Nuklein turşularinin kimyəvi quruluşU


X. SELEKSİYANIN GENETİK ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   82

 
~ 224 ~ 
X. SELEKSİYANIN GENETİK ƏSASLARI 
 
İnsanlardan  qədim  zamanlardan  öz  ehtiyaclarını  ödəmək  üçün 
heyvanlar və bitkilər arasında seçmə aparmışlar, daha məhsuldar formaları 
artırıb çoxaltmış, heyvanları əhliləşdirmiş, mədəni bitki sortları almışlar. 
Arxeloji qazıntılar nəticəsində əldə olunan materiallar sübut edir ki, 
hələ 8-10 min il bundan əvvəl Asiyanın Cənubi Şərqində çəltik, Misirdə və 
Çində  buğda,  Aralıq  dənizi  sahillərində  subtropik  və  paxla  bitkiləri 
becərilmişdir. Çində 5 min il bundan əvvəl tut ağacları və barama qurdları 
becərilmiş və təbii istehsal edilmişdir. 
Azərbaycanda  hələ  4-5  min  il  bundan  əvvəl  dənli  bitkilər 
becərilmişdir.  Orta  əsrlərdə  Azərbaycanda  dənli  bitkilər,  pambıq,  meyvə 
və  subtropik  bitkilər,  habelə  tut  ağacı  geniş  becərilmiş,  bu  da  barama 
qurdunun becərilməsinə və təbii ipək istehsal olunmasına imkan vermişdir.  
Biologiya elmi inkişaf etdikcə bitkilər və heyvanlar arasında kortəbii 
surətdə  aparılan  seçmənin  elmi  əsasları  işlənib  hazırlanmış  və  bu  işlə 
məşğul  olan  elm  sahəsi  seleksiya  adlanır.  Seleksiya  latınca  “Selectio” 
sözündən əmələ gəlib seçmə deməkdir. 
Seleksiya  elminin  nəzəri  əsasını  genetika  elmi  təşkil  edir.  Çünki 
dəyişkənliyin  və  irsiyyətin  qanunlarını  builmədən  konkret  əlamətlərin 
nəslə  keçməsini  idarə  etmək  olmaz.  Seleksiya  işində  müvəffəqiyyət  əldə 
etmək  üçün  genetikanın  qanunları  ilə  yanaşı  seleksiyaçı,  eyni  zamanda 
çoxalmanın  biologiyasına,  fərdi  inkişafın  xüsusiyyətlərinə,  qidalanmanın 
fiziologiyasına  xarici  mühitin  amillərinə  xəstəlik  və  ziyanvericilərə  qarşı 
davamlılığa da nəzər salmalıdır. 
 
Seleksiya işinin əsas istiqamətləri 
 
Seleksiya  işinin  əsas  məqsədi  kənd  təsərrüfatı  üçün  yeni  məhsuldar 
və yüksək keyfiyyətli bitki sortları, heyvan cinsləri, biosənaye üçün lazımlı 
mikroorqanizmin  ştamları  yaratmaqdır.  Bu  iş  aşağıdakı  istiqamətlərdə 
həyata keçirilir: 
1.
 
Seleksiya işinin obyekti olan bitki, heyvan və mikroorqanizmlərin 
növ, cins və sort tərkibinin öyrənilməsi; 
2.
 
Hibridləşmədə  və  mutasiya  prosesində  irsi  dəyişkənliklərin 
qanunauyğunluqlarının analizi; 
3.
 
Bitkilərin,  heyvanların  və  mikroorqanizmlərin  əlamət  və 
xüsusiyyətlərinin inkişafında mühitin rolunun tədqiqi; 
4.
 
Müxtəlif  tipdə  çoxalan  orqanizmlərdə  arzu  olunan  əlamətlərin 


 
~ 225 ~ 
möhkəmlənməsini  və  qüvvətlənməsinə  imkan  yaradan  süni  seçmə 
sisteminin işlənib hazırlanması. 
Bütün  bu  işləri  həyata  keçirmək  üçün  seleksiyanın  aşağıdakı  nəzəri 
əsaslarnı:  irsi  dəyişkənlik,  çarpazlaşma  sistemləri,  seçmə  nəzəriyyəsi  və 
üsullarını öyrənmək lazımdır. 
 
Seleksiya üçün başlanğıc material 
 
Yeni bitki sortları və heyvan cinsləri və mikroorqanizmin ştamlarının 
yaradılması  zamanı  götürülən  materialın  mənşəyi  və  təkamülünü 
müəyyənləşdirmək lazımdır.  
Hibridləşmə  və  başqa  seleksiya  üsulları  ilə  alınan  heyvan  cinslərinə 
və  bitki  sortlarına,  yerli  sort  və  cinslərə  və  yabanı  formalara  başlanğıc 
material deyilir. 
Müxtəlif  ölkələrdə  seleksiya  işində  yerli  sortlar  və  perispektivli 
xətlər seleksiya üçün başlanğıc material kimi istifadə olunur. Bu başlanğıc 
material  həmin  yerin  iqlim  şəraitinə  yaxşı  uyğunlaşdığına  görə  seleksiya 
işində geniş istifadə olunur.  
Rus  alimi  N.İ.Vavilov  bütün  dünya  bitki  ehtiyatlarını  öyrənməklə 
mədəni  bitkilərin  mənşə  mərkəzlərini  üzə  çıxardı.  O,  mədəni  bitkilərin 
yeddi mərkəzini ayırd etdi. 
N.İ.Vavilovdan  sonra  akademik  P.M.Jukovski  tərəfindən  əldə 
edilmiş  yeni  materiallar  əsasında  4  mərkəz  əlavə  edilmişdir.  Deməli,  yer 
kürəsində  mədəni  bitkilərin  mənşələrinin  12  mərkəzi  müəyyənləşdiril-
mişdir. 
Cədvəl 19 
Mədəni bitkilərin mənşə mərkəzləri 
Mərkəzlər və əhatə etdiyi ərazilər 
Bitkilər 


1.
 
 Çin – Yapon mərkəzi 
Darı, qarabaşaq, soya, çətənə, 
tərəvəz, efir yağı, boyadıcı, dərman 
və s. bitkilər 
2. Hind – Çin və İndoneziya 
mərkəzi. Bu mərkəzə Hind – Çin, 
İndoneziya Malay adaları daxildir 
Yabanı tetraploid çəltik və digər növ 
bitkilər 
3. Avstraliya mərkəzi 
Burda 9 növ endemik pambıq 
bitkisinə təsadüf olunur. Yer 
üzərində yayılmış 650 növ evkalipt 
ağacının 500 növü avstraliyada bitir 
4.
 
 Hindistan mərkəzi 
Çəltik və şəkər qamışının mərkəzidir 


 
~ 226 ~ 


5. Orta Asiya mərkəzi. Bu mərkəzə 
Hindistanın Şimali Qərbi, 
Əfqanıstan, Özbəkistan, Qırğızıstan 
və Tacikistan daxildir. 
Bir çox yumşaq buğda növləri
paxlalı bitkilər (noxud, lərgə, paxla) 
bundan əlavə kök, soğan sarımsaq, 
turp kimi bitkilərin mərkəzidir. 
6.
 
Ön Asiya mərkəzi. Bura Kiçik 
Asiya, Ərəbistan, İran, Zaqafqaziya 
və Türkmənistan daxildir. 
23 növ taxıl bitkisinin 18 növü 
Zaqafqaziyada, onun isə 8-i 
Azərbaycanda yetişir. Kiçik Asiya 
və Zaqafqaziya çovdar bitkisinin 
vətənidir 
7.
 
Aralıq dənizi mərkəzi. 
Bura bəzi növ bərk buğdaların arpa 
və çuğundurun vətənidir 
8.
 
 Afrika mərkəzi ərazisinə görə 
bura çox iri mərkəzdir. Həbəşistan 
ayrıca bir mərkəz kimi bu ərazidə 
yerləşir. 
Noxud, nut, lərgə, Afrika çəltiyi, 
qarpız 
 
9.
 
Qərbi – Sibir mərkəzi. 
Şəkər çuğunduru, bəzi növ 
yoncaların, üzüm, yabanı növ alma, 
armudun vətəni bu mərkəzdir 
10.
 
Mərkəzi Amerika mərkəzi. Bura 
Meksika, Kosta-Rika, Qonduras, 
Panama və Kuba daxildir. 
Qarğıdalı, kakao və Amerika 
pambığı 
11.
 
Cənubi Amerika və yaxud And 
mərkəzi. 
bura əsasən kartof bitkisinin 
vətənidir. Misir pambığı (Gos. 
barbadence) burada əmələ gəlmişdir. 
Peru 17 növ günəbaxanın ilk 
vətənidir 
12.
 
Şimali Amerika mərkəzi 
Bura 50 növ otabənzər günəbaxan 
bitkisinin bir neçə növ kartof və 
tütün, 40 növ yabanı lyupin və bəzi 
endemik növ üzümün vətəni sayılır 
 
Homoloji sıralar qanunu 
 
Genetik  cəhətdən  yaxın  olan  növ  və  ya  cinslər  oxşar  irsi 
dəyişkənliklər sırası ilə səciyyələnir. Bu haqda hələ 1867-ci ildə Ç.Darvin 
göstərmişdir  ki,  növ  özü  xırda  növmüxtəlifliklərindən  ibarətdir  ki,  bu  da 
növdaxili  dəyişkənliyin  nəticəsidir.  Alman  alimləri  Kernike  və  Verner 
1895-ci  ildə  taxıl  bitkiləri  arasında  sünbülün  rənginə  və  s.  əlamətlərinə 
görə növmüxtəliflikləri müəyyən etmişlər. 
N.İ.Vavilov  və  onun  əməkdaşları  mədəni  bitkilərin  növdaxili 
əlamətlərini  və  xüsusiyyətlərini  dəqiq  öyrənməklə  müəyyən  etmişlər  ki, 
yaxın  cinslərdə  və  bir  cinsə  adi  olan  növlərdə  oxşar  irsi  dəyişkənliklər 
mövcuddur. Bu qanunauyğunluq homoloji sıralar qanunu adlanır. Məsələn, 
N.İ.Vavilovun  çovdarda  (Secale  cinsi)  və  taxılda  (Triticum  cinsi)  eyni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə