Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   82

 
~ 233 ~ 
ayrı növ və cinslərə aid olan fərdlər iştirak edirlər. Bu mənada hibridləşmə 
təbii, yaxud spontan və süni olmaqla iki yerə ayrılır. 
Seleksiya  işində  müxtəlif  çarpazlaşma  tiplərindən  istifadə  edirlər. 
Əgər  hibridləşmədə  bir  növə  daxil  olan  fərdlər  iştirak  edirsə,  belə 
hibridləşməyə növdaxili hibridləşmə deyilir. Əgər hibridləşmədə ayrı-ayrı 
növlərin  və  cinslərin  fərdləri  iştirak  edirsə,  belə  hibridləşmə  uzaq 
hibridləşmə (növlərarası, cinslərarası) adlanır. 
Aşağıdakı sxemdə hibridləşmə tipləri göstərilmişdir: 
 
Çarpazlaşma üsulu 
 
Qohum 
 
 
qeyri-qohum 
 
(öz-özünə tozlanma) 
 
 
 
 
 
 
 
 
Növdaxili   
uzaq 
hibridləşmə 
 
 
 
 
Cinsdaxili   
növlərarası 
 
 
 
 
Sortdaxili   
cinslərarsı 
 
 
Qohum çarpazlaşma – inbridinq 
 
Belə hibridləşmə heyvandarlıqda inbridinq, bitkiçilikdə isə öz-özünə 
tozlanma yaxud insuxt adlanır.  
Heyvanlarda qohumluq dərəcəsinə görə yaxın olan fərdlərin: qardaş 
– bacı, ata – qız, ana – oğul, xala və əmi uşaqların bir-biri ilə çarpazlşması 
qohum çarpazlaşma və ya inbridinq adlanır. Bitkilərdə inbridinq öz-özünə 
tozlanma zamanı baş verir. 
İnbridinqin  mənfi  və  müsbət  tərəfləri  vardır.  Belə  ki,  inbridinq 
zamanı  resessiv  vəziyyətdə  olan  mənfi  genlər  homoziqot  halına  keçərək 
orqanizmin  həyat  qabiliyyətini  məhsuldarlığını,  xəstəliklərə  davamlılığını 
və  s.  aşağı  salır.  İnbridinq  zamanı  bu  cür  halların  yaranması  depressiya 
adlanır. Buna misal olaraq, məsələn, qarğıdalı bitkisində bir neçə il ərzində 
öz-özünə  tozlanma  apardıqda  məhsulun  azalması,  həyat  qabiliyyətinin 
aşağı  düşməsi,  bitkilərin  boyunun  qısalması  və  digər  mənfi  əlamətlərin 
meydana çıxmasını göstərmək olar. Buna oxşar hal heyvanlar arasında da 
müşahidə  olunur.  Lakin  təbiətdə  elə  növlər  var  ki,  onlarda  öz-özünə 
tozlanma  norma  kimi  qəbul  olunub,  zaman-zaman  onlarda  baş  verən 
zərərli  resessiv  mutasiyalar  homoziqot  halda  keçib  aradan  çıxır.  Belə 
bitkilər  mühitin  mənfi  təsirlərinə,  xəstəliklərə  daha  davamlı  olur.  Belə 


 
~ 234 ~ 
bitkilərə arpa, buğda, noxud, lobya və s. göstərmək olar.  
Təbiətdə  təbii  seçmə  və  təsərrüfatda  süni  seçmə  inbridinq  əsasında 
yüksək  həyat  qabiliyyətinə  və  müsbət  keyfiyyətlərə  malik  xətlər  seçib 
artırmağa imkan verir. 
Təbiətdə  təkamül  nəticəsində  öz-özünə  tozlanan  bitkilərdə  müsbət 
genotiplərə  malik  olan  və  əlverişli  uyğunlaşmış  genlərin  ayrılması  və 
saxlanılması baş vermişdir. Seleksiya işində az müddətdə bu prosesi idarə 
etmək olduqca çətindir, çünki mənfi resessiv mutasiyalar olduqca çoxdur. 
Lakin  buna  baxmayaraq  seleksiyaçılar  öz  məqsədlərinə  müvafiq 
homoziqot xətlər alıb onlardan seleksiya işində istifadə edə bilmişlər. 
 
Qeyri –qohum çarpazlaşma – autbridinq 
 
Qeyri-qohum çarpazlaşma seleksiyanın vacib üsullarından biridir. Bu 
çarpazlaşmanın əsasında müxtəlif irsi xüsusiyyətləri bir hibrid orqanizmdə 
cəmləşdirmək  olar.  Belə  çarpazlaşmada  iştirak  edən  orqanizmlər  eyni 
heyvan  cinsinə  və  ya  eyni  sorta,  müxtəlif  sortlara  və  yaxud  müxtəlif 
növlərə və cinslərə aid ola bilər (uzaq hibridləşmə). 
Bu cür qeyri-qohum çarpazlaşma – autbridinq adlanır. Qeyri-qohum 
hibridləşmənin üstünlüyü ondan ibarətdir ki, homoziqot halında olan mənfi 
resessiv  mutasiyalar  heteroziqot  vəziyyətinə  keçərək  hibrid  orqanizmin 
həyat qabiliyyətinə mənfi təsir göstərməyəcək. 
Bu üsulun əsasında müxtəlif qiymətli xüsusiyyətləri kombinə edərək 
yeni  sort  və  cins  almaq  mümkündür.  Kənd  təsərrüfatının  uzun  müddətli 
təcrübəsi  göstərir  ki,  eyni  növə  aid  olan  qeyri-qohum  orqanizmləri 
hibridləşdirdikdə  hibridlərin  birinci  nəsli  əksər  hallarda  daha  da  yüksək 
həyat qabiliyyətinə və xəstəliklərə qarşı davamlı olaraq yüksək məhsuldar 
olurlar.autbridinq  zamanı  birinci  nəslin  (F
1
)  fərdləri  mürəkkəb  kəmiyyət 
əlamətlərinə görə bir qayda olaraq aralıq vəziyyətdə olur. İkinci nəsildə isə 
parçalanma  baş  verir.  Bu  zaman  kombinativ  dəyişkənlik  hesabına  həm 
mənfi,  həm  dəmüsbət  xüsusiyyətlərə  malik  olan  hibridlər  əmələ  gəlir. 
Bundan sonra seleksiyaçı qiymətli genotipə malik olan fərdləri seçib artırır 
və son nəticədə yeni bitki sortu və heyvan cinsi almaq mümkün olur. 
 
Uzaq hibridləşmə 
 
Ayrı-ayrı  növlərə  və  cinslərə  aid  olan  formalar  arasında  gedən 
çarpazlaşmaya  uzaq  hibridləşmə  deyilir.  Bu  hibridləşmə  nəticəsində 
sistematik nöqteyi nəzərdən bir-birindən uzaq olan formaların əlamətlərini 


 
~ 235 ~ 
hibridlərdə  birləşdirmək  olur.  Lakin  uzaq  hibridləşmə  zamanı  bir  sıra 
çətinliklər  qarşıya  çıxır.  Bunlara  çoxalma  tsiklinin  müxtəlif  vaxtlarda 
olması,  bir  növə  aid  olan  heyvanın  digər  fərdin  növündə  cinsi  refleksi 
oyada  bilməməsi,  cinsi  orqanların  bir-birinə  uyğun  gəlməməsi,  cinsi 
hüceyrələrin  (spermilərin)  digər  növün  cinsi  yollarında  məhv  olması. 
Bitkilərdə tozcuq boruların dişiciyin tozcuq yollarının toxumlarına uyğun 
gəlməməsi və s. göstərmək olar. 
Uzaq  hibridləşmə  əsaən  bitki  seleksiyasında  tətbiq  olunur.  Yeni 
yüksək  məhsuldar,  xəstələrə  əv  ziyanvericilərə  qarşı  davamlı  olan  sortlar 
yaratmaq üçün uzaq hibridləşmədən istifadə edilir. 
Uzaq hibridləşməni ilk dəfə XVII əsrdə aparılmasına baxmayaraq, bu 
üsul  seleksiya  işində  öz  geniş  tətbiqini  yaxın  illərdə  tapmışdır.  İ.  Q. 
Kelyerter  uzaq  hibridləşmə  əsasında  apardığı  ilk  tədqiqat  işləri  (1755-
1806)  böyük  əhəmiyyət  kəsb  etmişdir.  1888-ci  ildə  alman  seleksiyaçısı 
Rimpan ilk dəfə buğda ilə çovdar arasında döllü hibrid forması almışdır. 
K.  D.  Karpaçenko  1924-cü  ildə  ayrı-ayrı  cinslərə  mənsub  olan 
bitkiləri turp  (Raphanus  sativus  L. 2n=18) ilə kələmin (Rrassica oleracea 
L.  2n=18)  arasında  döllü  nəsil  alaraq  ilk  dəfə  göstərmişdir  ki,  uzaq 
hibridlərdə  dölsüzlüyün  qarşısını  almaq  üçün,  somatik  hüceyrələrə  malik 
xromosom yığımının cəmləşməsi nəticəsində gəlmək olar. 
1928-ci ildə rus alimi N. V. Tsitsin taxıl və çoxillik alaq bitkisi olan 
ayrıqotu arasında hibridləşmə işi aparmışdır. 
Hazırda müxtəlif ölkələrdə mədəni bitkilərlə yabanı bitkilər arasında 
hibridləşmə işləri geniş miqyasda aparılır. 
 
Heterozis və onun seleksiyada istifadəsi 
 
Müxtəlif növləri yaxud eyni növə aid olan müxtəlif bitki sortlarını və 
heyvan  cinslərini  çarpazlaşdırdıqda  birinci  nəsil  F
1
  hibridləri  bir  sıra 
əlamətləri və xüsusiyyətləri ilə əksər valideyn formalardan üstünlük təşkil 
edir.  Birinci  nəsil  F
1
  hibridlərində  üzə  çıxan  bu  hadisə  heterozis  və  ya 
hibrid  qüvvəsi  adlanır. F
1
  hibridləri  məhsuldarlığına,  vegetativ  orqanların 
inkişafına,  mühitin  əlverişsiz  şəraitinə  davamlılığına  və  digər  əlamətlərə 
görə valideyn formalardan yüksək olur. 
Hər  bir  hibridləşmədə  heterozis  müşahidə  olunmur,  yalnız  qeyd 
etdiyimiz kimi  müxtəlif növlərin və yaxud eyni növə daxil müxtəlif bitki 
sortlarının,  heyvan  cislərinin  və  təmiz  xətlərin  hibridləşməsi  nəticəsində 
heterozis əldə etmək olar. 
Heterozis  hadisəsinin  xüsusiyyətlərindən  biri  də  ondan  ibarətdir  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə