P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

G özətçilər dedilər:
-   Sultan M uraddan  izin  ola gərək.
K oroğlu nam əni çıxardıb gözətçilərə verdi.  O nlar oxuyub gördülər 
ki,  Sultan M urad yazıb:  “Ay  gözətçilər,  çavuş  R övşən m ənim  m əh rə - 
mimdi,  heç  kəs  ona  m ane  olm asın,  onu  saraya  buraxın” .  G özətçilər: 
“ziyarətin  qəbul,  ay  hacı,  bizi  bağışla  sən  A llah”  -   deyə  Koroğlunun 
ayaqlarına  düşdülər.  Koroğlu:  “A llah  sizə  də  qism ət  eləsin ”  -   dedi. 
Koroğlu  yeddi  hasarı  keçib  gəlib  N igar  xanımm  im arətinə  çatdı.  T a- 
m aşa  edib  gördü  ki,  gözəl  bir bağça,  bir  çarhovuz  var,  fəvvarələrdən 
göz  yaşı  kim i  su  axır.  Ə basını  çıxardıb  hovuzun  qırağında  yerə  saldı, 
oturub  bağçaya  baxdı.  N igar  xanım ın  imarəti  bağçanın  bir  tərəfındə 
göylərə  baş  çəkmişdi.  K oroğlu  gördü  Nigar  xanım ın  otağının  p ən c ə- 
rələri  açıqdı,  özü də bir neçə  incə,  gözəl kənizlə əyləşib istirahət edir. 
N igar  xanım ın  kənizlərindən  biri  su  aparm aq  üçün  hovuzun  başm a 
gəldi.  K əniz  gördü  hovuzun  qırağm da  başı  ağ  əm m am əli  bir  n əfər 
oturub,  bir  əlində  təsbeh,  gözünün  biri  yum ulu  dua  oxuyur.  Kəniz:
-  A y kişi,  burda nə  eləyirsən? -  dedi.
Koroğlu  dedi:
-  Kişi  nədi,  ay  çəpəl,  deyə  bilm əzsən  ki,  ay  hacı,  ziyarətin  qəbul 
olsun? N igar xanım  da elə bil ki,  alçaq dağları  o  yaradıb.  B ir m əni  z i- 
yarət eləm əyə  də  gəlmir.
K əniz  soruşdu:
-   Sən kim sən  ki?
K oroğlu  dedi:
-   M ən  çavuş  R övşənəm ,  M əkkədən  Sultan  M uradın  qulluğundan 
gəlirəm .
K əniz bu sözləri eşidib tcz N igar xanımın yanına gəldi,  onun başın- 
dan  şalını,  ləçəyini  götürdü.
N igar xanım  dedi:
-   Nə  üçün  başımdan  ləçəyim i,  şalımı  götürürsən?  Y oxsa,  şərab 
içib  keflənm isən?
K əniz  dedi:
-   Ay xam m ,  özün keflənm isən,  sənə  bir m üjdə  gətirm işəm .
N igar xanım   dedi:
-  N ə  m üjdə?
K əniz  dedi:
-  Atan  Sultan M uradın hüzurundan  bir çavuş  gəlib.
N igar xam m   dedi:
-  Doğru deyirsən?
K əniz cavab verdi:
-  Xanım, öz canım üçün üz-gözündən Allah nuru yağan bir çavuşdu.
N igar xamm kənizlərə  dedi:
-  Durun ayağa,  gedək,  dey irlər ki, M ək k əd ən   g ə lə n   adamın  ziya- 
rətinə  gedənləri  cəhənnəm   odu yandırmaz.
Koroğlu  gördü  ki,  N igar  xanım   öz  kənizləri  ilə  onun  ziyarətinə 
gəlir.  Dərhal başmdan  ağ əm m am əni  çıxarıb  yerinə  bir şikəstə  qəcəri' 
qoydu.  Ağ  əbanı  da  çıxarıb  qara  mahutdan  olan  qızılbaş  köynəyini 
geydi.  Dörd  yüz  tüm ənlik  sədəfli  xəncərini  belinə  m öhkəm   bağladı, 
burqulu sazmı cibindən çıxarıb qurub çalm ağa başladı.  Saz bülbül kimi 
c ə h -c ə h   vururdu.  N igar  xanım   baxıb  gördü  ki,  qarşısında  çavuş  yox, 
əlin d ə  saz  tutan  qalın  bığlı  bir  pəhləvan  oturub.  N igar  xanım   kənizə
-  A y çəpəl,  bəs  çavuş  hanı? -  dedi.
K əniz dedi:
-   A y  xanım,  vallah  bu  kişi  özü  idi,  başında  da  bir  ağ  əm m am əsi 
var  idi.
N igar xanım kənizə  dedi:
-  G et kişidən  soruş  gör,  çavuş  necə  oldu?
K əniz  Koroğluya dedi:
-   Səndən  əvvəl burada bir çavuş  var idi,  o  necə  oldu?
K oroğlu qəzəblənib  dedi:
-  G et  ay çəpəl,  m əndən başqa buraya bir kəs  gəlm əyib.
K əniz qayıdıb  dedi:
-  A y xanım, vallah m en bu kişini görəndə bu çavuş idi.  İndi tam am  
dəyişib.
N igar xanım  qəzəblənib  dedi:
-  A y  çəpəl,  m ənə  çavuş tapıbsan?!
Sonra  fələqqə  gətirtdi.  K ənizin  ayaqlarına  fələq q ə  vurdurub  çu - 
buqla  döydürdü.  Koroğlu  gördü  zavallı  kənizi  nahaq  y erə  döyürlər. 
D urub  N igar xanımın  yanına gəldi.  Ə vvəlcə  istəyirdi  salam  vennəsin, 
sonra fıkirləşdi ki,  bu  Sultan M uradın qızıdı,  bir də dində salam  vacib- 
di.  Buna görə  də  uca  səslə  “salam -əleyküm ”  -   dedi.  N igar xanım  elə 
qəzəbli  idi  ki,  Koroğlunun  salam ının  cavabını  verm ədi.  Koroğlu 
m əyus  oldu,  elə bil  ürəyinin başm dan bir x ən c ər vurdular.  O ürəyində 
dedi:  -  “Ay çəpəl,  salam   A llahın  adıdı,  cavabını  verm əyə  n ə  gəlib?”
1 Baş geyimi


Koroğlu N igar xanım a dedi:
-   Ay  xanım ,  onun  heç  bir  günahı  yoxdu,  əm r  et  cəzanı  dayandır- 
sınlar.
Koroğlu  sazı  götürüb  dedi:
Salam   verrəm ,  salam   almaz,
G örüm  k əssin  salam   səni.
A ğcasız,  pulsuz  aşığam,
P ulum  yoxdu  alam  səni.
N igar xanım   K oroğluya yaxınlaşıb  dedi:
-  Ay  axm aq,  lap  sənin  m in  quruş  pulun  olsa  da,  m ənim   ölüm ü  də 
qoym azlar çiyninə  alasan.
N igar xanım   Koroğlunun  sinəsindən bir  təpik  vurdu.  K ənizlərdən 
biri  N igar xanım a dedi:
-   Ay  xanım ,  o  incə  ayağına  heyfin  gəlm ir  ki,  bu  yaram azın  tüklü 
sinəsinə  vurursan?
Koroğlu kənizə  dedi:
-   Ay  hərcayı,  dem ək,  m ənim   sinəm   xam m ın  ayağından  əskik 
oldu?
Sonra üzünü N igar xam m a tutub  dedi:
S üsən  sünbül  tə k   tütərsən,
Pünhan y e rlə rd ə bitərsən,
M ən im   köysüm də  itərsən,
G örüm   tutsun  naləm   səni.
N igar  xanım   bu  sözləri  eşidib  qeyzlə  K oroğluya  baxdı.  Koroğlu 
gördü N igar  xanım ın  ağ  döşləri  tər  şam am a kim i  yaxasm dan  görünür. 
N igar xanım ın  bəyaz  sinəsi  Savalantn qarına rişxənd eləyirdi.  K oroğ- 
lu  fikirləşdi ki,  bu bəyaz sinəni gülşənə bənzətm ək olm az, güm üş h ər- 
cayı  arvad  kim i  ə ld ə n -ə lə   gəzir,  qar  da  tez  əriyib  suya  dönür.  T əkcə 
ağ kağız uzun  m üddət saralıb  solm adan  təravətli  qalır.
Koroğlu N igar canım a  dedi:
Süsənli,  sünbüllü  bağdu,
S in əm ə  çəkdüyün  dağdu,
O  köksün  kağızdan  ağdu,
Q ələ m   tutm az  yazam   səni.
Koroğlu ürəyində  dedi:  -   “Ay qafil,  gəl  adını de,  özünü tanıt” .
Koroğlu  sazı  götürüb  dedi:
Y engi  bağçalar bağısan.
T azə  heyvalar narısan,
N igar,  Koroğlu yarısan,
M ə g ə r  bilm əz  aləm   səni?
Koroğlu N igar xam m ın nam əsini  sərxoş halda oxuduğu üçün onun 
m əzm ununu unutm uşdu. N am ənin özünü isə N igar xanım a göstərm əyi 
şən in ə  sığışdırmırdı.  N igar  xanımın  işarəsi  ilə  k ən izlər  d əy ə n ək - 
çom aq əllərində Koroğlunun üstünə tökülüşdülər. A llah heç kəsi qadın 
k ö təy in ə  qism ət  etm əsin.  Koroğlunu  o  q əd ə r  döydülər ki,  qara  m ahut 
paltarı  cırıq-cırıq  oldu.
Koroğlu dedi:
-  A y  xanım,  m ən ə  rəhm in  gəlm irsə,  bu  kənizlərə  rəhrnin  gəlsin, 
b u   yazıqların  əlləri  qabar oldu.
N igar xanım  dedi:
-  Qızlar,  gedib  şərab  içib  yenidən bu bığlı  çavuşu  əzişdirin.
N igar xanım kənizlərini  apardıqda bir də  dönüb  Koroğlunun b o y -
b uxununa tam aşa elədi.  Koroğlu gördü N igar xanım  ona tamaşa eləyir. 
D ə y ən ək lərin   ağrısı  canm dan çıxandan  sonra sazım  götürüb  dedi:
A lagözlü  N igar xanım,
G örəlim   bağrun  daş  olsun.
M əni  saldun üzüm  üsto,
Gözlorin  dolu yaş  olsun.
N igar  xanım  diqqətlə  Koroğlunun  sözlərinə  qulaq  asdı.  Koroğlu 
g ö rd ü  N igar xam m   ona baxa-baxa  sözlərinə  diqqət  yetirir.  Sazı  götü- 
rü b   dedi:
B uyur  m əni  cəlladlara,
H ərgiz  sir verm ə  yadlara,
M in ə n d ə  köhlən  atlara,
O nu  m inən sərxoş  olsun.
N igar  xanım  qızlara  buyurdu  bir  piyalə  şərab  gətirsinlər.  N igar 
x anım  piyaləni  alıb  K oroğluya uzatdı.  K oroğlu  sazı  götürüb dedi:


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə