Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   2   3   4   5   6   7   8   9   ...   13

mahiyyətinə  dərindən  nüfuz  edək,  onların  əsil  dialektik  əlaqələrini  və  qarşılıqlı 

keçidlərini  anlayaq;  bunları  ətraflı  başa  düşmədən  nə  təlim,  nə  də  tərbiyəni,  nə 

təhsili, nə də inkişafı maksimum dərəcədə səmərəli təşkil etmək mümkün deyil. 

 

2. “Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi ilə interpretasiyası.  



 

Hadisə və proseslərə, onların dərk edilməsinə “sistem-struktur” adlanan baxışla 

yanaşmaq müasir dövrün səciyyəvi xüsusiyyətidir. Mühüm metodoloji metod kimi 

özünü doğruldan sistem-struktur yanaşma XX əsrdə o dərəcədə dəbdə oldu ki, hətta 

bunu  dialektik  metodun  çağdaş  zəmanəmizdə  alternativi  kimi  qiymətləndirmək 

meyilləri  də  meydana  çıxdı.  Fikrimizcə,  burada  düzgün  mövqe  bundan  ibarətdir: 

sistem-struktur  metod  dialektik  metodun  elmi-texniki-informativ  tərəqqi  ilə 

ayaqlaşmağa qabil olan elə inkişaf qoludur ki, burada tam və hissə, bunların nisbəti 

kimi  ənənəvi  problemin  yeni  məzmun  kəsb  etməsindən,  tam  və  hissənin 

münasibətinin daha dərindən öyrənilməsindən söhbət gedir.  

Lap yaxın keçmişlə fəlsəfi ədəbiyyatda “tam-hissə”, “sistem-element”, “sistem-

element-struktur”  kateqoriyaları,  bunların  bir-birinə  münasibəti  barədə  gedən 

mübahisələr bir qədər səngisə də, hələ də bəzi cəhətlər haqqında fikir ayrılıqları yox 

deyildir. Əksər filosoflar bu fikirdədir ki, sistem – bunu əmələ gətirən elementlərin 

qarşılıqlı əlaqələrinin vəhdəti olub, öz  məntiqi həcminə görə elə ümumi anlayışlar 

qəbilinə aiddir ki, o istənilən predmet, hadisə və proseslərə aid edilə bilir. “Tam” ilə 

“sistemi” çox zaman növ-cins münasibəti ilə izah edir, bəzən sinonim kimi işlədir, 

eyni  bir  obyektin  müxtəlif  əks  etdirmələrini  qeyd  edirlər.  Bəzən  də  tam  yenicə 

yaranmağa başlayan sistemin zirvəsi sayılır.  

Sistem  və  elementi  dialektikanın  qütb  kateqoriyalarına  daxil  etmək 

təşəbbüsləri də vardır. Tam və hissə haqqında ən çox yayılmış nöqteyi-nəzərə görə, 

hissə sistemin tərkibinə daxil olan və nisbi müstəqilliyə  malik komponentdir, tam 

öz aralarında əlaqələnən hissələri əhatə edən ayrı-ayrı hissələrdə həmişə olmayan 

bəzi xassələrə malik sistemdir.  

Göründüyü kimi, tam və hissənin tərifində sistem anlayışından istifadə edilib. 

Sistem ilə tam kimi, hissə ilə element bir-biri ilə əlaqəli anlayışlardır. Burada etiraz 

doğurmayan  belə  bir  nöqteyi-nəzəri  də  biz  dəstəkləyirik  ki,  sistem  həm 

elementləri, həm də elementlər arasındakı münasibəti ehtiva edən tamdır; sistemin 

elementlərinin  təbiətindən  fikrən  uzaqlaşıb  əsas  diqqəti  bunlar  arasındakı 

münasibətə  yönəltdikdə  isə  sistemin  strukturu  anlayışına  gəlib  çıxırıq.  Burada 

element  tamın  nisbi  bölünməz  hissəsi  kimi  çıxış  edir.  Deməli,  tam  ilə  hissənin 

qarşılıqlı  əlaqəsi  öz  ifadəsini  həm  tamın  keyfiyyətinin  onu  təşkil  edən  hissələrin 

spesifik  təbiətindən  asılılıqda,  həm  də  bu  hadisələrin  keyfiyyətinin  tamın  spesifik 

təbiətindən  asılılıqda  tapa bilir. Odur  ki, tam  və  hissənin  dialektik  əlaqəsi  əslində 

tamın  strukturunu  təşkil  edən  əlaqədir  və  bu  mənada  struktur  tamın  mühüm 

mövcudluq  üsullarından  biri  kimi  çıxış  edir.  Tamın  nisbi  bölünməz  hissəsi  kimi 

çıxış  edən  elementlərin və bunların  münasibətlərinin  üzvi  vəhdəti sistem  anlayışı 

ilə  səciyyələnir.  Başqa  sözlə,  elementlər  ilə  strukturun  dialektik  vəhdəti  sistem 

anlayışının əsas əlaməti sayılır.  



Məqsədimiz, əlbəttə, “sistem”, “element”, “struktur”, habelə “tam” və “hissə” 

kateqoriyaları  barədə  gedən  fəlsəfi  münasibətləri  hərtərəfli  təhlil  etmək  deyil. 

Amma  söylədiklərimiz  bu  və  ya  digər  spesifik  şəkildə  pedaqoji  prosesin  özü  və 

sahələri üçün  metodoloji  əsas  kimi  qəbul  edilə bilər. Burada, öncə, diqqəti  nəzəri 

cəhət  cəlb  edir  ki,  hər  hansı  bir  hadisəni  daha  dərindən  öyrənmək,  onun  inkişaf 

qanunauyğunluqlarını  aşkar  etmək  naminə  bu  hadisəni  onu  təşkil  edən 

komponentlərinə, mühüm və mühüm olmayan xassələrinə ayırmaq və onları ayrı-

ayrılıqda  araşdırmaq  vacib  əhəmiyyət  kəsb  edir.  Elmi  idrakda  geniş  yer  tutan 

analiz metodu məhz tamın bu cür hissələrə ayrılıb öyrənilməsi ilə bağlıdır. Adətən, 

analiz idrak pro-sesinin başlanğıcı sayılır. Belə ki, hər hansı bir hadisəni öyrənmək 

üçün onun yalnız ayrı-ayrı hissələrini öyrənmək heç də kifayət deyil. Bu hissələrin 

qarşılıqlı  əlaqə  və  asılılıqlarını  da  öyrənmək,  bu  hissələri  bütövlükdə  nəzərdən 

keçirmək,  tamı  öyrənmək  gərəkdir  ki,  bu  da  elmi  idrakda  analizin  əksinə  olan 

sintez metodu ilə bağlıdır.  

Sistemin mahiyyəti onun struktur ilə funksiyası, yəni elementlərin və onların 

davranışının,  əlaqələrinin  xarakterilə,  obyektin  şəraitlə  əlaqəsinin  spesifikliyi  ilə 

müəyyən  edilir.  Sistemi  təşkil  edən  elementləri,  bunların  qarşılıqlı  təsirini 

öyrənmədən  buradakı  davamlı,  mühüm  və  zəruri  əlaqələri  ayırd  etmək  mümkün 

olmur. Elementlərin belə davamlı, mühüm, zəruri olan qarşılıqlı təsiri məhz siste-

min  strukturunu  səciyyələndirir.  Deməli,  struktur  elementlərin  əlaqələri  qanunu, 

sistemin invariantı kimi çıxış edir. Elementlərin, bunların əmələ gətirdiyi bütövlə, 

tamla əlaqəsini də öyrənmədən, açmadan həm sistemin funksiyası, həm də hər bir 

elementin  tama  nəzərən  funksiyaları  kölgədə  qalır.  Deməli,  tam  anlayışı  sistemə 

nəzərən  mənalanır,  o,  sistemin  təşkilatlanmasıdır.  Buradan  aydın  olur  ki,  hər  bir 

sistemin  özünəməxsus  strukturu  və  bu  strukturun  daşıyıcı  olduğu  funksiyası  var. 

Deməli,  sistemə  onun  struktur  və  funksiyasının  vəhdətindən  ibarət  tam  kimi 

baxmaq  olar.  Sistemlər  bir-birindən  təkcə  struktur  və  funksiyalarına  görə  deyil, 

həm  də  başlıca  olaraq  strukturla  funksiyanın  vəhdətinin  necəliyi  ilə,  bu  vəhdətin 

xarakteri ilə fərqlənirlər.  

Sistemin  müəyyən  edilməsi  üçün  ən  azı  aşağıdakı  iki  məqam  gərəkdir:  a) 

tamdan hissəni fikrən seçib ayırd etmək; b) sistemə öz elementlərinin üzvi əlaqəsi, 

toplusu  və  onların  inteqrasiyası  kimi  baxmaq.  Bunlar  ona  görədir  ki,  əvvələn, 

prinsip  etibarı  ilə  istənilən  sistem  özündən  daha  yüksək,  daha  mürəkkəb  tamlığa 

malik olan di-gər sistemə element və altsistem kimi daxil olur. İkincisi də, bu pro-

sesdə  sistemin  ziddiyyətsizliyi  və  nisbiliyi  kimi  xüsusiyyətləri  aşkara  çıxarır  ki, 

məhz  bu  məqamda  onun  daha  yüksək,  daha  təkmil  sistemin  elementi  kimi  çıxış 

etməsinə  imkan  yaranır.  Hər  bir  sistem  özündən  aşağı  struktur  səviyyə  kimi  olan 

sistemə nəzərən daha mükəmməl sistem qismində çıxış edir. 



Pedaqoji proses tam və mürəkkəb sistemdir. O həm də çoxlu altsistemlərdən 

ibarətdir: təlim prosesi, təhsil-tərbiyə prosesi, formalaşma prosesi, inkişaf prosesi, 

müəllimlərlə  şagirdlərin  əməkdaşlığı  prosesi,  pedaqoji  prosesin  baş  verdiyi 

şəraitlər  sistemi,  pedaqoji  prosesin  həyata  keçirilməsinin  forma  və  metodları 

sistemi və s. Bütövlükdə təhsil sistemi, o cümlədən, məktəb, sinif, tədris məşğələ-

ləri  hər  biri  ayrı-ayrılıqda  pedaqoji  prosesin  altsistemləri  kimi  çıxış  edir.  Bu 

altsistemlərdən hər biri müəyyən şəraitdə (təbii-coğrafi, ictimai, istehsalat, mədəni) 



Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə