– Hə, hə, – o dedi. – Aman Allah, bu haçan olub! Atam onda Hindistana getmişdi.
Bir daha oradan
qayıtmadı, onu birinci əfqan kampaniyasında öldürdülər. Mən uşaqlıqda vurulanda, başımı itirmişdim!
Ancaq mən sənin yarın qədər də fərasətli deyildim. Sənə azacıq da oxşamırdım, Cip.
Uinton ətrafda baş verənləri yaddaşına köçürürmüş kimi yemək paylayanların hərəkətlərini qeyri –
şüuru izləyən qızına baxıb düşündü: «Yer üzündəki ən heyranedici varlıq!»
– Hə, – o dedi, – sonra neyləyəcəyik? Bəlkə, teatra gedək, ya da muzik holla?
Cip başını yırğaladı, çox istiydi! Nəyə görə maşında gəzməsinlər, sonra da parkda oturmasınlar?
Axşam düşürdü, bürkü elə də güclü deyildi, bulvarlarda və parklarda əsən külək toz və benzin qoxusu
gətirirdi. Uinton sürücüyə o uzaq və keçən gecədəki ünvanı dedi: Naysbricsk qapısı. Onda onlar
ekipajla getmişdilər və gecə küləyi birbaşa sifətlərinə vururdu, daha indi taksidə olduğu kimi
boyunlarının dalına yox. Onlar maşından düşüb Royu keçdilər, Lonq-Uoterin yanından ötdülər və
ağacların arasıyla uzanan cığırla yuxarı qalxdılar. Burada oturacaqlarda yanaşı oturaraq, Uintonun
paltosuna büründülər. Hələ şeh düşməmişdi. Ağacların yarpaqları istidə yüngül
və hərəkətsiz halda
dayanaraq, havanı ətirlərlə doldururdu. Otluqda, ağacların arasında sakitcə oturmuşdular, qaranlıqda
onlardan başqa heç kim görünmürdü. Uintonun siqaretindən halqavari tüstü qalxırdı. O, tamamilə
xatirələrə dalmışdı. Siqaretinin külü kostyumunun üstünə düşdü və külü çırpmaq üçün əlini qaldırdı.
Cip onun qulağına pıçıldadı:
– Qaranlıqda çiçəklərin istisi və qoxusu necə də gözəldir!
– Sadəcə, çox əladır! – Uinton səksəndi. – Ancaq mənim siqaretim söndü, spiçkam da yoxdur.
Cip onun əlindən yapışdı.
– Qaranlıq, sevənlərin bu pıçıltısı, sanki, biz hansısa sehrli dünyadayıq. Sənə elə gəlmirmi?
Küləyin ani şiddəti yarpaqları titrətdi və bir anlığa gecə pıçıltılarla doldu, sonra kiminsə qəhqəhəsi
eşidildi. Cip ayağa qalxdı.
– Artıq şeh üşüdür. Bəlkə, gedək?
Füsunkarıq yoxa çıxdı. Gecə yenidən adi London gecəsi oldu. Park yenidən satıcıların və
ruhanilərin axşam gəzintisinə çıxdıqları tozlu otlarla və çınqılla örtülən torpaq sahəsinə çevrildi.
VIII FƏSİL
Forsendən uzun-uzadı məktublar gəlməyə başladı. O, Cip üçün olduqca darıxırdı,
ancaq hər şey
nəzərə alınarsa, heç də pis əylənmirdi. O, pul istəyir, ancaq onları nəyə xərclədiyini bildirməyi
unudurdu. Onsuz da azaldılmış büdcədən kənara çıxaraq, Cip ona pul göndərirdi, bu eyni zamanda
onun özünün də məzuniyyəti idi və bunun üçün Cip özünə ödəmələr eləməyə icazə verirdi. Bir dəfə o,
bahalı şeylər alan dükan axtarıb, satdığı şeylərin pulunun hamısını ona göndərdi. Bu Cipə daha bir
həftə verdi.
Bir dəfə Uintonla hələ də Dafna Uinqin çıxış elədiyi «Oktaqon»a getdilər. Cip qızın onun bağına
necə heyran olduğunu xatırlayaraq, ona məktub yazdı və qızı səhər yeməyinə dəvət elədi ki, gəlib
axşama kimi istirahət eləsin.
Miss Dafna acgözlüklə dəvətnaməni
qəbul elədi, ağarmış, istidən yorulmuş halda gəldi, geniş
kənarları olan sadə həsir şlyapa qoymuş, ipək parçadan tikilmiş don geymişdi. Səhər yeməyindən sonra
onlar bağın ən kölkəli küncünə çəkildilər, Cip hörmə kresloda, Dafna isə otların üzərinə qoyulmuş balış
üstə oturmuşdu. Uzun sürən ah seriyalarından sonra balaca rəqqasə ürəyini açmağı qərara aldı. Diqqətli
dinləyici olan Cip, onun özündən daha maraqlı olan bu söhbətlərə maraqla qulaq asmağa başladı.
– Əlbəttə, imkan eləyən kimi mən evdən gedəcəyəm. Orada nələrin
baş verdiyindən xəbərsiz
olduğun həyata daxil olmaq, – bu ifadəni o, tez-tez işlədirdi, – yaxşı deyil. Mənim sənətimdə çox
ehtiyatlı olmalısan. Doğrudu, çoxları onun əslindəkindən pis olduğunu düşünürlər, atam, hətta bəzən
özündən çıxır. Düz deyilmi, missis Forsen, evdə dəhşətdir! Biz qoyun əti yeyirik, amma görünür, siz
qoyun ətinin nə olduğun bilirsiniz! Sadəcə, yayda qoyun əti iyi verən otaqda yatmaq mümkün deyil.
Hələ bir məşq eləmək də lazım gəlir. Bilirsən,
mən nə istəyirəm, studiyamın olmasını. Misilsiz olardı,
haradasa çayın sahilində olsaydı, ya da yuxarıda. Sizin yanınızda! Doğrudan da, misilsizdir! Bilirsiniz,
mən kənara bir az pul qoyuram. İki yüz funt yığan kimi qaçacağam. Musiqiçiləri, rəssamları
maraqlandırmaq lap möcüzə olardı. Mən adicə «nömrə» olmaq istəmirəm, ildən ilə balet çağırışları və
sair. Mən nə isə müstəsna olmaq istəyirəm! Anam isə axmaqcasına belə düşünür, o, hesab eləyir ki,
mən heç bir halda risq eləyə bilmərəm. Mənsə onunla razı deyiləm… Sizinlə söhbət eləmək necə də
xoşdur, missis Forsen,
ona görə ki, siz hələ gəncsiniz, məni başa düşürsünüz və mən əminəm ki, sizdən
bəzi şeyləri soruşsam inciməzsiniz. Bax, kişilər haqqında, siz necə düşünürsünüz, ərə getmək lazımdır,
ya məşuq əldə eləmək? Deyirlər, ehtirasın nə olduğunu hiss eləməsən, yaxşı artist ola bilməzsən. Əgər
ərə gedərəmsə, onda yenidən qoyun əti, bəlkə də, ola bilər, uşaqlar, bəlkə, birdən qismətimə pis ər
çıxdı? Uf!
Hər halda, mən pozğunluğun əlehinəyəm. Mən pozğun adamlara nifrət edirəm, sadəcə, nifrət
edirəm. Siz necə hesab edirsiniz? Bütün bunlar son dərəcə çətindir. Deyilmi?
Cip tam ciddi cavab verdi:
– Belə şeylər öz – özünə qaydaya düşür. Mən sizin yerinizə olsaydım, darıxmazdım.
Dafna Uinq əlini çənəsinə söykədi.
– Hə, mən özüm də elə düşünürəm. Əlbəttə, mən indi bunu da, o birisini də eləyə bilərəm. Ancaq
bilirsinizmi, məni heç nə ilə nəzərə çarpmayan adi kişilər cəzb eləmirlər. Mən ancaq görkəmli kişiyə
vurulacağıma əminəm. Axı siz də belə eləmisiniz, düz deyilmi? Buna görə də siz məni başa
düşməlisiniz. Mən hesab edirəm mister Forsen heyranedici dərəcədə görkəmlidir!
Yarpaqların arasından süzülən günəş işığı birdən Cipin açıq boynuna düşdü. O, əvvəlki tək Dafna
Uinqə ciddi qulaq asırdı.
– Əlbəttə, əgər mən anamdan bu haqda soruşsam, vay-şivən qoparar, atamdan isə danışmağa
dəyməz. Amma
bu olduqca mühümdür, deyilmi? Əvvəl başlayanda səhvə yol vermək olar, amma mən
elə də irəli getmək istəyirəm… mən, sadəcə olaraq, öz işimə pərəstiş edirəm. Mən məhəbbətin işimə
mane olmasını istəmirəm, məhəbbətin işimə kömək eləməsini istəyirəm, başa düşürsünüzmü? Qraf
Rosek deyir ki, mənim rəqslərimdə ehtiras çatmır. Mən istəyirəm, siz deyəsiniz, elədirmi? Mən sizə