ikimiz  də  böyük  bağçası  olan  qonşunun  bağına  girib  meyvə  oğurlayan 

uşaqlarıq”. Bax, belə!   

-

 

Deməli, ideyaların oğurlanmasına yaxşı baxırsınız. 



-

 

Belə izah edim. İdeyanın sahibləri çox gözəl planlar qura bilər və ya müsbət 



düşüncələrə  qapıla  bilərlər.  Amma  reallığa  gəlincə,  onlar  öz  ideyalarını  sürətli  və 

effektiv  şəkildə  icra  etmirlər.  Biz  iş  adamlarıyıq.  Romantikaya  qapılmırıq.  İş 

qururuq  və  həmin  işi  böyüdürük.  Böyütdüyümüz  iş  isə  nəticədə  hər  kəsə  xeyir 

gətirir.  

-

 

Bircə ideyası oğurlanmış insanlar narazı qalır.  



-

 

Onlar da nəticədə qazanırlar, çünki kağız üzərində olan ideyanın nəhəng bir 



işə çevrildiyinin şahidi olurlar. Bir də ki, bunu onların əvəzinə peşəkarlar edir.  

-

 



Belə çıxır ki, iş adamlarının etdiyi işə “yaxşılıq etmək” deməliyik.  (İstehza 

ilə güldüm.) 

-

 

Gəlin  sizə  vaxtı  ilə  Kaliforniyada,  San  Bernardino  şəhərində  ilk  innovativ 



restoran açmış iki qardaşdan danışım. Bu iki qardaş sürücü işləyə-işləyə pul yığır 

və  müştəriyə  effektiv  qulluq  mexanizmini  kəşf  edir.  Elə  bir  konsept  düşünün  ki, 

insanlara az qalsın 1 dəqiqə ərzində yemək verir və bu yemək çox ucuz başa gəlir. 

Əlbəttə  ki,  unikal  ideyadır.  Bir  müddət  sonra  müştərilər  bu  ideyanı  sevməyə 

başlayırlar.  Təbii  ki,  tez  və  ucuz  başa  gələn  hamburgerlərdən  danışıram.  Bir  gün 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə